Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3427/2023 26.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzillərin təhvil verilməsi və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" MMC arasında bağlanmış 28 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli, mansardlı yaşayış binasında 4-cü blok, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 90.4 kv.m olan, 2 otaqlı, 306 nömrəli mənzil və həmin ünvanda inşa olunan yüksək mərtəbəli, mansardlı yaşayış binasında 4-cü blok, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 90.4 kv.m olan, 2 otaqlı, 312 nömrəli mənzilin İddiaçı təhvil verilməsi və təmirin aparılması üçün maneənin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışlar ki, onunla "xxxx" MMC arasında 28 noyabr 2017-ci il tarixdə Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasında yerləşən iki ayrı mənzilin alqı-satqısı barədə iki ayrı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən cəmi 52.432 AZN dəyərində Yasamal rayonu, Şərifzadə 33 ünvanında yerləşən yüksək mərtəbəli, mansardlı yaşayış binasında 4-cü blok, 12-ci mərtəbədə ümumi sahəsi 90.4 kv.m olan, 2 otaqlı, 306 nömrəli mənzil və cəmi 69.568 AZN dəyərində Yasamal rayonu, Şərifzadə 33 ünvanında yerləşən yüksək mərtəbəli, mansardlı yaşayış binasında 4-cü blok, 12-ci mərtəbədə ümumi sahəsi 90.4 kv.m olan, 2 otaqlı, 312 nömrəli mənzil İddiaçı tərəfindən satın alınmışdır. "xxxx" MMC tərəfindən vəsaitin ödənilməsi barədə 28 noyabr 2017-ci il tarixli Maliyyə arayışı verilmişdir. 28 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən verilən 28 noyabr 2017-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı Yasamal rayonu, Şərifzadə 33 ünvanında yerləşən yüksək mərtəbəli, mansardlı yaşayış binasında 4-cü blok, 12-ci mərtəbədə ümumi sahəsi 90.4 kv.m olan, 2 otaqlı, 306 nömrəli mənzilin dəyərini tam ödəmişdir. Lakin buna baxmayaraq İddiaçı mövcud mənzillərdən istifadə hüququndan yararlana bilmir. Bu barədə "xxxx" MMC-yə sorğu ünvanlansa da, mənzillərin nə zaman təhvil veriləcəyi barədə heç bir məlumat verilməmişdir. 28 noyabr 2017-ci il tarixli müqavilənin 7.1-ci maddəsinə əsasən hər iki tərəfdən biri öz öhdəliyini yerinə yetirməzsə digər tərəfin müqaviləni dəyişdirmək, çəkilmiş xərclərin və zərərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin müqavilənin 7.2-ci maddəsinə əsasən mübahisəli məsələlər hər iki tərəfin razılığı ilə həll edilir, bu mümkün olmadıqda məhkəmə orqanlarına müraciət olunur. Göründüyü kimi cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetimir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi . Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməməiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: İddiaçı ilə "xxxx" MMC arasında 28 noyabr 2017-cü il tarixdə bağlanmış müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqlı, 306 nömrəli mənzilin dəyəri olan 52.432 manat məbləğində pul 100 % miqdarında ödənilib. Müqavilənin 8.1-ci bəndindən görünür ki, tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti kimi “İcraçı” təhvil verir, “Payçı” isə mənzili qəbul edir. İddiaçı ilə "xxxx" MMC arasında 28 noyabr 2017-cü il tarixdə bağlanmış müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqlı, 312 nömrəli mənzilin dəyəri olan 69.568 manat məbləğində pulun 51.568 manatı ödənilib və qalıq borc 18.000 manat təşkil edir. Müqavilənin 8.1-ci bəndindən görünür ki, tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti kimi “İcraçı” təhvil verir, “Payçı” isə mənzili qəbul edir. "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa etdiyi yüksək mərtəbəli, mansardlı yaşayış binasının 4-cü blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqlı, 306 nömrəli mənzilinin dəyərini tam olaraq ödəmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən "xxxx" MMC-yə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, "xxxx" MMC-dən müqavilələr əsasında 20 gün ərzində öhdəliklərinin icrası xahiş olunmuş və əks halda, mənzillərin təhvil verilməsi və təmir üçün maneələrin aradan qaldırılmasının məhkəmə qaydasında tələb olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.2-ci mad.) 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 569.1-ci maddəsinə Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğısatqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 569-cu maddəsində əşyanı vermək vəzifəsinin icrası müddətinə dair qaydalar müəyyənləşdirilib, lakin satıcı həmin qaydaları pozub, müqavilə 2017-ci ildə bağlansa da uzun müddət ərzində (6 il ərzində) mənzili alıcıya təhvil verməyib. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, belə ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, mübahisəli mənzilləri iddiaçıya təhvil verməmiş, həmin mənzillərdə İddiaçı tərəfindən təmir-tikinti işlərinin aparılması üçün maneələr yaradaraq müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqlı, 306 nömrəli və 4-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqlı, 312 nömrəli mənzillər cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilməli, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqlı, 306 nömrəli və 4-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqlı, 312 nömrəli mənzillərində İddiaçı tərəfindən təmir-tikinti işlərinin aparılması üçün maneələrin aradan qaldırılması öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqlı, 306 nömrəli və 4-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqlı, 312 nömrəli mənzillər cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilsin. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqlı, 306 nömrəli və 4-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqlı, 312 nömrəli mənzillərində İddiaçı tərəfindən təmir-tikinti işlərinin aparılması üçün maneələrin aradan qaldırılması öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3427/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3427/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver