Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3279/2022 31.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş idarəsi, Cavabdeh2, Cavabdeh3 və 19 saylı Dövlət notariat Ofisinə qarşı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı ərazi idarəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə vərəsəlik hüququ olan şəxs siyahısına salınma, miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və paylara uyğun olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında nəzərdən keçirərək Müəyyən etdim: İddiaçılar cavabdehlərə qarşı vərəsəlik hüququ olan şəxs siyahısına salınma, miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və paylara uyğun olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununa 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dəyərində dövlət rüsumu müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iki iddiaçı olduğu halda, yalnız bir iddiaçı İddiaçı2 tərəfindən dövlət rüsumu ödənilmiş, digər İddiaçı1 tərəfindən dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda iddia ərizəsindən görünür ki, ərizəni elektron imzalamış vəkil Nümayəndə tərəfindən iddiaçılara hüquqi yardımın göstərilməsi ilə bağlı vəkil orderi ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir (69.1-1). Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə iddia ərizəsinə iddiaçıların Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontoruna müraciəti barədə məktub əlavə edilsə də, notariusun imtina cavabı iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.6-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1321.1.-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat kontornua müraciət etmiş, lakin sonuncunun şəhadətnamənin verilməsindən imtina barədə cavabını ərizəyə əlavə etməmişlər. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçılara izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş N 2(004)-3279/2022 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş idarəsi, Cavabdeh2, Cavabdeh3 və 19 saylı Dövlət notariat Ofisinə qarşı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı ərazi idarəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə vərəsəlik hüququ olan şəxs siyahısına salınma, miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və paylara uyğun olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında 31.05.2022-ci il tarixdə Bakı şəhərində məhkəmənin binasında nəzərdən keçirərək iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkər saat 14:00-da başladı. Prosessual hərəkət saat 14:20-də başa çatdı. Protokol 31.05.2022-ci il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-3279/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3279/2022
31.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver