Məhkəmə qərarları › İş №e-2(004)-3250/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3250/2025

07.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3250/2025 07.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi X16, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Nəsiman qızına və Cavabdeh3 qarşı “miras əmlakda payların müəyyən olunması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Nəsiman qızına və Cavabdeh3 qarşı “miras əmlakda payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X2 miras qalmış ünvan 1 ünvanında yerləşən evi miras kimi qəbul edərək, ¼ hissədə payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X5 7 övladı olmuşdur: iddiaçı- İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Nəsiman qızı, X6, X17 və X24. X1, X17 və X24 vəfat etmişlər. İddiaçını anası isə xx.xx.2009-cü ildə vəfat etmişdir. Anasından miras kimi ünvan 2 ünvanında yerləşən ev qalmışdır. Həmin mülkdə iddiaçı- İddiaçı və Cavabdeh2 passport qeydiyyatındadırlar. Digər bacıları isə başqa ünvanlar da qeydiyyatdadır. Həmçinin iddiaçının anası vəfat etdikdən sonra 2013-cü ildə bacısı- Cavabdeh1 tərəfindən vərəsəlik hüququnun tanınması barədə notariusa müraciət etmişdir. Lakin müddətin buraxılması və vərəsələr arasında mübahisə olması səbəbindən vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X28 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək, iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Cavabdehlər Cavabdeh1 Nəsiman qızı və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ 338257 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X8 və X12 1935ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan xx.xx.1975-ci il tarixdə verilmiş İ-ЖГ seriyalı 336701 nömrəli seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1975-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan xx.xx.1989-cu il tarixdə verilmiş Xİİİ- ЖГ seriyalı 418370 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1989-cu il tarixində anadan olmuşdur. Ata qrafasında X17, ana qrafasında X13 göstərilmişdir. İş materiallarında olan xx.xx.1995-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı 441141 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 449216 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1952-ci il tarixində anadan olmuşdur. Ata qrafasında X8, ana qrafasında X12 göstərilmişdir. İş materiallarında olan xx.xx.1946-cı il tarixdə verilmiş AA seriyalı 572222 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 Nəsiman qızı xx.xx.1946-cı il tarixində anadan olmuşdur. Ata qrafasında X8, ana qrafasında X12 göstərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışa əsasən X7 ilə İddiaçı nikahı haqqında 26 iyun 1968-ci il tarixdə 164 nömrəli akt qeydi tərtib olunmuşdur. Qeyd edilən şəxsin nikahı Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.1985-ci il tarixli 67 nömrəli akt qeydinə əsasən pozulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı oğlu X3, qızı X4r. İş materiallarında olan xx.xx.1971-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X7, ana qrafasında İddiaçı göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 437567 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1995-ci il tarixli 2V-2-578 reyestr nömrəli vəsiyyətnamənin dublikatından görünür ki, X12 ünvan 1 ünvanında yerləşən evini Cavabdeh2 vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X5 vərəsələri: Azərbaycan Respublikası, ünvan 3 ünvanında qeydiyyatda olan qızı- Cavabdeh2 ( AZE0*******, xx.xx.2005 Yasamal, FİN: xxxxxxx, d/t : xx.xx.1952) və o miras amlakdan 1/4 hissədə pay almalıdır. 3/4 hissə pay açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak AR Tİ VƏ MHQİ tərəfindən xx.xx.1985 tarixdə X10 verilmiş 30/892 qeydǝalma nömrəsi ilə 193 nömrəli kitabın 10066-cı səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 76 kv/m yaşayış sahəsi 51.3 kv/m. yardımçı sahəsi 24.7 kv/m, 4 otaqlı olan fərdi yaşayış evindən ibarətdir. DƏDRX-dən əldə edilmiş xx.xx.2023-cü tarixli qeydiyyat nömrəsi 11A7/524 olan arayışa əsasən vərəsǝlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ile yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli məktuba əsasən Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunda Cavabdeh2 adına 22 dekabr 1995-ci il tarixdə 2V-2-578 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin xx.xx.2010-cu ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə Dövlət notariat arxivinə məlumat daxil olmamışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, Cavabdeh3 xx.xx.2009-cu il tarixdə vəfat etmiş anası X2 miras qalmış vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcək. İş materiallarında olan xx.xx.2013-cü il tarixli qərara əsasən vətəndaş Cavabdeh1 Nəsiman qızına vəsiyyət üzə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1683/2023 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 Nəsiman qızının cavabdeh Bakı şəhəri 5 saylı Notariat kontoruna qarşı xx.xx.2009-cu il tarixdə vəfat etmiş X2 qalmış miras əmlakın qəbul edilməsi müddətinin bərpası tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi ¼ hissədə xx.xx.2023-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. ¾ hissədə isə pay açıq saxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh2 ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 76kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus ¼ hissəsini hədiyyə alan X21 mülkiyyətinə vermişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi ¼ hissədə xx.xx.2024-cü il tarixdə X21 adına qeydiyyata alınmışdır. ¾ hissədə isə pay açıq saxlanılmışdır. İş materiallarında olan arayışdan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində193h/e nömrəli reyestr kitabının 10066 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sırasına daxildirlər. Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı anası X12 xx.xx.2009-cu il tarixdə vəfat etmiş və onun ölümündən sonra ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. İddiaçının anası sağlığında həmin əmlaka dair vəsiyyətnamə tərtib etmiş və həmin əmlakı övladlarından biri Cavabdeh2 vəsiyyət etmişdir. Daha sonra Cavabdeh2 notariat ofisinə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə ilə onun həmin miras əmlakın ¼ hissəsinə pay hüququ müəyyən edilmiş, 3/4 hissə pay isə açıq saxlanılmışdır. Bundan sonra Cavabdeh2 əmlakdakı payına çıxarış almış, bununla da ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi ¼ hissədə xx.xx.2023-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış, ¾ hissədə isə pay açıq saxlanılmışdır. xx.xx.2024cü il tarixdə Cavabdeh2 əmlak üzərində ¼ payını X25 bağışlamışdır. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, anası X2 miras qalmış ünvan 1 ünvanında yerləşən evin ¼ hissəsinə vərəsəlik hüquqlarının tanınmasını və ¼ hissədə payının müəyyən edilməsini xahiş edir. Cavabdeh2 isə buna etiraz etmir, iddia tələbini qəbul edir. Məhkəmə qeyd edir ki, iddiaçının anası X5 7 övladı olmuşdur: İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Nəsiman qızı, X6, X17 və X24. X1, X17 və X24 vəfat etmişlər. Bu da o nəticəyə gəlməyə əsas verir ki, hazırda qanun üzrə vərəsələr İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Nəsiman qızıdır. Bununla da belə bir nəticəyə gəlmək olur ki, İddiaçı da qanun üzrə vərəsələrdən biridir. Həmçinin göründüyü kimi Cavabdeh2 miras əmlakın ¼ hissəsinə iddiaçının vərəsəlik hüquqlarının tanınmasına və ¼ hissədə pay hüququnun müəyyən edilməsinə etiraz etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etirafını qəbul edir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X2 miras qalmış ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissəsinə qanun üzrə vərəsə İddiaçı vərəsəlik hüququ tanınmalı, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissəsinə İddiaçı 1/4 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100.60 (bir yüz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissəsinə qanun üzrə vərəsə İddiaçı vərəsəlik hüququ tanınsın. ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissəsinə İddiaçı 1/4 hissədə payı müəyyən edilsin. Bu Qətnamə İddiaçı ¼ hissədə müəyyən edilmiş payı üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş 100.60 (bir yüz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar