Məhkəmə qərarları › İş №e-2(004)-3490/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3490/2023

14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3490/2023 14.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı “mənzilin alınması üçün ödənilmiş pay haqqının geri qaytarılması, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı “mənzilin alınması üçün ödənilmiş pay haqqının geri qaytarılması, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 10 yanvar 2009-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki 39 saylı kooperativin yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 130.8 m2 olan 3 otaqlı 54 saylı mənzilin alınması üçün Cavabdeh1nə ödədiyi 79.000 manat pay haqqının, manatın indeksasiyasına görə 21.000 manat zərərin, mənəvi zərəri görə 10.000 manat və dövlət rüsumu kimi ödənilmiş 401 manat olmaqla, cəmi 110.401 manat pulun Cavabdeh1ndən və Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən İddiaçı Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki yaşayış massivində yerləşən 39 saylı kooperativ yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzilini tam dəyərini 79.000 manat pulu Cavabdeh1nə ödəməklə əldə etmişdir. Cavabdeh1 MTK-nın verdiyi xx.xx.2009-cu il tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki 39 saylı kooperativ yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzilinə görə Cavabdeh1 MTK-ya heç bir borcu yoxdur. Cavabdeh1 MTK adından müqaviləni və maliyyə arayışını MTK-nın sədri - Cavabdeh2 imzalamışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisini birgə həyata keçirən "xxxx" MTK və Cavabdeh1 MTK iddiaçıya məxsus olan Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki 39 saylı kooperativ yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzilini daha iki şəxsə də satmışlar. Bununla əlaqədar olaraq tərəflər məhkəməyə müraciət etmiş və uzun müddət məhkəmə çəkişməsindən sonra Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-6235/2020 nömrəli qətnaməsi ilə iddiaçı X2 cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilə görə ödənişin qəbul edilməsi, mənzildən istifadə edilməsinə maneələrin aradan qaldırılması, sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-4086/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-6235/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarından uzun müddət keçməsinə baxmayaraq Cavabdeh1 MTK müxtəlif bəhanələr gətirərək, xx.xx.2009-cu il tarixli müqavilə əsasında Cavabdeh1 MTK-ya ödənilmiş 79.000 manat pulu iddiaçıya geri qaytarmamış və ya ödənilmiş pulun müqabilində iddiaçını digər mənzillə təmin etməmişdir. Hesab edir ki, Cavabdeh1 MTK-dan 79.000 manat pulu və bu müddət ərzində pulu alıb saxladığı və müqavilə üzrə götürdüyü öhtəlik əsasında mənzili iddiaçıya təhvil vermədiyi üçün əldən çıxmış faydaya görə, eləcə də ona vurduğu mənəvi zərərə görə təzminat ödəməlidir. Hazırda 79.000 manata həmin ərazidə ümumi sahəsi 130,8 m2 olan 3 otaqlı mənzil almaq mümkün deyildir, həmçinin manatın indeksasiyasına görə pulun dəyərdən düşməsi ilə əlaqədar iddiaçıya madd ziyan dəymişdir. Həmçinin 2009-cu ildən hazırkı vaxta kimi cavabdehin mənzili iddiaçıya təhvil verməməsi, pulu qaytarmaması və hüquqa zidd əməlləri nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirablar keçirtmiş, ona mənəvi zərər də dəymişdir. Manatın indeksasiyasına görə pulun dəyərdən düşməsi ilə bağlı iddiaçı 21.000 manat maddi ziyan, vurulmuş mənəvi zərərə görə 10.000 manat tələb edir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1’ MTK-ya və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz hallarından göründüyü kimi, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən İddiaçı Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki yaşayış massivində yerləşən 39 saylı kooperativ yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzilini tam dəyərini 79.000 manat pulu Cavabdeh1nə ödəməklə əldə etmişdir. Cavabdeh1 MTKnın verdiyi xx.xx.2009-cu il tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki 39 saylı kooperativ yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzilinə görə Cavabdeh1 MTK-ya heç bir borcu yoxdur. Cavabdeh1 MTK adından müqaviləni və maliyyə arayışını MTK-nın sədri - Cavabdeh2 imzalamışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisini birgə həyata keçirən "xxxx" MTK və Cavabdeh1 MTK iddiaçıya satılmış Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki 39 saylı kooperativ yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzilini başqa şəxsə də satmışlar. Mübahisəli mənzillə bağlı uzun müddət məhkəmə çəkişməsi olmuşdur. İddiaçı X4 cavabdeh "xxxx" MTK-ya qarşı «mənzilə görə ödənişin qəbul edilməsi, mənzildən istifadə edilməsinə maneələrin aradan qaldırılması, sahiblik və istifadə hüquqlarının tanınması» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən çoxmərtəbəli evin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131 m2 olan, 54 saylı mənzilə dair onun tərəfindən 18.550 manat ödənişin "xxxx" MTK tərəfindən qəbul edilməsi, həmin mənzilin istifadə edilməsinə maneələrin aradan qaldırılması, bu mənzilə sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 iyul 2014-cü il tarixli 2(004)-4941/2014 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh "xxxx" MTK-ya qarşı «mənzilə görə ödənişin qəbul edilməsi, mənzildən istifadə edilməsinə maneələrin aradan qaldırılması, sahiblik və istifadə hüquqlarının tanınması» tələbinə dair iddiası təmin olunmuş, "xxxx" MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsində inşa edilən çoxmərtəbəli evin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131 m2 olan, 54 saylı mənzilə dair iddiaçı X4 tərəfindən 18.550 manat ödənişin cavabdeh "xxxx" MTK tərəfindən qəbul edilməsi, Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsində inşa edilən çox mərtəbəli evin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131 m2 olan, 54 saylı mənzilin istifadə edilməsinə maneələrin cavabdeh "xxxx" MTK tərəfindən aradan qaldırılması, iddiaçı X2 Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsində inşa edilən çoxmərtəbəli evin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131 m2 olan, 54 saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-6235/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 iyul 2014-cü il tarixli 2(004)-4941/2014 saylı qətnaməsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli 2(007)-1386/2019 saylı qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilə dair (Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsi 39 saylı evin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzili) Cavabdeh1 MTK ilə İddiaçı arasında 10 yanvar 2009-cu il tarixli müqavilə, "xxxx" MTK ilə X4 arasında isə 01 dekabr 2012-ci il tarixdə müqavilə bağlanmışdır. Mübahisəli mənzil faktiki olaraq X3 təhvil verilmiş, sonuncu oranı təmir edərək, yaşamaqda davam edir. "xxxx" MTK ilə Cavabdeh1 MTK arasında mübahisəli mənzil və onun yerləşdiyi yaşayış binası ilə bağlı məhkəmə mübahisələri olmuş (yuxarıda məhkəmə qərarlarının nəticəsi barədə qeyd edilmişdir), son nəticədə mübahisəli mənzil Cavabdeh1 MTK-ya aid edilməmiş, bu mənzilin sonuncuya təhvil verilməsinə dair iddia tələbi rədd edilmiş, əksinə X2 həmin mənzil üzərində sahiblik hüququ bərpa edilmişdir. Qanuni qüvvədə olan məhkəmə qərarları ilə mübahisə predmeti olan mənzil üzərində məhz X2 hüquqlarının mövcudluğu müəyyən edilmişdir. Yəni, mənzil Cavabdeh1 MTK-ya deyil, "xxxx" MTK-ya aid edilmiş və sonuncu tərəfindən X1 (belə olan halda isə, həmin mənzilin Cavabdeh1 MTK tərəfindən İddiaçı satılması qanunvericiliyin tələblərinə uyğun sayıla bilməz). Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)- 4086/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-6235/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarının qəbul edilməsindən iki ildən artıq vaxt keçməsinə baxmayaraq, Cavabdeh1 MTK xx.xx.2009-cu il tarixli müqavilə əsasında Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki 39 saylı kooperativ yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzilini almaq üçün İddiaçı ödədiyi 79.000 manat pulu iddiaçıya geri qaytarmamış və ya ödənilmiş pulun müqabilində iddiaçını digər mənzillə təmin etməmişdir. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastır və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, Göygöl şəhəri R.Nəsibov məhəlləsi - yeni qaydalarla: AZ2501, ünvan 1 ünvanda yerləşən Cavabdeh1 mülkiyyətində olan çoxmərtəbəli binada yerləşən Göygöl şəhəri R.Nəsibov məhəlləsi (yeni qaydalarla: AZ2501, ünvan 1 ünvanda yerləşən Cavabdeh1 mülkiyyətində olan 5 mənzilin nömrəli və texniki gstəriciləri qeyd olunan cədvəl təqdim edilmişdir. Həmin cədvələ əsasən - Göygöl şəhəri R.Nəsibov məhəlləsi (yeni qaydalarla: AZ2501, Göygöl şəhəri Azay Kazımov 125, M7, M7) ünvanda yerləşən ümumi sahəsi 52,06 kv.m. olan 1 otaqlı Reyestr nömrəsi **********64-05301-093021 olan mənzil; - Göygöl şəhəri R.Nəsibov məhəlləsi (yeni qaydalarla: AZ2501, Göygöl şəhəri Azay Kazımov 125, M5, M7) ünvanda yerləşən ümumi sahəsi 52,12 kv.m. olan 1 otaqlı Reyestr nömrəsi **********64-05301- 093022 olan mənzil; - Göygöl şəhəri R.Nəsibov məhəlləsi (yeni qaydalarla: AZ2501, Göygöl şəhəri Azay Kazımov 125, M8, M7) ünvanda yerləşən ümumi sahəsi 52,18 kv.m. olan 1 otaqlı Reyestr nömrəsi **********64-05301-093023 olan mənzil; - Göygöl şəhəri R.Nəsibov məhəlləsi (yeni qaydalarla: AZ2501, Göygöl şəhəri Azay Kazımov 125, M5, M4) ünvanda yerləşən ümumi sahəsi 60.9 kv.m. olan 1 otaqlı Reyestr nömrəsi **********64-05301-093014 olan mənzil; Göygöl şəhəri R.Nəsibov məhəlləsi (yeni qaydalarla: AZ2501, Göygöl şəhəri Azay Kazımov 125, M2, M5) ünvanda yerləşən ümumi sahəsi 84,4 kv.m. olan 2 otaqlı Reyestr nömrəsi **********64-05301- 093013 olan mənzil Cavabdeh1 MTK-nın mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(004)-232/2023 nömrəli qərardadı ilə məhkəmədə mübahisə həll edilənədək (mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənə kimi), Cavabdeh1 MTK-ya mülkiyyətində olan - Göygöl şəhəri R.Nəsibov məhəlləsi (yeni qaydalarla: AZ2501, Göygöl şəhəri Azay Kazımov 125, M5, M7) ünvanda yerləşən ümumi sahəsi 52,12 kv.m. olan 1 otaqlı Reyestr nömrəsi **********64-05301- 093022 olan mənzilin; Göygöl şəhəri R.Nəsibov məhəlləsi (yeni qaydalarla: AZ2501, Göygöl şəhəri Azay Kazımov 125, M5, M4) ünvanda yerləşən ümumi sahəsi 60.9 kv.m. olan 1 otaqlı Reyestr nömrəsi **********64-05301-093014 olan mənzilin; Göygöl şəhəri R.Nəsibov məhəlləsi (yeni qaydalarla: AZ2501, Göygöl şəhəri Azay Kazımov 125, M2, M5) ünvanda yerləşən ümumi sahəsi 84,4 kv.m. olan 2 otaqlı Reyestr nömrəsi **********64-05301-093013 olan mənzilin üzərinə müvəqqəti təminat tədbiri kimi həbs qoyulmuşdur. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. İddiaçının pretenziya məktubu göndərərək cavabdehlərdən ödənilmiş pulun qaytarılmasını və ya başqa mənzil verilməsini xahiş etmişdir, lakin iddiaçının müraciətinə hər hansı bir cavab verilməmişdir. İddiaçının təqdim etdiyi "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli QCM/013/23 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki 39 saylı kooperativ yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzilinin təmirsiz vəziyyətdə 2009-cu il tarixə olan dəyəri 81.000 manat, hazırkı bazar dəyəri isə 126.000 manat təşkil edir. İddiaçı xx.xx.2009-cu il tarixli müqavilə üzrə öhdəliyini tamamilə yerinə yetirərək Cavabdeh1 MTK tərəfindən inşa edilən Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki 39 saylı kooperativ yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzilinin ümumi dəyərini 79.000 manat vəsaiti tam ödəmişdir, lakin Cavabdeh1 MTK müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, yəni Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki 39 saylı kooperativ yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzilini hazırkı vaxta kimi iddiaçıya təhvil verməmiş və müqavilə üzrə ödənilmiş vəsaiti geri qaytarmamış, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmaqla, iddiaçıya vurduğu zərər nəticəsində iddiaçı, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə (təxminən 126.000 manat dəyərində əşyanı - mənzili əldə etmək imkanından məhrum olub) məhrum olmuşdur. Çünki, 2009-cu ildə 79.000 manata 130,8 m2 olan 3 otaqlı mənzil almaq mümkün olduğu halda, hazırda həmin ərazidə eyni ölçüdə mənzilin alınması üçün təxminən 126.000 manat ödəniş edilməlidir. xx.xx.2009-cu il tarixdən hazırkı vaxta kimi Cavabdeh1 MTK müqavilə öhdəliklərini yerinə yetirməməklə yanaşı, iddiaçının 79.000 manat pul vəsaitini 14 il 08 aydan artıq müddətdə (xx.xx.2009-cu ildən hazırkı vaxta kimi) özündə saxlamaqla gəlir əldə etmiş, iddiaçıya maddi zərər vurmuşdur. İddiaçının vurulmuş bu maddi zərəri 21.000 manat dəyərləndirməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının ödədiyi 79.000 manat pul özünə qaytarılmalı, habelə mənzilin hazırkı dəyəri ilə (126.000 manatla) həmin pulun (79.000 manatın) arasındakı fərq (fərq 47.000 manat təşkil etsə də, iddiaçı iddia tələbində dəymiş maddi zərərin əvəzi olaraq 21.000 manat tələb edir) zərərin əvəzi kimi Cavabdeh1 MTK-dan dən iddiaçının xeyrinə tutulmalıdır. Digər Cavabdeh2 Cavabdeh1 MTK-nın sədri olduğuna görə, müqaviləni MTK-nın qanuni təmsilçisi kimi bağlamış və vəsait Cavabdeh1 MTK-ya ödənildiyinə və mənzili iddiaçıya təhvil vermək MTK-nın vəzifəsi olduğuna görə, iddia tələbi yalnız Cavabdeh1 MTK-ya aid hissədə əsaslıdır və Cavabdeh2 aid hissədə təmin edilə bilməz. Bu tip mübahisələrə əks yanaşma gələcəkdə hüquqdan sui-istifadələrə şərait yaradacaq, yəni mənzil tikintisi ilə məşğul olan hüquqi şəxslər insanları aldadaraq, onların pulunu özlərinin tikinti işlərinə cəlb edəcəklər, bir neçə ildən sonra (pul dəyərini itirdikdən, tikinti işləri isə başa çatdıqdan sonra) isə aldıqları məbləğdə pul vəsaitini geri qaytarmaqla əsassız varlanacaqlar. Mülki Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olmaları öz təsbitini tapmışdır. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 560.1-ci madəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. xx.xx.2009-cu il tarixdən hazırkı vaxta kimi Cavabdeh1 MTK öhdəliklərini yerinə yetirməməklə yanaşı, iddiaçının 79.000 manat pul vəsaitini 14 il 08 aydan artıq müddətdə (xx.xx.2009-cu ildən hazırkı vaxta kimi) özündə saxlamaqla gəlir əldə etmiş, iddiaçıya 21.000 manat həcmində maddi zərər vurmaqla yanaşı, həmçinin hüquqlarını pozulmaqla iddiaçının uzun müddət stres, həyacan, mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə vurulmuş mənəvi zərərin əvəzi kimi Cavabdeh1 MTK-dan iddiaçının xeyrinə 500 manat kompensasiya tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə, iddiaçının bağlanmış müqavilə əsasında ödənilmiş pullara münasibətdə həqiqətən də, mənzilin 2009-cu ildən bu günədək öz real dəyərini artırması və bu səbəbdən də iddiaçının həmin mənzilin hazırkı bazar dəyəri ilə arasında yaranmış fərqin ödənilməsini cavabdehdən tələb etməsi ilə razılaşır və hesab edir ki, onun bu dəlilləri məhkəməyə təqdim edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə qiymətləndirmə hesabatı ilə tamamlanır. Cavabdeh tərəf iddiaçı qarşısında götürdüyü öhdəlikləri qətiyyən yerinə yetirmədiyi üçün mənzilin alınması üçün ödənilmiş vəsaitlə yanaşı, dəymiş maddi və mənəvi zərərin əvəzini ödəməlidir. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X5rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 10 yanvar 2009-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki 39 saylı kooperativ yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzilin alınması üçün İddiaçı Cavabdeh1nə ödədiyi 79.000 manat pay haqqı, 2009-2023-cü illər ərzində manatın indeksasiyasına görə dəymiş maddi zərərin əvəzi olaraq 21.000 manat, mənəvi zərəri görə 500 manat və dövlət rüsumu kimi ödənilmiş 401 manat olmaqla, cəmi 100.901 manat pul Cavabdeh1 MTK-dan tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi - mənəvi zərərin əvəzi olaraq Cavabdeh1 MTK-dan 9.500 manat pul tutulması hissəsində rədd edilməlidir. İddia tələbi Cavabdeh2 qarşı olan hissədə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 121.1, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 10 yanvar 2009-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki 39 saylı kooperativ yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzilin alınması üçün İddiaçı Cavabdeh1nə ödədiyi 79.000 manat pay haqqı, 2009-2023-cü illər ərzində manatın indeksasiyasına görə dəymiş maddi zərərin əvəzi olaraq 21.000 manat, mənəvi zərəri görə 500 manat və dövlət rüsumu kimi ödənilmiş 401 manat olmaqla, cəmi 100.901 (yüz min doqquz yüz bir) manat pul Cavabdeh1ndən tutularaq İddiaçı ödənilsin. İddia tələbi mənəvi zərərin əvəzi olaraq Cavabdeh1ndən 9.500 manat pul tutulması hissəsində rədd edilsin. İddia tələbi Cavabdeh2 qarşı olan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar