Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3478/2025 02.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcu və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X1 qarşı «kredit borcu və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli BPM**********42 saylı Kredit Müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə 3450 manat məbləğində kredit, xx.xx.2022-ci il tarixli BPM**********42 saylı Tamkart Müqaviləsinə əsasən ona 36 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. Daha sonra onun müraciəti üzrə xx.xx.2023-cü il tarixli BPM**********04 saylı Tam Kart müqaviləsinə əsasən həmin Tamkarta xx.xx.2025-ci il tarixədək müddətə 1000 manat məbləğində kart kredit limiti təyin edilmişdir. Tərəflər arasında bağlanmış Kredit Müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin, xx.xx.2024-cü il tarixdə borclu X5 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********42 saylı Kredit Müqaviləsinə əsasən 2032.48 manat əsas borc, xx.xx.2022-ci il tarixli BPM**********42 saylı Tamkart Müqaviləsinə əsasən 999.43 manat əsas borc, 97.76 manat faiz borcu olmaqla ümumilikdə 1097.19 manat borc, yekun olaraq 3129.67 manat borc yaranmışdır. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2024-cü il tarixli 2V-438 saylı və 2V-439 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrindən görünür ki, X2 qalmış mirası Cavabdeh qəbul etmişdir. Müqavilələr üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X3 vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixli BPM**********42 saylı Kredit Müqaviləsinə əsasən 2032.48 manat əsas, xx.xx.2022-ci il tarixli BPM**********42 saylı Tamkart Müqaviləsinə əsasən 999.43 manat əsas, 97.76 manat faiz borcu olmaqla ümumilikdə 1097.19 manat, yekun olaraq 3129.67 (üç min yüz iyirmi doqquz manat altmış yeddi qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 51,30 (əlli bir manat otuz qəpik) məbləğində vəsait və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan "xxxx" ASC ilə X5 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli BPM**********42 saylı Kredit Müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə 3450 manat məbləğində kredit, xx.xx.2022-ci il tarixli BPM**********42 saylı Tamkart Müqaviləsinə əsasən ona 36 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. X4 müraciəti üzrə xx.xx.2023-cü il tarixli BPM**********04 saylı Tam Kart müqaviləsinə əsasən həmin Tamkarta xx.xx.2025-ci il tarixədək müddətə 1000 manat məbləğində kart kredit limiti təyin edilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, Cavabdeh X4 vərəsəsidir, miras əmlakı mənzil və avtomobildən ibarətdir və cavabdeh miras əmlakından tam hissədə pay almışdır. İş materiallarında olan maliyyə arayışlarına əsasən müəyyən olunur ki, X4 "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli BPM**********42 saylı Kredit Müqaviləsinə əsasən 2032.48 manat əsas, xx.xx.2022-ci il tarixli BPM**********42 saylı Tamkart Müqaviləsinə əsasən 999.43 manat əsas, 97.76 manat faiz borcu olmaqla ümumilikdə 1097.19 manat, yekun olaraq 3129.67 (üç min yüz iyirmi doqquz manat altmış yeddi qəpik) manat borcu vardır. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739 (əsas borca münasibətdə), 741-ci (faiz borcuna münasibətdə), 1151.1 (miras əmlaka münasibətdə), 1306.1 və 1307-ci (öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MM-in 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” X4 vəfat etdiyindən “Borcverən” "xxxx" ASC qarşısında öhdəliklərini yerinə yetirilməməklə müqavilə şərtləri pozulmuşdur. Kredit müqaviləsi üzrə borc qaldığından iddiaçı tərəfindən verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh X4 vərəsəsidir, o, miras əmlakından tam pissədə pay almışdır, miras əmlakı mənzil və avtomobildən ibarətdir. Nəticə etibarilə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və MM-in 739, 741, 1151.1, 1306.1 və 1307-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, "xxxx" ASC ilə X5 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli BPM**********42 saylı Kredit Müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə 3450 manat məbləğində kredit, xx.xx.2022-ci il tarixli BPM**********42 saylı Tamkart Müqaviləsinə əsasən ona 36 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. X4 müraciəti üzrə xx.xx.2023-cü il tarixli BPM**********04 saylı Tam Kart müqaviləsinə əsasən həmin Tamkarta xx.xx.2025-ci il tarixədək müddətə 1000 manat məbləğində kart kredit limiti təyin edilmişdir. Ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Cavabdeh X4 vərəsəsidir, miras əmlakı mənzil və avtomobildən ibarətdir və cavabdeh miras əmlakından tam hissədə pay almışdır. X4 "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli BPM**********42 saylı Kredit Müqaviləsinə əsasən 2032.48 manat əsas, xx.xx.2022-ci il tarixli BPM**********42 saylı Tamkart Müqaviləsinə əsasən 999.43 manat əsas, 97.76 manat faiz borcu olmaqla ümumilikdə 1097.19 manat, yekun olaraq 3129.67 (üç min yüz iyirmi doqquz manat altmış yeddi qəpik) manat borcu vardır. Öhdəlik cavabdeh (vərəsə) tərəfindən icra edilməmişdir. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı bildirişinə əsasən sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Məhkəmə prezumpsiya olaraq qəbul edir ki, miras qoyanın miras aktivi mövcuddur və həmin miras aktivi vərəsə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı məhkəmə təcrübəsi nəzərə alınmaqla cavabdeh (vərəsə) miras əmlakının dəyərinin kredit müqaviləsi üzrə müvafiq öhdəlikdən aşağı həddə təşkil etməsi və ya miras qoyanın ümumiyyətlə miras aktivinin olmaması ilə bağlı (MM-in 1307-ci maddəsi) üzərinə düşən sübutetmə yükünü həyata keçirtməmiş, bu barədə hər hansı mülahizə bildirməmiş, ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmişdir. Məlumdur ki, miras aktivi olan mənzil və avtomobilin dəyəri öhdəliyin həcmindən yüksək məbləğdə təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, sübutetmə yükü həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 51,30 (əlli bir manat otuz qəpik) məbləğində vəsait və 0,40 (qırx qəpik) manat xidmət haqqı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli BPM**********42 saylı Kredit Müqaviləsinə əsasən 2032.48 manat əsas, xx.xx.2022-ci il tarixli BPM**********42 saylı Tamkart Müqaviləsinə əsasən 999.43 manat əsas, 97.76 manat faiz borcu olmaqla ümumilikdə 1097.19 manat, yekun olaraq 3129.67 (üç min yüz iyirmi doqquz manat altmış yeddi qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 51,30 (əlli bir manat otuz qəpik) məbləğində vəsait və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcu və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli BPM**********42 saylı Kredit Müqaviləsinə əsasən 2032.48 manat əsas, xx.xx.2022-ci il tarixli BPM**********42 saylı Tamkart Müqaviləsinə əsasən 999.43 manat əsas, 97.76 manat faiz borcu olmaqla ümumilikdə 1097.19 manat, yekun olaraq 3129.67 (üç min yüz iyirmi doqquz manat altmış yeddi qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 51,30 (əlli bir manat otuz qəpik) məbləğində vəsait və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3478/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3478/2025
02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver