Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3318/2024 16.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə aylıq əməkhaqqı və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə aylıq əməkhaqqı və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və cavabdeh "xxxx" MMC ilə arasında xx.xx.2022-ci il tarixində mühasib köməkçisi vəzifəsində işləməklə əlaqədar əmək müqaviləsi bağlanmışdır. Daha sonra hər biri 3 ay müddətinə olmaqla daha 3 dəfə mənimlə müddətli əmək müqavilələri bağlanmışdır. Lakin həmin müqavilələrin bir nüsxəsi əmək qanunvericiliyinin tələbinə görə ona verilməli olsa da bu günə kimi cavabdeh onunla bağlanmış müqavilələrin heç birinin nüsxəsini ona verməmişdir. Cavabdehlə işlədiyi 1 il 3 ay müddətində aralarında bağlanmış müqavilə şərtlərinə tərəfimdən tam əməl edilmişdir. Cavadehlə aramızda bağlanmış yazılı və şifahi razılaşmaya əsasən onun "L.B. Konsaltinq'’ MMC-də əmək haqqı 500 manat nağdsız karta köçürmə yolu ilə və 400 manatı nagd şəkildə ödənilməklə cəmi əmək haqqı 900 manat olmaqla razılaşdırılmışdır, işlədiyi 1 il 3 ay müddətində cavabdeh ona olan əmək haqqı öhdəliyini pozmamışdır. İşlədiyi müddətdə hər ay 500 manat əmək haqqı kartına və 400 manat şrkətin təsisçisi X2 qardaşı X9 tərəfindən, cəmi 900 manat olmaqla tam məbləğdə ödənilmişdir. Bununla əlaqədar ödənişlərin təsdiqini-qəbzləri Anar Bayramov ona wotsap üzərindən göndərirdi, örnək haqqı məsələsində cavabdehlə aralarında son günə qədər heç bir anlaşılmazlıq olmamışdır. Şirkətdə işlədiyi müddət ərzində şirkətin ona borcu qalmamışdır. İşlədiyi bütün müddət ərzində müqavilə bağladığım “L.B.Konsaltinq" MMC-nin mənafeyi üçün çalışmış və cavabdehə yüksək səviyyəli xidmət göstərilməsin üçün əlimdən gələni etmişdir. Bütün iş fəaliyyəti dövründə hər hansı qüsur və qıınıın pozuntularına yol verməmişdir. Elə bunun nəticəsidir ki, işlədiyi müddət ərzində cavabdeh tərəfindən heç bir intizam tənbehinə cəlb olunmamışdır. Lakin 2024-cü ilin əvvəllərində o, yüksək maaşlı və şərtləri ona daha uyğun başqa iş tapdığından cavabdeh "xxxx" MMC-yə öz xahişiylə ayrılmaq üçün xx.xx.2024-cü il tarixində ərizə ilə müraciət etdi. Cavabdeh tərəfindən ona qarşı bütün problemlər də bundan sonra başladı. Ona işdən ayrılanda bildirdilər ki, onu ƏM-nin 70ç maddəsinə əsasən işdən azad edirik. O dərhal buna etiraz edərək işdən öz xahişi ilə ayrılmaq barədə xahişini yenidən email vasitəsilə şirkətin təsisçisi X1 qardaşı X6 göndərdi. Lakin cavabdeh ondan xx.xx.2024-cü il tarixindən ərizə yazmağını tələb etdi. O da bir daha rəsmi poçt vasitəsi ilə işdən azad olunmağı haqqında ərizəni "L.B. Konsaltinq” MMC-nin ünvanına göndərdi. Bundan sonra Anar Bayramov onu öz ofisinə çağırıb telefonlarını qanunsuz şəkildə polislə və digər üsullarla hədələməklə əlindən alıb 2 saat müddətində özündə saxlamaqla şəxsi məlumatlarını video görüntülər və fotolar vasitəsi ilə çəkib öz telefonuna yönləndirməklə köçürmüşdür. xx.xx.2024-cü il tarixində şirkətin təsisçisi X5 direktor Ülkər Məmmədovaya 2023-cii ilin noyabr ayı üçün töhmət hazırladaraq ona imzalatmaq göstərişini vermişdir. Lakin o hazırlanmış intizam tənbehinə imza atmaqdan imtina etdikdən sonra ona qarşı həlledici hücumlar başlandı. Həmin günü onu ofisdən qovdular, daha sonra xx.xx.2024-cü il tarixli qanunsuz bir akt tərtib edərək xx.xx.2024-cü il tarixindən onu ƏM-nin 70ç maddəsi ilə əmək müqaviləmə xitam verməklə ciddi qanun pozuntuları ilə işdən azad etdilər. Əsas kimi də ƏM-nin 72-ci naddəsinin d) bəndini-(qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərinin yerinə yetirilməməsi) və ya c) (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) bəndlərində nəzərdə tutulan kobud pozuntulara yol verilməsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli qanunsuz aktda göstərilənlər nəzərə alınmışdır. Guya "xxxx" MMC-nin müştərisi olan "xxxx" MMC-nin direktoru Vüqar Dəmirov tərəfindən "xxxx" MMC-nin əməliyyatçı mühasibi olan İddiaçı qanunsuz əməlləri barəsində "xxxx" MMC-yə şikayət daxil olmuşdur. Belə ki, şikayətdən bildirilmişdir ki, "xxxx" MMC-nin işçisi xidmət göstərmək üçün "xxxx" MMC-də olarkən ona məlum olmuş bir çox kommersiya sirri sayılan maliyyə və digər məlumatları "xxxx" MMC-nin keçmiç işçisi Elvin İsmayılova ötürmüş və nəticədə "xxxx" MMC-nin daxili qaydalarının pozulmasına gətirmişdir. Qanunsuz tərtib olunmuş xx.xx.2024-cü il tarixli akt və xx.xx.2024-cü il tarixli əmrlə tanış olarkən həmin qanunsuz akta və əmrə qeyd etməklə etirazını bildirmişdir. O, cavabdehin bu qanunsuz hərəkətlərindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X8 Xidmətinin Bakı şəhər idarəsinə ərizə ilə müraciət etmiş, onun şikayəti əsasında aparılmış araşdırma nəticəsində ona yazılı şəkildə bildirilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” AR Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinidək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Daha sonra bildirilir ki, "xxxx" MMC tərəfindən X8 Xidmətinin Bakı şəhər İdarəsinə sənədlər təqdim edildiyi təqdirdə müraciətinizə yenidən baxılacaqdır. Və məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət ertməyi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa uyğun olaraq əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə Mediasiya haqqında Qanunun 2S-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Odur ki, o, cavabdehlə mübahisəni məhkəməyə qədər həll etmək məqsədilə cavabdehi mediasiya sessiyasında iştiraka dəvət etdi. Cavabdeh əvvəlcə mediasiya sessiyasına gəlsə də, növbəti dəfəyə razılaşdırdığımız mediasiya sessiyalarında iştirak etməkdən imtina etmişdir. Beləliklə, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq onun konstitutsion və əmək hüquqlarım kobud şəkildə pozulmuşdur. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmənin diqqətinə xüsusilə çaldırmaq istəyir ki, o, əmək müqaviləsini “L.B. Konsaltinq" MMC ilə bağlamır. Bağlanmış müqaviləsində və ƏM-nin 10cü maddəsində müəyyən edilmiş əmək funksiyalarımın, öhdəliklərimin heç biri tərəfindən pozulmamışdır. AR ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, AR ƏM-nin 70ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtinasızlıqla vəzifə borcunu (öhdəliklərini) yerinə yrtirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunmuş mənafelərinə hər hansi formada ziyan dəymiş olsun. Diqqətinizə çatdırıram ki, onun fəaliyyəti və ya fəaliyyətsizliyi nəticəsində şirkətin mənafeyinə hər lıası formada ziyan dəyməmişidir. AR ƏM-nin 71-ci maddəsinin 3-cü hissəsində isə tələb olunur ki, işə götürən bu məcəllənin 70- ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi onun əmək müqaviləmə xitam verilən zaman AR ƏM-nin 70-ci maddəsinin və 71-ci maddəsinin 2-ci və 3-cil hissələrinin tələbləri kobud şəkildə pozulmuşdur. O "xxxx" MMC ilə arasında bağlanmış əmək müqaviləsi üzrə müəyyən olunmuş öhdəliklərini və üzərimə götürdüyü əmək funksiyalarının heç birini zərrə qədər də pozmamışdır. Onun "xxxx" MMC ilə əmək müqaviləsi olmuşdur və bütün öhdəliklərim həmin şirkət qarşısındadır. O, "xxxx" MMC-yə cavabdehlə arasında heç bir yazılı razılaşma olmadan, üzərinə cavabdehlə yazılı şəkildə razılaşdırılmış hər hansı bir öhdəlik qoyulmadan qanunsuz olaraq cavabdeh tərəfindən birtərəfli qaydada göndərilmişdır. Onun əmək müqaviləsi və lıəminn müqavilə üzrə vəzifələri və öhdəlikləri yalnız "xxxx" MMC yə aid olmuşdur. AR ƏM-nin 72-ci maddəsinin d) bəndinə əsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərinin yerinə yetirməməsi; Digər tərəfdən cavabdehin sirr dediyi məlumat ümumiyyətlə "xxxx" MMC-yə də aid məlumat olmamışdır. Bu məlumat "xxxx" MMC adlı üçüncü bir şirkətə aid məlumat olmuşdur və "xxxx" MMC-nin keçmiç işçisi Elvin İsmayılova çatacaq pula aid məlumat olmuşdur. O həmin məlumatda Elvin İsmayılova çatacaq pul məbləğinin "xxxx" MMC-yə daxil olduğunu və gəlib ala biləcəyini bildirmişdi. Digər tərəfdən, cavabdeh kommersiya sirrini hansı qaydada müəyyən etdiyini nə başqa şirkətə aid tərtib olunmuş aktda, nə də barəsindən tərtib etdiyi əmrdə əsaslandırmamışdır. Bununla da, əmək qanunvericiliyinin konkret tələblərini pozmaqla əmr imzalamışdır. AR ƏM-nin 72-ci maddəsinin “ç” bəndində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardan biri aşağıdakı şəkildə qeyd olunur: “Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mlkiyyətçinin qanunu mənafeyinə ciddi xələl gətirməsi”. Bildirir ki, şirkət rəhbərliyinin kobud səhv kimi qeyd etdikləri pozuntular nəticəsində "xxxx" MMC-nin, həmçinin "xxxx" MMC qanuni mənafeyinə hər hansı xələl gətirilməmişdir. O, işdən azad olunmağı haqqında ərizə yazmasaydı, bu qondarma pozuntu da ortaya atılmayacaqdı. Cavabdehin xx.xx.2024-cü il tarixli 20 saylı əmrində qeyd edilir ki, “işəgötürən tərəfindən cavabdehə verilmiş şifahi intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən AR ƏM-nin 72-ci maddəsinin d) (qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi) və e) (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mlkiyyətçinin qanunu mənafeyinə ciddi xələl gətirməsi) bəndlərində nəzərdə tutulan kobud pozuntulara yol verdiyinə dair tərtib olunmuş xx.xx.2023-cü il tarixli Aktda göstərilənləri nəzərə alaraq”, əmr edir.Məhkəmənin diqqətinə çatdırdı ki, AR ƏM-nin tələbinə əsasən qanunvericilikdə göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Cavabdeh isə qanunsuz və əsassız əmrini guya əsaslandırmaq üçün düşündüyü mülahizələrə əsaslanan, düşüncələrində formalaşdırdığı şifahi töhmətə əsaslanan əmr imzalamaqdan çəkinməmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, məhkəmədən iddia tələbimin təmin edilməsinə; onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə bağlı "xxxx" MMC-nin direktoru Ülkər Məmmədovanın imzaladığı xx.xx.2024-cü il tarixli 20 saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsinə; Onun "xxxx" MMC-nin əməliyyatçı mühasib vəzifəsinə işə bərpamın təmin edilməsinə; Məcburi iş buraxmaya görə xx.xx.2024-cü il tarixindən işə bərpa olunacağım günədək aylıq əmək haqqı 500 manat nağdsız və 400 manat nağdı olmaqla cəmi 900 manat məbləğində əmək haqqının və həmin məbləğlərin cavabdehin-işəgötürənin təqsiri üzündən gccikdirildiyindən gccikdirilmiş hər günə görə beş faizi məbləğində ödəncinin qətnamə qəbul olunub icra olunan günə qədər hesablanaraq "xxxx" MMC-dən tutularaq ona ödənilməsinə; Vəkillə bağlamış olduğum müqaviləyə əsasən vəkilə ödənilmiş 300 manat məbləğində xidmət haqqının ona ödənilməsi; Qanunsuz əmrdən sonra keçirmiş olduğum mənəvi sarsıntılar və fiziki iztirab nəticəsində ona vurulmuş zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində mənəvi zərərin əvəzinin cavabdeh "xxxx" MMC-dən alınaraq, ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz verərək, bildirmişdir ki, iddiaçının bu arqumenti tamamilə əsassızdır. Belə ki, iddia ərizəsinin özündə elə iddiaçı özü yol verdiyi pozuntuların bir qismini etiraf edib. Belə ki, iddia ərizəsində iddiaçı qeyd edib ki, ötürdüyü məlumat "xxxx" MMC-yə deyil, "xxxx" MMC-yə aid olub və "xxxx" MMC-nin keçmiş işçisi Elvin İsmayılova çatacaq pul vəsaitinin "xxxx" MMC-yə daxil olduğunu və gəlib həmin pul vəsaitini ala biləcəyini bildirib. İddiaçının 70-ci maddənin ç) bəndinə əsasən işdən çıxarılması əsaslarından biri də məhz işçinin kommersiya sirrinin qorunmasına dair vəzifəsini pozaraq, kommersiya sirri sayılan məlumatın başqa şəxslərə ötürülməsi olub. İddiaçı da öz iddia ərizəsində belə bir məlumatı ötürdüyünü etiraf edib. Lakin iddiaçı əsassız olaraq iddia ərizəsində istinad edib ki, bu sirr deyil, çünki ötürdüyü məlumat "xxxx" MMC-yə deyil, "xxxx" MMC-yə aid olub. Lakin qeyd edilən halla yanaşı iddiaçı göstərməyib ki, "xxxx" MMC-nin bank hesabına daxil olmuş pul vəsaitləri barədə məlumatı necə əldə edib. "xxxx" MMC və "xxxx" MMC hər ikisi "xxxx" MMC-nin müştərisidir. Bunu təsdiq edən müqavilə və e-maillər məhkəməyə təqdim edilib. Üstəlik, reyestrdən çıxarışlara da baxıldıqda, aydın şəkildə görünür ki, hər iki şirkətin direktoru eyni şəxs - Vüqar Dəmirovdur. İddiaçı də "xxxx" MMC və "xxxx" MMC-yə "xxxx" MMC-nin işçisi olaraq göndərilərkən həmin şirkətlərin bank hesablarına daxil olan pul vəsaitləri, apardıqları əməliyyatlar, almaq istədikləri texnikalar və s. haqqında məlumatları o zaman əldə edib və həmin şirkətlərin keçmiş işçisi olan Elvin İsmayılova ötürüb. L.B. Konsaltinq MMC-nin vəkilinin YapıKredi Banka verdiyi sorğuya məlum olduğu kimi, bank o əsasla cavab vermədi ki, vəkilin istədiyi məlumat bank sirridir. Sorğuda bank hesabının olub-olmadığı və banka ödəniş tapşırığı verilib- verilmədiyinə dair sadəcə təsdiqedici və ya inkaredici məlumat istənilmişdi. Sorğunu verənin vəkil olmasına və məhkəmə işi üzrə istənilməsinə baxmayaraq, bank həmin məlumatların sirr olduğuna istinad edərək vəkilə təqdim etmədi. Halbuki, sorğunun məzmunundan da göründüyü kimi, sorğuda bank hesablarına dair məlumat və ya orada olan pul vəsaitlərinə dair məlumat istənilməmişdi. Sadəcə bank hesabının olub-olmadığı və bankın konkret ödəniş tapşırığı alıb- almadığına dair məlumat istənilmişdi. İddiaçı isə bankla müqayisədə nəinki bank hesabları barədə məlumati, özünün də etiraf etdiyi kimi, bank hesablarına daxil olan pul vəsaitlərinin məbləği, nə vaxt daxil olduğu məlumatları şirkətlərə heç bir aidiyyati olmayan kənar şəxsə - keçmiş işçi Elvin İsmayılova ötürüb ki, bununla da kommersiya sirrini yaymaqla, həm L.B.Konsaltinq MMC-yə, həm də L.B. Konsaltinq MMC-nin müştərilərinin mənafeyinə zərər vurub. Kommersiya sirri haqqında Qanunun 2.0.1-ci maddəsinə əsasən, kommersiya sirri hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. İddiaçı iddia ərizəsində sirr saymadığı müştərinin bank hesablarına daxil olmuş pul vəsaitlərinə dair məlumati da hansı hüquqi əsasla Elvin İsmayılova ötürdüyünü əsaslandırmadan, mühasib olduğu halda, etdiyi hərəkətdə maraqlıdır ki, yol verdiyi kobud pozuntunu görmür və ya görmək istəmir. İddiaçı ziyan dəyməsi üçün nələrin olmasının baş verməli olduğunu iddia ərizəsində əsaslandırmayıb. Lakin iddiaçının da çox yaxşı məlumatlı olduğu kimi, onun qanunsuz fəaliyyəti nəticəsində cavabdeh şirkətin və onun müştərilərinin mənafeyinə ciddi şəkildə ziyan dəyib. Belə ki, İddiaçı qanunsuz fəaliyyəti nəticəsində "xxxx" təsisçisi və direktoru, eləcə də, "xxxx" MMC-nin direktoru tərəfindən "xxxx" MMC-yə iradlar bildirilərək, göstərilən xidmətdən narazılıq bildirilib və tərəflər arasında münasibətlər pisləşərək, "xxxx" MMC-nin işgüzar nüfuzuna xələl gəlib. Bunu təsdiq edən tərcümə edilmiş emaillərə əlavə edilib. Bundan başqa, İddiaçı işdən çıxarılmasına səbəb digər hallarla yanaşı, müəssisənin müştərilərinə dair məlumatin saxtalaşdırılaraq başqa müəssisənin təsisçisinə ötürülməsinə dair ciddi şübhələrin olması olmuşdur. Aşkar edilmiş hallardan biri də o olmuşdur ki, "xxxx" MMC-nin müştərilərindən birinə qarşı haqsız rəqabət aparılaraq NET MAK MAKİNE SAN. VE TİC. Şirkətindən texnika almasın alınması üçün və həmin texnikanın "xxxx" MMC (VÖEN **********) tərəfindən əldə edilməsinə şərait yaradılması üçün "xxxx" MMC-nin müştərisinə məxsus bank sənədi saxtalaşdırılaraq NET MAK MAKİNE SAN. VE TİC. Şirkətinə təqdim edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli **********03 saylı ödəniş tapşırığı "xxxx" MMC (VÖEN **********) tərəfindən NET MAK MAKİNE SAN. VE TİC. Şirkətinə təqdim edilmişdir ki, guya NET MAK MAKİNE SAN. VE TİC. Şirkətinin satdığı texnika üçün "xxxx" MMC tərəfindən 8700 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. Halbuki, qeyd edilən texnikanın alınması üçün "xxxx" MMC tərəfindən heç bir vəsait ödənilməmişdir. "xxxx" MMC-nin müştərisinə məxsus ödəniş tapşırığı İddiaçı tərəfindən saxtalaşdırılaraq, həmin ödəniş tapşırığının guya ki, TEXAV MMC-yə məxsus olduğu düzəldilmişdir. Texnikanın qiyməti 7800 ABŞ dolları olmasına baxmayaraq, ödəniş tapşırığından məbləğ hissəsinə düzəliş etməyi unutduqları üçün həmin sənəddə məbləğ 8700 ABŞ dolları qalıb. Bununla bağlı Elvin İsmayılov və İddiaçı arasında olan məhkəməyə təqdim edilmiş yazışmalardan da görünür bu şəxslər, ödəniş tapşırığındakı yanlış məbləğin NET MAK MAKİNE SAN. VE TİC. Şirkəti tərəfindən aşkar edilmədiyinə, yəni saxtakarlıq faktinı aşkar etmədiklərinə seviniblər. Yazışmadan görünür ki, sonradan onlar 7800 ABŞ dollarını həqiqətən ödəyib, NET MAK MAKİNE SAN. VE TİC. Şirkətinə təqdim ediblər. Həmin ödəniş tapşırığı ilə bağlı NET MAK MAKİNE SAN. VE TİC. Şirkətinə "xxxx" MMC- nin vəkili tərəfindən sorğu verilmiş və şirkət cavab vermişdir ki, TEXAV MMC tərəfindən onlara 8700 ABŞ dolları deyil, 7800 ABŞ dolları ödənilib. Bu da bir daha 8700 ABŞ dollarının ödənildiyinə dair bank sənədinin saxtalaşdırıldığını təsdiq edir. Üstəlik, onu da nəzərinizə çatdırırıq ki, yazışmalara əsasən "xxxx" MMC-nin düzgün təqdim etdiyi yəni saxta olmayan ödəniş tapşırığına baxdıqda, bu ödəniş tapşırığının PAŞA Bank tərəfindən verildiyi görünür. Saxta ödəniş tapşırığı isə YapıKredi Banka aid ödəniş tapşırığıdır. Bu da onu göstərir ki, TEXAV MMC-nin heç YapıKredi Bankda bank hesabı olmayıb və YapıKredi Banka məxsus ödəniş tapşırığı saxtalaşdırılıb. Bu faktlarla bağlı müvafiq araşdırma aparılması üçün artıq prokurorluğa da müraciət edilib. "xxxx" MMC-nin təsisçisi isə Dövlət Vergi Xidmətinin vəkil sorğusuna cavab olaraq göndərdiyi 3- 21-2-2-1/2-M-xx-xx/2024 saylı məktuba əsasən İddiaçı bank hesabına pul daxil olduğuna dair məlumat ötürdüyünü etiraf etdiyi Elvin İsmayılovdur. Elvin İsmayılov "xxxx" MMC və "xxxx" MMC-nin keçmiş işçisi olub və işlədiyi şirkətlərə rəqib şirkət olan "xxxx" MMC-ni təsis edib. İddiaçı də yəqin ki, Elvin İsmayılovun ona verdiyi hansısa vədlər, pul vəsaitləri və s. hesabına "xxxx" MMC-nin işçisi olaraq "xxxx" MMC-nin və onun müştərilərinin mənafeyinə uyğun işlər görməli olduğu halda, iş vaxtı ərzində "xxxx" MMC-nin işlərini görüb, "xxxx" MMC-nin müştəriləri olan "xxxx" MMC və "xxxx" MMC-nin kommersiya sirri sayılan bank və s. məlumatlarını Elvin İsmayılova ötürüb. Əmək müqaviləsinə xitam verilən zaman iddiaçının yol verdiyi pozuntularla bağlı ciddi araşdırma aparılıb və müvafiq sübutlar iddiaçının iştirakı ilə araşdırılıb və əsaslandırılıb və bunu təsdiq edən bütün sənədlər məhkəməyə təqdim edilib. "xxxx" MMCnin Vergi Xidmətində olan elektron kabinetindən də göründüyü kimi "xxxx" MMC-nin fəaliyyət sahələrinə aşağıdakılar daxildir: 69201 - mühasibat uçotu və vergilər üzrə məsləhətlər; ******* - mühasibat uçotu üzrə məsləhətlər; 66190 - maliyyə xidmətləri sahəsində sair yardimçi fəaliyyət 69100 - hüquq sahəsində fəaliyyət. İddiaçı əmək müqaviləsində onun vəzifə üzrə öhdəliklərindən biri kimi qeyd edilib ki, "Müəssisə tərəfindən həyata keçirilən əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin 1 C proqramında) əks etdirilməsi və s. İddiaçı özünün də çox yaxşı bildiyi kimi, onun əmək müqaviləsində qeyd edilmiş "Müəssisə tərəfindən həyata keçirilən əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin 1 C proqramında) əks etdirilməsi" ilə bağlı əmək funksiyasının icrası məqsədilə, "xxxx" MMC-yə göndərilib. Məlum olduğu kimi, "xxxx" MMC də L.B.Kosnaltinq MMC-nin müştərilərindən biridir. Aydın məsələdir ki, maliyyə sahəsində fəaliyyət göstərən, mühasibat uçotu üzrə məsləhət xidməti göstərən şirkətlər bu xidmətlərini göstərə bilmələri üçün müştərilərin həyata keçirdiyi əməliyyatları mühasibat uçotu hesabında, həmçinin 1 C proqramında işləməlidirlər. "xxxx" MMC L.B.Konsaltinq MMC-nin müştərisi olduğundan, İddiaçı də həmin şirkətə dair məlumatların mühasibat uçotu hesabında, həmçinin 1 C proqramında əks etdirilməsi məqsədilə "xxxx" MMC-yə göndərilib. Lakin İddiaçı əmək müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək əvəzinə, göndərilmiş olduğu "xxxx" MMC-də həmin şirkətin keçmiş işçisi Elvin İsmayılovla əlbir olaraq, iş vaxti ərzində Elvin İsmayılova birbaşa aidiyyati olan "xxxx" MMC-nin işlərini görüb və "xxxx" MMC-yə dair məlumatları Elvin İsamyılova ötürüb. Göründüyü kimi, iddiaçı özü yol verdiyi pozuntulardan birini etiraf edir və hətta qəribədir ki, mühasib olan işçi bir şirkətin maliyyə məlumatlarının başqa bir şirkətin keçmiş işçisinə ötürülməsini normal hesab edir. İddiaçı əsaslandırmayıb ki, başqa şirkətə dair tərtib edilmiş akt dedikdə hansı sənədi nəzərdə tutub. Kommersiya sirrinin hansı qaydada müəyyən edildiyi iddiaçının işdən azad edilməsi zamanı tərtib edilmiş sənədlərdə ətraflı şəkildə əsaslandırılıb. Bundan başqa, məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında - Nəsimi RPİ 20-ci PB-nin xx.xx.2024-cü il tarixli qərarında da iddiaçının kommersiya sirri sayılan məlumatları kənar şəxslərə ötürdüyü, iş vaxti ərzində işçisi olduğu şirkətin deyil, başqa şirkətin işlərini gördüyünə dair məlumat və sənədləri hansı qaydada müəyyən edildiyi ətraflı göstərilib. İddiaçı yol verdiyi pozuntular nəticəsində şirkətlərin mənafeyinə hansı xələlin gəlməli olduğunu əsaslandırmayıb. Halbuki, iddiaçının yol verdiyi pozuntular nəticəsində L.B. Konsaltinq MMC-nin müştərisi "xxxx" MMC əldə etmək istədiyi texnikanı əldə edə bilməyib, "xxxx" MMC-nin təsisçisi və direktoru tərəfindən "xxxx" MMC-yə ciddi iradlar bildirilib, işgüzar münasibətlərə və "xxxx" MMC-nin işgüzar nüfuzuna ciddi ziyan dəyib. Belə ki, "xxxx" MMC-nin işçilərinə etimad göstərilməyərək, e-poçt hesabları bloklanıb, onlara müştərilərə xidmət göstərə bilmələri üçün mühasibatlıq məlumatları verilməyib. İddiaçı işdən azad edilməsi tam qanuni olduğu üçün qeyd edilən tələb də tamamilə əsassızdır. Bundan başqa, İddiaçı əmək haqqısı vergilər də digər məcburi ödənişlər daxil olmaqla, 556 AZN olub və bu da qanunvericiliyin tələblərinə uyğun olaraq işçiyə nağdsız qaydada ödənilib. İddiaçının bir neçə dəfə Anar Bayramovdan 400 manat məbləğində pul vəsaiti alması bu vəsaitin onun əmək haqqısına daxil olduğunu təsdiq etmir və edə də bilməz. Belə ki, Anar Bayramovun "xxxx" MMC-nin işçilərinin əmək haqqısını müəyyən etmək və "xxxx" MMC adından kiməsə pul vəsaiti ödəmək səlahiyyəti yoxdur. Anar Bayramov yalnız "xxxx" MMC-nin onunla bağlamış olduğu xidmət müqaviləsi və vermiş olduğu etibarnamə əsasında "xxxx" MMC-nin mənafeyinə xidmət göstərib. X14 Quliyevə verdiyi pul vəsaiti yalnız bir fiziki şəxsin digər bir fiziki şəxsə borc olaraq verdiyi pul vəsaiti ola bilər ki, onun da "xxxx" MMC-dən alınan əmək haqqına heç bir aidiyyati yoxdur. Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Əmək Məcəlləsinin 290.3-cü maddəsinin Qeyd hissəsində isə göstərilib ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atilması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı isə işəgötürən və ya onun tabeçiliyində olan şəxs tərəfindən onun şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməyib və bunu iddia ərizəsində əsaslandırmayıb. İşçinin özünün də etiraf etdiyi pozuntulara görə ƏM-nin 70-ci maddəsinin ç) bəndinə əsasən işdən azad edilməsi heç bir halda mənəvi ziyanın vurulması hesab edilə bilməz. Məhkəmə iclasında iştiak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştiak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştiak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə verdiyi iddia tələbinə verilən etirazı müdafi edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 məhkəməyə verdiyi ifadəsində bildirdi ki, Kamranı tanıyır, eyni şirkətdə işləyiblər. 1 il birgə işləmişdilər. İşgüzar münasibətləri yoxdur və olmayıbdır. İnstaqramda səhifələri olubdur. Texnikalar barədə məlumatlar paylaşırlar. Şəkil və videoları isə Proling MMC şirkəti ilə bağlı çəkmişdilər. Rəhbərliyin də xəbəri vardır. Proling MMC və LB Consulting MMC öz şəxsi dostluqları üçün Kamranı qurban verirlər. Münasibətləri pozmaq istəmirlər. Prolingdə işlədiyi müddətdə tender olub. Müqaviləyə əsasən o, 500 Dollar bonus almalı idi. Bu periodda işdən ayrıldı. Texnikanın mart və apreldə çatacağını və ödənişi verəcəklərini bildirdilər. Onda bununla bağlı Samirə xanım və Kamrandan soruşurdu. Texav MMC-nin təsisçisi deyil. Əməkdaşlıq edir. Hazırda Texavla heç bir əlaqəsi yoxdur. Verilən suallara cavab olaraq “whatsapp” proqramındakı yazışmaların ekran görüntüsü olan şəkillərə baxaraq, yazışmaların bir hissəsini qəbul etmədiyini, bəzi hissəsini isə xatirlamadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Kamranı tanıyır. Düşmənçiliyi yoxdur. Birgə işləyirdilər. LB Consultingdə xidmət müqaviləsi ilə xidmət göstərir. Kamranın əməkhaqqısını ödəmək onun səlahiyyətində deyildir. Kamran maşın alırdı deyə, borc kimin 2-3 dəfə ona pul vermişdir. Kamran barədə Vüqar Dəmirov zəng etmişdi. 1 dəfə şifahi xəbərdarlıq etmişdilər. Kamran Elvinə demişdi ki, pul köçübdür, gəl puluvu al. Vüqar Dəmirov da ona zəng etdikdən sona Kamranı çağırmışdı. Özünə məlumat vermişdi. Dedi ki elə bir şey yoxdur. Telefonu açıb göstərmişdi. Kamran “Whatsapp” proqramı ilə Elvinə yazmışdı ki, gəl puluvu götür. Telefona baxış keçirəndə əlavə sənədlər də görmüşdü. Məlum olmuşdur ki, LB Konsaltinq şirkətində işləyə-işləyə başqa şirkətlərə xidmət edirdi. Telefon yazışmalarının videosunu da çəkmişdir. Telefona baxışı 1 mart tarixində keçirmişdi. Yazılardan ona məlum olmuşdur ki, Kamranla Elvin saxta sənəd hazırlaylamışdılar ki, texnikanı satmasınlar, 2-3 gün saxlasınlar. Şəkillərlə bağlı isə şirkət haqqında məlumatları başqa şəxsə ötürürdü. Kamranla o, müqavilə bağlamamışdı, əməkhaqqı vermək də onun səlahiyyətində deyil. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış Məsləhət xidmətlərinin göstərilməsinə dair xx.xx.2021-ci il tarixli 36 nömrəli müqavilənin 2.1.7-ci bəndinə əsasən icraçı (‘‘L.B. Konsaltinq” MMC) bu müqavilə üzrə öhdəliklərini yerinə yetirərkən əldə olunan bütün məlumatları məxfi saxlamaq (məhkəmə orqanlarının tələb etdiyi hallar istisna olmaqla) icraçının vəzifəsidir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı "xxxx" MMC-də mühasib köməkçisi vəzifəsinə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmişdir. İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixli əmrlə "xxxx" MMC-də əməliyyatçı mühasib vəzifəsinə keçirilmişdir. “L.B. Konsaltinq" MMC-nln direktoru X4 tərəfindən tərtib edilmiş 01 mart 2024-cü il tarixli aktdan görünür ki, “Konsaltinq" MMC-nın uzun müddətdir ki, müştərisi olan "xxxx" MMC-nın direktoru Vüqar Dəmirov tərəfindən "xxxx" MMC-də əməliyyatçı mühasib vəzifəsində çalışan İddiaçı qanunsuz əməlləri haqqında şikayət daxil olmuşdur. Belə ki, şikayətdə bildirilmişdir ki, "xxxx" MMC-nin işçisi xidmət göstərmək üçün "xxxx" MMC-də olarkən ona məlum olmuş bir çox kommersiya sirri sayılan maliyyə və digər məlumatlarını "xxxx" MMC-nin keşmiş işçisi Elvin İsmayılova ötürmüş və nəticədə, "xxxx" MMC-nin daxili qaydalarının pozulmasına gətirmişdir. Şikayət əsasında xx.xx.2024-cü il tarixində L.B. Konsaltinq MMC-də direktor Ülkər Məmmədova və digər rəhbər şəxslərin iştirakı ilə “L.B. Konsaltinq MMC”-nin ofisində işdə olarkən İddiaçı mobil telefonuna və istifadəsində olan kompüterə baxış keçirilən zaman aşağıdakı faktlar aşkar edilmişdir: 1)İddiaçı "xxxx" MMC-nin maliyyə məlumatlarını şirkətin işçisi olmayan şəxslərə ötürməsi (ERS MMC hesabına mədaxil olan məbləğin şirkət əməkdaşı olmayan Elvin İsmayılovla paylaşılması) aşkar edilmişdir. Müvafiq faktı təsdiq edən fotoşəkillər Akta əlavə edilir. 2) 5 ayda iş saatlarında İddiaçı vəzifə səlahiyyətlərinə aid olmayan "xxxx" MMC-nin işlərindən əlavə işləri də görməsi aşkar edilmişdir. Belə ki, onun iş vaxtı ərzində 2023-cü İlin noyabr ayında işdən azad edilmiş ERS-in keçmiş işçisi Elvin İsmayılovun işlədiyi "xxxx" MMC-yə mühaslbatlıq xidməti, bank hesabların açılması, müqavllələrrn hazırlanması, bank ödənişlərinin və digər Qanuna zidd maliyyə əməliyyatlarının aparılması müəyyən edilmişdir. Müvafiq faktı təsdiq edən fotoşəkillər Akta əlavə edilir. xx.xx.2024-cü il tarixli 20 nömrəli “işdən azad edilmə haqqında” "xxxx" MMC-nin direktorunun əmrindən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” (qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi) və "e” (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) bəndlərində nəzərdə tutulan kobud pozuntulara yol verdiyinə görə Mühasibatlıq bölməsində mühasib vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin "ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Həmin əmrin verilməsinə əsas xx.xx.2024-cü il tarixli, 01 nömrəli akt olmuşdur. İddiaçı "xxxx" MMC-nin direktoruna ünvanladığı xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdən öz ərizəsi ilə "xxxx" MMC-də işlədiyi vəzifədən azad olunmasını xahiş edir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin surətindən görünür ki, X3 ilə "xxxx" MMC arasında bağlanmış -xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 15 avqust 2024-cü il tarixli, 3-17-5/1-36791/2024 nömrəli qərarı ilə “L.B. Konsaltinq" MMC-nin direktoru Məmmədova Ülkər ismayıl qızı barəsində Bakı Şəhər idarəsinin 02 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. USB Fleş karta əlavə edilmiş videogörüntüdə əks olunan İddiaçı məxsus telefondan Elvin İsmayılov adlı şəxslə aparılan Whatsapp tətbiqində yazışmasının mzəzmunundan görünür ki, İddiaçı tərəfindən E.İsmayılova "xxxx" MMC-nın maliyyə məlumatlatları, texnikaların fotoşəkilləri çəkilərək ötürülmüş, habelə saxta ödəniş tapşırığı hazırlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin maddənin 2-ci hissəsinin “ç" bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən Məcəllənin 70- ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMCdə əməliyyatçı mühasib vəzifəsində işləyən zaman Müəssisənin "xxxx" MMC və və "xxxx" MMC ilə bağladığı Məsləhət xidmətlərinin göstərilməsi barədə müqaviləyə əsasən, əmək funksiyasının icrası ilə bağlı "xxxx" MMC-yə və və "xxxx" MMC-yə göndərilmişdir. Lakin İddiaçı əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirmək əvəzinə, həmin şirkətlərin bank hesablarına daxil olan pul vəsaitləri, apardıqları əməliyyatlar, almaq istədikləri texnikalar və s. haqqında məlumatları əldə edib həmin şirkətlərin keçmiş işçisi olan Elvin İsmayılova ötürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə "xxxx" MMC "xxxx" MMC-nin müştəriləridir. Bu şirkətlərə məxsus məlumatların kənar şəxsə ötürməklə həmin şirkətlərin qanuni maraqlarına və "xxxx" MMC-nın işgüzar nüfuzuna zərər vurmuşdur. Həmçinin, İddiaçı tərəfindən NET MAKİNE SAN. VE TİC. şirkətindən texnika alınması üçün və həmin texnikanın "xxxx" MMC tərəfindən əldə edilməsinə şərait yaradılması üçün "xxxx" MMC-nin müştərisinə məxsus bank sənədi saxtalaşdırılaraq, NET MAK MAKİNE SAN. VE TİC. şirkətinə göndərilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş fləş kartdakı videogörüntüdən və “Whatsapp“ proqramındakı yazışmaların ekran görüntüsündən İddiaçı tərəfindən saxta ödəniş tapşırığı tərtib edilməsi müəyyən olunmuşdur. Bütün bu halların məcmusundan məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən işində yol verdiyi kobud pozuntalara görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Odur ki, hazırki iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə aylıq əməkhaqqı və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3318/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3318/2024
16.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver