Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3464/2025 09.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini təmin edərək, Cavabdehndən 84322 manat (səksən dörd min üç yüz iyirmi iki) məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 343 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq Prospekti 80, 10 saylı mənzil iddiaçının mülkiyyətində olmuşdur. İddiaçının xüsusi mülkiyyəti dövlət tərəfindən onun adına xx.xx.2004-cü il tarixdə, 199619 reyestr nömrəsi ilə qeydiyyata alınmış, bununla bağlı seriya ÖM 190840 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçının xüsusi mülkiyyətində olan mənzilin texniki göstəricilərini əks etdirən 18 iyun 2004-cü il tarixli Texniki Pasport tərtib edilmişdir. İddiaçının mülkiyyətində olan həmin mənzil yaşayış üçün tam yararlı olmaqla yanaşı Bakı şəhərinin ən əlverişli ərazisində yerləşmişdir. Mənzil birinci mərtəbədə olmaqla yanaşı “Koroğlu” parkının kənarında yerləşirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarına əsasən “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərar qəbul edilmişdir. Həmin Qərarın icrası ilə əlaqədar Nəsimi rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli sərəncamına əsasən sözügedən binanın sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün onun yerləşdiyi torpaq sahəsi 49 il müddətinə Cavabdeh MMC-yə icarəyə verilmişdir. Sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 482 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti 25 fevral 2016-cı il tarixli qərarı ləğv edilib. xx.xx.2017-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış Müqavilənin şərtlərinə görə sonuncu sözügedən binanı sökməyi, onun yerində yeni yaşayış binasını inşa etməyi, həmçinin yeni yaşayış binası tikilənədək binadan köçürülən sakinləri müvəqqəti kirayə edilmiş mənzillərə yerləşdirməyi və bunun üçün lazımi maliyyə vəsaitini ödəməyi, köçürülən sakinlərə yeni tikiləcək yaşayış binasında müvafiq mənzillər verməyi və sair öz öhdəsinə götürmüşdür. İddiaçının mülkiyyətində olmuş mənzilin sökülməsinə razılığı alınmamışdır. Buna görə də iddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti cavabdehlər X3, İddiaçı, X1 və X2 (Cavabdeh MMC-nin üçüncü şəxs qimsində cəlb edildiyi) qarşı mənzilin sökülməsi və sair tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə mübahisəsi zamanı iddiaçının mülkiyyətində olmuş mənzilin əvəzinə mənzilin yerləşdiyi yer üzrə tikiləcək yeni binanın 2ci giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.m olan 4 otaqlı, 58 №-li mənzil və mənzil təhvil verilənədək aylıq 500 manat kirayə haqqı ödənilməsi iddiaçıya təklif olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1385/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 172 saylı Sərəncamına əsasən sökülməsi və yerində yeni binanın inşasına icazə verilmiş, qəzalı vəziyyətdə olan 10 saylı mənzilin sahibi X4 və onlarla birgə yaşayan ailə üzvləri tərəfindən törədilən maneçiliyin aradan qaldırılması, qeyd olunan Azadlıq prospekti 80, mənzil 10-da yaşayan Efendiyev Həmidin ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 85,5 kv.m. olan mənzildən ümumi sahəsi 98 kv.m. olan Şamil Əzizbəyov küçəsi 154 saylı evin 11b saylı mənzilinə; Cavabdeh MMC-nin vəsaiti hesabına köçürülməsi və cavabdehlər Azadlıq prospekti 80 ünvanda tikilən yeni binadan yaşayış mənzilləri ilə təmin edilənədək, onların kirayə haqqı Cavabdeh MMC tərəfindən ödənilməsi qət edilmişdir. Yuxarıda qeyd edilən qətnamədən İddiaçı tərəfindən və digər cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-894/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı və qeyrilərinin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1385/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi “Azadlıq prospekti 80 ünvanında tikilən yeni yaşayış binasında cavabdehlərə təmin ediləcək yaşayış mənzillərinin sahələri ilə bağlı” hissədə dəyişdirilmiş, İddiaçı ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, 58 nömrəli mənzilin təhvil veriləcəyi müəyyən edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-894/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilmişdir. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli aktında Bakı şəhəri, Azadlıq prospekti 80 ünvanında tikiləcək yeni yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, 58 nömrəli mənzilinin təhvil verilməsi göstərilib. Lakin aktda da qeyd edilmişdir ki, təhvil verilən mənzilin sahəsi 191,8 kv.m. deyil, 169,61 kv.metrdir. Bu fakt "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə də təsdiq edilir. Həmin rəyə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Vaqif prospekti ilə Azadlıq prospektinin kəsişməsində Cavabdeh MTK tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binasının İİ bloku, 3-cü mərtəbəsində yerləşən İddiaçı məxsus 4 otaqlı mənzilin faktiki ümumi sahəsi 169,61 kv.metr təşkil edir. Bununla bağlı təhvil-təslim aktında da qeydlər verilmişdir. Göründüyü kimi iddiaçıya təhvil verilməli olan mənzil 22,19 kv.metr az olmaqla təhvil verilib. İcra işi üzrə icraat prosesində iddiaçı tərəfindən mövcud mübahisənin hökmən icra olunması və sahəsi 191,8 kv.m olan mənzilin təhvil verilməsi tələbi ilə dəfələrlə cavabdeh tərəfə müraciət edilməsinə baxmayaraq, icra məmurı tərəfindən bildirilib ki, Cavabdeh MTK-nın istifadəsində sahəsi 191,8 kv.m olan azad mənzil qalmamışdır və bu səbəbdən iddiaçıya qətnamədə qeyd olunan sahəyə uyğun mənzil təhvil verilə bilməz. Bu fakt iddiaçının hazırki iddia ərizəsi ilə maddi pul tələbi irəli sürməsinə obyektiv zərurət yaratmışdır. Həmin ərazidə, əsasən "xxxx" yaşayış kompleksində (onlara təklif edilən mənzilin yerləşdiyi binada), təmirli mənzilin 1 kv.metrinin faktiki bazar qiyməti 3800 (üç min səkkiz yüz) manat təşkil edir. Bu fakt xx.xx.2025-ci il tarixində "xxxx" MTK nümayəndəliyi ilə aparılmış yazışmalar əsasında da cavabdeh tərəfinin nümayəndəsinin verdiyi məlumatla da birbaşa təsdiq edilmişdir. Həmçinin bu fakt bina.az saytından "xxxx" yaşayış kompleksində (onlara təklif edilən mənzilin yerləşdiyi binada) satılan mənzillərin qiymətləri barədə çıxarışla da təsdiq edilir. Beləliklə, cavabdehin öhdəliklərini tam yerinə yetirməməsi nəticəsində yaranan 22,19 kv.m sahə fərqi ilə bağlı həmin binada təmirli mənzilin 1 kv.metrinin bazar qiyməti 3800 manat qiyməti əsas götürülməklə hesablanmalı və cavabdehdən iddiaçının xeyrinə 84322 manat pul tutulmalıdır. Qeyd olunan hüquqa zidd əməllərlə bağlı hüquq-mühafizə orqanlarına və aidiyyatı üzrə təşkilatlara müraciətlər də edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin aktının məzmunundan görünür ki, Bakı şəhəri, Azadlıq prospekti 80 ünvanında tikiləcək yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, 58 nömrəli mənzilin təhvil verilməsi göstərilir, lakin həmin mənzil təhvil alınanda sahəsinin 169,61 kv.m. olduğu müəyyən edilir. İddia ərizəsinə əlavə etdiyi "xxxx" MMC-nin UNİ/Y 21-021/25 nömrəli, xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Vaqif prospekti ilə Azadlıq prospektinin kəsişməsində Cavabdeh MTK tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binasının İİ bloku, 3-cü mərtəbəsində yerləşən İddiaçı məxsus 4 otaqlı mənzilin faktiki ümumi sahəsi 169,61 kv.m. təşkil edir. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2025-ci il tarixli WhatsApp yazışmasının məzmunundan görünür ki, xx.xx.2025-ci il tarixli WhatsApp yazışması əsasında, "xxxx" yaşayış kompleksinin rəsmi nümayəndəsi tərəfindən ona məznillərin qiyməti ilə bağlı sual verilmiş, təqdim olunmuş məlumata əsasən, həmin kompleksdə təmirli mənzillərin 1 kv.metrinin qiymətinin 3800 (üç min səkkiz yüz) manat olduğu qeyd edilmişdir. Bu fakt cavabdehin nümayəndəsinin öz cavabıdır. İddia ərizəsinə əlavə etdiyimiz bina.az saytından "xxxx" yaşayış kompleksində satışa qoyulan mənzillərin qiymətləri barədə çıxarışın məzmunundan görünür ki, "xxxx" yaşayış kompleksində təmirli mənzillərin 1 kv.metrinin qiymətinin 3800 (üç min səkkiz yüz) manat olduğu qeyd edilmişdir. Qeyd edilənlərə əsasən mübahisəli mənzilin ümumi sahəsi bayır və ara divarlarının, balkonun məhəccərlərinin və mətbəxin içərisindən keçən havaçəkmə şaxtasının yerləşdiyi sahələr nəzərə alınmadan hesablanmalı, sanitar qovşağı, mətbəx, dəhliz, balkon üçün isə 0,3 azaltma əmsalı tətbiq edilməklə hesablanmalıdır. Yəni, balkon sahəsi y x 0,3=0,3y metr kimi hesablanmalı və digər sahələr üçün azaltma əmsalı tətbiq edilməlidir. Göründüyü kimi iddiaçıya təhvil verilməli olan mənzilin sahəsi 191,8 kv.metr olmalı olduğu halda, faktiki təhvil verilən mənzilin sahəsi 169,61 kv.metrdir. Mənzilin sahəsi 22,19 kv.m. azdır. "xxxx" yaşayış kompleksində (iddiaçıya təhvil verilən mənzilin yerləşdiyi bina) mənzilin 1 kv.metrinin qiyməti 3800 (üç min səkkiz yüz) manatdır. Buna görə də cavabdehdən iddiaçının xeyrinə mənzilin sahəsində yaranan fərqə görə 84322 (səksən dörd min üç yüz iyirmi iki) manat pul tutulmalıdır. Beləliklə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin məhkəmə qətnaməsi ilə üzərinə qoyulan öhdəliyi yerinə yetirməyib, uzun müddət mənzilin təhvil verilməsini gecikdirib, mənzili təhvil verərəkən belə sahəsinin az olduğu müəyyən edilib. Daha sonra İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ünvanlayaraq, Cavabdehndən 93280 manat (doxsan üç min iki yüz səksən) məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 369,84 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh MTK tərəfindən yazılı məhkəmə çıxışı təqdim edilərək bildirmişdir ki, 2(004)-3464/2025 №-li iş üzrə 03 noyabr 2025-ci il tarixli 10/4702 №-li ekspert rəyini qəbul etmirlər. Ekspert rəyi obyektiv olaraq verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təhvil verilməsi nəzərdə tutulmuş 191,80 kv.m mənzil iddiaçıya təhvil verilmişdir. Ekspert rəyinin əsassızlığını o sübut edir ki, həmin layihə üzrə olan eyni ölçüdə mənzillərə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş çıxarışlarda azaltma əmsalları tətbiq edilərək sahə 179,50 kv.m müəyyən edilmişdir. Lakin ekspert rəyində azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan sahə 172,5 kv.m müəyyən edilmişdir. Eyni layihə üzrə dövlət çıxarışları ilə açıq ziddiyyət mövcuddur. Eyni layihə üzrə, eyni ölçüdə olan mənzillərə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışlarda: qanunvericiliyə uyğun olaraq azaltma əmsalları tətbiq edilmiş, nəticədə mənzillərin sahəsi 179,50 kv.m olaraq müəyyən edilmişdir. Lakin ekspert rəyində: azaltma əmsalları ümumiyyətlə tətbiq edilməmiş, buna baxmayaraq sahə daha az – 172,5 kv.m göstərilmişdir. Bu fakt onu sübut edir ki, ekspertin gəldiyi nəticə eyni layihə üzrə rəsmi dövlət uçotu məlumatları ilə uzlaşmır və bu da rəyin obyektivliyinə ciddi şübhə yaradır. Ölçmə metodikası normativ tələblərə uyğun aparılmamışdır. Ekspert rəyindən göründüyü kimi, sahə hesablanarkən: bayır divarların altı, ara divarların altı ümumi sahəyə daxil edilməmişdir. Halbuki tikinti və daşınmaz əmlakın texniki uçotu üzrə normativlərə əsasən, ümumi sahə hesablanarkən divarların altı nəzərə alınmalıdır. Bu tələblərin pozulması sahənin süni şəkildə azaldılmasına səbəb olmuşdur. Beləliklə, ölçmə elmi-metodik əsaslara uyğun aparılmamışdır. Ekspert rəyinin nəticələri ziddiyyətlidir və əsaslandırılmamışdır. Müqayisə aparıldıqda aşkar görünür ki: Məhkəmə qətnaməsi üzrə sahə: 191,8 kv.m Dövlət çıxarışları üzrə sahə (azaltma əmsalı ilə): 179,5 kv.m Ekspert rəyi üzrə sahə: 172,5 kv.m Ekspert rəyində bu fərqlərin səbəbi, istifadə edilən metodika və normativ əsaslar aydın və əsaslandırılmış şəkildə izah edilməmişdir. Bu isə rəyin sübutetmə qabiliyyətini aradan qaldırır. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, xx.xx.2025-ci il tarixli 10/4702 №-li ekspert rəyi: məhkəmə qətnaməsinin hüquqi nəticələrinə ziddir; eyni layihə üzrə dövlət çıxarışları ilə uyğun gəlmir; normativ ölçmə qaydalarının pozulması ilə tərtib edilmişdir; obyektiv və əsaslı sübut kimi qəbul edilə bilməz. Əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzillər faktiki olaraq iddiaçının tələb etdiyi qiymətdən aşağı bazar qiyməti ilə satılmışdır. Bu baxımdan iddiaçının irəli sürdüyü məbləğ real bazar qiymətini əks etdirmir və subyektiv xarakter daşıyır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ekspertiza rəyləri ilə tanışdılar. Mənzilin sahəsi hesablanarkən içdən-içə hesablanmalıdır. Ona verilən suallara cavab olaraq bildirdi ki, məhkəmə qətnaməsinə əsasən verilməli olan mənzil 17 mart 2025-ci il tarixində tərtib edilmiş akt ilə təhvil təmirli şəkildə alınmışdır. Onların iştirakı ilə 58 saylı mənzilə baxış keçirilmişdir. Köhnə çıxarışa əsasən 10 saylı mənzil olub. Mənzilin hazırda çıxarışı yoxdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, sahəsi 4 otaqlı mənzilin təhvil veriməsi öhdəliyi üzərlərinə qoyulmuş və onlar öhdəliyi yerinə yetirmişlər. Ekspert tərəfindən verilmiş rəyə etiraz edirlər. Təhvil verilməmişdən əvvəl evin sahəsi 191 kv.metr olub. Çünki mənzil təmir olunduqdan sonra fərq yaranır. Azaltma əmsalları tətbiq edilməklə, ekspertiza rəyindəki göstərilmiş sahə ilə çıxarışdakı sahə arasında çox böyük fərq var və bu hal absurddur. Bu səbəbdən, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş, lakin xx.xx.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 80 saylı evin 67 saylı yaşayış sahəsindən ibarət 4 otaqlı 10 saylı mənzil xüsusi mülkiyyət kimi xx.xx.2004-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 172 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən Nəsimi rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə sözügedən binanın sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün onun yerləşdiyi torpaq sahəsi 49 il müddətinə Cavabdeh MMC-yə icarəyə verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-894/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı və qeyrilərinin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 1385/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi “Azadlıq prospekti 80 ünvanında tikilən yeni yaşayış binasında cavabdehlərə təmin ediləcək yaşayış mənzillərinin sahələri ilə bağlı” hissədə dəyişdirilmiş, .... İddiaçı ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, 58 nömrəli mənzilin təhvil verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-894/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilmişdir. - "xxxx" MMC-nin UNİ/Y 21-021/25 nömrəli, xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Vaqif prospekti ilə Azadlıq prospektinin kəsişməsində Cavabdeh MTK tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binasının İİ bloku, 3-cü mərtəbəsində yerləşən İddiaçı məxsus 4 otaqlı mənzilin faktiki ümumi sahəsi 169,61 kv.m. təşkil edir. - Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli aktında Bakı şəhəri, Azadlıq prospekti 80 ünvanında tikiləcək yeni yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, 58 nömrəli mənzilinin təhvil verilməsi göstərilib. Həmçinin aktda təhvil verilən mənzilin sahəsi 191,8 kv.m. deyil, 169,61 kv.metr qeyd edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli № CC/0xx/xx-2025 nömrəli hesabatından müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin 1 kv.m. dəyəri qiymətləndirmə tarixinə 4000 manat təşkil edir. - Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/4702 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən 1-ci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Mənzilin ümumi sahəsinin 168,48 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Mənzilin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 172,5 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 2-ci sual üzrə: Mənzilin faktiki içdən içə (daxili arakəsmələr, yəni tikinti altı sahələr nəzərə alınmaqla) ümumi sahəsinin 179,66 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 191,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 3-cü və 4-cü suallar üzrə: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-894/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təhvil verilməsi nəzərdə tutulan (mənzilin tam sahəsi 191,80 kv.m.) sahə ilə mənzilin faktiki mövcud sahəsi (172,5 kv.m.) arasında 19,3 kv.m. (191,8-172,5) fərq olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında votsap platforması vasitəsilə ekspert qismində dindirilmiş X5 izahatında bildirdi ki, ekspert rəyində ünvan texniki səhv - iddiaçının əvvəlki mənzili üzrə ünvanı göstərilmişdir. Bakı şəhəri, Azadlıq prospekti 80 ünvanında tikiləcək yeni yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, 58 nömrəli mənzilinə tərəfindən baxış keçirilmişdir. Əmsal tətbiq olunmaqla 168.48, əmsal tətbiq olunmadıqda 172.5 kv.metr sahə müəyyən edilmişdir. Mənzil içdən-içə ölçülür və bunlara azaltma əmsalları tətbiq olunur. Bayır və ara divarlarının alt hissəsi nəzərə alınmamışdır. 179.66 kv.metr mənzilin çöl divarlarına düşən hissə nəzərə alınmamış, yalnız daxili ara kəsmələrin alt hissəsinə düşən hissə nəzərə alınmış, əmsal tətbiq olunmamışdır. 191.8 kv.metr çöldən-çölə hesablanır. Çöl divarın qalınlığı 40 kv.metrdir. Cavabdehin qeyd etdiyi məsələ ilə bağlı qeyd edir ki, cavabdeh MTK tərəfindən nümunə gətirilən mənzilə tərəfindən baxış keçirilərək ölçü işləri aparılmamışdır. Fərqlərin müəyyən edilməsi mümkün haldır. Daşınmaz əmlakın nümayəndələri tərəfindən əsasən layihə sənədindəki ölçülərə baxılaraq da rəy verilmiş ola bilər. İddiaçı mənzilində tərəfindən tam ölçü işləri aparılmışdır. Rəyində göstərdikərini müdafiı edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-894/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən İddiaçı ona məxsus mənzilin əvəzində ona Azadlıq prospekti 80 ünvanında tikiləcək yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, 58 nömrəli mənzil Cavabdeh tərəfindən təhvil verilməlidir. İddiaçı hesab edir ki, təhvil verilmiş mənzilin faktiki ölçüsü 191,8 kv.metr deyil, 168,48 kv.m olduğu müəyyən edilmişdir. Hal-hazırda iddiaçı Cavabdehndən 93280 manat (doxsan üç min iki yüz səksən) məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 369,84 manat məbləğində pulun alınaraq ona ödənilməsini tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Məhkəmə tərəfindən Bakı şəhəri, Azadlıq prospekti ünvanında inşa edilmiş 80 saylı evin 10 saylı mənzilin faktiki ümumi sahəsinin müəyyən edilməsi xüsusi bilik tələb edildiyinə görə, iş üzrə tikinti-texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4702 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən 1-ci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı şəhəri, Azadlıq prospekti ünvanında inşa edilmiş 80 saylı evin 10 saylı mənzilin ümumi sahəsinin 168,48 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Azadlıq prospekti ünvanında inşa edilmiş 80 saylı evin 10 saylı mənzilin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 172,5 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 2-ci sual üzrə: ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin faktiki içdən içə (daxili arakəsmələr, yəni tikinti altı sahələr nəzərə alınmaqla) ümumi sahəsinin 179,66 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 191,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 3-cü və 4-cü suallar üzrə: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-894/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təhvil verilməsi nəzərdə tutulan (mənzilin tam sahəsi 191,80 kv.m.) sahə ilə mənzilin faktiki mövcud sahəsi (172,5 kv.m.) arasında 19,3 kv.m. (191,8-172,5) fərq olduğu müəyyən edilmişdir. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli № CC/0xx/xx-2025 nömrəli hesabatından müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin 1 kv.m. dəyəri qiymətləndirmə tarixinə 4000 manat təşkil edir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 894/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli olan mənzilin sahəsinin 191,8 kv.metr olmadığı müəyyən edilmişdir. Belə ki, ekspert tərəfindən məhkəmənin sualına cavab olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-894/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təhvil verilməsi nəzərdə tutulan (mənzilin tam sahəsi 191,80 kv.m.) sahə ilə mənzilin faktiki mövcud sahəsi (172,5 kv.m.) arasında 19,3 kv.m. (191,8-172,5) fərq olduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən icra sənədi tam icra edilməmişdir. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-894/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təhvil verilməsi nəzərdə tutulan (mənzilin tam sahəsi 191,80 kv.m.) sahə ilə mənzilin faktiki mövcud sahəsi (172,5 kv.m.) arasında 19,3 kv.m. (191,8-172,5) fərqin olması və eyni zamanda iddiaçıya mənzilin təhvil verildiyi tarixə təmirli mənzilin hər kvadrat metri üzrə satış qiymətinin 4000 manat təşkil etməsi barədə rəyi nəzərə alınmaqla cavabdeh tərəfindən iddiaçıya 77200 (yetmiş yeddi min iki yüz) (19,3x4000) maddi ziyan dəyməsi müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərin əvəzi - 77200 (yetmiş yeddi min iki yüz) (19,3x4000) manat ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan 77200 (yetmiş yeddi min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olan 343 (üç yüz qırx üç) manatın 306 (üç yüz altı) manat hissəsi Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan 77200 (yetmiş yeddi min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 343 (üç yüz qırx üç) manatın 306 (üç yüz altı) manat hissəsi Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh MTKdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Gülnar Babazadə