Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3245/2025 13.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (maraqlı şəxs Yasamal Rayon Qeydiyyat şöbəsi) tərəfindən verilmiş "doğum faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki iş (açar sözlər: doğum faktı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, Ərizəçinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (maraqlı şəxs Yasamal Rayon Qeydiyyat şöbəsi) tərəfindən verilmiş "doğum faktının müəyyən edilməsi" barədə ərizəyə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (maraqlı şəxs Yasamal rayon Qeydiyyat şöbəsi) doğum faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 doğum tarixinin xx.xx.2022-ci il, doğum yerinin Bakı şəhəri, ata və ananın naməlum olması göstərilməklə doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra – Nazirlik) həvalə edilmiş səlahiyyətlərdən irəli gələrək 1 nömrəli Körpələr Evində məskunlaşmış şərti adı X6 doğum haqqında şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. Aparılmış qiymətləndirmə zamanı məlum olmuşdur ki, adıçəkilən uşaq təxmini 2022-ci il tarixində X7 ilə X3 qeyri-rəsmi nikah münasibətindən dünyaya gəlmişdir. Həmin şəxslərin uşağın valideynləri olması ilə bağlı heç bir təsdiqedici sənəd təqdim edilməmişdir. J.Mehtiyeva övladları ilə birlikdə atası X5 və ögey anası olan X2 məxsus evdə yaşayır. Z.Mahmudova J.Mehtiyevanın R.Dünyamalıyev tərəfindən hamilə olduğu dövrdə fiziki zorakılığa məruz qaldığını, həmçinin əvvəllər də qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən fiziki zorakılıq gördüyünü və bu səbəblərdən onda psixoloji problemlərin yarandığını, övladlarının doğum tarixini bilmədiyini, uşaqlara qarşı zorakılıq göstərdiyini və uşaqlarına təkbaşına baxa bilməyəcəyini bildirmişdi. Cəlilabad Rayon Polis Şöbəsindən verilən məlumata əsasən X7 haqqında dəfələrlə şikayət olunması səbəbilə bir neçə dəfə sutkalıq həbs edilmişdir. Cəlilabad rayon Üçtəpə kənd icra nümayəndəsindən əldə olunan məlumata əsasən X1 içki aludəçisidir. O, spitli içki qəbul etdikdən sonra anası və digər ailə üzvlərini təhqir etmiş, öldürməklə hədələmişdir. Uşaq ailədə baxımsız vəziyyətdə aşkarlanmış və təcili olaraq Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi (bundan sonra - Agentlik) tərəfindən xx.xx.2024-cü il tarixində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (aktın surəti əlavə olunur), xx.xx.2024-cü il tarixində Ə.Qarayev adına 2 saylı X12 (bundan sonra - Xəstəxana) yerləşdirilmişdir (aktın surəti əlavə olunur). Uşağın Xəstəxanada müalicə müddəti bitdikdən sonra Agentliyin xx.xx.2024-cü il tarixli 3-17-3/3- 3-379/2024 nömrəli Qərarı əsasında 1 nömrəli Körpələr Evinə yerləşdirilmişdir (qərarın surəti əlavə olunur). Sözügedən uşağın doğumunun qeydə alınması üçün Nazirlik tərəfindən xx.xx.2024-cü il tarixli 3-17/2-9789/2024 nömrəli məktubla Yasamal Rayon Qeydiyyat Şöbəsinə müraciət olunmuşdur (məktubun surəti əlavə olunur). Yasamal Rayon Qeydiyyat Şöbəsinin Nazirliyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16- 5/8-10/3594/24 nömrəli cavab məktubunda doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün doğumun qeydiyyata alınmasının mümkün olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur (məktubun surəti əlavə olunur). 1 nömrəli Körpələr Evinin Nazirliyə ünvanladığı xx.xx.2025-ci il tarixli 70 nömrəli məktubuna əsasən uşaq müəssisədə olduğu dövrdə heç kim tərəfindən ziyarət edilməmişdir (məktub əlavə olunur). Hazırda uşağın şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığı üçün onun övladlığa verilə bilən statusu almasının mümkün olmadığını nəzərə alaraq, habelə aşağıda qeyd edilən müddəaları rəhbər tutaraq uşağın doğum faktının müəyyən olunmasının zəruri olduğunu bildiririk.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Yasamal rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
5. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3 cavab məktubundan görünür ki, doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün doğumun qeydiyyata alınmasının mümkün olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Körpələr Evinin xx.xx.2024ci il tarixli 70 nömrəli məktubuna əsasən müəyyən olunur ki, xx.xx.2022-ci il təvəllüdlü X9 xx.xx.2024-cü il tarixdə valideyn himayəsindən məhrum olmuş uşaq kimi 1 nömrəli Körpələr Evinə yerləşdirilmişdir xx.xx.2022-ci il təvəllüdlü X9 müəssisədə olduğu dövrdə heç bir şəxs tərəfindən axtarılmayıb və heç kim tərəfindən ziyarət edilməyib. 1 nömrəli Körpələr Evində olan X8 övladlığa verilməsini onun mənafeyinə uyğun hesab etmişlər.
9. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.
10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
11. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
14. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
16. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
17. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
19. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən bu Məcəllənin 114.1-ci maddəsində göstərilən uşaqlar haqqında məlumatlara malik doğum evləri, məktəbəqədər, ümumtəhsil, müalicə və digər müəssisələrin vəzifəli şəxsləri və digər vətəndaşlar bu məlumatları müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.
20. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.
21. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.
22. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir.
23. Ailə Məcəlləsinin 166.2-1-ci maddəsinə əsasən, doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
24. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarın 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
25. Məhkəmə iclasında müəyyən edilmişdir ki, uşağın valideynləri qeyri-rəsmi nikah münasibətində olmuşlar. Uşaq ailədə baxımsız vəziyyətdə aşkarlanmış və təcili olaraq Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına, xx.xx.2024-cü il tarixində Ə.Qarayev adına 2 saylı X12 yerləşdirilmişdir. Uşağın Xəstəxanada müalicə müddəti bitdikdən sonra Agentliyin xx.xx.2024-cü il tarixli 3-17-3/3-3-379/2024 nömrəli Qərarı əsasında 1 nömrəli Körpələr Evinə yerləşdirilmişdir.
26. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X6 xx.xx.2022-ci il tarixdə doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X6 doğum tarixi xx.xx.2022-ci il, doğulduğu yer – “Bakı şəhəri” göstərilsin, ata qrafası və ana qrafası boş saxlanılmaqla ona doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir.
V. Nəticə:
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. X6 xx.xx.2022-ci il tarixdə doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X6 doğum tarixi xx.xx.2022-ci il, doğulduğu yer – “Bakı şəhəri” göstərilsin, ata qrafası və ana qrafası boş saxlanılsın. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X6 adına göstərilən məlumatlar əsasında doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil