Məhkəmə qərarları › İş №e-2(004)-3436/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3436/2023

02.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3436/2023 02.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədirliyi, X1 oğlunun katibliyi, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Qanuni nümayəndə cavabdehlər Cavabdeh və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin adına verilmiş ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokundan yerləşən 60 saylı mənzilə dair dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qanuni nümayəndə cavabdehlər Cavabdeh və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin adına verilmiş ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokundan yerləşən 60 saylı mənzilə dair dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə şifahi vəsatət verərək iddiaçı Qanuni nümayəndə mülki iş üzrə hüquqlarından sui-istifadə etməsi, süründürməçilik hərəkətləri etməsi, prosessual müddətləri qərəzli şəkildə uzatması səbəbindən iddiaçın cərimə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə yerində müşavirə etməklə vəsatətin əsassız olması səbəbindən müvafiq protokol qərardad qəbul edərək vəsatəti təmin etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokundan yerləşən 60 saylı mənzilə mülkiyyət hüququ tərəflər arasında əvvəllər mövcud olmuş mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı əmlakın hərracdan satılaraq əldə edilməsi yolu ilə yaranmışdır. Göstərilən xüsusat mülki işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, mülki münasibətlərin yaranmasının hüquqi əsaslarından biri qismində həmçinin məhkəmə qərarı çıxış edir. Deməli, cavabdehlərdən biri inzibati orqan olsa da və tələb vizual olaraq inzibati mübahisəyə oxşasa da, mübahisənin əsasını inzibati hüquq münasibətləri deyil, mülki icraat qaydasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası kimi daşınmaz əmlaka mülkiyyət hüququnun yaranması ilə bağlı münasibətlər təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf məhkəmə hazırlıq iclasında iştirak etməmiş, hazırlıq iclasının keçirildiyi gün məhkəməyə ərizə ilə müraciət edərək mülki işin məhkəmə baxışına verilməsini xahiş etmişdir. Bu səbəbdən, iddiaçı ilə tələbin dəqiqləşdirilməsi və sübutların toplanılması ilə bağlı müzakirənin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar,başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Qeyd olunan 3 elementdən ikinci və üçüncü elementlər birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, iddiaçı Qanuni nümayəndə hazırki iddia tələbi üzrə subyektiv hüququnun olması iş materiallarına əsasən müəyyən edilmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü iddiaçının üzərinə olsa da, iddiaçı tərəfindən iddia tələbində göstərilən xüsusatların (faktiki və hüquqi əsaslar) sübut edilməsi təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək iddiaçı Qanuni nümayəndə cavabdehlər Cavabdeh və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin adına verilmiş ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokundan yerləşən 60 saylı mənzilə dair dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbi üzrə iddiası iş materiallarına əsasən sübuta yetirilmədiyindən əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Qanuni nümayəndə cavabdehlər Cavabdeh və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin adına verilmiş ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokundan yerləşən 60 saylı mənzilə dair dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar