Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3583/2023 14.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədilə mənzil-tikinti kooperativinin binasında olan qeyri-yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və həmin qeyri-yaşayış sahəsinin plan-cizgisinin, onun yerləşdiyi mərtəbənin layihəsindən təsdiq edilmiş çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədilə mənzil-tikinti kooperativinin binasında olan qeyri-yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və həmin qeyri-yaşayış sahəsinin plan-cizgisinin, onun yerləşdiyi mərtəbənin layihəsindən təsdiq edilmiş çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2018-ci il tarixli ********* nömrəli payçı müqaviləsinə əsasən 375.000 manat (100%) pay dəyəri tam ödənilmiş Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 3166-cı məhəllə ünvanda inşa edilmiş 20 mərtəbəli A yaşayış binasında, 5-ci blok, 1-ci mərtəbədə ümumi sahəsi 75,4 kv.m olan 1 saylı obyektin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədilə (özəlləşdirilməsi) tələb olunan sənədlərin, yəni həmin qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi (payçı qəbul edilməsi) barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın), qeyri-yaşayış sahəsinin plan-cizgisinin, yerləşdiyi mərtəbənin layihəsindən təsdiq edilmiş çıxarışın verilməsi vəzifəsi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, iddiaçı tərəfindən vəkilə hüquqi xidmətin göstərilməsi və məhkəmədə hüquqlarının müdafiə olunması məqsədi ilə çəkilmiş xərcin əvəzi olaraq 800 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu və onun ödənilməsi üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 100,40 manat olmaqla, cəmi 900,40 manat pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2018-ci il tarixli ********* nömrəli payçı müqaviləsinə əsasən İddiaçı dəyəri 375.000 manat olan Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 3166-cı məhəllə ünvanda inşa edilmiş 20 mərtəbəli A yaşayış binasında, 5-ci blok, 1-ci mərtəbədə ümumi sahəsi 75,4 kv.m olan 1 saylı obyekti Cavabdeh Mənzil Tikinti Kooperativindən almışdır. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş 375.000 manat vəsaiti Cavabdeh MTK-ya ödəmiş və müqavilədə göstərilən Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 3166-cı məhəllə ünvanda inşa edilmiş 20 mərtəbəli A yaşayış binasında, 5-ci blok, 1-ci mərtəbədə ümumi sahəsi 75,4 kv.m olan 1 saylı obyekti istifadəsinə qəbul etmişdir. Lakin obyektə olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədi ilə mənzil-tikinti kooperativi binasında olan sözügedən qeyriyaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və həmin qeyri-yaşayış sahəsinin plan-cizgisinin, onun yerləşdiyi mərtəbənin layihəsindən təsdiq edilmiş çıxarış Cavabdeh MTK tərəfindən İddiaçı verilməmişdir. Nəticədə İddiaçı hüquqları pozulmuşdur, o, mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıra bilmir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh Mənzil Tikinti Kooperativinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə 070 203 13 36 mobil telefon nömrəsinə SMS bildirişi göndərilməklə xəbərdarlıq edilmişdir, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2018-ci il tarixli ********* nömrəli müqaviləyə əsasən İddiaçı dəyəri 375.000 manat olan Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 3166-cı məhəllə ünvanda inşa edilmiş 20 mərtəbəli A yaşayış binasında, 5-ci blok, 1-ci mərtəbədə ümumi sahəsi 75,4 kv.m olan 1 saylı obyekti Cavabdeh Mənzil Tikinti Kooperativindən almışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 3166-cı məhəllə ünvanda inşa edilmiş 20 mərtəbəli A yaşayış binasında, 5-ci blok, 1-ci mərtəbədə ümumi sahəsi 75,4 kv.m olan 1 saylı obyektin 100% pay dəyərini - 375.000 manatı Cavabdeh Mənzil Tikinti Kooperativinə ödəmişdir. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, Cavabdeh MTK öhdəliyini müqavilədə göstərilən və İddiaçı 100% pay dəyəri tam ödədiyi Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 3166-cı məhəllə ünvanda inşa edilmiş 20 mərtəbəli A yaşayış binasında, 5-ci blok, 1-ci mərtəbədə ümumi sahəsi 75,4 kv.m olan 1 saylı obyekti İddiaçı təhvil vermişdir. Lakin Cavabdeh MTK iddiaçıya sahibliyində olan obyektə olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədi ilə tələb olunan sənədləri verməkdən yayınır. Nəticədə iddiaçının hüquqları pozulur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından müəyyən edilir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi xx.xx.2014-cu il tarixdə AZ 1122, ödədiyi Bakı şəhəri Yasamal rayonu H.ünvan 2 ünvanda VÖEN ********** nömrəsi ilə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə reyestrdən çıxarış verilmişdir. MTK-nın qanuni təmsilçisi X1r. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(004)-2031/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “maliyyə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmişdir, Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 3166-cı məhəllə ünvanda tikilmiş 20 mərtəbəli A yaşayış binasında, 5 blok, 1-ci mərtəbədə ümumi sahəsi 75,4 kv.m olan Obyekt-1 saylı dəyərinin İddiaçı tərəfindən tam şəkildə ödənilməsi barədə maliyyə arayışının verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-6011/2022 nömrəli qətnaməsi ilə Cavabdeh Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(004)-2031/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Cavabdeh Mənzil Tikinti Kooperativinin direktoru X2 ilə payçı adlanacaq İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti, 3166-cı ünvanda tikilməkdə olan yaşayış evlərinin A binasında, 5 blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75,4 kv. m olan Obyekt-1-in tikintisi başa çatdıqdan sonra payçıya verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 8.4-cü bəndinə əsasən obyektə mülkiyyət hüququna dair Daşınmaz Əmlaka Dövlət Reyestrində çıxarış alınması üçün, “MTK” tərəfindən qanunla məcburi olan sənəd (müqavilə qiymətinin tam ödənişi halında) “Payçı”- ya müvafiq qeydiyyat əsasında təqdim edilir. xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 3166-cı məhəllə ünvanda tikilən 20 mərtəbəli A yaşayış binasının 5 blokunda 1-ci mətəbədəki 1 saylı obyektin dəyəri olan 375.000 manat pul vəsaiti ödənilmişdir və borcu yoxdur. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2018-ci il tarixli ********* nömrəli payçı müqaviləsinə əsasən 375.000 manat (100%) pay dəyəri tam ödənilmiş Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 3166-cı məhəllə ünvanda inşa edilmiş 20 mərtəbəli A yaşayış binasında, 5-ci blok, 1-ci mərtəbədə ümumi sahəsi 75,4 kv.m olan 1 saylı obyektin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədilə (özəlləşdirilməsi) tələb olunan sənədlərin, yəni həmin qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi (payçı qəbul edilməsi) barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın), qeyri-yaşayış sahəsinin plan-cizgisinin, yerləşdiyi mərtəbənin layihəsindən təsdiq edilmiş çıxarışın verilməsi vəzifəsi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmalıdır. İddiaçı tərəfindən vəkilə hüquqi xidmətin göstərilməsi və məhkəmədə hüquqlarının müdafiə olunması məqsədi ilə çəkilmiş xərcin əvəzi olaraq 800 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu və onun ödənilməsi üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 100,40 manat olmaqla, cəmi 900,40 manat pul Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2018-ci il tarixli ********* nömrəli payçı müqaviləsinə əsasən 375.000 manat (100%) pay dəyəri tam ödənilmiş Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 3166-cı məhəllə ünvanda inşa edilmiş 20 mərtəbəli A yaşayış binasında, 5-ci blok, 1-ci mərtəbədə ümumi sahəsi 75,4 kv.m olan 1 saylı obyektin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədilə (özəlləşdirilməsi) tələb olunan sənədlərin, yəni həmin qeyriyaşayış sahəsinin İddiaçı verilməsi (payçı qəbul edilməsi) barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın), qeyri-yaşayış sahəsinin plancizgisinin, yerləşdiyi mərtəbənin layihəsindən təsdiq edilmiş çıxarışın verilməsi vəzifəsi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulsun. İddiaçı tərəfindən vəkilə hüquqi xidmətin göstərilməsi və məhkəmədə hüquqlarının müdafiə olunması məqsədi ilə çəkilmiş xərcin əvəzi olaraq 800 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu və onun ödənilməsi üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 100,40 manat olmaqla, cəmi 900,40 (doqquz yüz manat qırx qəpik) manat pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-3583/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3583/2023
14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver