Məhkəmə qərarları › İş №e-2(004)-3254/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3254/2025

05.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3254/2025 05.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 Şirvan şəhər Sukanal İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 Şirvan şəhər Sukanal İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 Şirvan şəhər Sukanal İdarəsinin 03 aprel 2025-ci il tarixli 13/K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa olunmağı, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi və mediasiya xərci kimi ödənilmiş rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 19 avqust 1983-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2016-cı il tarixdən "xxxx" ASC-nin Şirvan Sukanal İdarəsinin nəqliyyat və xüsusi texnika sahəsində 4-cü dərəcəli avtomobil sürücüsü peşəsinə qəbul edilmişdir. Daha sonra bir neçə dəfə struktur dəyişkliyi olmuş, xx.xx.2018ci il tarixdə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 4 saylı Regional Sukanal İdarəsinin X4 istismarın təşkili və idarəedilməsinə nəzarət qrupuna 5-ci dərəcə ilə təmirçi çilingər peşəsinə, xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən Su və kanalizasiya sistemlərinin istismarına sahəsinə 4-cü dərəcə ilə avtomobil sürücüsü peşəsinə keçirilmişəm. Azərbaycan Respublikasının Prezidentinin 30 mart 2023-cü il tarixli Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X1 əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılmış, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilmişdir. İstifadəsində olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı barəsində xx.xx.2024-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən protokolun tərtib edilməsi və tətbiq edilmiş cərimədən məlumatı olmadığından xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(032)-19/2025 saylı inzibati qərarı ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta törətmiş İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətə məhdudlaşdırılmışdır. Məhkəmə qərarı barədə məlumat aldıqdan sonra tətbiq edilmiş inzibati cəriməni ödəməklə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılması haqqında Şirvan Şəhər Məhkəməsinin 3(032)-19/2025 saylı, 16 yanvar 2025-ci il tarixli qərarına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 Şirvan şəhər Sukanal İdarəsinin rəisi tərəfindən xx.xx.2025-ci il tarixdə əsassız olaraq bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə əsasən işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindiyinə görə xitam verilmişdir. Şirvan Şəhər Məhkəməsinin 3(032)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta törətmiş İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququnun 01 (bir) il müddətə məhdudlaşdırılmasına dair Şirvan Şəhər Məhkəməsinin 3(032)-19/2025 saylı, 16 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında qərarına xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin qanunsuz verdiyi əmrin ləğv edilməsinə dair qanunvericiliyin tələbinə əsasən mediasiya təşkilatına müraciət etmişdir. X2 1 saylı Mediasiya təşkilatında cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 Şirvan şəhər Sukanal İdarəsinin nümayəndəsi iştirak etməmişdir. Calışdığı müddət ərzində idarədə və kollektiv arasında yüksək nüfuz və hörmət qazanmışdır. Daima əmək müqaviləsi üzrə öhdəlikləri vaxtında və dəqiq icra etmişdir. İşində ciddi və məsuliyyətli olmaqla iş davamiyyəti, rəhbərlik tərəfindən qoyulmuş öhdəlik və tapşırıqlar layiqincə icra edilmişdir. Cavabdehin qanunsuz əmri nəticəsində əmək fəaliyyətini davam etdirə bilməmişdir. Hesab edir ki, işdən azad edilməyi ilə bağlı cavabdehin vermiş olduğu əmr əsassız və qanunsuzdur. O səbəbdən də adı çəkilən əmrin ləğv edilməsi, işə bərpa edilməyi və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək fikirindədir. Bundan əlavə cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 Şirvan şəhər Sukanal İdarəsi-nin rəhbərliyi tərəfindən qanunsuz və əsassız verilmiş əmr nəticəsində əmək fəaliyyətinin davam etdirilməməsi və işgüzar nüfuzuna xələl gətirilməsi səbəbindən stres, gərginlik və əsəb nəticəsində müalicələr alır. Bu da öz növbəsində onun psixoloji sarsıntılar keçirməyinə səbəb olmuşdur. Bu səbəbdən hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Onunla imzalanmış əməkmüqaviləsinə xitam verilməsinə dair cavabdehin xx.xx.2025-ci il tarixli, 13/K saylı əmrinin qanunsuz və əsassız olması ilə bağlı aşağıdakı faktiki əsasları diqqətə çatdırmışdır. Bununla bağlı olaraq bildirmişdir ki, o, cavabdeh təşkilatda işlədiyi müddət ərzində əmək fəaliyyətində heç vaxt hər hansı bir pozuntu olmamışdır. Bu hal cavabdeh təşkilatın ona qarşı qərəzli olduğunu bir daha təsdiq edir. Cavabdehin onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli əmri ilə əmək qanunvericiliyin bir çox normalarının pozuntusuna yol vermişdir. Belə ki, barəsində Şirvan Şəhər Məhkəməsinin 3(032)-19/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta törətmiş İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququnun 01 (bir) il müddətə məhdudlaşdırılmasına dair Şirvan Şəhər Məhkəməsinin 3(032)-19/2025 saylı, 16 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında qərarına xitam verilmişdir. Bundan əlavə barəsində hər hansı bir cinayət məsuliyyətinə cəlb edilmə və ya cinayət nəticəsində barəsində heç bir qanuni qüvvəsini almış məhkəmə hökmü mövcud deyil. İşəgötürən tərəfindən cinayət və inzibati xəta anlayışlarına düzgün dərk edilməmişdir. Cinayət – Cinayət qanunvericiliyi ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsidir. İnzibati xəta – İnzibati xətalar haqqında qanunvericiliklə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməldir. Cəza - məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. İnzibati tənbeh – inzibati xətaya görə tətbiq olunan məsuliyyət tədbiridir. Cəzanın məqsədləri: -sosial ədalətin bərpası -məhkumun islah edilməsi -məhkumlar və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması İnzibati tənbehin məqsədləri: -inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək -inzibati xəta törətmiş şəxs və başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması. Qeyd edilmiş hüquqi və faktiki əsaslar iddia tələbinin təmin edilməsini şərtləndirir. Beləliklə, bütün qeyd edilən normativ hüquqi faktlara əsasən və yuxarıda şərh olunan işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, o, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iddiaçı “Azərsu ASC-nin Şirvan Su kanal idarəsində sürücü vəzifəsində işləmişdir. Daha sonra əmək müqaviləsi bir neçə dəfə dəyişdirilib. İstifadəsində olan avtomobili idarə edərkən barəsində 20 dekabr 2024-cü ildə protokol tərtib olunub. Protokol üzrə tətbiq olunmuş cəriməni ödəmədiyi üçün İXM-nin 529.3-cü madddəsi ilə sürücülük hüququ məhdudlaşdırılmışdır. Protokol üzrə cərimələr ödənildikdən sonra iddiaçı ərizə ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmiş, 04 aprel 2025-ci il qərarı ilə sözügedən qərara xitam verilib. Belə ki, həmin sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı qərar Şirvan Su kanal idarəsi rəhbərliyinə məlum olmuşdur. Bu əsasla iddiaçının vəzifəsinə xitam verilib. Hal-hazırda həmin qərar qüvvədə deyil. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 24.11.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 ilə İddiaçı arasında, Birləşmiş Sukanal MMC/ Şirvan Sukanal İdarəsi/ Su və kanalizasiya sistemlərinin istismarı sahəsi üzrə avtomobil sürücüsü vəzifəsinə qəbul edilməsi barədə müddətsiz əmək müqaviləsi bağlanmışdır. - İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-nin Şirvan Sukanal İdarəsinin nəqliyyat və xüsusi texnika sahəsində 4-cü dərəcəli avtomobil sürücüsü peşəsinə qəbul edilmiş, xx.xx.2025-ci il tarixində AR Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndi üzrə işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Şirvan Şəhər Sukanal İdarəsinin xx.xx.2025-ci il tarixli, 13/K saylı əmrindən görünür ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Su və kanalizasıya sistemlərinin istismarı sahəsi üzrə avtomobil sürücüsü İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə əsasən məhkəmənin hökmü qanuni qüvvəyə mindiyinə görə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 12 təqvim günü pul əvəzi ödənilməlidir. - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 Şirvan Şəhər Sukanal İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən Şirvan Şəhər Sukanal İdarəsinin Su və kanalizasıya sistemlərinin istismarı sahəsinin avtomobil sürücüsü İddiaçı əmək müqaviləsinə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(032)-19/2025 saylı qərarına əsasən (nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edildiyinə görə) xitam verilmişdir. - Şirvan Şəhər Məhkəməsinin 3(032)-19/2025 saylı, 04 aprel 2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta törətmiş İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququnun 01 (bir) il müddətə məhdudlaşdırılmasına dair Şirvan Şəhər Məhkəməsinin 3(032)-19/2025 saylı, 16 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında qərarına xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 76-cı maddəsinin 1 hissəsində göstərilmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 74-cü maddənin 1-ci hissəsinin “ç” bəndinə əsasən işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən "xxxx" ASC-nin Şirvan Sukanal İdarəsinin nəqliyyat və xüsusi texnika sahəsində 4-cü dərəcəli avtomobil sürücüsü peşəsinə qəbul edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 3(032)- 19/2025 saylı, 16 yanvar 2025-ci il tarixli qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Şirvan Şəhər Sukanal İdarəsinin xx.xx.2025-ci il tarixli, 13/K saylı əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Su və kanalizasıya sistemlərinin istismarı sahəsi üzrə avtomobil sürücüsü İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə əsasən məhkəmənin hökmü qanuni qüvvəyə mindiyinə görə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Şirvan Şəhər Məhkəməsinin 3(032)-19/2025 saylı, 04 aprel 2025-ci il tarixli qərarına əsasən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta törətmiş İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququnun 01 (bir) il müddətə məhdudlaşdırılmasına dair Şirvan Şəhər Məhkəməsinin 3(032)-19/2025 saylı, 16 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında qərarına xitam verilmişdir. Hal-hazırda iddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 Şirvan şəhər Sukanal İdarəsinin 03 aprel 2025-ci il tarixli 13/K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa olunmağı, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi və mediasiya xərci kimi ödənilmiş rüsumunun tutulmasını tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddənin 1-ci hissəsinin “ç” bəndində məhkəmə aktının dairəsi (məhkəmə hökmü) dəqiq müəyyən edilib. Əvvəla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ç” bəndində göstərilir ki, işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. Normanın mənasına görə, məhz cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü olduqda tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. Göründüyü kimi, AR ƏM-in 74.1-ci maddəsinin “ç” bəndində məhkəmənin qanuni qüvvəyə minmiş inzibati xəta haqqında iş üzrə qərarının deyil, cinayət işi üzrə hökmdən bəhs olunur. Nəzərə alınmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlib. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlib. Eyni hüquqi mövqe “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” AR Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2015-ci il tarixli Qərarında da ifadə olunub və həmin Qərarda göstərilir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Belə ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən AR Əmək Məcəlləsinin 74.1ci maddəsinin “ç” bəndində əsaslanıb preyudisial halları və faktları əks etdirən məhkəmə aktlarının dairəsini genişləndirərək, inzabati xəta haqqında iş üzrə məhkəmə aktını da həmin məhkəmə aktlarının sırasına aid etməsi qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 22.1. 22.1.4-cü maddəsinə əsasən, inzibati tənbeh növləri aşağıdakılardır: 22.1.4. fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.4-ci maddəsinə əsasən, bu Məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42,0. 42.0.2. nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə; Göründüyü kimi, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh növü olmaqla müvəqqəti xarakter daşıyır, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə isə cəza növü olaraq müəyyən edilir. Bu baxımdan AR ƏM-nin 74-cü 74.1-ci maddəsinin “ç” bəndi tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilməsi halını daimi xarakter daşıyan cəza növü kimi nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etməyə dair hökmün mövcudluğuna bağlı etmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 Şirvan şəhər Sukanal İdarəsi işəgötürən olsa da hüquqi şəxs statusuna malik deyil, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 struktur vahididir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 Şirvan şəhər Sukanal İdarəsinin rəisi idarənin idarəetmə aparatının struktur bölmələrinin rəhbərlərini, işçilərini “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 ilə razılaşdırmaqla vəzifəyə təyin və işdən azad edir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 Şirvan şəhər Sukanal İdarəsinə dair hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, işdən çıxarıldığı xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 tərəfindən İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 Şirvan şəhər Sukanal İdarəsinin xx.xx.2025-ci il tarixli, 13/K nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 Şirvan şəhər Sukanal İdarəsinin su və kanalizasiya sistemlərinin istismarı sahəsində avtomobil sürücüsü vəzifəsinə bərpa edilməli, İddiaçı işdən çıxarıldığı xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi olan 60 (altmış) manat məbləğində pul cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 Şirvan şəhər Sukanal İdarəsinin xx.xx.2025-ci il tarixli, 13/K nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 Şirvan şəhər Sukanal İdarəsinin su və kanalizasiya sistemlərinin istismarı sahəsində avtomobil sürücüsü vəzifəsinə bərpa edilsin. İddiaçı işdən çıxarıldığı xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilsin. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi olan 60 (altmış) manat məbləğində pul cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar