Məhkəmə qərarları › İş №e-2(004)-3495/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3495/2025

19.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3495/2025 19.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh2, X1, Cavabdeh1 və Cavabdeh3 qızına qarşı “kirayə müqaviləsinin ləğvi, mənzildən çıxarılma və pul” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh2, X1, Cavabdeh1 və Cavabdeh3 qızına qarşı “kirayə müqaviləsinin ləğvi, mənzildən çıxarılma və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ilə Cavabdeh5 arasında bağlanmış 23 dekabr 2024-cü il tarixli kirayə müqaviləsinin ləğv edilməsi; cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 qızının və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi,ev 78, 20 nömrəli mənzildən çıxarılması; Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, ev 78, 20 nömrəli mənzildən kirayə haqqına görə yaranmış 4000 (dörd min) manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumunu Cavabdeh5 (kirayəçi) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə sədrlik edənin sualına cavab olaraq bildirdi ki, o, cavabdehlərə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində heç bir məlumat verməmişdir. İddia ərizəsinin Azərbaycan Respublikasının MPM-nin 259.0.1-ci maddəsi ilə baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 sədrlik edənin sualına cavab olaraq bildirdi ki, iddiaçı tərəfindən ona məhkəməyə hazırki iddia tələbi ilə bağlı müraciət ediləcəyi hər hansı məlumat verilməmiş, məktub ünvanlanmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatlar göstərilməlidir. İş materiallarında göründüyü kimi, iddiaçı cavabdehlərə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair iddia ərizəsinə pretenziya məktubunu əlavə etsə də, həmin məktubun imzalanıb-imzalanmaması, kimə ünvanlanması, onun cavabdehlərə göndərilməsi və çatdırılması barədə iddia ərizəsinə hər hansı bir mötəbər sübut əlavə etməmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh2, X1, Cavabdeh1 və Cavabdeh3 qızına qarşı “kirayə müqaviləsinin ləğvi, mənzildən çıxarılma və pul” tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh2, X1, Cavabdeh1 və Cavabdeh3 qızına qarşı “kirayə müqaviləsinin ləğvi, mənzildən çıxarılma və pul” tələbinə dair 2(004)- 3495/2025 saylı mülki iş baxılmamış saxlanılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar