Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3397/2025 19.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Ərizəçi 1 saylı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 1 saylı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1nın 18 avqust 1946-cı il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda Cil kəndində anadan olması faktının müəyyən edilərək, X3 doğum haqqında şəhadətnamə verilməsi, doğum tarixinin “xx.xx.1946-cı il”, doğum yeri “Ermənistan Respublikası, Krasnoselo rayonu, Cil kəndi”, milliyəti azərbaycanlı, ata adı qrafasında atasının adı X12 və ana adı qrafasında anasının adı X8 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olub. X6, X1dır. Hazırda yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava ünvanda yerləşən 90Q saylı ev MH seriyalı, 047115 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən X1nın xüsusi mülkiyyətində olmuşdur. X1 10 oktyabr 2024cü il tarixdə Bakı şəhərində ölmüşdür. Anası öldükdən sonra vərəsəliklə bağlı müvafiq notariusa müraciət etdi. Lakin anasının doğum akt qeydi olmadığından müraciətinə baxılması mümkün olmadı və anasının doğum akt qeydinin bərpa edilməsi məsləhət görüldü. Bununla bağlı 1 saylı Bakı asan xidmət mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etdi. Sonuncu orqan xx.xx.2025-ci il tarixli, 3-16/5/8-1126/25 saylı imtina məktubu ilə müraciətinin təmin olunmadığını bildirmiş və məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Hazırda qeyd edilən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı ərizənin verilməsi Bakı şəhəri, Yasamal rayonu, Alatava ünvanda yerləşən 90Q saylı evə dair vərəsəlik işinin açılması üçün anasının doğum akt qeydinin tələb edilməsi ilə bağlıdır. Bu sənədi məhkəmədən kənar, başqa qaydada alması mümkün deyil. Belə ki, Qeydiyyat Şöbəsinə müraciət etsə də ərizəsi təmin edilməmişdir. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə müraciət edərək, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində istintaq hərəkətlərində iştirakı ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddianı müdafiə etdiklərini bildirərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmədə iclasına gəlməmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı, 03711722 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X5 xx.xx.1946-cı il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonunda doğulmuşdur. Bakı şəhəri Oktyabr rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-ИВ seriyalı, 464336 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, 1935-ci il təvəllüdlü X14 və xx.xx.1946-cı il təvəllüdlü X7 birgə nikaha daxil olmuşlar. Bu barədə 129 nömrəli akt qeydi tərtib edilmişdir. Nikahdan sonra ərə “Ələkbərov”, arvada “Ələkbərova” soyadı verilmişdir. Bakı şəhəri Oktyabr rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə 3592 nömrəli akt qeydi tərtib edilmişdir. X6, X1dır. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 460624 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ürək fəaliyyətinin uğurlu bərpası ilə nəticələnən ürək dayanması nəticəsində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 931 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş MH seriyalı, 047115 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava ünvanında yerləşən 90Q nömrəli yaşayış evi X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 34 nömrəli reyestr kitabında 5096 nömrə ilə xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır. 1 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Bildirilmişdir ki, müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) təqdim edilmədiyi üçün doğum haqqında akt qeydinin bərpası tərəflərindən mümkün olmamışdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativhüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarının 14-cü bəndinə əsasən, məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2, 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 166.1-ci maddəsinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2-1-ci maddəsinə əsasən, doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarın 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 18 avqust 1946-cı il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda Cil kəndində anadan olmuş, xx.xx.2024cü il tarixində Bakı şəhərində vəfat etmişdir. Onun qohumunun (qızının) müraciəti əsasında müvafiq qeydiyyat şöbəsindən doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda ərizəçi doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müracət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizədə göstərilən hallar iş materialları ilə öz təsdiqini tapdığından və ərizə əsaslı olduğundan təmin edilməli, X2 18 avqust 1946-cı il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X2 doğum tarixi xx.xx.1946-cı il, doğulduğu yer - “Ermənistan Respublikası, Krasnoselo rayonu”, milliyəti “Azərbaycanlı”, ata qrafasında “X11”, ana qrafasında “X8” qeyd edilməklə məlumatlar göstərilməlidir. Qeyd olunanlara əsasən və AR MPM-in 216-220, 307-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 18 avqust 1946-cı il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X2 doğum tarixi xx.xx.1946-cı il, doğulduğu yer - “Ermənistan Respublikası, Krasnoselo rayonu”, milliyəti “Azərbaycanlı”, ata qrafasında “X11”, ana qrafasında “X8” qeyd edilməklə məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X2 adına göstərilən məlumatlar əsasında doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3397/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3397/2025
19.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver