Məhkəmə qərarları › İş №e-2(004)-341/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-341/2023

23.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-341/2023 23.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, Ərizəçilər Ərizəçi, İddiaçı2, İddiaçı3, Ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs qismində müstəqil tələb irəli sürməyən Maraqlı şəxs3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçilər Ərizəçi, İddiaçı1 Əli oğlu, İddiaçı2, İddiaçı3 maraqlı şəxs qismində cəlb etdiyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi,Maraqlı şəxs1 və Maraqlı şəxs3 qarşı qohumluq faktının müəyyən olunması tələbinə dair birgə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi, İddiaçı1 Əli oğlu, İddiaçı2, İddiaçı3 maraqlı şəxs qismində cəlb etdiyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi,Maraqlı şəxs1 və Maraqlı şəxs3 qarşı qohumluq faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 tərəfindən tərtib olunmuş xx.xx.1967-ci il tarixli, 1875 saylı ölüm haqqında akt qeydinə əsasən vəfat etmiş X16 babaları olması, yəni xx.xx.1996-cı ildə vəfat etmiş atamız (Mən İddiaçı3 mərhum X38 atası) Səli Nəhmət oğlunun doğumu haqqında arxiv arayışında ata qarafasında adı yazılmış Nəhmət İsmayıl oğlu olmasının müəyyən edilməsi barədə, Maraqlı şəxs1 tərəfindən tərtib olunmuş xx.xx.1967-ci il tarixli, 1875 saylı ölüm haqqında akt qeydinə əsasən vəfat etmiş X16, xx.xx.2005-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu Qədirli küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin 1/3 hissəsinin payçısı kimi qeyd edilmiş Naxmet İsmayıl oğlu olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbini onunla əsaslandırmışdırlar ki, iddiaçılar İddiaçı2, İddiaçı1, Ərizəçi bacıqardaşdırlar. İddiaçı3 mərhum X38 qızıdır. Onun atası X56 xx.xx.2010-cu ildə vəfat etmişdir. X50, anaları isə X31 olmuşdur. X50 xx.xx.1996-cı ildə, atalarının atası Nəhmət İsmayıl oğlu xx.xx.1967-ci ildə vəfat etmişdir. Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində (keçmiş “Pervoy Razyezdnoy”) yerləşən 5 saylı fərdi yaşayış evinin 1/3 hissəsi X53 oğlundan miras qalmışdır. Hamısı həmin evdə doğulub, boya-başa çatmış və bu günə qədər həmin evdə yaşayırlar. X7 2-ci arvadından Spartak Nəhmət oğlu anadan olmuşdur. Sonradan onun soyadı və ata adı dəyişdirilərək X39 olmuşdur. X17 (əslində Spartak Nəhmət oğlu) qızı Maraqlı şəxs3 xx.xx.2019-cu il tarixində onların xəbəri olmadan Bakı şəhəri 14 saylı Notariat ofisində X17 adına vərəsəlik işi açdırmış və X53 oğlundan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində (keçmiş “Pervoy Razyezdnoy”) yerləşən 5 saylı fərdi yaşayış evinin 1/3 hissəsinə “qanun üzrə vərəsəlik hüququ haqında” şəhadətnamə almışdır. Bundan sonra isə həmin evin 1/3 hissəsinə mülkiyət hüquqlarını qeydiyyata aldırmışdır. Bu barədə X7 qardaşları Həmid İsmayıl oğlunun və Əhəd İsmayıl oğlunun vərəsələrindən eşitmiş və onların arasında əmlakın naturada bölünməsi ilə bağlı məhkəmə çəkişməsinin olduğunu bilmişlər. Bundan sonra vəkilə müraciət etmiş, vəkil tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərmiş və sorğunun cavabında məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 5 saylı fərdi yaşayış evi ilkin olaraq xx.xx.1931-ci il tarixdə Əhəd (Aqat) İsmayıl oğlu, Naxmet İsmayıl oğlu (X40) və Xanım İsmayıl qızının adlarına qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin X25 məxsus olmuş 1/3 hissəsi Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 2V-190 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə Maraqlı şəxs3 adına qeydiyyatdan keçmişdir. Bundan sonra vəkil tərəfindən 14 saylı Notariat ofisində açılmış xx.xx.2019-cu il tarixli, 2V-190 reyestr nömrəli vərəsəlik işi əldə edilmiş və məlum olmuşdur ki, Maraqlı şəxs3 2019-cu ildə Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin payçısı, babaları Nehmət İsmayıl oğlunun adını X6 qeydiyyatdan keçirtmiş, babaları Nehmət İsmayıl oğlunun digər oğlu olan Səli Nehmət oğlunun olduğunu gizlətmiş və beləliklə babalarındandan miras qalan əmlakı öz adına keçirmişdir. Hal-hazırda tərəfilərindən Yasamal Rayon Məhkəməsində Bakı şəhəri 14 saylı Notariat ofisinə və Maraqlı şəxs3 qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbi ilə iddia qaldırmışlar və Maraqlı şəxs3адына verilmiş xx.xx.2019-cu il tarixli, 2V-190 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, babaları Nehmət İsmayıl oğlundan (X40) miras qalmış Bakı şəhəri, Yasamal rayonu Qədirli küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinə dair paylarının müəyyən edilməsi və miras əmlakın vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Lakin ataları Səli Nehmət oğlunun ölümü haqqında şəhadətnamədə onun ata adı “Nemət oğlu” kimi qeyd edilmişdir. Bundan başqa əldə etdikləri arxiv sənədlərində X7 adı X6 qeyd olunmuş və Maraqlı şəxs1 tərəfindən tərtib olunmuş xx.xx.1967-ci il tarixli, 1875 saylı ölüm haqqında akt qeydində X40 qeyd edilmişdir. Bakı şəhəri, XDS İcraiyyə komitəsi tərəfindən tərtib edilmiş xx.xx.1957-ci il tarixli Bakı şəhərində bələdiyyələşdirilmiş tikintilərin reyestrindən Çıxarışda və həmçinin evin texniki pasportunda Bakı şəhəri, “Pervoy Razyezdnoy” küçəsində (İndiki adı Qədirli küçəsi) yerləşən 5 saylı evin mülkiyyətçiləri X41, Əhmədov Aqat (Əhət) İsmayıl oğlu və Naxmed (Nəhmət) İsmayıl oğlu qeyd edilmişdir. Evin texniki pasportunda və Kartoçkasında Naxmedin adı üzərində əl yazısı ilə Aaxmed İsmayıl oğluna düzəliş edilmişdir. xx.xx.2005-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda Bakı şəhəri, Yasamal rayonu Qədirli küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin payçıları sırasında 12-cı sırada, evin 1/3 hissəsinin payçısı xxx Naxmet İsmayıl oğlu qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda Bakı şəhəri, Yasamal rayonu Qədirli küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin payçıları sırasında 13-cü sırada, evin 1/3 hissəsinin payçısı X40 qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş sorğunun cavabında məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu Qədirli küçəsində yerləşən 5 saylı fərdi yaşayış evi ilkin olaraq xx.xx.1931-ci il tarixdə Əhəd (Aqat) İsmayıl oğlu, Naxmet İsmayıl oğlu (X40) və Xanım İsmayıl qızının adlarına qeydiyyatdan keçmişdir. Beləliklə əldə olunan sənədlərə əsasən müəyyən olunur ki, X50nun atası Nəhmət İsmayıl oğlunun adı sonradan düzəliş edilərək X40 olmuşdur. Cavabdeh Maraqlı şəxs3 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tələbini qəbul etmir. İddia ərizəsində göstərilənlər iddiaçıların qanunsuz əməllərinə haqq qazandırmaq məqsədi daşıyır. Belə ki, iddiaçılar iddia tələblərinin əsası kimi istinad etdikləri halları təsdiq edən, yəni onların babası olduğunu iddia etdikləri Nəhmət İsmayıl oğlunun doğumu və ölümü və haqqında heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. İddiaçıların sübut kimi məhkəməyə təqdim etdikləri X50nun xx.xx.1996-cı ildə vəfat etdiyini təsdiq edən ölüm haqqında şəhadətnamədən görünür ki, Səli Nemət oğlu kimi yazılmışdır. Həmin Nemətin isə cavabdehin babası Əhmədlə heç bir əlaqəsi yoxdur. Nümayəndəsi vasitəsilə topladığı X26 (X40) barəsində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Tarixi Arxininin xx.xx.2022-ci il tarixli TA-00653-2022 №-li arxiv arayışında yazılmışdır ki, “Sizin “Asan Xidmət 3” Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası X78 üzrə Govxanı kənd məscidinin sənədlərində Əhməd İsmayıl oğlunun doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 15 yanvar 1900-cu il. Valideynləri: Atası - İsmayıl Əhməd oğlu. Anası - Fəxrənisə İsmayıl qızı. Əsas: f.1044, siy.l, sax. vah.874, vər. 170” X26 (X16) atası İsmayıl Əhməd oğlunun barəsində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Tarixi Arxininin xx.xx.2019-ci il tarixli Ə-300/OX №-li arxiv arayışında yazılmışdır ki, “Sizin "Asan Xidmət 3" Mərkəzindən daxil olmuş xx.xx.2019-cu il tarixli ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası X78nin sənədlərində Quba qəzası üzrə Sayad Xızı kəndinin 1886-cı ilə dair kameral siyahısında İsmayıl Əhməd oğlunun doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 1852 (Sənəddə olduğu kimi ay və gün qeyd olunmayıb) Valideynləri: Atası - Əhməd (sənəddə olduğu kimi) Anası - Sənəddə olduğu kimi qeyd olunmayıb Əsas: f.43, siy.2, sax. vah.7372, ver. 873 arx.” X26 (X16) qardaşı Əhəd İsmayıl oğlunun barəsində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Tarixi Arxivinin xx.xx.2022-ci il tarixli DA-01879-2022 №-li arxiv arayışında yazılmışdır ki, “Bakı 3 saylı “Asan Xidmət” Mərkəzindən daxil olan xx.xx.2022-ci il tarixli ərizəyə cavab olaraq bildiririk ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi arxiv fondunda mühafizə edilən sənədlərində 1942-ci ilə dair Bakı şəhəri Oktyabr (Yasamal) rayonu üzrə doğum haqqında bərpa kitabında 21 iyun 1897-ci ildə doğulan X12 təvəllüdü qeyd olunur. Atası: X27 Anası: (soyadı qeyd olunmayıb) Fəxrənsə (sənəddə olduğu kimi) İsmayıl qızı Valideynlər barədə qeyd: Ata - vəfat edib Ana - evdar qadın Xüsusi qeydlər qrafasında - Xızı rayonu Sayad kəndində doğulduğu qeyd olunur. Məlumat verənin soyadı, adı və ünvanı - 1-ci Razyezdnaya küçəsi, 11.” X26 (X16) qardaşı Əhəd İsmayıl oğlunun nəvəsi X18 represiyaya məruz qalmış babaları barəsində məlumat verilməsi haqqında Azərbaycan Respublikasının Dövlət Təhlükəzizlik Xidmətinin verdiyi xx.xx.2021-ci il tarixli 16/1-6209 nömrəli məktubunda yazılmışdır ki, “Ərizələrinizə cavab olaraq bildiririk ki, 1897-ci ildə Xızı rayonu, Xızı kəndində anadan olmuş və ünvan 2 ünvanında yaşamış, "Azbalıqnəqliyyat"da kapitan köməkçisi işləmiş, babanız X34 ilk dəfə 1941 ci ildə, ikinci dəfə isə xx.xx.1946-cı il arixdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilmişdir. Həbs zamanı onun ailə tərkibi aşağıdakı şəxslərdən ibarət olmuşdur: - oğulları - Kamil 24 yaşında, Cahangir 15 yaşında; - qızı - Zulstan (Minaxanım) 9 yaşında; - qardaşları - Həmid 43 yaşında, Əhməd 40 yaşında; - bacıları - Əjdər 60 yaşında, Xanım 55 yaşında.” Azərbaycan SSR Ali Məhkəməsinin Məhkəmə Kollegiyasının 01 iyul 1946-cı il arixli hökmünə əsasən, Ə.İsmayılov Azərbaycan SSR CM-nin 72-ci ("Anti-sovet təbliğatı") maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək, cəzasını islah-əmək düşərgəsində çəkməklə 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyətinin 22 aprel 1957-ci il tarixli qərarına əsasən, Ə.İsmayılova bəraət verilmişdir. Əlavə olaraq bildiririk ki, Ə.lsmayılovun Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılan arxiv İşində onun sonrakı taleyi barədə məlumat, həmçinin şəxsi sənədləri və fotoşəkli qeydə alınmamışdır. Nəzərinizə çatdırırıq ki, babanızla bağlı tərəfimizdən xx.xx.2006-cı il tarixdə 12/11-97 saylı məktubla X11 ətraflı məlumat verilmişdir. "Göründüyü kimi, bu sənəddə də 3 qardaş olan Əhəd ismayıl oğlunun, Həmid ismayıl oğlunun və Əhməd İsmayıl oğlunun adları qeyd edilmişdir. Heç bir sənəddə Nəhməd İsmayıl oğlunun adına rast gəlinmir. Göründüyü kimi ərizəçilər İddiaçı2, İddiaçı1, X51 və İddiaçı3 mübahisəli mirasa dair vərəsə olmadığına və miras qoyan Əhməd İsmayıl oğlunun vərəsəsi olmasını və onunla hər-hansı qohumluq münasibətdə olduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmədiyinə görə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs qismində müstəqil tələb irəli sürməyən Maraqlı şəxs3 nümayəndəsi və vəkili Vəkil ərizəni qəbul etməyərək etirazda göstərilənlərə uyğun izahat verdi. Ərizənin əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs qismində cəlb edilən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi və Maraqlı şəxs1nə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən verilmiş AZ-İV seriyalı 741497 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədova (Nadirova) İlahə Tahir qızı xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X57, anası X47 göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən verilmiş AZ-T seriyalı 219006 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Səli Nəhmət oğlu, anası X32 göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-2856/69 nömrəli arayışın surətindən görünür ki, X56 xx.xx.1948-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası: Səli Nəhmət oğlu; Anası: X32. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən verilmiş AZ-İ seriyalı 174130 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1951-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Səli Nəhmət oğlu, anası X32 göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən verilmiş AZ-T seriyalı 219007 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədova (Murquzova) Zöhrə Səli qızı xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Səli Nəhmət oğlu, anası X32 göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən verilmiş V-JQ seriyalı 250006 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Səli Nemət oğlu xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən verilmiş AZ-İİ seriyalı 254547 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X57 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən X33 ünvanlanmış xx.xx.2019-cu il tarixli, Ə-299/QX nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası X78nin sənədlərində Quba qəzası üzrə Sayad Xızı kəndinin 1886-cı ilə dair kameral siyahısında aşağıda göstərilən şəxslərin adları qeyd olunub: Mobil İsmayıl oğlu - 35 yaş. Onun oğlu: Baxış İsmayıl oğlu - 14 yaş. Mobil İsmayıl oğlunun qardaşı və ya bacısı oğlanları: İsmayıl Əhməd oğlu - 34 yaş; Məmməd Əhməd oğlu - 10 yaş; Hümmət Əhməd oğlu - 9 yaş. 1886-cı ildə Sayad Xızı kəndində 114 ailə yaşamışdır. Kənddəki ailələrin istifadəsində ümumilikdə 1277 desyatinə bərabər torpaq sahəsi olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən X33 ünvanlanmış xx.xx.2019-cu il tarixli, Ə-300/QX nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası X78nin sənədlərində Quba qəzası üzrə Sayad Xızı kəndinin 1886-cı ilə dair kameral siyahısında İsmayıl Əhməd oğlunun doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 1852 (Sənəddə olduğu kimi ay və gün qeyd olunmayıb) Valideynləri: Atası - Əhməd (sənəddə olduğu kimi) Anası - Sənəddə olduğu kimi qeyd olunmayıb. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən X33 ünvanlanmış xx.xx.2022-ci il tarixli TA-00653-2022 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası X78 üzrə Govxanı kənd məscidinin sənədlərində Əhməd İsmayıl oğlunun doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 15 yanvar 1900-cu il. Valideynləri: Atası - İsmayıl Əhməd oğlu. Anası - Fəxrənisə İsmayıl qızı. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən X33 ünvanlanmış xx.xx.2022-ci il tarixli DA-01879-2022 nömrəli məktubdan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1942-ci ilə dair Bakı şəhəri Oktyabr (Yasamal) rayonu üzrə doğum haqqında bərpa kitabında 21 iyun 1897-ci ildə doğulan X12 təvəllüdü qeyd olunur. Atası: X27; Anası: (soyadı qeyd olunmayıb) Fəxrənsə (sənəddə olduğu kimi) İsmayıl qızı; Valideynlər barədə qeyd: Ata - vəfat edib Ana - evdar qadın; Xüsusi qeydlər qrafasında - Xızı rayonu Sayad kəndində doğulduğu qeyd olunur. Məlumat verənin soyadı, adı və ünvanı - 1-ci Razyezdnaya küçəsi, 11. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti tərəfindən X8 ünvanlanmış xx.xx.2021-ci il tarixli 16/1-6209 nömrəli məktubdan görünür ki, 1897-ci ildə Xızı rayonu, Xızı kəndində anadan olmuş və ünvan 2 ünvanında yaşamış, “Azbalıqnəqliyyat”da kapitan köməkçisi işləmiş, ərizəçinin babası X34 ilk dəfə 1941-ci ildə, ikinci dəfə isə xx.xx.1946-cı il tarixdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilmişdir. Həbs zamanı onun ailə tərkibi aşağıdakı şəxslərdən ibarət olmuşdur: - oğulları - Kamil 24 yaşında, Cahangir 15 yaşında; - qızı - Zulstan (Minaxanım) 9 yaşında; - qardaşları - Həmid 43 yaşında, Əhməd 40 yaşında; - bacıları - Əjdər 60 yaşında, Xanım 55 yaşında. Azərbaycan SSR Ali Məhkəməsinin Məhkəmə Kollegiyasının xx.xx.1946-cı il tarixli hökmünə əsasən, Ə.İsmayılov Azərbaycan SSR CM-nin 72-ci (“Anti-sovet təbliğatı”) maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək, cəzasını islah-əmək düşərgəsində çəkməklə 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyətinin 22 aprel 1957-ci il tarixli qərarına əsasən, Ə.İsmayılova bəraət verilmişdir. Əlavə olaraq bildirilir ki, Ə.X2 Xidmətində saxlanılan arxiv işində onun sonrakı taleyi barədə məlumat, həmçinin şəxsi sənədləri və fotoşəkli qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil Nümayəndə ünvanlanmış xx.xx.2022ci il tarixli, **********25 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışda müvafiq düzəlişin aparılması ilə bağlı müraciətinizə baxılmış və bildirirlir ki, hüququların dövlət qeydiyyatı ilə bağlı mübahisəslər məhkəmə qaydasında həll edilir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən vəkil Nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx/xx-5101/15 nömrəli məktubdan görünür ki, Səli Nəhmət (Nemət) oğlu ilə X16 eyni şəxs olması faktının müəyyən olunması üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Pervoy Razyezdnoy küçəsində (indiki adı Qədirli küçəsi) yerləşən 5 saylı fərdi yaşayış evi X19 (Ахмедов Гамид Исмаил оглы), Əhəd İsmayıl oğlunun (Агат Исмаил оглы) və Nəhməd İsmayıl oğlunun (Нахмед Исмаил оглы) adlarına 190 nömrəli kitabda, 9739 nömrəli səhifədə qeydiyyatdan keçmişdir. İş materiallarında olan mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportda və Ev sahibliyinin kartoçkasında kiril əlifbası ilə yazılmış “Нахмед Исмаил оглы” adında əl yazısı ilə “Н” hərfi “А” hərfinə düzəliş edilmiş, düzəliş təsdiqlənməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən vəkil Nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli, DA-01769-2022 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”, arxiv fondunda mühafizə edilən sənədlərində 1927-1928-ci illərə dair Bakı şəhəri Oktyabr (Yasamal) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında 04 may 1927-ci ildə doğulan Səli Nəhmət oğlunun təvəllüdü qeyd olunur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil Nümayəndə ünvanlanmış xx.xx.2022ci il tarixli, **********86 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində (əvvəlki adı “Pervoy Razyezdnoy”küçəsi) yerləşən 5 saylı fərdi yaşayış evinin mülkiyyətçisi olmuş Naxmet İsmayıl oğlunun adının hansı hüquqi sənəd əsasında “X40”na dəyişdirilməsi barədə məlumat (sənəd) İdarənin arxivində aşkar edilməmişdir. Məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etmək məqsədə müvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********11 nömrəli arayışdan görünür ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi ilkin olaraq xx.xx.1931-ci il tarixdə Əhəd (Aqat) İsmayıl oğlu, Naxmet İsmayıl oğlu (X65) və Xanım İsmayıl qızının adlarına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının X78 tərəfindən X33 ünvanlanmış xx.xx.2022-ci il tarixli TA-00808-2022 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası X78 üzrə Quba şəhəri üzrə nikah aktlarının qeydiyyat kitabında X40 ilə Nona Aleksandrovnanın nikah tarixinə dair məlumat aşkar olunmuşdur. Nikah tarixi: 20 noyabr 1928-ci il İş materiallarında olan Gəncə (Kirovabad) şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.1936-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-2553/69 nömrəli arayışın surətindən görünür ki, X39 xx.xx.1929-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası: X40; Anası: X29. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən verilmiş AZ-İ seriyalı 650512 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X39 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2 (004)-4978/2022 saylı, xx.xx.2022-ci ci il tarixli qətnamənin sujrətindən görünür ki, iddiaçılar İddiaçı2, İddiaçı1, Ərizəçi və İddiaçı3 cavabdehlər Maraqlı şəxs3 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi tələbinə dair” iddia ərizəsi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən vəkil Nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli, TA-00701-2022 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası X78nin tam surətdə saxlanılmamış "Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri’’ fondunun sənədlərində Bakı şəhər məscidlərinin 1903-1907-ci İlərə dair doğum aktlarının qeydiyyat kitablarında Nəhmət (Əhməd) İsmayıl oğlunun doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. Məhkəmənin sorğusuna əsasən X78 tərəfindən xx.xx.2022-ci il tarixli, TA-00866-2022 nömrəli cavab məktubunda qeyd olunur ki, sorğuda adı çəkilən Nəhmət İsmayıl oğlu və Zeynəb Ələkbər qızının bacı və qardaşları, eyni zamanda Səli Nəhmət oğlunun bacı və qardaşları haqqında ətraflı məlumat (adları, doğum aktlarının qeydiyyata alındığı yer və tarix) verilmədiyi üçün sorğunun icrası mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 178436 nömrəli çıxarışın surətindən görünür ki, ünvan 6 fərdi yaşayış evinin 1/3 hissədən qalan hissədən 1/2 hissəsi X20, 1/3 hissədən qalan hissədən 1/2 hissəsi X13; 1/45 hissə X3; "A" tikilisindən 1 otaq y/s-9.7 kv.m X1; "A" tikilisindən 1 otaq y/s-5.3 kv.m X35; 1/3 hissəsi Maraqlı şəxs3; 2/45 hissədən 1/16 hissəsi X21; 1/9 hissəsi X5; 2/45 hissədən 6/8 hissəsi X9; 2/45 hissədən 1/16 hissəsi X42; 2/45 hissədən 1/8 hissəsi X10; 1/45 hissəsi X14 adına qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi X36 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində istifadədə olan 0,09533 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 388.50 kv.m olan 5 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə mərhuma məxsus 1/45 hissədən 1/3 hissə payından ibarətdir. Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X22 təsdiqlədiyi 4Ə-1093 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsəsən X15 ona məxsus 1/45 hissədən 1/3 hissə payını X23 bağışlamışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü ildə vəfat etmiş X17 vərəsəsi - Maraqlı şəxs3 miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak X17 xx.xx.1967ci il tarixdə ölmüş atası X25 məxsus olmuş DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X25 verilmiş **********63-10301 reyestr nömrəli ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində istifadədə olan 0,5986 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 465.8 kv.m olan 5 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə mərhuma məxsus 1/3 hissədən (torpaq sahəsindən başqa) ibarətdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Bakı şəhəri 14 saylı Notariat Ofisinin notariusu X43 tərəfindən təsdiq edilmiş və reyestrdə 2V-190 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan evdən istifadə qaydasının təyin edilməsinə dair xx.xx.1962-ci il tarixli müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli 5 ünvanda yaşayan X37 evin giriş hissəsində sağ tərəfdə 4 otaq və X28 evin giriş hissəsində sol tərəfdə 4 otaq və X25 isə qalan 4 otaq istifadəsinə verilir. İş materiallarında olan Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2023-cü il tarixl, 67 saylı məktubunda qeyd olunur ki, X40 (1903-1967) və Sali Nəhməd oğlu (xx.xx.1927xx.xx.1996) qəbirdaşına əsasən eyni qəbirdə Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığının 5-ci sektorunda dəfn olunmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin vəkil Nümayəndə ünvanlamış olduğu xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, 1925-1927-ci illərə dair Bakı sovetinin inzibati şöbəsi, 1925-1926-cı illərə dair Xızı rayonu üzrə qismən qəbul olunmuş nikah haqqında qeydiyyat kitablarında Əhməd İsmayıl oğlu ilə Zeynəb Ələkbər qızının nikahı haqqında heç bir məlumat aşkarlanmamışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4978/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı2, İddiaçı1 Əli oğlunun, Ərizəçi və İddiaçı3 cavabdehlər Maraqlı şəxs3 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X24 ifadəsində bildirmişdir ki, o, ərizəçilərin qohumudur. Səli Əhmədin oğludur. Əhməd isə İsmayılın oğludur. Əhmədgil 3 qardaş, 2 bacı olublar. Əhmədi o vaxtlar görmüşdür. O, onun adını Əhməd eşitmişdir. Spartak adını eşitməmişdir. Sədaqəti isə tanımır. Məhkəmə iclasında iştirak edən şahid X52 ifadəsində bildirmişdir ki, ərizəçilər onun əmisinin nəvələridir. Onun babası Məhəmməd, atası Əsəddir. Səli 1990-cı illərdə rəhmətə getmişdi. Əhməd isə onun atası idi. Səlinin iki qızı, iki oğlu olub. Əhməd 3 qardaş olub. Əhəd və Həmid qardaşları idi. Əhəd ən böyük qardaşdır, Əhməd isə ən kiçik qardaşdır. Əhmədə biri Əhməd biri Nəhməd deyirdi. Əslində eyni adamdırlar. Əhmədin neçə bacısı olduğundan xəbərsizdir. Əhmədin Səlidən başqa uşağı olub olmadığını bilmir. Məhkəmə iclasında iştirak edən şahid X44 ifadəsində bildirmişdir ki, İddiaçı3 onun gəlini, Çingiz və Tahir onun qaynı Səlinin oğullarıdır. Əhmədov Əhməd onun xalası Zeynəbin yoldaşı olub. Səli onun xalasının oğludur. Əhməd isə Səlinin atasıdır. O, Əhmədi görmüşdür, rəhmətə gedən zaman onun 30 yaşı olmuşdur. Əhməd Yasamal qəbristanlığında dəfn olunub. Səli və Əhməd bir qəbirdə dəfn olunub. Əhmədi elə Əhməd kimi çağırmışlar. O, Əhmədi görəndə çox cavan olmuş, yeni evlənmişdi. Əhmədin ancaq Səli adlı oğlu olduğunu bilir və yanlız onu görmüşdür. Əhmədin öz bacı-qardaşlarından isə Həcər və Xanımı tanıyır, onlara gəlib-getmişdilər. Əhmədin ilk arvadını tanıyır, daha sonra polyak milliyətindən olan bir xanımla evləndiyini eşitmişdir. Spartakın isə adını eşitmiş, özünü görməmişdir. Beləliklə, iş üzrə tərəflərin təqdim etdikləri, eləcə də məhkəmə tərəfindən əldə olunaraq araşdırılmış sübutlara əsaslanaraq qeyd edir ki, X16 Naxmet İsmayıl oğlu (Nəhmət İsmayıl oğlu, Nemət İsmayıl oğlu) olması faktı mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, ərizəçilər Əhməd İsmayıl oğlunun əslində babaları Naxmet İsmayıl oğlu (Nəhmət İsmayıl oğlu, Nemət İsmayıl oğlu) olması və sonradan adının dəyişdirilməsini bildirmişlər, lakin bu hal məhkəmə araşdırması zamanı sübuta yetirilmədi. Məhkəmədə ifadə vermiş şahidlərin ifadələri isə bu faktı təsdiq edən yeganə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərini müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Plenum Qərarının 2.2-ci bəndinə əsasən, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. 2.3-cü bəndinə əsasən, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizəçilər Ərizəçi, İddiaçı1 Əli oğlu, İddiaçı2, İddiaçı3 Maraqlı şəxs1 tərəfindən tərtib olunmuş xx.xx.1967-ci il tarixli, 1875 saylı ölüm haqqında akt qeydinə əsasən vəfat etmiş X16 babaları olması, yəni xx.xx.1996-cı ildə vəfat etmiş atamız (Mən İddiaçı3 mərhum X38 atası) Səli Nəhmət oğlunun doğumu haqqında arxiv arayışında ata qrafasında adı yazılmış Nəhmət İsmayıl oğlu olmasının müəyyən edilməsi, Maraqlı şəxs1 tərəfindən tərtib olunmuş xx.xx.1967-ci il tarixli, 1875 saylı ölüm haqqında akt qeydinə əsasən vəfat etmiş X16, xx.xx.2005-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu Qədirli küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin 1/3 hissəsinin payçısı kimi qeyd edilmiş Naxmet İsmayıl oğlu olmasının müəyyən edilməsi barədə ərizə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi, İddiaçı1 Əli oğlu, İddiaçı2, İddiaçı3 maraqlı şəxs qismində cəlb etdiyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi, Maraqlı şəxs1 və Maraqlı şəxs3 qarşı qohumluq faktının müəyyən olunması tələbinə dair birgə ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar