Məhkəmə qərarları › İş №e-2(004)-3492/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3492/2023

25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3492/2023 25.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu – iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “pul tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək Müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin forması və məzmunu Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı “İddiaçı1 ilə Cavabdeh arasında olan 18 yanvar 2018-ci il tarixli, 015 saylı müqavilə və 18 dekabr 2021-ci il tarixli Müqaviləyə 1 saylı Əlavə üzrə, Cavabdeh MMC tərəfindən öhdəliyin icra edilməmiş hissəsini təşkil edən 27.6 kv.m sahəyə görə 41400 manat pulun, həmin müqavilə üzrə 4000 AZN kirayə haqqının, ödənilmiş 226.20 AZN məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq, İddiaçı1 ödənilməsi; 2. İddiaçı2 ilə Cavabdeh arasında olan 30 mart 2018-ci il tarixli, 036 saylı Müqavilə və müqaviləyə edilmiş 23 dekabr 2021-ci il tarixli, 1 saylı Əlavə üzrə Cavabdeh MMC tərəfindən öhdəliyin icra edilməmiş hissəsini təşkil edən 15.4 kv.m sahəyə görə, 23.100 manat pulun, həmin müqavilə üzrə 4000 AZN kirayə haqqının və ödənilmiş 171.30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq, İddiaçı2 ödənilməsi ; 3. Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasında İddiaçı1 verilməli olan 2 təmirsiz mənzil və İddiaçı2 verilməli olan 1 təmirsiz mənzil üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olan sənədlərin AR İN yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinə təqdim edilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması; 4. Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasında 2023-cü ilin iyul ayından başlayaraq, İddiaçı1 verilməli olan 2 təmirsiz mənzil və İddiaçı2 verilməli olan 1 təmirsiz mənzil iddiaçıların mülkiyyətinə verilənədək (çıxarışlar təqdim edilənədək) hər ay ayrı-ayrılıqda iddiaçılar İddiaçı1 və İddiaçı2 500 manat kirayə haqqının ödənilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması” barədə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb irəli sürmüşdür. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçılar eyni cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. Tələblərdən göründüyü kimi hər iki tələbin predmeti tamam fərqlidir və bir-biri ilə bağlılıqları müəyyən edilmir. Ona görə də iddia ərizəsi geri qaytarılmalı, iddiaçılara izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq Qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “pul tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar