Məhkəmə qərarları › İş №e-2(004)-3249/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3249/2025

08.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3249/2025 08.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X26 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və “Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri№ X41 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsızlığı və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: mirasdan məcburi pay) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh3 Mənzil Tikinti Kooperativinin nümayəndəsi X24, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürən üçüncü şəxs X26 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X26 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və “Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri№ X41 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsızlığı və vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X36 Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və “Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri№ X41 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsızlığı və vərəsəlik hüququnun tanınması” tələbinə qarşı “müqavilənin etibarsızlığı və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 38 (Yeni qaydalarla AZ 1141, ünvan 1 ünvanda yerləşən ½ hisssədə payı olan, anamdan miras qalmış 271.60 kv/m. fərdi yaşayış evi və 0.029910 ha. torpaq sahəsinə dair bacısı- Cavabdeh2 ilə Cavabdeh3 MTK arasında bağlanılmış müqavilə etibarsız sayılsın, miras əmlakda pay hüququ tanınmaqla paya dair vərəsəlik şəhadətnaməsinin verilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbləri onunla əsaslandırılmışdır ki, miras qoyan X12 onun mərhum X10nın bacısıdır. Xalası- X12 14 aprel 2003-cü il tarixdə vəfat etmişdir. Xalasının əri və övladları olamışdır. Vəfat etdikdən sonra onun Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 38 (Yeni qaydalarla AZ 1141, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakı olan 271.60 kv/m, 0.029910 ha. isə torpaq sahəsinə ½ hissədə mülkiyyət hüququ olmuşdur. Xalası -X12 rəhmətə getdikdən sonra qanun üzrə vərəsəlik hüququ ilə anası yəni bacısı həmin əmlakı qəbul edərək və həmin evdə yaşayaraq sahiblik və istifadə etmişdir. X10 xx.xx.2019-cu il tarixdə rəhmətə getmişdir. Həmin evdə miras əmlakdan pay hüququ olduğu halda, bacısı Cavabdeh2 həmin əmlakda onların da qeydiyyatda olmaqlarını gizlədərək, sahibi kimi özünü təqdim etməklə Cavabdeh3 MTK ilə öz adından razılaşma edərək əmlaklarının sahibi kimi MTK ilə müqavilə bağlamış və MTK tərəfindən ona ev veriləcəyini dair razılaşma əldə etmişdir. Halbuki, həmin əmlakın ½ hissəsinə onların da, vərəsəlik yolu ilə pay hüquqqları vardır. Cavabdeh3 MTK ilə razılaşmadan sonra MTK həmin ərazidə hündür mərtəbəli binalar tikmək üçün ərazini sökmüşdür. Bu səbəbdən MTK-nın sahibi ilə bacısı arasında bağlanılmış müqavilənin ləğv edilməsi və paylarına uyğun olaraq mənzil verilməsi barədə danışdıqda bildirdilər ki, əmlakda vərəsəlik payınız olmadığından sizin payınıza uyğun olaraq mənzil verə bilmərik və vərəsəlikdə pay hüququnuzu tanıtdırdıqdan sonra sizin müraciətinizə baxıla bilər kimi şifahi cavab verilmişdir. Xalası - X6 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 38 (Yeni qaydalarla AZ 1141, ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak olan 271.60 kv/m. və 0.029910 ha. torpaq sahəsinin ½, hisssəsini 14 aprel 2003-cü il tarixdən mirasa faktiki sahiblik edərək onun bütün əşyalarını vərəsə kimi qəbul etmişdir. Odur ki, mirası qəbul etmiş anası -X27 xx.xx.2019-cu il tarixdə rəhmətə gedəndən sonra miras qalmış əmlakdan qanunvericiliklə müəyyən olunmuş qaydada onların birinci növbə vərəsəlik hüququları tanınmaqla paylarına uyğun hissədə vərəsəlik şəhadətnaməsi verilməlidir. Bu səbəbdən hüquqlarını qorumaq üçün tərəflərindən iddia qaldırılır.

3. Daha sonra cavabdeh X21 nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh Vаlidə Rəhimovanın yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, S. Dadaqov küçəsi 38 (Əvvəlki 7-ci Xrebtovr küçəsi 38, hazırki Ə.Cəmil küçəsi ev 38) ünvanındakı 18 saylı ev paylı mülkiyyətdə olmaqla, 2/4 hissəsi mərhum xalası Məmmədova Sedxanım Мirсəfər qızının mülkiyyətində olmuşdur. Bu barədə S.M.Məmmədovanın mülkiyyət hüququ xx.xx.1967-ci il tarixdə dövlət qeydiyyatına alınaraq müvafiq Qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh2nrın mərhum xalası S.M.Məmmədova ailə qurmamış və övladları olmamışdır. S.M.Məmmədova 14 aprel 2003-cü il tarixdə vəfat etmişdir. Cavabdeh2 xalası X12 vəfat etdikdən sonra ona məxsus Bak şəhəri, ünvan 3 ünvanındakı 18 saylı evin 2/4 hissəsini miras əmlak kimi X10 həmin evdə yaşamaqla faktiki qəbul etmişdir. Cavabdeh2 X10 tərəfindən 12 saylı Dövlət Notariat Kontoruna müraciət edilərək 14 aprel 2003-cü il tarixdə vəfat etmiş X5 məxsus ünvan 4 ünvanındakı 18 saylı evə dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş etmişdir. Lakin dövlət notariat kontorunun notariusu B.İddiaçı1 ilə miras qoyan X12 arasında qohumluğu təsdiq edən sənəd olmadığı üçün vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Belə ki, Cavabdeh2 anası ilə xalasının bacı olmasını təsdiq edəcək anasının doğum haqqında şəhadətnaməsi olmadığından X27 müvafiq ərizə ilə Respubliika VVA arxivinə müraciət etmişdir. Lakin Respublika VVA arxivinin müdiri tərəfindən verilmiş 03 aprel 2006-cı il tarixli müqaviq arayışda arxiv məlumatlarının 1935-1938-ci illər Xızı rayon VVADQ şöbəsi üzrə yoxlanıldığı, doğum haqqında akt qeydi aşkar edilmədiyi göstərilmişdir. X27 07 may 2019cu il tarixdə vəfat etmişdir. X3r Cavabdeh2 anasının faktiki olaraq qəbul etdiyi miras əmlakı – ünvan 5 ünvanındakı 18 saylı evin 2/4 hissəsi yalnız Cavabdeh2 həmin ünvanda faktiki yaşamaqla qəbul etmişdir. Bundan başqa məhz Cavabdeh2 tərəfindən müvafiq ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edilərək, X10nın 1935-ci il tarixdə Xızı rayonunda doğulması, eləcə də atasının Mircəfər Rəhimov, anasının isə X22 olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-5823/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-5823/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi və ərizənin təmin edilməsi, ərizəçinin X10nın atası X15, anasının X37 olmaqla, 1935-ci il də Xızı rayonunda doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən kassiya şikati verilməmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. 26 avqust 2022-ci il tarixdə X10na müvafiq doğum qeydi barədə arayış verilmişdir. İddiaçılar İddiaçı1 tərəfindən 07 avqust 2019-cu il tarixli ərizə ilə 12 saylı Notariat Kontorunun notariusuna müraciət edilərək, xalası X12 vəfat etdikdən sonra ona məxsus ünvan 6 ünvanındakı 18 saylı evin 2/4 hissəsini mərhum X10nın faktiki olaraq qəbul etməsini, anasından isə həmin miras əmlakın bacısı Cavabdeh2 qəbul etməsini, eləcə də özünün qeyd olunan mirasın qəbulundan bacısı Cavabdeh2 xeyrinə imtinasını nəzərə alaraq ünvan 6 ünvanındakı 18 saylı evin 2/4 hissəsinə dair bacısı Cavabdeh2 vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin verilməsinin təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi İddiaçı1 nəinki miras əmlakı faktiki olaraq qəbul etməmiş həmçinin həmin miras əmlakı faktiki olaraq yalnız Cavabdeh2 həmin evdə faktiki yaşamaqla qəbul etdiyini qəbul edərək, miras əmlakdan bacısı Cavabdeh2 xeyrinə imtina etmişdir. Hesab edir ki, ümumiyyətlə iddiaçıların hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqları mövcud deyildir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirmişdir.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Mənzil Tikinti Kooperativinin nümayəndəsi iddianı müqaviləsnin etibarsız hesab edilməsi ilə bağlı hissədə iddianı qəbul etmədiyini, digər hissədə isə məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İkinci tələb üzrə yekun məhkəmə aktı çıxmamış birinci tələbə baxmaq qanunvericiliyin tələbinə ziddir. Mübahisə predmeti olan əmlaka dair çıxarış iddiaçıların xalalarının adınadır. Onların məhkəmə qaydasında vərəsəlik hüququ tanınarsa, müqavilənin etibarsızlığı tələbinə ehtiyac qalmır.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Müstəqil tələb irəli sürən üçüncü şəxs X36 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

12. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31 məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

13. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

15. 20.07.1964-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, İddiaçı1 xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X11, X10dır.

16. 25.07.1960-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, İddiaçı1 xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X11, X10dır.

17. 3 saylı Bakı “Asan Xidmət” Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 030184 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X27 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir.

18. Yasamal Rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 0344717nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X12 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir.

19. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışa əsasən X4 Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi, ev 38, yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində ½ hissədə payı mövcuddur.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14337/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5823/19 saylı, 03 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunması, yeni qətnamə qəul edilməsi və ərizənin təmin edilməsi, ərizəçinin X10nın atası X15, anası X38 olmaqla, 1935-ci ildə Xızı rayonunda doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi qət edilmişdir.

21. Cavabdeh2, İddiaçı1 və X39 xx.xx.2019-cu il tarixli ərizəyə əsasən xx.xx.2003cü il tarixdə vəfat etmiş xalaları X2 miras qalmış mirasdan xx.xx.2019-cu il tarixdə vəfat etmiş anaları X17 düşən miras payına dair onlara vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişlər.

22. X36 xx.xx.2024-cü il tarixli ərizəyə əsasən xx.xx.2003-cü il tarixdə vəfat etmiş xalası X2 miras qalmış mirasdan xx.xx.2019-cu il tarixdə vəfat etmiş anaları X17 düşən miras payına dair onlara vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

23. İddiaçı2 xx.xx.2024-cü il tarixli ərizəyə əsasən xx.xx.2003-cü il tarixdə vəfat etmiş xalası X2 miras qalmış mirasdan xx.xx.2019-cu il tarixdə vəfat etmiş anaları X17 düşən miras payına dair onlara vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

24. Cavabdeh2 xx.xx.2025-ci il tarixli ərizəyə əsasən müəyyən olunur ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş xalası X6 vərəsəlik işi açılmışdır. Vərəsələrlə aralarında narazılıq olduğundan vərəsəlik şəhadətnaməsinin verilməməsini xahiş etmişdir.

25. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, o, Minaxanım xanımın böyük qızıdır. Onlarla heç bir ədavəti yoxdur. Onların uşaqlığı mübahisə predmeti olan evdə keçib. Nənəsi vəfat etdikdən sonra nəyi kimlər arasında bölübsə, hamısı onun yanında olub, o, şahid olmuşdur. Nənəsi onlara 5000 manat pul, 2 dənə balaca uşaq sırğası vermişdi. Miryavər dayısına 2 dənə 10-luq qoymuşdu. Rasim dayısına 1 dənə qolbaq, 1000 manat pul qoymuşdu. Yas mərasimində hamı var idi. Hamı öz payını götürdü. Nənəsi ölməmişdən öncə onlara dedi ki, o, qızılları bölmüşdür, kimlərə hansı qızılların düşəcəyini vərəqdə qeyd etmişdir. Yas mərasimindən sonra onlar yığışmayıblar.

26. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində bildirmişdir ki, o, Miryavərin yoldaşıdır. Qaynanası Miryavərə 2 dənə 10-luq,1 dənə də qolbaq qoymuşdu. Qaynanasının 3-ü idi, onlar məclisə getmişdilər, baldızı yoldaşına gətirib verdi.

27. Məhkəmə iclasında şahid qismində dindirilən X32 ifadəsində bildirmişdir ki, o, Rasimin yoldaşıdır. Onlarla heç bir ədavəti yoxdur. Rasimə üç məclisində 1 dənə qolbaq, 1000 manat pul və 1 dənə də 10-luq verilmişdi. Yazılı kağızda kimə hansı qızılların verildiyi yazılmışdı.

28. Məhkəmə iclasında şahid qismində dindirilən X23 ifadəsində bildirmişdir ki, o, Validənin əmisi oğludur. Onlarla heç bir ədavəti yoxdur. O, yasda iştirak etmişdir. Bacı ilə bir həyətdə yaşamışlar. Mirasda bütün vərəsələrin payları var.

29. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə qismən təmin edilməlidir.

30. Məhkəmə qeyd edir ki, vərəsəliklə bağlı münasibətlər 2003-cü il tarixdə yarandığından hazırki münasibətə həmin dövrdə qüvvədə olan qanunvericilik normaları tətbiq olunmalıdır.

31. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

32. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

33. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

34. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

35. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

36. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

37. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

38. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

39. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.

40. Həmin Məcəllənin 1267-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir.

41. Yuxarıda sadalanan qanunvericilik normalarından görünür ki, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyrirəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir.

42. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X12 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir və yeganə vərəsəsi bacısı X27 olmuş, o isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Hazırda, iddiaçılar İddiaçı1 və İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X8 Bacı Mircəfər qızının övladlarıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli çıxarışla X4 Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi, ev 38, yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində ½ hissədə payı mövcud olmuşdur. İşin mübahisəsiz halıdır ki, X4 vəfatından sonra ona məxsus olan əmlak onun bacısı X27 tərəfindən qəbul edilmişdir. Hazırda, iddiaçılar İddiaçı1 və İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X36 Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 38 (Yeni qaydalarla AZ 1141, ünvan 1 ünvanda yerləşən ½ hisssədə payı olan, anasından miras qalmış 271.60 kv/m. fərdi yaşayış evi və 0.029910 ha. torpaq sahəsinə dair bacısı- Cavabdeh2 ilə Cavabdeh3 MTK arasında bağlanılmış müqavilə etibarsız sayılması, miras əmlakda pay hüququ tanınmaqla paya dair vərəsəlik şəhadətnaməsinin verilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

43. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X19 6 övladı İddiaçı1, İddiaçı2, Cavabdeh2, Rəhimov Rasim və Rəhimov Kamal və İradə adlı övladları olmuşdur. İradə Rəhimova vəfat etmiş və onun övladları Azərbaycanda yaşamırlar. Məhkəmə hazırki işin vərəsəliklə bağlı olduğunu və X29 da maraqlarına toxunmasını nəzərə alaraq sonuncunu da hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb etmişdir.

44. Məhkəmə, ilk növbədə iddia tələblərinin Cavabdeh2 ilə Cavabdeh3 MTK arasında bağlanılmış müqavilənin etibarsız sayılması ilə bağlı hissədə qeyd edir ki, qeyd olunan müqavilə məhkəməyə təqdim edilmədiyindən müqavilənin etibarsız hesab edilməsinə dair əsasların mövcud olub-olmaması ilə bağlı araşdırma aparılması mümkün olmamışdır. Belə olan halda iddia tələbi bu hissədə təmin edilə bilməz.

45. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

46. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

47. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

48. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

49. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

50. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

51. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində əqdlərin etibarsızlığının əsasları müəyyən edilmişdir. Həmin fəslə aid 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

52. Eyni zamanda məhkəmə qeyd edir ki, X2 miras qalmış və qanun üzrə vərəsəliklə X1 Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi, ev 38, yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinin qəbul edilməsi ilə bağlı Cavabdeh2, İddiaçı1 və X39 tərəfindən xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət edilmiş və xx.xx.2003-cü il tarixdə vəfat etmiş xalaları X2 miras qalmış mirasdan xx.xx.2019-cu il tarixdə vəfat etmiş anaları X17 düşən miras payına dair onlara vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Göründüyü kimi, Cavabdeh2, İddiaçı1 və X39 qanunvericiliklə nəzərdə tutulmuş 6 ay müddəti ötürmədən miras əmlakın qəbul edilməsi ilə bağlı notariusa yazılı qaydada ərizə ilə müraciət etmişlər.

53. Həmçinin, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsinə əsasən müəyyən olunmuşdur ki, X13 miras qalmış qızıl-zinət əşyaları Cavabdeh2, İddiaçı2, İddiaçı1, X36 və X39 tərəfindən qəbul edilmişdir. Belə olan halda, miras əmlakın bir hissəsinin iddiaçılar tərəfindən qəbul edildiyi sübuta yetirildiyindən, miras əmlak tamamilə qəbul edilmiş hesab edilir. Belə olan halda, X7 Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi, ev 38, yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində ½ hissədə payı olmasını nəzərə alaraq, həmin pay İddiaçı1, İddiaçı2, Cavabdeh2, X36 və X29 arasında bölünərək, hər birinin X4 ½ hissədə payı üzərində 1/5 hissədə olmaqla, ümumi əmlakın 1/10 hissəsində payı müəyyən edilməlidir.

54. Məhkəmə, həmçinin iddiaçıların vəfat etmiş bacısı İradə Rəhimovanın övladının Azərbaycanda yaşamaması və mirası faktiki və notarial qaydada qəbul etmədiyini bildirərək həmin şəxsin miras əmlakdan payının olmadığı qənaətinə gəlir.

55. Məhkəmə həmçinin cavabdehin etirazında qeyd etdiyi, İddiaçı1 mirasdan imtina etməsi ilə bağlı bildirir ki, mirasdan imtina notariat qaydada rəsmiləşdirilməli və üç ay ərzində həyata keçirilməlidir. Lakin cavabdeh tərəfindən təqdim olunan mirasdan imtina ərizəsindən görünür ki, həmin ərizə notarial qaydada təsdiq edilməmiş, habelə notariat işi materiallarında da belə bir ərizənin əlavə olunması görünmür. Odur ki, cavabdeh tərəfindən təqdim olunmuş həmin ərizə hazırki iş üzrə mötəbər sübut qismində qiymətləndirilə bilməz.

56. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X26 Cavabdeh3, Cavabdeh1 və “Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri№ X41 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiası qismən təmin olunmalı, Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi, ev 38, yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evin üzərində X6 aid ½ hissədə payı üzərində İddiaçı1, İddiaçı2, Cavabdeh2, X36 və X29 hər birinin 1/10 hissədə payı müəyyən edilməlidir.

57. Habelə, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin özünə aid edilməlidir.

58. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Nəticə:

59. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X26 Cavabdeh3, Cavabdeh1 və “Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri№ X41 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiası qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi, ev 38, yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı1, İddiaçı2, Cavabdeh2, X36 və X29 hər birinin 1/10 hissədə payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar