Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3294/2024 04.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Maraqlı şəxs2 cəlb edilməklə) Cavabdeh qarşı “əqdin etibarlı hesab edilməsi və həmin əqddən irəli gələn hüququn dövlət qeydiyyatına alınması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Maraqlı şəxs2 cəlb edilməklə) Cavabdeh qarşı “əqdin etibarlı hesab edilməsi və həmin əqddən irəli gələn hüququn dövlət qeydiyyatına alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nəcəfova X1 məxsus olmaqla Bakı şəhəri, Yasamal rayonu, Sereteli küçəsində yerləşən 59 saylı evə dair tərəflər arasında Bakı şəhəri 12 saylı DNK-da bağlanaraq Reyestrdə 3M-5-1085 nömrə ilə qeyd edilmiş 17 avqust 2006-cı il tarixli əqdin (müqavilənin) etibarlı hesab edilməsi və "xxxx" MMC-nin həmin əqddən irəli gələn hüququnun dövlət qeydiyyatına alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, "xxxx" MMC yeni hündürmərtəbəli yaşayış binasının tikintisinə icazə almaq və həyata keçirmək məqsədi ilə yaradıldığı 2006-cı ildən başlayaraq Bakı şəhəri, Yasamal rayonu, Sereteli, M.F.Axundov, İ.Əbilov və F.İbrahimbəyov küçələrinin əhatə etdiyi ərazidə yaşayan sakinlərlə müəyyən sövdələşmələr aparmış, onların bəziləri ilə ilkin alqı-satqı əməliyyatları həyata keçirmiş, bəzilərinə isə beh ödənişləri edərək külli miqdarda pul vəsaiti xərcləmişdir. Göstərilən əməliyyatlar çərçivəsində hazırki iddia tələbi üzrə cavabdeh Nəcəfova X1 məxsus olmaqla Bakı şəhəri, Yasamal rayonu, Sereteli küçəsində yerləşən 59 saylı evlə bağlı tərəflər arasında Bakı şəhəri 12 saylı DNK-da bağlanaraq Reyestrdə 3M-5-1085 nömrə ilə qeyd edilmiş 17 avqust 2006-cı il tarixli “Razılıq Sazişi” rəsmiləşdirilmişdir. Həmin sazişin 1-ci bəndində göstərilmişdir: Mən, Nəcəfova X2 ünvan 1 ünvanda yerləşən mənə məxsus olan evi 130 000 (yüz otuz min) ABŞ dollarına "xxxx" MMC-yə satmışam, lakin 70.000 (yetmiş min) ABŞ dolları aldım və həmin evi "xxxx" MMC-nin mülkiyyətinə verməyi öhdəmə götürürəm. Həmin sazişin 4-cü bəndində göstərilmişdir: Mən, Nəcəfova X2 həmin evə dair "xxxx" MMC-yə qarşı gələcəkdə heç bir maddi tələbim, yaşayış və digər iddiam olmayacağı barədə öhdəlik götürdüm. Göstərilən sazişin 4-cü bəndində habelə göstərilmişdir: Tərəflər arasında yaranan mübahisə və ixtilaflar məhkəmə qaydasında həll edilir. Lakin cavabdeh yuxarıda göstərilən sazişdən irəli gələn öhdəliyinə bu günədək əməl etməmiş və bu istiqamətdə heç bir addım atmamışdır. Belə ki, cavabdeh, aralarında bağlanmış əqd üzrə yekun hesablaşmadan və həmin əqddən əmələ gələn hüququn dövlət qeydiyyatından boyun qaçırmışdır. Cəmiyyətin qanuni təmsilçisi tərəfindən edilən bütün cəhdlər də bu günədək heç bir nəticə verməmiş, cavabdehin təqsiri ucbatından məsələ yalnız kağız üzərində qalmışdır. Digər tərəfdən, qeyd edilməlidir ki, yuxarıda göstərilən mübahisəli yaşayış evinə bitişik ətraf ərazidə yeni binaların tikintisinin aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaları üzrə üçüncü şəxs "xxxx" MMC-yə həvalə edilmişdir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 59 saylı Sərəncamı iləYasaml rayonu, C.Cabbarlı, İ.Əbilov, M.F.Axundov, N.Aşurbəyova, S.Salayev və F.İbrahimbəyov küçələrinin əhatə etdiyi ərazidə şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin yerləşdiyi 2,87 ha torpaq sahəsi, həmin tikililərin istifadəçiləri və mülkiyyətçiləri ilə müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında Maraqlı şəxs2 MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında Maraqlı şəxs2 MMC-nin istifadəsinə ayrılmışdır. Odur ki, artıq xeyli vaxtdır ki, ərazidə söküntü-qazma işləri aparan üçüncü şəxs Maraqlı şəxs2 MMC-nin səlahiyyətli əməkdaşları tərəfindən daşınmaz əmlak sahibləri ilə (o cümlədən iddiaları üzrə cavabdehlə) söküntüyə gedən əmlakların əvəzləşdirilməsi istiqamətində sövdələşmələr aparılır və müqavilələr bağlanır. Bu səbəbdən cəmiyyətin yuxarıda göstərilən əqddən irəli gələn hüququnun pozulmasının qarşısını almaq üçün sözügedən əqd barədə üçüncü şəxs Maraqlı şəxs2 MMC-yə dəfələrlə məlumat verilmiş, lakin hər dəfə cavabında bu məsələnin onlara heç bir aidiyyəti olmadığı, sakinlərlə faktiki yaşayış sahəsi üzrə əvəzləşdirmələr aparılacağı birmənalı olaraq bildirilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, "xxxx" MMC-nin yuxarıda gösərilən əqddən irəli gələn hüququ həm cavabdeh, həm də üçüncü şəxs tərəfindən nəzərə alınmır və belə davam edəcəyi təqdirdə cəmiyyət birmənalı olaraq zərərə məruz qalacaq, nəticə etibarilə tərəflər arasında bağlanmış əqd öz əhəmiyyətini itirmiş olacadır. Ona görə də hesab edirlər ki, məsələ məhkəmə qaydasında həll edilməli, cavabdeh Nəcəfova X1 məxsus olmaqla Bakı şəhəri, Yasamal rayonu, Sereteli küçəsində yerləşən 59 saylı evlə bağlı tərəflər arasında Bakı şəhəri 12 saylı DNK-da bağlanaraq təsdiq edilmiş 17 avqust 2006-cı il tarixli əqd (müqavilə) etibarlı hesab edilməli və cəmiyyətin həmin əqddən irəli gələn hüququ dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən edildi ki, cavabdehə yönəldilmiş tələb aydın, dəqiq və düzgün qeyd edilməmiş, məhkəmədən cavabdeh Nəcəfova X1 məxsus olmaqla Bakı şəhəri, Yasamal rayonu, Sereteli küçəsində yerləşən 59 saylı evə dair tərəflər arasında Bakı şəhəri 12 saylı DNK-da bağlanaraq Reyestrdə 3M-5-1085 nömrə ilə qeyd edilmiş 17 avqust 2006-cı il tarixli əqdin (müqavilənin) etibarlı hesab edilməsi və "xxxx" MMC-nin həmin əqddən irəli gələn hüququnun dövlət qeydiyyatına alınması xahiş olunmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, qeyd olunan tələbə münasibətdə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2-ci və 153.2.1- ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilməlidir ki, “ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddia tələbi kimi qoyulmuş cavabdeh Nəcəfova X1 məxsus olmaqla Bakı şəhəri, Yasamal rayonu, Sereteli küçəsində yerləşən 59 saylı evə dair tərəflər arasında Bakı şəhəri 12 saylı DNK-da bağlanaraq Reyestrdə 3M-5-1085 nömrə ilə qeyd edilmiş 17 avqust 2006-cı il tarixli əqdin (müqavilənin) etibarlı hesab edilməsi və "xxxx" MMC-nin həmin əqddən irəli gələn hüququnun dövlət qeydiyyatına alınması məhkəmə qaydasında baxılmalı olan məsələ deyildir. İddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddia özlüyündə şəxsin özünün mənafeyi naminə cavabdeh tərəfindən yerinə yetirilməli olan pulun, əmlakın verilməsi, şəxsin xeyrinə müəyyən hərəkətlərin yerinə yetirilməsi və ya müəyyən hərəkətləri etməkdən çəkinmədə ifadə olunan tələblərdir, lakin hazırki tələbdə iddiaçı cavabdehlə arasında bağlanmış razılıq sazişinin etibarlı hesab edilməsini tələb etmişdir. Belə tələbə məhkəmə qaydasında baxılması mümkün deyildir. Bir mənalı şəkildə qəbul edilmiş fakt odur ki, əksi sübut olunana qədər tərəflər arasında bağlanmış əqd etibarlı hesab edilir. Belə ki, əgər tərəflər arasında hər hansı bir əqd bağlanmışdırsa, digər tərəf həmin əqd üzrə öhdəliklərini yerinə yetirmirsə, belə olan zaman qarşı tərəfin müqavilə üzrə öhdəliyini pozmasını hesab edən şəxs həmin əqddən irəli gələn öhdəliyin məhkəmə qaydasında yerinə yetirilməsini (əqd üzrə verilən ödənişlərin qaytarılmasını, əqd üzrə verilməli olan əmlakın təhvil verilməsini), yaxud həmin əqdin ləğv olunmasını və s. tələb edə bilər. Odur ki, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Maraqlı şəxs2 cəlb edilməklə) Cavabdeh qarşı “əqdin etibarlı hesab edilməsi və həmin əqddən irəli gələn hüququn dövlət qeydiyyatına alınması” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Maraqlı şəxs2 cəlb edilməklə) Cavabdeh qarşı “əqdin etibarlı hesab edilməsi və həmin əqddən irəli gələn hüququn dövlət qeydiyyatına alınması” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3294/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3294/2024
04.06.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver