Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3316/2024 09.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 32 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M9, m5) ünvanında yerləşən mənzildən Cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 32 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M9, m5) ünvanında yerləşən mənzildən Cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə müqavilə bağlanmışdır. Müqavilələrin şərtlərinə əsasən İddiaçı MMC-nin İ.Qutqaşınlı küçəsi, 533-cü məhəllədə tikintisi həyata keçirdiyi 16 mərtəbəli 60 mənzilli yaşayış binasındakı 9-cu mərtəbəsində yerləşən 32 nömrəli mənzil "xxxx" MMC tərəfindən Cavabdeh satılmışdır. Cavabdeh isə öz növbəsində müqavilənin şərtlərinə əsasən "xxxx" MMC-yə həmin mənzil üçün 226 200 (iki yüz iyirmi altı min iki yüz) manat ödəməli idi. Lakin, qeyd edilən müqavilələrin şərtlərini pozaraq Cavabdeh ödənişi tam şəkildə həyata keçirməmişdir və aldığı mənzil üzrə 133 600 (yüz otuz üç min altı yüz) manat borcu qalmışdır. Bununla bağlı, "xxxx" MMC Cavabdeh ilə aralarında olan alqı-satqı müqaviləsinə istinad edərək, ilk olaraq xx.xx.2024-cü il tarixində cavabdehə xəbərdarlıq göndərərək borcun ödənilməsini tələb etmişdir. Nəticə olmadığı üçün, "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixində pretenziyə göndərilərək, aralarında olan xx.xx.2009-cu il tarixli yuxarıda qeyd edilən mənzilin alqı-satqısına dair müqaviləyə xitam verdiyini bildirərək, həmin mənzili boşaldaraq təhvil verməsini tələb etmişdir. Cavabdeh mənzili boşaldaraq təhvil verməkdən imtina etmişdir və hazırda mənzildən istifadə edir. Cavabdeh və onun ailə üzvləri tərəfindən istifadə edilən, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 32 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M9, m5) mənzil İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir. Bununla bağlı, müvafiq dövlət qurumu tərəfindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı MMC mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüququndan istifadə edə bilmir. Göründüyü kimi, Cavabdeh tərəfindən İddiaçı MMC-nin Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulur. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarına "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixli podrat müqaviləsi əlavə edilmişdir. Həmin müqaviləyə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan mənzilə dair tərəflər arasında podrat münasibətləri yaranmışdır. Müqavilə üzrə kv.m. sahəsi 1450 manat olmaqla 156 kv.m. sahəsi olan mənzil sifarişçiyə satılmışdır (1450x156= 226200 manat). İş materiallarında olan ödəniş qəbzlərinə əsaəsn müəyyən edilir ki, sifarişçi tərəfindən ödənilmiş məbləğ ümumilikdə 97.000 manat təşkil edir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C İddiaçı MMC-nin mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur MM-in 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixli podrat müqaviləsinə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan mənzilə dair tərəflər arasında podrat münasibətləri yaranmışdır. Müqavilə üzrə kv.m. sahəsi 1450 manat olmaqla 156 kv.m. sahəsi olan mənzil sifarişçiyə satılmışdır (1450 manat x 156 kv.m. = 226200 manat). Ödəniş qəbzlərinə əsasən müəyyən edilir ki, sifarişçi tərəfindən ödənilmiş məbləğ ümumilikdə 97.000 manat təşkil edir. Yəni, Sifarişçi olan cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmiş, mənzilin dəyəri tam ödənilməmişdir. Bunun əksi cavabdeh tərəfindən sübuta yetirilməmiş, bu istiqamətdə hər hansı mülahizə bildirilməmişdir. Nəticədə tərəflər arasında bağlanmış müqavilə ləğv edilmişdir. Müəyyən edilir ki, mübahisə predmeti olan mənzilə mülkiyyət hüququ İddiaçı MMC-yə məxsusdur. Mülkiyyətçinin mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməlidir. “Hüquqi müəyyənlik” prinsipinin şərtləri əsas götürülməklə bütün subyektlər (fiziki şəxslər, hüquqi şəxslər, dövlət və bələdiyyələr) dövlətin məcburi gücü ilə təmin olunan imperativ şəkildə müəyyən edilmiş hüquq normalarına əməl etməyə borcludurlar. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Hüquq norması hüquq münasibətləri arasında yaranan münasibətləri ədalətli qaydada tənzimləmək üçün tərtib edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən “formal həqiqət” prinsipi nəzərə alınmaqla, həmçinin məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi qedy edilməklə məhkəmənin öz təşəbbüsü ilə tərəflərdən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Bu səbəbdən, məhkəmə mülki işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxaraq qərar qəbul etməyi qanuni və əsaslı hesab edir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində zəruri sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv təkzibetmə funksiyası həyata keçirilməmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 32 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M9, m5) ünvanında yerləşən mənzildən Cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulmalı, həmin mənzil cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 32 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M9, m5) ünvanında yerləşən mənzildən Cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 32 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M9, m5) ünvanında yerləşən mənzildən Cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulsun, həmin mənzil cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3316/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3316/2024
09.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver