Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3389/2023 05.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “mənzildən əmlakın çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MTK Cavabdeh qarşı “mənzildən əmlakın çıxarılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi kənar dairəvi yol ünvanında inşa edilmiş binanın 6-cı giriş 7-ci mərtəbəsində yerləşən sahəsi 129,8 kv.metr olan 3 otaqlı 54 saylı mənzildə cavabdehə məxsus olan: 3 ədəd çilçıraq, 5 ədəd pəncərə toru, 1 ədəd dəhliz üçün güzgülü paltar dolabı, 2 ədəd kreslo, 1 ədəd divan, “Toshiba” markalı televizor, 4 ədəd pərdə, 1 ədəd mətbəx stolu, 4 ədəd stul, 1 ədəd “Toshiba” markalı soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd qaz plitəsi, 1 ədəd aspirator, 1 ədəd mətbəx mebeli, 1 ədəd 3 ayaqlı aksesuar gül qabı, 1 ədəd ikinəfərlik çarpayı, 2 ədəd yataq dolabı, 1 ədəd güzgülü paltar dolabı, 1 ədəd güzgülü aksesuar dolabı olmaqla 19 adda əşyanın məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında kooperativin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Kənar dairəvi yol ünvanında öz vəsaiti hesabına inşa etdiyi hündürmərtəbəli yaşayış binasının 6-cı giriş 7-ci mərtəbəsində yerləşən sahəsi 129,8 kv metr olan 3 otaqlı 54 saylı mənzilə dair 12 mart 2021-ci il tarixdə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. xx.xx.2021-ci il tarixdə MM-nin 390, 398-ci maddələrinə uyğun bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə bağlanan gün Payçı 5000 manat ilkin ödəniş etmişdir. Müqavilənin 3.2, 3.3-cü bəndlərinə əsasən payçı mənzilin razılaşdırılmış qalıq borcu olan 166336 manatı aylıq 4620 manat ödəməklə 12 mart 2024cü il tarixədək ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin Payçı mənzilin dəyərini 26 ay ödəməmişdir. Müqavilənin 5.3-cü bəndinə əsasən, müqavilənin 3.2-ci bəndində qeyd olunan ödəniş 10 gündən artıq gecikdirildikdə mənzilin ümumi dəyərinin 2%- i məbləğində cərimə tətbiq olunur 2 ay gecikdirildikdə "xxxx"-ya xəbərdarlıq edilmədən MTK tərəfindən müqavilə 1 tərəfli olaraq pozulur. Buna baxmayaraq 3 may , 3 aprel 2023-cü il tarixdə Cavabdeh ünvanına mənzilin dəyərinin ödənilməsinə dair təkliflər göndərilmiş, həmçinin ***-***-**-** saylı mobil telefonuna dəfələrlə zəng vurulmuşdur. Təklifdə göstərilmiş müddətdə Cavabdeh tərəfindən təklifə cavab verilmədiyi, əmlakını mənzildən çıxarmadığı həmçinin telefonda yalan məlumatlar verildiyindən 54 saylı müqavilə MM-nin 423.1-ci maddəsinin tələbinə uyğun olaraq ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə iddiaçı arasında 2021-ci ildə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən cavabdeh 2024-cü ilədək bütün ödənişləri etməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilkin olaraq 5000 manat ödəsə də, 2021-ci ilin mart ayından bugünədək heç bir ödəniş etməmişdir. Buna görə də tərəflər arasında müqaviləyə xitam verildiyindən, hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Göstərilənləri nəzərə alıb iddianın təmin edilməsini xahiş edir. 5.2-ci bəndə əsaslanaraq müqaviləni ləğv etmişlər. Payçının ödədiyi vəsait həmin mənzil başqa şəxsə satıldıqdan sonra mənzilin dəyərinin 20%-i məbləğində dəbbə pulu və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə çıxıldıqdan sonra 5.5-ci bəndə əsasən payçıya qaytarılacaqdır. Mənzilin dəyəri də 170000 manatdan yuxarıdır. Həmin məbləğin də 20%-i xanımın ödədiyi məbləğdən qat-qat yuxarıdır. Onlar ona qarşı məhkəmədə iddia qaldıracaqlar. Mənzilin dəyərinin 20%-i məbləğində dəbbə pulu və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə haqqını xanımdan tələb edəcəklər. Mənzil Tikinti Koorperativi mövcud qanunvericiliyə əsasən payçıların könüllü birliyidir. Digər mənzillərə sahib olmaq istəyən şəxslər payın dəyərində həmin mənzillərə sahib olurlar və digər şəxslərin də mənzil hüquqları məhdudlaşdırılır. Ona görə şəxs əvvəzcədən könüllü olaraq bu məsələyə qoşulur, payçı olur və koorperativdə həmin mənzilə sahib olmaq üçün bu şərtləri qəbul edir. Gələcəkdə hər hansı problem yarandığı təqdirdə bunları göz önünə almalıdır. İlkin ödəniş olaraq xanım cəmi 5000 manat ödəyib. 166336 manat ödəməli olduğu məbləğ idi, 5000 manat ödəyib. 171336 manatın da 20%-i isə 34267 manatdır. Kooperativ mənzil tikintisi haqqında müqavilə tərəflərin müstəqil iradə ifadəsini əks etdirir və müqavilə bağlanarkən bir nüsxəsi cavabdehə təqdim edilir. Həmin müqavilənin müvafiq bəndinə əsasən tərəf 2 aydan çox müddətə ödəniş etməzsə bu zaman müqaviləyə birtərəfli qaydada xitam verilə bilər. Hər gecikdirilmiş gün üçün dəbbə pulu hesablanır. Həmçinin bildirmək istəyir ki, cavabdehlə müqavilə bağlandıqdan sonra, cavabdehin özü evi qanunsuz olaraq üçüncü şəxslərin istifadəsinə və icarəsinə vermiş və əsassız varlanmışdır. Onlar həmin evə girə bilsələr bu iddianı qaldırmazdılar. Deməli onların həmin evi icarəyə verməkləri də mümkün deyil. Müqavilənin şərtinə əsasən həmin mənzildən əşyalar çıxarıldıqdan sonra, mənzil digər kooperativ üzvünə satıldıqdan 2 ay müddətinə cavabdeh tərəfindən ödənilmiş məbləğ özünə qaytarılır. Çoxsaylı MTK-ların dələduzluğundan ziyan çəkmiş şəxslərin dəymiş ziyanlarının ödənilməsi də məhz təmsil etdiyi şirkət tərəfindən ödənilir. Bu da şirkətə olan inam və etibarın nəticəsidir. Bugünədək Ağır Cinayətlər məhkəməsində 1800-ə yaxın zərərçəkmiş şəxs kimi tanınan şəxlərə mənzillərin verilməsi dövlət tərəfindən məhz təmsil etdiyi şirkətə həvalə edilir. Mənzil faktiki olaraq cavabdehin sahibliyindədir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Onun iddiaçı şirkətin rəhbərliyi ilə tanışlığı da var. Müqaviləyə əsasən də 2024-cü ilədək onun vaxtı var. Ödənişi edə bilməməyinin səbəbi isə pandemiya olmuşdur. Daha sonra müəyyən ödəniş etmək üçün şirkətin ofisinə getdikdə isə, ona çox gecikdiyinə görə faiz məbləği də ödəməli olduğunu bildirmişlər. O isə bununla razılaşmamışdır. Özü hal-hazırda kirayədə yaşayır. Həmin mənzilin işığını və suyunu kəsiblər və yaşamağa qoymurlar. Hal-hazırda həmin mənzili ondan xəbərsiz kirayəyə veriblər. Elçin adında komendant evi kirayəyə verib. Hansı ki, həmin kirayəçiləri tanımır. Pandemiyadan sonra o 3 ay xəstə olmuşdur. Daha sonra bacısı dünyasını dəyişdi. Bütün bunlardan sonra gedib 3500 manat ödəniş etməyi təklif etsə də iddiaçı tərəf razılaşmadı. Bundan sonra 10000 manat təklif etmişdir ki, aylara bölünsün ödənişini də bundan sonra etsin. Lakin yenə razılaşmayıb ondan evi boşaltmağını tələb etmişlər. Halbuki o həmin evə xərc çəkmiş, mebel yığdırmış, qaz çəkdirmişdir. Onun kimi bir neçə sakin var ki, onlara mənzili bu formada tikdirib sonra da qovurlar. O, evi vermək istəmir. Çünki o evdən başqa evi yoxdur. İddiaçı tərəf ona başqa ev təklif edir. Çünki onun həmin evini satıblar. Evin açarı ona dünən verilib. O həmin evdə yaşamamışdır. Amma hər ay kommunal ödəmişdir. Evi özü təmir etmiş və əşya almışdır. Əşyalar onundur. Evi verməyəcək. Ondan 100000 manat pul istəyirlər, onu necə ödəsin. İstəyir ki, məbləği aylara bölsünlər, aylıq pulları ödəsin. Baha qiymətə müqavilə bağlamağa da razıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kooperativ Mənzil Tikintisi haqqında müqaviləyə əsasən müqavilənin predmetini satıcıya ayrılmış Bakı şəhəri, Yasamal rayonu,Yeni Yasamal y/m kənar dairəvi yol ünvanında İddiaçı MTK-nın vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 54 saylı mənzil təşkil edir. Bu müqavilənin əsasən satıcı inşa edilmiş binanın 6 giriş, 7 mərtəbə 54 saylı mənzilini payçıya təhvil verməyi, payçı isə müqavilə bağlanan gün 5000 manat məbləğində ilkin ödəniş edərək qalıq borc olan 166336 manatı aylıq 4620 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MTK-nın Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli 48 nömrəli Təklifdən görünür ki, o, 54 saylı mənzilin 10 gün müddətində yeni qiymətə almaqdan imtina etsə müqavilə kooperativ tərəfindən birtərəfli qaydada ləğv olunaraq başqa şəxsə satılacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Müqavilənin ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli Bildirişdən görünür ki, təklifdə göstərilmiş müddətdə Səliyeva tərəfindən cavab verilmədiyi üçün MM-nin 423-cü maddəsinə əsasən 54 saylı müqavilə ləğv olunmuşdur. İş materiallarında olan İddiaçı MTK-nın Ümumi yığıncağının xx.xx.2023-cü il tarixli Protokolundan görünür ki, Cavabdeh İddiaçı MTK-nın üzvlüyündən çıxarılması və onun MTK-nın Yasamal rayonu, Yeni Yasamal y/m Kənar dairəvi yol ünvanında yerləşən kooperativ yaşayış binasında, 6-cı giriş, 7-ci mərtəbə ümumi tikinti sahəsi 129,8 kv.m yaşayış sahəsi 55,51 kv.m olan 3 otaqlı 54 saylı mənzilini boşalması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MTK ilə Bakı şəhəri A.M.Şərifzadə ev 66 m 1A ünvanında yaşayan "xxxx" Cavabdeh arasında 12 mart 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin predmetini “Satıcı”-ya ayrılmış Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Kənar dairəsi yol ünvanında yerləşən torpaq sahəsində İddiaçı MTK-nin vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 6-cı giriş 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129,8 kv metr olan 3 otaqlı mənzil təşkil edir. Müqavilə bağlanan gün "xxxx" tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətin 5000 (beş min) manat məbləğində ilkin ödəniş etmişdir. Qalıq borc olan 166336 manatı isə aylıq 4620 manat ödəməklə 12 mart 2024-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndində göstərilmişdir ki, "xxxx" xx.xx.2021-ci il tarixli müqavilənin 3.2-ci bəndində tərəflərin razılığı ilə qeyd olunan, ödənişi 10 gündən artıq gecikdirdikdə mənzilin ümumi dəyərinin 2%-i məbləğində cərimə tətbiq olunur, 2 ay gecikdirdikdə isə "xxxx"-ya xəbərdarlıq edilmədən MTK tərəfindən müqavilə bir tərəfli olaraq pozulur, həmin mənzil başqa şəxsə satılır. "xxxx" Cavabdeh MTK-nin təmirli mənzilinin dəyərini 2 il 2 ay ödəmədiyi üçün müqavilənin ləğv edilməsi ilə əlaqədar MM-nin 423-cü maddəsinə uyğun 3 aprel 2023-cü il tarixlərdə ona təklif göndərilmişdir. İddiaçı MTK-nın Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli 48 nömrəli Təklifdən görünür ki, o, 54 saylı mənzilin 10 gün müddətində yeni qiymətə almaqdan imtina etsə müqavilə kooperativ tərəfindən birtərəfli qaydada ləğv olunaraq başqa şəxsə satılacağı barədə xəbərdar olunmuşdur. Müqavilənin ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli Bildirişdən görünür ki, təklifdə göstərilmiş müddətdə S. Vəliyeva tərəfindən cavab verilmədiyi üçün MM-nin 423-cü maddəsinə əsasən 54 saylı müqavilə ləğv olunmuşdur. Hazırda İddiaçı MTK-nın Cavabdeh qarşı “mənzildən əmlakın çıxarılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi kənar dairəvi yol ünvanında inşa edilmiş binanın 6-cı giriş 7-ci mərtəbəsində yerləşən sahəsi 129,8 kv.metr olan 3 otaqlı 54 saylı mənzildə cavabdehə məxsus olan: 3 ədəd çilçıraq, 5 ədəd pəncərə toru, 1 ədəd dəhliz üçün güzgülü paltar dolabı, 2 ədəd kreslo, 1 ədəd divan, “Toshiba” markalı televizor, 4 ədəd pərdə, 1 ədəd mətbəx stolu, 4 ədəd stul, 1 ədəd “Toshiba” markalı soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd qaz plitəsi, 1 ədəd aspirator, 1 ədəd mətbəx mebeli, 1 ədəd 3 ayaqlı aksesuar gül qabı, 1 ədəd ikinəfərlik çarpayı, 2 ədəd yataq dolabı, 1 ədəd güzgülü paltar dolabı, 1 ədəd güzgülü aksesuar dolabı olmaqla 19 adda əşyanın məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kooperativ Mənzil Tikintisi haqqında müqavilə ləğv edildiyindən hazırda cavabdehin qeyd olunan mübahisəli evdə hər hansı formada hüququnun olmadığı müəyyən edilmişdir. Cavabdehin mübahisəli evdən əşyalarını çıxarmaması iddiaçının bir mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, cavabdehin müvafiq evdə yaşaması üçün hər hansısa bir sənəd yoxdur və bununla bağlı hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil İddiaçı MTK-ya məxsus olduğundan, cavabdehin isə həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən və yaxud həmin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə artıq mövcud olmadığından və digər qanuni əsas olmadığından, iddiaçı haqlı olaraq, cavabdehə məxsus əmlakın mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh məxsus olan: 3 ədəd çilçıraq, 5 ədəd pəncərə toru, 1 ədəd dəhliz üçün güzgülü paltar dolabı, 2 ədəd kreslo, 1 ədəd divan, “Toshiba” markalı televizor, 4 ədəd pərdə, 1 ədəd mətbəx stolu, 4 ədəd stul, 1 ədəd “Toshiba” markalı soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd qaz plitəsi, 1 ədəd aspirator, 1 ədəd mətbəx mebeli, 1 ədəd 3 ayaqlı aksesuar gül qabı, 1 ədəd ikinəfərlik çarpayı, 2 ədəd yataq dolabı, 1 ədəd güzgülü paltar dolabı, 1 ədəd güzgülü aksesuar dolabı olmaqla 19 adda əşya Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi kənar dairəvi yol ünvanında inşa edilmiş binanın 6-cı giriş 7-ci mərtəbəsində yerləşən sahəsi 129,8 kv.metr olan 3 otaqlı 54 saylı mənzildən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh məxsus olan: 3 ədəd çilçıraq, 5 ədəd pəncərə toru, 1 ədəd dəhliz üçün güzgülü paltar dolabı, 2 ədəd kreslo, 1 ədəd divan, “Toshiba” markalı televizor, 4 ədəd pərdə, 1 ədəd mətbəx stolu, 4 ədəd stul, 1 ədəd “Toshiba” markalı soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd qaz plitəsi, 1 ədəd aspirator, 1 ədəd mətbəx mebeli, 1 ədəd 3 ayaqlı aksesuar gül qabı, 1 ədəd ikinəfərlik çarpayı, 2 ədəd yataq dolabı, 1 ədəd güzgülü paltar dolabı, 1 ədəd güzgülü aksesuar dolabı olmaqla 19 adda əşya Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi kənar dairəvi yol ünvanında inşa edilmiş binanın 6cı giriş 7-ci mərtəbəsində yerləşən sahəsi 129,8 kv.metr olan 3 otaqlı 54 saylı mənzildən çıxarılsın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-3389/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3389/2023
05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver