Məhkəmə qərarları › İş №e-2(004)-33/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-33/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-33/2025 04.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının müstəqil tələb irəli sürmüyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə Cavabdeh qarşı “ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xx.xx.2016-cı il tarixli KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə 7.456.836,67 (yeddi milyon dörd yüz əlli altı min səkkiz yüz otuz altı manat altmış yeddi qəpik) manat əsas kredit borcunun ödənilməsi üçün tutmanın Cavabdeh məxsus ünvan 1 ünvanında 0.1235 ha torpaq sahəsində yerləşən 272,1 kv.m. fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına QSC “Bank Standard” KB-nin qeyd olunan kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi, əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı müstəqil tələb irəli sürmüyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə Cavabdeh qarşı “ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xx.xx.2016-cı il tarixli KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə 7.456.836,67 (yeddi milyon dörd yüz əlli altı min səkkiz yüz otuz altı manat altmış yeddi qəpik) manat əsas kredit borcunun ödənilməsi üçün tutmanın Cavabdeh məxsus ünvan 1 ünvanında 0.1235 ha torpaq sahəsində yerləşən 272,1 kv.m. fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına QSC “Bank Standard” KB-nin qeyd olunan kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi, əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə borclu QSC “Bank Standard” KB arasında xx.xx.2016-cı il tarixli KBS16- 1823 nömrəli kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən kredit müqaviləsi üzrə QSC “Bank Standard” KB-yə xx.xx.2017-ci il tarixinədək illik 3% olmaqla 20.000.000,00 (iyirmi milyon) manat məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus ünvan 1 ünvanında 0.1235 ha torpaq sahəsində yerləşən 272,1 kv.m. fərdi yaşayış evi barəsində xx.xx.2019-cu il tarixdə İBS16- 1823/7 saylı ipoteka müqaviləsi bağlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 4498/2016 nömrəli qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Hazırda bank barəsində iflas prosedurunun həyata keçirilməsi davam etdirilir. Sözügedən kredit müqaviləsi üzrə qalıq borc məbləği həcmində Mərkəzi Bankın kreditor tələbləri QSC “Bank Standard” KB-nin ləğvedicisinə xx.xx.2016-cı il tarixli, 05-01002-2016 nömrəli məktubla təqdim edilməsinə və bu tələblin ləğvedici tərəfindən qeydə alınmasına baxmayaraq, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır (ləğvedicinin xx.xx.2016-cı il tarixli, 08/15756 nömrəli məktubu əlavə olunur). xx.xx.2023-cü il tarixəQSC “Bank Standard” KB-nin Mərkəzi Bank qarşısında kredit müqaviləsi üzrə 7.456.836,67 (yeddi milyon dörd yüz əlli altı min səkkiz yüz otuz altı manat altmış yeddi qəpik) manat əsas kredit borcu mövcuddur. Qeyd olunanlarə nəzərə alınmaqla, iddia tələbinin təmin olunması məhkəmədən xahiş edilir. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək kredit müqaviləsi üzrə əsas öhdəliyin icra edilməməsi ilə bağlı ipoteka saxlayanın hazırki tələbi irəli sürməkdə haqlı olduğunu bildirmiş, iddia tələbinin təmin edilməsini məsələsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə QSC “Bank Standard” KB arasında xx.xx.2016-cı il tarixli KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə QSC “Bank Standard” KB-yə xx.xx.2017-ci il tarixinədək illik 3% olmaqla 20.000.000,00 (iyirmi milyon) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ipoteka saxlayan Azərbaycan Respublikası Mərkəzi Bankı, ipoteka qoyan Cavabdeh və borc alan QSC “Bank Standard” KB arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixdə İBS16-1823/7 saylı ipoteka müqaviləsinə əsasən müəyyən edilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə QSC “Bank Standard” KB arasında xx.xx.2016-cı il tarixli KBS16-1823 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus ünvan 1 ünvanında 0.1235 ha torpaq sahəsində yerləşən 272,1 kv.m. fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin ümumi dəyəri 780485 manat məbləğində qiymətləndirilmişdir. İpoteka müqaviləsi ipoteka qoyan Cavabdeh təmsilçisi (nümayəndə) X1 tərəfindən imzalanmışdır. İş materiallarında olan çıxarışın surətinə əsasən müəyyən edilir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında 0.1235 ha torpaq sahəsində yerləşən 272,1 kv.m. fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının Cavabdeh və Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış bildirişinə əsasən müəyyən edilir ki, ipoteka saxlayan Azərbaycan Respublikası Mərkəzi Bankı, ipoteka qoyan Cavabdeh və borc alan QSC “Bank Standard” KB arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixdə İBS16- 1823/7 saylı ipoteka müqaviləsinə əsasən tələbin ipotekaya yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan X2 Mərkəzi MMC-nin tərtib etdiyi xx.xx.2025-ci il tarixli hesabata əsasən müəyyən edilir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında 0.1235 ha torpaq sahəsində yerləşən 272,1 kv.m. fərdi yaşayış evinin bazar dəyəri 275.800 manat, likvid dəyəri isə 238.000 manat təşkil edir. Fotoşəkillərə əsasən müəyyən edilir ki, sözügedən əmlak təmirsizdir. Tədqiqatın dəyəri qismində 500 manat pul iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ödənilmişdir. İş materiallarına Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-227/2016 nömrəli qətnaməsi əlavə edilmişdir. Həmin qətnaməyə əsasən müəyyən edilir ki, iddiaçı QSC “Bank Standard” KB-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh və digərlərinə qarşı “pul və tələbin ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, tələb müvafiq ipoteka predmetlərinə yönəldilmişdir. İş materiallarına QSC “Bank Standard” KB ilə ipoteka qoyan Cavabdeh, X1 və borcalan "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Saziş əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində aşağıdakı normalar çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə, ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə QSC “Bank Standard” KB arasında xx.xx.2016-cı il tarixli KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə QSC “Bank Standard” KB-yə xx.xx.2017-ci il tarixinədək illik 3% olmaqla 20.000.000,00 (iyirmi milyon) manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan Azərbaycan Respublikası Mərkəzi Bankı, ipoteka qoyan Cavabdeh və borc alan QSC “Bank Standard” KB arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixdə İBS16-1823/7 saylı ipoteka müqaviləsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə QSC “Bank Standard” KB arasında xx.xx.2016-cı il tarixli KBS16-1823 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus ünvan 1 ünvanında 0.1235 ha torpaq sahəsində yerləşən 272,1 kv.m. fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin ümumi dəyəri 780485 manat məbləğində qiymətləndirilmişdir. İpoteka müqaviləsi ipoteka qoyan Cavabdeh təmsilçisi (nümayəndə) X1 tərəfindən imzalanmışdır. İpoteka predmeti olan ünvan 1 ünvanında 0.1235 ha torpaq sahəsində yerləşən 272,1 kv.m. fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mərkəzi Bankının Cavabdeh və Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış bildirişinə əsasən ipoteka saxlayan Azərbaycan Respublikası Mərkəzi Bankı, ipoteka qoyan Cavabdeh və borc alan QSC “Bank Standard” KB arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixdə İBS16- 1823/7 saylı ipoteka müqaviləsinə əsasən tələbin ipotekaya yönəldilməsi barədə xəbərdar edilmişdir. X2 Mərkəzi MMC-nin tərtib etdiyi xx.xx.2025-ci il tarixli hesabata əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında 0.1235 ha torpaq sahəsində yerləşən 272,1 kv.m. fərdi yaşayış evinin bazar dəyəri 275.800 manat, likvid dəyəri isə 238.000 manat təşkil edir. Fotoşəkillərə əsasən müəyyən edilir ki, sözügedən əmlak təmirsizdir. İpoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı X2 Mərkəzi MMC-nin tərtib etdiyi xx.xx.2025-ci il tarixli hesabatından başqa müəyyən edilən yuxarıda qeyd olunan bütün digər hallar mülki işin mübahisəsiz hallarıdır. xx.xx.2016-cı il tarixli KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə əsas öhdəlik borclu tərəfindən icra edilmədiyindən ipoteka saxlayanın tələbin ipoteka predmetinə yönəltmək hüququ vardır. İddia tələbi əsaslıdır. Cavabdeh tərəfindən ipoteka predmetinin bazar və likvid dəyəri mübahisələndirilmiş və ipoteka müqaviləsində müəyyən edilən məbləğ ilə qiymətləndirmə hesabatından müəyyən edilən məbləğinin əhəmiyyətli dərəcədə fərqli olmasını bildirmişdir. Lakin, ipoteka predmetinin ümumi sahəsi, yerləşdiyi ərazi, təmirsiz vəziyyətdə olması, ağlabatan bazar dəyəri əsas verir ki, X2 Mərkəzi MMC-nin tərtib etdiyi xx.xx.2025-ci il tarixli hesabatı əsaslıdır. Həmin əmlakın ipoteka müqaviləsində göstərilən məbləğdə dəyərləndirilməsi mövcud əmlak bazar şərtləri nöqteyi-nəzərdən ağlabatan deyildir. Odur ki, həmin hesabat mötəbər sübut qismində nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə xərci qismində iddiaçı tərəfindən qiymətləndirmə hesabatının təqdim edilməsi üçün ödənilmiş 500 (beş yüz) manat pul cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ləğv prosesində olan QSC “Bank Standard” KBnin xx.xx.2016-cı il tarixli KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə 7.456.836,67 (yeddi milyon dörd yüz əlli altı min səkkiz yüz otuz altı manat altmış yeddi qəpik) manat əsas kredit borcunun ödənilməsi üçün tutma Cavabdeh məxsus ünvan 1 ünvanında 0.1235 ha torpaq sahəsində yerləşən 272,1 kv.m. fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmeti olan ünvan 1 ünvanında 0.1235 ha torpaq sahəsində yerləşən 272,1 kv.m. fərdi yaşayış evi ilkin satış qiyməti 238.000 manat olmaqla açıq hərracdan satılmalı, satışdan əldə olunmuş pul vəsaitləri hesabına QSC “Bank Standard” KB-nin qeyd olunan kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısındakı borcu və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclər müvafiq təsdiqedici sənədlər əsasında ödənilməli, əmlak satıldıqdan sonra Cavabdeh yaşayış sahəsindən məcburi qaydada çıxarılmaqla əmlak tam boşaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının müstəqil tələb irəli sürmüyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə Cavabdeh qarşı “ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xx.xx.2016-cı il tarixli KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə 7.456.836,67 (yeddi milyon dörd yüz əlli altı min səkkiz yüz otuz altı manat altmış yeddi qəpik) manat əsas kredit borcunun ödənilməsi üçün tutmanın Cavabdeh məxsus ünvan 1 ünvanında 0.1235 ha torpaq sahəsində yerləşən 272,1 kv.m. fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına QSC “Bank Standard” KB-nin qeyd olunan kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi, əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması” tələbinə dair iddiası təmin edilsin. Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xx.xx.2016-cı il tarixli KBS16- 1823 nömrəli kredit müqaviləsi üzrə 7.456.836,67 (yeddi milyon dörd yüz əlli altı min səkkiz yüz otuz altı manat altmış yeddi qəpik) manat əsas kredit borcunun ödənilməsi üçün tutma Cavabdeh məxsus ünvan 1 ünvanında 0.1235 ha torpaq sahəsində yerləşən 272,1 kv.m. fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında 0.1235 ha torpaq sahəsində yerləşən 272,1 kv.m. fərdi yaşayış evi ilkin satış qiyməti 238.000 manat olmaqla açıq hərracdan satılsın. Satışdan əldə olunmuş pul vəsaiti hesabına QSC “Bank Standard” KB-nin qeyd olunan kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısındakı borcu və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclər müvafiq təsdiqedici sənədlər əsasında ödənilsin. Əmlak satıldıqdan sonra Cavabdeh yaşayış sahəsindən məcburi qaydada çıxarılmaqla əmlak tam boşaldılsın. Məhkəmə xərci qismində qiymətləndirmə hesabatının təqdim edilməsi üçün ödənilmiş 500 (beş yüz) manat pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar