Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3531/2022 29.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, onların nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh4, Cavabdeh1, onların nümayəndəsi və eyni zamanda vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçün şəxs X18 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Cavabdeh4, Cavabdeh1, 19 saylı Dövlət Notariat Kontoruna qarşı şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Cavabdeh4, Cavabdeh1, 19 saylı Dövlət Notariat Kontoruna qarşı şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən edilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzili üzrə Cavabdeh4 və Cavabdeh1 adına mənzilin xüsusi mülkiyyətə verilməsinə dair aparılmış reyestr qeydiyyatı və çıxarışın ləğv edilməsi; Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzili üzrə Bakı şəhəri Yasamal rayonu 19 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh4 və Cavabdeh1 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzili üzərində qanun üzrə vərəsə kimi vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində 1/4 hissədə X33 və ¼ hissədə İddiaçı1 Oqtay qızının və 1/4 hissədə cavabdeh X24, ¼ hissədə Cavabdeh1 payının müəyyən edilməsi və həmin əmlak üzərində müəyyən edilmiş paylara uyğun olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariusun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X25 onun nənəsi olmuşdur. Nənəsi X4 Mikayıl Paşa oğlu ilə nikahda olmuşdur. Birgə nikahda olduqları dövrdə hazırkı mübahisəli mənzil olan Bakı şəhəri Yasamal rayonu A.M. Şərifzadə küçəsi 94 saylı evin 47 saylı mənzilini almışlar. Mənzil ilkin qeydiyyatdan X27 adına keçmişdir. X8 1982-ci ildə vəfat etmişdir. X12 və X27 birgə nikahından Qasımova (nikahdan sonra- Həsənova soyadını daşımışdır) Firəngiz Mikayıl qızı və X38 adlı iki övladı anadan olmuşlar. X14 xx.xx.2006-cı ildə, X28 xx.xx.2021-ci il tarixdə, X38 isə xx.xx.2021-ci ildə vəfat etmişdir. X38 cavabdeh X44 ilə nikahda olmuşlar. Onların bir Cavabdeh1 adlı qızları vardır. X7 öz yaşadığı mənzili 26 may 2009-cu ildə X29 vəsiyyət etmişdir. Yəni vəsiyyət üzrə vərəsə vəsiyyətnaməni rəsmiləşdirmədən vəfat etmişdir. X7 və X38 vəfat edəndən dərhal sonra Cavabdeh4 və Cavabdeh1 vərəsəlik işi açdırmışlar. Vərəsəlik hüququndan istifadə edərək, onlar yanvar ayının əvvəllərində 19 saylı Dövlət Notariat Kontoruna şifahi, eyni zamanda yazılı şəkildə həm notariat kontoruna, həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 17 yanvar 2022- ci il tarixdə yazılı şəkildə müraciət etmişlər. Ədliyyə Nazirliyinin 01 fevral 2022-ci il tarixli, 05/H-08-10-13 saylı məktubu ilə müraciəti aidiyyatı üzrə baxılması üçün Ədliyyə Nazirliyi tərəfindən 19 saylı Notariat Kontoruna göndərilmişdir. Notariat Kontoru onları vərəsə qismində qeydə almaqdan imtina edir. Əsas da onu gətirmişdir ki, X12 qızı olan X15 miras qoyan Zivər Qasımovadan əvvəl rəhmətə getmişdir. Bu səbəbdən də Firəngiz Həsənovanın vərəsələrini İddiaçı2 və İddiaçı1 Oqtay qızını vərəsə qismində qəbul etmirlər. Cavabdeh X44 və Cavabdeh1 onların da vərəsə olmağına etiraz edir. 19 saylı Notariat Kontoru tərəfindən cavabdehlər Cavabdeh4 və Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Onun əsasında cavadehlərin adına çıxarış alınmışdır. Hesab edir ki, hazırkı işdə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, çıxarış ləğv edilməli, onların həmin mənzilə qanun üzrə vərəsəlik hüququ tanınmalı, 1/4 hissədə X33 və ¼ hissədə İddiaçı1 Oqtay qızının, 1/4 hissədə Cavabdeh4, ¼ hissədə Cavabdeh1 payı tanınmalıdır. Qeyd edir ki, hazırkı işdə vəsiyyətnamə qoyan şəxs X16r. O miras əmlak olan Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 94 saylı evin 47 saylı mənzilini əri Mikayıl Qasımov ilə birgə nikahı dövründə Mikayıl Qasımovun ölümündən sonra əldə etmişdir. Zivər Qasımova əmlakı X29 vəsiyyət etmişdir. X28 24 noyabr 2021-ci il tarixdə, 2 gün sonra- xx.xx.2021- ci il tarixdə isə X38 vəfat edir. Göründüyü kimi, vəsiyyətnamə, miras alan X38 tərəfindən tərəfindən rəsmiləşdirilməmişdir. Bununla da, hazırkı vəziyyətdə yalnız qanun üzrə vərəsəlik hüququ işləyir. X19 arvadı artıq irsi transmissiya qaydasında yalnız qanun üzrə vərəsəlik hüququndan istifadə edə bilər. Yəni artıq vəsiyyətnamə üzrə vərəsə Yaşar Qasımov idisə, onu rəsmiləşdirmədən Yaşar Qasımov vəfat edirsə, onda vəsiyyətnamə üzrə vərəsəlik işləmir. Belə ki, Mülki Məcəllənin tələbinə əsasən vəsiyyət üzrə vərəsəlikdə irsi transmissiyaya yol verilmir. Yəni bununla da sübut olunur ki, hazırkı işdə qanun üzrə vərəsəlik işləyəcəkdir. Notariat kontoru onların ərizəsini ona görə qəbul etmir ki, X12 qızı olan X15 miras qoyandan əvvəl 15 mart 2006-cı ildə vəfat etmişdir. Ona görə də irsi transmissiya qaydasında iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin iş üzrə guya qanun üzrə vərəsələ ola bilməzlər. Qeyd edir ki, bu dəlil tamamilə absurddur. Mülki Məcəllənin tələbinə əsasən qanun üzrə vərəsəlik qaydasında irsi transmissiyaya yol verilir. Miras qoyan Zivər Qasımovanın əmlakı onun uşaqlarına (Yaşar Qasımov, Firəngiz Həsənovaya) düşən paya uyğun sağ qalan vərəsələrə keçməlidir. Bu zaman isə mənzilin 1/2 hissəsi qanun üzrə Yaşar Qasımovun 2 nəfər vərəsələrinə, digər ½ hissəsi isə Firəngiz Həsənovanın 2 nəfər vərəsələrinə çatmalıdır. Yəni miras əmlak qanun üzrə vərəsəlik qaydasında irsi transmissiya qaydasında ¼ hissədə Yaşar Qasımovun vərəsələrinə Cavabdeh4, digər ¼ hissəsi isə Cavabdeh1, ¼ hissədə irsi transmissiya qaydasında qanun üzrə vərəsə Firəngiz Həsənovanın vərəsələri Namiq Qasımova və ¼ hissəsi qanun üzrə vərəsə İddiaçı1 düşür. Lakin notariat kontoru bu məsələyə başqa cür hüquqi qiymət verməklə, qanunu pozmaqla, qanun üzrə bizim vərəsəlik hüququmuzu pozraq, ərizəmizə qəbul etməmiş, cavabdehlərə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Məhkəmə baxışı zamanı iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzili üzrə Bakı şəhəri Yasamal rayonu 19 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 01 iyun 2021-ci il tarixli, 2V-156 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; qanun üzrə şəhadətnamə əsasında Bakı şəhəri Yasamal rayonu A.M. Şərifzadə küçəsi 94 saylı evin 47 saylı mənzilinə dair tam pay hüququ üzrə Cavabdeh1 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən 02 iyun 2022-ci il tarixdə, ********** sayla reyestrdə qeydə alınmış çıxarışın ləğv edilməsi; Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 94 saylı evin 47 saylı mənzili üzərində qanun üzrə vərəsə kimi vərəsəlik hüquqlarının tanınması, miras əmlak üzərində 1/4 hissədə X33 və ¼ hissədə İddiaçı1 Oqtay qızının və 1/4 hissədə cavabdeh X24, ¼ hissədə Cavabdeh1 payının müəyyən edilməsi və həmin əmlak üzərində müəyyən edilmiş paylara uyğun olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariusun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 əvvəlki nümayəndəsi məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 94, yaşayış sahəsi 45.97 kvadrat metr olan 47 nömrəli mənzilə 5 nəfər ailə üzvü ilə X28, oğlu-Yaşar, qızı Firəngiz, oğlu Rəhim, bacısı-Xanım mənzilə köçmək üçün Oktyabr rayon Mənzil İdarəsi tərəfindən rayon İcraiyyə Komitəsinin xx.xx.1961-ci il tarixli qərarına əsasən 01005 nömrəli 07 dekabr 1961-ci il tarixli orderi verilmişdir. X43 1982-ci ildə vəfat etmişdir. Oktyabr rayon İcraiyyə Komitəsinin Xalq Deputatları Sovetinin xx.xx.1987-ci il tarixli, 85/4 saylı kirayə müqaviləsinin dəyişdirilməsi barədə qərarına əsasən X27 ölümü ilə əlaqədar olaraq Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 94, yaşayış sahəsi 45.97 kvadrat metr olan 47 nömrəli mənzil X17 adına kirayə müqaviləsi bağlanmışdır. Həmin qərara əsasən ailə tərkibi X28 - özü, X38 oğlu, Axundova Gülmira - gəlini olmaqla 3 nəfərdən ibarət olmuşdur. Daha sonra Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 94, yaşayış sahəsi 45.97 kvadrat metr olan 47 nömrəli mənzilə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən seriya OM, ******* nömrəli X12 adına xx.xx.2004-cü il tarixdə mülkiyyət hüquqlarının qeydiyyatı vəsiqəsi verilmişdir. X12 X14 adlı övladı xx.xx.2006-cı il tarixdə rəhmətə getmişdir. xx.xx.2009-cu il tarixdə X34 yeganə əmlakı olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 94, yaşayış sahəsi 45.97 kvadrat metr olan 47 nömrəli mənzilini yeganə sağ qalan oğlu X29 vəsiyyət etmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə X30 vəfat etmişdir. 2 gün sonra xx.xx.2021-ci il tarixdə isə X38 rəhmətə getmişdir. Vəsiyyətnamənin mövcudluğu barədə iddiaçılar məlumatlı olmuşlar. İddiaçılar X17 və X19 ölümündən dərhal sonra mənzilə daxil olaraq onlardan xəbərsiz həmin vəsiyyətnaməni gizli şəkildə götürmüş və 19 saylı Bakı şəhəri Notariat kontoruna müraciət etmişlər. İddia ərizəsində pozulmuş maddi hüquq normaları hissəsində qeyd edilən 47 saylı mənzilin birgə nikah dövründə əldə edildiyi bildirilsə də, yuxarıda qeyd etdiyim sənədlər üzrə mənzilin üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsinə əsas olmuş sənədlər qeyd edilmişdir. İddiaçı qeyd edir ki, X28 2009-cu ildə oğlu X20 47 saylı mənzilinə dair vəsiyyətnamə versə də, sonuncu tərəfindən 2 gün sonra vəfat etdiyindən rəsmiləşdirilmə aparılmamışdır. İddiaçılar rəsmiləşdirilmənin aparılmamasını əsas tutaraq qeyd edir ki, Mülki Məcəllənin tələbinə əsasən vəsiyyət üzrə vərəsəlikdə irsi transmissiyaya yol verilmədiyi üçün qanun üzrə vərəsələr qanun üzrə vərəsəlik hüququndan irsi transmissiya qaydasında istifadə edə bilər. Bu cür yanaşma yalnışdır. Qanunvericiliyin tələblərinə zidddir. Digər tərəfdən iddiaçı 19 saylı notariat kontorunun vərəsəlik hüququ ilə bağlı ərizəsini qəbul etməkdən imtina edilməsini əsassız hesab edir və bildirilir ki, qanun üzrə vərəsəlik hüququ irsi transmissiya qaydasında MM-nin 1159-cü maddəsində vərəsəlik hüququ alan şəxslərlə eyni sırada olduqları üçün 4 vərəsə arasında bərabər bölünməlidir. Vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin olması və vəsiyyət edən şəxsin öz mülkiyyəti üzərində sərəncam vermək hüququ barədə iradəsini ifadə edən vəsiyyətnamənin mövcudluğu prezumpsiyası tətbiq edilir. Bu niyyətin mövcudluğu və 2009-cu ildən yeganə sağ qalmış övladına mənzilini vəsiyyət etmiş anayla ailə üzvləri ilə bərabər uzun müddət yaşadığımızı göstərmək olar. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş səxsin əmlakının qanun üzrə və va vəsiyyət üzrə, vaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi basa düşülür. Vərəsəlik münasibətləri miras qovanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, vaxud miras qovanın iradəsinə əsaslanan vəsivvət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Qanun üzrə vərəsəlik (ölmüş səxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki. miras qovan vəsiyyətnamə qovmur, vaxud vəsiyyətnamə tamamilə və va qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən vərəsəlik münasibətləhnin yaranmasında əsas kimi miras qovanın vəsiyyəti qanun üzrə vərəsəlikdən daha üstün tutulur. Lakin miras qovan vəsiyyətnamə qovmadığı halda, qanun üzrə vərəsəlik qüvvədə olur. Vərəsəlik münasibətlərində vəsiyyətnaməyə üstünlük verilməsi fərdin mülkiyyət hüququnun təmin edilməsinə yönəldilmişdir. Belə ki. qanunvericiliyə əsasən miras qoyanın öz sağlığında mülkiyyəti üzərində sərəncam vermək imkanı vardır. Vəsiyyət - yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin ölməsi halı üçün öz əmlakının və ya onun bir hissəsinin həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoyulması barədə öz iradəsinin yazılı formada ifadəsidir (Mülki Məcəllənin 1166, 1167 və 1179-cu maddələri). Mülki Məcəllənin 1176.1-ci maddəsinə görə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Göründüyü kimi, bu maddə vəsiyyət azadlığı prinsipinə əsaslanmışdır və mülkiyyətçinin vəsiyyət edərkən mülkiyyət üzərində azad sərəncam vermək hüququnu təmin edir. Mülki Məcəlləsinin 1134-cü maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 fevral 2020-ci il tarixli qərarında göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir. Mülki Məcəllənin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər. Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək hər biri üçün ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilənlərə əsasən belə nəticəyə gəlmək olur ki, həm qanun, həm də vəsiyyət üzrə vərəslikdə irsi transmissiyanın tətbiqini istisna edən yeganə hal vəsiyyət edən şəxsin vəsiyyət edilən şəxslə eyni gündə vəfat etməsi göstərilmişdir, (bənd 3) Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Həmin Məcəllənin 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Həmin Məcəllənin 1253.2-ci maddəsinə əsasən əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə baqlı irsi transmissiyanın tətbiqi ücün miras qovanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən səxs ondan əvvəl ölən səxsə vərəsə hesab edilir. Hazırkı mübahisədə göründüyü kimi ananın ölümündən iki gün sonra oğlunun ölüm faktı müəyyən edilir. İki gün sonra X19 ölüm faktı hazırki işin mübahisə edilməyən halıdır. Bu mənada vəsiyyət üzrə vərəsəlikdə irsi transmissiya qaydasında 19 saylı Notariat kontoru haqlı olaraq vərəsə olaraq onun yeganə övladı Cavabdeh1 və həyat yoldaşı Cavabdeh4 tanımaqla vərəsəlik haqqında şəhadətnamə ikincinin razılığı ilə Cavabdeh1 adına verilmişdir. Bununla da vəsiyyət edilən yeganə əmlak Bakı şəhəri, Şərifzadə küçəsi 94 nömrəli ev, 47 saylı mənzil üzərində mülkiyyət hüquqları Cavabdeh1 adına rəsmiləşdirilərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Mülki Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. X28 xx.xx.2009-cu il tarixli vəsiyyətnamədə mülkiyyətində olan 47 saylı mənzilini tam olaraq sag olan yeganə övladı X29 vəziyyət etmişdir. Vəsiyyətnamədə başqa vərəsələrin adları göstərilməmişdir. Mülki Məcəllənin 1172-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. Qanunun bu maddəsinə əsasən bütövlükdə mirası əhatə edən əmlak-mənzil tam olaraq yeganə övladı X29 vəsiyyət edilmişdir. Vəsiyyətnamədən kənarda əmlak qalmamışdır. Əmlak qalmış olsaydı hazırki iddiaçılar qanun üzrə vərəsəlik hüququndan istifadə edə bilərdi. Mülki Məcəllənin 1177-ci maddəsinə əsasən vəsiyyətnamədə göstərilməmiş qanun üzrə vərəsələr vəsiyyətnamədə toxunulmamış miras hissəsinə vərəsəlik hüququnu saxlayırlar; əgər mirasın açıldığı məqamda vəsiyyət üzrə vərəsələrdən heç biri sağ deyildirsə və ya onların hamısı mirası qəbul etməkdən imtina etmişlərsə, onlar vəsiyyətnamədə nəzərdə tutulan əmlakı da alırlar. Mülki Məcəllənin 1178-ci maddəsinə əsasən (qanun üzrə vərəsəliyin yol verilməməsi) Əgər vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülmüşdürsə, lakin mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyildirsə, qanun üzrə vərəsəlik əmələ gəlmir və onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr paylarına mütənasib surətdə alırlar. Bu maddənin mənasına görə vəsiyyətnamədə göstərilməmiş qanun üzrə vərəsələr vərəsəlik hüququnu o halda saxlayırlar ki, vəsiyyətnamədə toxunulamamış əmlak olsun və vəsiyyət üzrə vərəsələr sağ olmasın. Vəsiyyətnamədə qeyd edilən əmlakdan başqa əmlak mövcud deyildir. Miras qoyan şəxsin ölüm anında sağ olmuş vərəsə X38 olmuşdur. İddiaçıların anaları X15 hələ vəsiyyət verildiyi (2009) vaxtdan öncə (2004) rəhmətə getmişdir. Vəsiyyət edən 47 saylı mənzili oğlu X29 vəsiyyət etmişdir. Həmin vaxt isə digər övladları- uşaqları sağ olmamışdır. Hazırki iddiaçılar 2004-cü ildə rəhmətə getmiş X9 övladlarıdırlar. Bu halda da qanun üzrə vərəsəlik yaranmır. İddiaçıların tələbləri əsassızdır. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılmasının əsasları içərisində Mülki Məcəllənin 1224-cü maddəsində qeyd edilən xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə; vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə; yeganə vərəsə mirası qəbul etməkdən imtina etdikdə: vəsiyyət edilən vərəsənin miras əmlakı rəsmiləşdirlmədən ölməsi halı mövcud deyildir. Onun etibarsızlığı işin mübahisələndirləməyən halıdır. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 29cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik hüququnun reallaşdırılması zamanı mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçir. Vəsiyyət edənin (mülkiyyətçinin) ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində təsbit edilmiş mülkiyyət hüququndan irəli gəlir və bu, vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Vərəsəlik hüququnun əsasları və tərkibi, vərəsəlik münasibətləri, bu hüququn həyata keçirilməsi qaydaları və digər məsələlər mülki qanunvericiliklə tənzimlənir. Vərəsəlik münasibətlərinin yaranma əsası kimi miras qoyanın vəsiyyəti daha üstün qüvvəyə malik olduğundan qanun üzrə vərəsəlik məhz belə bir vəsiyyətnamə olmadığı təqdirdə qüvvədə olur. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə uyğun olaraq, birinci növbə vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qeyd edilməlidir ki, birinci növbə vərəsələrə aid edilən ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Ailətəminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlilik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia tələbini və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizənimüdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, X25 iddiaçıların nənəsi olmuşdur. X1 X43 ilə nikahda olmuş, tərəflərin birgə nikahından birgə nikahından 2 övladı X14 və X38 adlı uşaqları anadan olmuşlar. Nənəsi ilə babası nikah dövründə Bakı şəhəri Yasamal rayonu A.M. Şərifzadə küçəsi 94 saylı evin 47 saylı mənzilini almışlar. Mənzil ilkin qeydiyyatdan X27 adına keçmişdir. X8 1982-ci ildə vəfat etmişdir. X14 xx.xx.2006-cı ildə, X28 xx.xx.2021-ci il tarixdə X38 isə xx.xx.2021-ci ildə vəfat etmişdir. X38 cavabdeh X44 ilə nikahda olmuşlar. Onların nikahlarından Cavabdeh1 adlı bir qızları vardır. X2 öz yaşadığı mənzili 26 may 2009-cu ildə X29 vəsiyyət etmişdir. Yəni vəsiyyət üzrə vərəsə vəsiyyətnaməni rəsmiləşdirmədən vəfat etmişdir. Qeyd edir ki, anaları Firəngiz Həsənovanın 3 övladı vardır, iddiaçılar və daha bir bacıları vardır. Həmin bacıları X39 miras payından iddiaçıların xeyrinə imtina edir. X2 və X38 vəfat edəndən dərhal sonra Cavabdeh4 və Cavabdeh1 Yasamal rayonu 19 saylı Dövlət Notariat Kontorunda vərəsəlik işi açdırmışlar. Vərəsəlik hüquqularından istifadə edərək, iddiaçılar nümayəndə vasitəsi ilə 06 yanvar 2022-ci il tarixdə 19 saylı Dövlət Notariat Kontoruna getməklə şifahi, eyni zamanda yazılı şəkildə həm notariat kontoruna müraciət etmiş, notariat kontorunda ərizə və bütün lazımı sənədlər alınmışdır. Lakin sonradan alınmış ərizə ilə bağlı hər hansı bir tədbir görülməmiş, iddiaçlara verilmiş həmin ərizənin surəti geri alınmış, onlara payın düşmədiyi şifahi qaydada bildirilmişdir. Buna görə də iddiaçılar həm Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, həm də təkrar olaraq 19 saylı Dövlət notariat Kontoruna 17 yanvar 2022-ci il tarixdə yazılı şəkildə müraciət etmişlər. Bu barədə poçt qəbzi də, vardır. Hətta Ədliyyə Nazirliyinin 01 fevral 2022-ci il tarixli, 05/H-08-10-13 saylı məktubu ilə müraciətləri aidiyyatı üzrə baxılması üçün 19 saylı Notariat Kontoruna göndərilmişdir. Ədliyyə Nazirliyindən olan məktubu nümayəndəsi şəxsən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdən 1 gün əvvəl 19 saylı Notariat Kontoruna getmiş, orada yenədə notarisa təqdim etmişdir. Lakin təəssüflər olsun ki, bu sənədlərin heç biri notariat kontorundan tələb edilən işin materiallarına əlavə edilməmiş, sadəcə kənarda saxlanılır. Dəfələrlə Notariat Kontoruna gəlib, vərəsəlik paylarını tələb etsələr də, onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Notariat Kontoru iddiaçıları vərəsə qismində qeydə almaqdan imtina edir. Qeyd edir ki, notariat kontoru tərəfindən rəsmi qaydada onlara hər hansı imtina məktubu verilməmişdir. Məhkəmə zamanı məlum olmuşdur ki, Bakı şəhəri Yasamal rayonu 19 saylı X58 tərəfindən qanun üzrə vərəsəlık hüququ haqqında şəhadətnamə Cavabdeh1 verilmişdir. Məhz qanun üzrə şəhadətnamə əsasında Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu A.M. Şərifzadə küçəsi 94 saylı evin 47 saylı mənzilinə tam pay hüququ əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən 02 iyun 2022-ci il tarixdə ********** sayla reyestrdə qeydə alınmış çıxarış almışdır. Hesab edir ki, hazırki işdə 19 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, çıxarış ləğv edilməli, iddiaçıların həmin mənzilə qanun üzrə vərəsəlik hüququ tanınmalı, 1/4 hissədə X33 və ¼ hissədə İddiaçı1 Oqtay qızının, 1/4 hissədə Cavabdeh4, ¼ hissədə Cavabdeh1 payı tanınmalıdır. Hazırkı iş üzrə miras qoyan X16r. Notariat İşindən də görünür ki, iş üzrə mias qoyan kimi X28 qeyd edilmişdir, məhz bunun əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X12 2 övladı olmuşdur. X38 və X14. Hazırkı iş üzrə mənzilin ½ payı Yaşar Qasımovun, ½ pay üzrə isə Firəngiz Qasımovanın vərəsələrinə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməli idi. Lakin notariat kontoru iddiaçıların həm şifahi, həm yazılı müraciətlərinin olmasına baxmayaraq, onları vərəsə kimi nəzərə almamış, heç bir müraciətini iş materiallarına tikmədən tam payı yalnız Yaşar Qasımovun vərəsəsinə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Bununla da Mülki Məcəllədə nəzərdə tutulan 1159.1.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlü vərəsələr sayılırlar. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) 1159.1.3cü maddəsinə əsasən Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı2 nümayəndəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı1 iddianı müfadiə edərək bildirdi ki, onların nənəsi Zivər Qasımova tərəfindən qardaşları Yaşar Qasımova vəsiyyətnamə 2009-cu il tarixdə qoyulmuşdur. Ondan sonra 2010-cu il tarixdə iş üzrə cavabdeh olan Cavabdeh4 qardaşları Yaşar ilə ailə qurmuş və övladı, yəni iş üzrə digər Cavabdeh1 ilə mübahisəli əmlaka gəlin köçmüşdür. Nənədən qalma vəsiyyətnaməni məhz Yaşar onlara gətirib vermiş və bu barədə də məlumatları olmuşdur. Cavabdehlər onların nənələrinə diqqət göstərməmiş, ona qarşı qayğı nümayiş etdirməmişlər. Hətta o, qardaşına nənələrinin uşaq kimi olmasını bildirmiş, Səbinənin ona yaxşı baxmasını xahiş etmişdir. Lakin Səbinə buna baxmayaraq nənəni ataraq, Yaşar ilə birlikdə qarşasının uşağına baxmaya getmişdir. Nənənin daima qayğısına o və digər bacısı X39 qalmış və qulluq etmişlər. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirdi ki, qanunvericliyə əsasən ölmüş şəxsin, yəni miras qoyanın əmlakı vərəsələrə qanun üzrə və ya vəsiyyət üzrə keçir. Əgər vəsiyyətnamə yoxdursa, miras əmlaklar qanun üzrə vərəsələrə keçir. Vəsiyyətnamə olduğu təqdirdə isə vərəslərin məcburi pay almaq hüquqları vardır. Hazırki işdə isə Zivər Qasımova tərəfindən vəsiyyətnamə qoyulmuş və mübahisə predmeti olan əmlak Zivərin oğlu Yaşar Qasımova vəsiyyət edilmişdir. Ondan sonra isə irsi transmissiya ilə formal olaraq miras əmlak Yaşarın qızı olan Nərminəyə keçmişdir. İş üzrə iddiaçılar birinci dərəcəli vərəsələr deyillər. Vəsiyyətnamə olduğu halda birinci dərəcəli vərəsələr miras paydan məcburi pay almaq hüquqları vardır. İddiaçıların tələbi qanun üzrə vərəslər kimi qeydə alınmalıdır. Məhkəmə tərəfindən sözü gedən tələb təmin edilə bilməz. Bundan başqa bildirir ki, vəsiyyətnamə əqdir və bu əqdin etibarsızlığı ilə bağlı hər hansı bir qətnamə yoxdursa, deməli əqd qüvvədədir. Eyni zamanda bildirir ki, iddiaçıların hazırki iddia qaldırmaqda subyektib hüquqları yoxdur. Belə ki, Ali Məhkəmənin bu barədə bir neçə Plenum qərarları da, mövcuddur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh4 iddia tələbinə etiraz edərək bildirdi ki, sözü gedən mənzil onlara qanun üzrə vərəsəliyə əsasən keçmişdir. Belə ki, Zivər Qasımova onun həyat yoldaşı Yaşar Qasımova vəsiyyətnamə üzrə özünə məxsus mənzili vəsiyyət etmiş, daha sonra isə həmin vəsiyyətnamə iddiaçılar tərəfindən götürülmüşdür. Zivər nənəyə ölümünə kimi o baxmış və qulluq etmişdir. Nənə öləndən iki gün sonra onun yoldaşı rəhmətə getmiş, vəsiyyətnamə üzrə miras əmlakı öz adına keçirdə bilməmişdir. Bundan sonra onlar notariusa müraciət edərək qanun üzrə vərəsəlik işi açdırmış və qəbul etmişlər. Hesab edir ki, iddiaçıların belə bir iddia qaldırmaq hüquqları yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçün şəxs X39 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş digər cavabdehlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və 19 saylı Dövlət Notariat Kontoru məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavadbeh 19 saylı Dövlət Notariat Kontoru məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, digər cavabdeh isə gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsinə əsasən işə digər cavabdehlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və 19 saylı Dövlət Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: ÖM seriyalı, 197457 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 nömrəli mənzili X12 adına xüsusi mülkiyyət hüququ üzrə 1338 saylı reyestr kitabının 200858 nömrəli səhifəsində xx.xx.2004-cü il tarixdə qeydə alınmışdır. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X51 ilə X21 arasında xx.xx.1971-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X45 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş, şəhadətnamənin ata qfasında X52, ana qrafasında isə X28 qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 Oktay oğlu xx.xx.1978-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, şəhadətnamənin ata qfasında X51, ana qrafasında isə X22 qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X46 xx.xx.1972-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, şəhadətnamənin ata qfasında X51, ana qrafasında isə X22 qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X40 xx.xx.1974-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, şəhadətnamənin ata qfasında X51, ana qrafasında isə X22 qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2021-ci il tarixdə kəskin respirator çatmamazlıqdan Bakı şəhərində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2006-cı il tarixdə ağ ciyər ödemindən Sumqayıt şəhərində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X38 xx.xx.2021-ci il tarixdə tənəffüz çatışmazlı xəstəliyindən Bakı şəhərində vəfat etmişdir. İddiaçı2 ilə İddiaçı1 Oqtay qızının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvan ünvanladıqları xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, sonuncular X10 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzilinə məcburi pay hissəsinə analarına düşən hissədə vərəsə kimi ¼ hissədə hər ikisinin payının tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin təmin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ünvan ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, vətəndaş İddiaçı2 müraciəti aidiyyəti üzrə baxılması ünvan göndərilmişdir. İddiaçı2 ilə İddiaçı1 Oqtay qızının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvan ünvanladıqları xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, sonuncular X10 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzili üzərində qanun üzrə vərəsə kimi miras əmlak üzərində ¼ hissədə X33 və ¼ hissədə İddiaçı1 Oqtay qızının və 2/4 hissədə cavabdeh X24 payına dai vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin təmin edilməsini xahiş etmişlər. xx.xx.2009-cu il tarixli vəsiyyətnamənin dublikatından görünür ki, X28 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 94 saylı evin 47 nömrəli mənzilini X29 vəsiyyət etmişdir. Qanun üzrə vərəslik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi Cavabdeh1dır və o miras əmlak olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 94, mənzil 47-dən tam hissədə pay almalıdır. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X43 ilə X28 1948-ci ilin sentyabr ayının 29-u nikaha daxil olmuş və tərəflərin birgə nikahlarından Firəngiz və Yaşar adlı 2 övladı olmuşdur. X43 ilə X28 birgə nikah zamanı hazırki mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 94 saylı evin 47 saylı mənzilini əldə etmişlər. X43 xx.xx.1982-ci il tarixdə Bakı şəhərində ürək damar çatmamazlığından vəfat etmişdir. Daha sonra X51 ilə X21 arasında xx.xx.1971-ci il tarixdə nikah bağlanmış, sonuncuların birgə nikahından İddiaçı2 Oktay oğlu, X46 və X40 adlı övladları olmamışdır. X38 ilə X47 xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşdur. X31 övladı olan xx.xx.2000-ci il təvəllüdlü X5 Yaşar Mikayıl oğlu tərəfindən övladlığa götürülmüş və sonuncuya X3 verilmişdir. İddiaçıların anaları X15 xx.xx.2006cı il tarixdə ağ ciyər ödemindən Sumqayıt şəhərində vəfat etmişdir. X28 xx.xx.2009-cu il tarixdə vəsiyyətnamə ilə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 94 saylı evin 47 nömrəli mənzilini X29 vəsiyyət etmişdir. X28 xx.xx.2021-ci il tarixdə, oğlu X38 isə xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Cavabdeh1 ünvan müraciət edərək, onun qanun üzrə X12 vərəsəsi kimi tanınması barədə ərizə vermiş, sonuncu notarius tərəfindən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi kimi tanınaraq, Cavabdeh1 Qanun üzrə vərəslik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamə verilmiş və həmin şəhadətnaməyə əsasən miras əmlak olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 94, mənzil 47-dən tam hissədə pay alması qeyd edilmişdir. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli çıxarışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı2 ilə İddiaçı1 Oqtay qızı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və ünvan dəfələrlə ərizə ilə müraciət edərək, onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin təmin edilməsini xahiş etsələr də, müraciətlərinə hər hansı bir cavab verilməmişdir. Hazırda iddiaçılar Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzili üzrə Bakı şəhəri Yasamal rayonu 19 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 01 iyun 2021-ci il tarixli, 2V- 156 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; qanun üzrə şəhadətnamə əsasında Bakı şəhəri Yasamal rayonu A.M. Şərifzadə küçəsi 94 saylı evin 47 saylı mənzilinə dair tam pay hüququ üzrə Cavabdeh1 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən 02 iyun 2022-ci il tarixdə, ********** sayla reyestrdə qeydə alınmış çıxarışın ləğv edilməsi; Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 94 saylı evin 47 saylı mənzili üzərində qanun üzrə vərəsə kimi vərəsəlik hüquqlarının tanınması, miras əmlak üzərində 1/4 hissədə X33 və ¼ hissədə İddiaçı1 Oqtay qızının və 1/4 hissədə cavabdeh X24, ¼ hissədə Cavabdeh1 payının müəyyən edilməsi və həmin əmlak üzərində müəyyən edilmiş paylara uyğun olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariusun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir, cavabdehlər isə iddia tələbinə etiraz edilər. Məhkəmə ilk növbədə iddia tələbinin Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzili üzrə Bakı şəhəri Yasamal rayonu 19 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 01 iyun 2021-ci il tarixli, 2V-156 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzil, mənzilin mülkiyyətçisi Zivər Qasımova tərəfindən onun oğlu Yaşar Qasımova vəsiyyət edilmişdir. Yaşar Qasımov miras əmlakı özündən asılı olmayan səbələrə görə (xəstəxanada olduğu üçün) qəbul edərək adına rəsmiləşdirə bilməmişdir. Lakin miras açılan zaman vəsiyyətnamə uzrə vərəsə olan Yaşar Qasımov sağ olmuş və iki gün sonra xəstəxanada vəfat etmişdir. Həmin mənzillə bağlı Cavabdeh1 19 saylı notariat orqanı tərəfindən qanunüzrə vərəsə qismində vərəsəliyə dair şəhadətnamə verilmişdir. Göründüyü kimi 19 saylı notariat orqanı tərəfindən Cavabdeh1 Yaşar Qasımova münasibətdə ailə üzvü olduğu üçün onun birinci dərəcəli vərəsəsi kimi vərəsəliyə dair hüquqları irsi transmissiya ilə keçdiyi halda, notariat orqanı tərəfindən o, Yaşar Qasımova münasibətdə deyil, miras qoyan Zivər Qasımovaya münasibətdə qanun uzrə vərəsəsi sayılaraq, vərəsəlik şəhadətnaməsi verilmişdir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə X23 Qasımovun, miras əmlakı, özündən asılı olmayan səbəblərə görə vaxtında öz adına keçirəmək imkanı olmadığından, Cavabdeh1, Yaşar Qasımova münasibətdə ailə üzvü olaqar, onun qanun üzrə vərəsəsi olduğu üçün nənədən qalma əmlaka dair qanunüzrə vərəsəlik haqqında şəhadətnamə, məhz Yaşar Qasımova münasibətdə verilməli olduğu halda, onun Yaşar Qasımovun deyil, Zivər Qasımovanın qanuni vərəsəsi kimi tanındığından və belə olduğu halda, iddiaçıların da, nənəyə (Z.Qasımovaya) münasibətdə onun qanuni vərəsələri olaraq Cavabdeh1 ilə eyni statuslu tərəflər olduğundan, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X13 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzilinə dair 19 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 2V-156 reyestrli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Məhkəmə bu qənaətə gələrkən onu da, nəzərə alır ki, notarius tərəfindən cavabdehə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən miras qoyanın iradə ifadəsi olan vəsiyyətnaməsi ümumiyyətlə nəzərə alınmamışdır. Belə ki, iş materiallarında olan vərəsəlik işindən görünür ki, notarius tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsi verərkən vəsiyyətnaməyə ümumiyyətlə istinad edilməmiş, həmin vəsiyyətnamə vərəsəlik işi üzrə notariat işinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinin tələbinə görə Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinin tələbinə görə Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı Birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.4-cü maddəsinə əsasən Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1243.1-ci maddəsinə əsasən vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1195-ci maddəsinə əsasən Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1196-cı maddəsinə əsasən Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1160-cı maddəsinə əsasən Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Məhkəmə iddia tələbinin qanun üzrə şəhadətnamə əsasında Bakı şəhəri Yasamal rayonu A.M. Şərifzadə küçəsi 94 saylı evin 47 saylı mənzilinə dair tam pay hüququ üzrə Cavabdeh1 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən 02 iyun 2022-ci il tarixdə, ********** sayla reyestrdə qeydə alınmış çıxarışın ləğv edilməsi hissəninə qiymət verərək qeyd edir ki, iddia tələbi öncəki hissədə, yəni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edildiyində və hazırki tələb də, məhz həmin hissə ilə bağlı olduğundan və eləcə də, sözü gedən mənzilə dair verilmiş çıxarış qanuni olmadığından, şəhadətnamə əsasında Cavabdeh1 adına Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzilinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarış ləğv edilməlidir. Məhkəmə həmçinin cavabdehlərin vəkilinin, iddiaçıların hazırki iddianı qaldırmaqda subyektiv hüquqlarının olmamasına dair etirazı ilə bağlı qeyd edir ki, iddiaçılar X11 Qasımovanın vərəsələri olduqlarından, sonuncular da, Zivərin oğlu Yaşarın həyat yoldaşı və qızı, hazırki cavabdehlər Səbinə və Cavabdeh1lar ilə eyni dərəcəli statusa malikdir və onlarla birlikdə Zivər Qasımovaya münasibətdə qanun üzrə vərəsələrdi. Məhkəmə eyni zamanda qeyd edir ki, Bakı şəhəri 19 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1 Zivər Qasımovaya münasibətdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən, qanun pozuntusuna yol verilmişdir. Belə ki, hər iki cavabdeh Zivər Qasımova və Cavabdeh4 Yaşar Qasımova münasibətdə ailə üzvü olduqları üçün onun birinci dərəcəli vərəsələridir və Yaşar Qasımovun vərəsəliyə dair hüquqları irsi transmissiya ilə onun vərəsələrinə keçməli idi. Lakin notarius tərəfindən Cavabdeh1 Zivər Qasımovaya münasibətdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən digər cavabdeh olan Cavabdeh4 qanunla qorunan hüquqları gözlənilməmiş və ondan övladı Nərminənin xeyrinə miras əmlakdan imtina barədə ərizə alınmamışdır. Məhkəmə iddia tələbinin iddiaçıların Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 94 saylı evin 47 saylı mənzili üzərində qanun üzrə vərəsə kimi vərəsəlik hüquqlarının tanınması, miras əmlak üzərində 1/4 hissədə X33 və ¼ hissədə İddiaçı1 Oqtay qızının və 1/4 hissədə cavabdeh X24, ¼ hissədə Cavabdeh1 payının müəyyən edilməsi və həmin əmlak üzərində müəyyən edilmiş paylara uyğun olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariusun üzərinə qoyulması münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları ilə Zivər Qasımova tərəfindən xx.xx.2009-cu il tarixdə vəsiyyətnamə ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 94 saylı evin 47 nömrəli mənzili oğlu X29 vəsiyyət edildiyi və sözü gedən vəsiyyətnamənin hələ də qüvvədə olduğu, yəni heç bir şəxs tərəfindən mübahisələndirmədiyi müəyyən edilmişdir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X13 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzilinə dair 19 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 2V- 156 reyestrli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və şəhadətnamə əsasında Cavabdeh1 adına Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzilinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X13 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzilinə dair 19 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 2V-156 reyestrli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və şəhadətnamə əsasında Cavabdeh1 adına Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzilinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarış ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-3531/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3531/2022
29.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver