Məhkəmə qərarları › İş №e-2(004)-3247/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3247/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3247/2023 24.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı X4 Bakı filialının Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun zaminə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X4 Bakı filialı Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun zaminə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 05 iyun 2023-cü il tarixə əsas borc üzrə 9992,06 manat, faiz borcu üzrə 359,83 manat olmaqla, cəmi 10351,89 manat borcun və ödənilmiş 121,06 manat dövlət rüsumunun tutularaq “X4” Bakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “X3” Bakı filialı ilə borclu Cavabdeh2 arasında bağlanmış 17 may 2022-ci il taixli, 369 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə illik kreditdən istifadə haqqı 14 fazi hesablanmaqla, 36 ay müddətinə 11000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X4” Bakı filialı ilə Cavabdeh1 arasında 408 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. 05 iyun 2023-cü il tarixə cavabdehin banka əsas kredit borcu üzrə 9992,06 manat manat, faiz borcu üzrə 359,83 manat olmaqla, ümimilikdə 10351,89 manat borcu mövcuddur. Borcalana hesablanmış faizlər dayandırılmışdır. 21 noyabr 2022-ci il tarixli Ölüm haqqında Şəhadətnaməyə əsasən borcalan Cavabdeh2 xx.xx.2022-ci il tarixdə dünyasını dəyişmişdir. Bununla əlaqadar olaraq vərəsələrin müəyyən edilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixdə 2023/512 nömrəli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə vərəsəlik işinin açılıb-açılmaması barədə sorğu ilə müraciət olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notarial İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/2-14-3278/23 nömrəli məktubuna əsasən mərhum Cavabdeh2 barəsində vərəsəlik işi aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, Ədliyyə Nazirliyinin Elektron Xidmətlər Portalı üzərindən vərəsəlik işlərinin açılıbaçılmaması barədə məlumat əldə oluna bilinər. Qeyd olunan məktuba əsasən xx.xx.2023cü il tarixdə Ədliyyə Nazirliyinin Elektron Xidmətlər Portalı üzərindən mərhum Cavabdeh2 barəsində vərəsəlik işinin açılıb-açılmaması barədə soğru edilmiş, lakin vərəsəlik işinin olmaması qeyd olunmuşdur. İddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2023-cü il tarixə mərhum Cavabdeh2 öhdəliklərinə görə iddia tələbi irəli sürüləcək vərəsə müəyyən olunmadığından Cavabdeh1, yəni zaminə qarşı irəli sürülmüşdür. 408 nömrəli zaminlik müqaviləsinin 3.1-ci bəndinə görə “zamin” bank qarşısında “borcalanın” 17 may 2022-ci il tarxili 369 nömrəli kredit müqaviləsi üzrə banka olan kredit və faiz məbləğləri, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s üçün məsuliyyət daşıyır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının Bərdə Rayon Məhkəməsinin müraciətinə dair xx.xx.2023-cü il tarixli qərardadında aşağıdakıları qeyd etmişdir: "Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli qərarında kreditorun vərəsələrin mirası qəbul etmələri faktının təsdiq edilməsi barədə ərizəsinin baxılmasının mümkünlüyü məsələsinə dair də oxşar mövqe ifadə etmişdir. Konstitusiya Məhkəməsi Palatası hesab edir ki, əks yanaşma, yəni kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrə əsasən məhdudlaşdırılması mülki dövriyyə iştirakçılarının məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, kreditorun tələbi, ilk növbədə, mirasın qəbulu ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətlər nəzərə alınmaqla, mirası qəbul etmiş vərəsələrə yönəlməlidir. Vərəsələrin isə öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda və ya miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədiyi təqdirdə kreditor zaminə qarşı tələb irəli sürməkdə haqlıdır. «Elektron Məhkəmə» İnformasiya Sistemi vasitəsi ilə alınmış məlumatdan müəyyən edilmişdir ki, borclu mərhum Cavabdeh2 məxsus **********72-10301 reyestr nömrəli fərdi yaşayış evi vardır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli məktuba əsasən publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsində mövcud olan arxiv materiallarına əsasən sözügedən fərdi yaşayış evi Saatlı şəhəri, Heydər Əliyev prospekti, ev 236 ( yeni qaydalarala: ünvan 1 ünvanında, ümumi birgə mülkiyyətdə olan 0,150118 ha torpaq sahəsində yerləşir və yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi ilə fərdi yaşayış evi X1 mülkiyyətində olmaqla yerləşdiyi torpaq sahəsi üzərində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında ifadə edilmiş hüquqi mövqeyinə əsasən iddiaçı ilk növbədə borclunun adına olan fərdi yaşayış evinin onun vərəsələri tərəfindən qəbul edilməsi faktının təsdiqi və mirası qəbul etmiş şəxslərdən borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədiyi təqdirdə iddiaçı zaminə qarşı tələb irəli sürməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı borclunun vərəsələrinə qarşı tələb irəli sürmədən birbaşa onun zamininə qarşı iddia ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 259.0.1-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar