Məhkəmə qərarları › İş №e-2(004)-346/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-346/2024

27.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-346/2024 27.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu C.Məmmədquluzadə 35 ünvanında yerləşən ona məxsus mənzilin üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2 Íqoreviçin və Tağıyeva Marina Íqorevnanın həmin mənzilə dair sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Íqoreviç, Tağıyeva Marina Íqorevna Bakı şəhəri, Yasamal rayonu C.Məmmədquluzadə 35 saylı fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu C.Məmmədquluzadə 35 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 34 kvadrat metr ümumi sahəsi olan tam təmirli, bütün sayğaclarla təchiz edilmiş yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 350 manat məbləğində kirayə haqqı ödənilməsi” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və tikintinin dayandırılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu C.Məmmədquluzadə 35 ünvanında yerləşən ona məxsus mənzilin üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2 Íqoreviçin və Tağıyeva Marina Íqorevnanın həmin mənzilə dair sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Íqoreviç, Tağıyeva Marina Íqorevna Bakı şəhəri, Yasamal rayonu C.Məmmədquluzadə 35 saylı fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu C.Məmmədquluzadə 35 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 34 kvadrat metr ümumi sahəsi olan tam təmirli, bütün sayğaclarla təchiz edilmiş yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 350 manat məbləğində kirayə haqqı ödənilməsi” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və tikintinin dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi iddiaçı tərəfin iradə ifadəsini bildirməklə məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında mübahisə həllini tapdığından iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, ilkin iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə ki, müəyyən edilir ki, ilkin iddia üzrə iddiaçı tərəf iradə ifadəsini bildirməklə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Nəticə etibarilə, mülki işin faktiki və hüquqi halları ilə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin dispozitiv tələbləri eynilik təşkil edir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi nəzərə alınmaqla, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. İş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 15:20-ə təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə qeyd edir ki, müvafiq məhkəmə bildirişi qarşılıqlı iddia üzrə iddiaçıya rəsmi şəkildə təqdim edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının məhkəmə iclasında iştirak etməsini məhkəmə zəruri hesab etmişdir. Belə ki, tərəflər arasında mübahisənin həll olunması əsası ilə mülki ilə baxılmasının hüquqi zərurəti müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddiaçının iddia tələbində hüquqi marağı yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər müvafiq olaraq iddiaçıya geri qaytarılmalıdır. Qarşılıqlı iddia tələbi isə baxılmamış saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu C.Məmmədquluzadə 35 ünvanında yerləşən ona məxsus mənzilin üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2 Íqoreviçin və Tağıyeva Marina Íqorevnanın həmin mənzilə dair sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Íqoreviç, Tağıyeva Marina Íqorevna Bakı şəhəri, Yasamal rayonu C.Məmmədquluzadə 35 saylı fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu C.Məmmədquluzadə 35 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 34 kvadrat metr ümumi sahəsi olan tam təmirli, bütün sayğaclarla təchiz edilmiş yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 350 manat məbləğində kirayə haqqı ödənilməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər müvafiq olaraq ilkin iddiaçıya geri qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və tikintinin dayandırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı MMC MMC-yə qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Cavabdeh1 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar