Məhkəmə qərarları › İş №e-2(004)-3610/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3610/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3610/2024 19.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh AR DİN Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh AR DİN Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsinə qarşı “müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh AR DİN Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsinə qarşı “müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra olunması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh AR DİN Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsi arasında bağlanan xx.xx.2023-cü il tarixli 780 saylı müqavilə üzrə nəzərdə tutulan öhdəliyin xx.xx.2024cü il tarixədək cavabdeh tərəfindən davam etdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Yasamal Rayon Mühafizə İdarəsi xx.xx.2027-ci il tarixdə ona məktub ünvanlayaraq, onunla şikayətçi X.Həsənov arasında olan mübahisənin həlli ilə bağlı məhkəmə orqanlarında yekun qərar qəbul edilənə kimi mənzilin mühafizəsinə dair xx.xx.2024-cü il tarixli 780 nömrəli bağlanmış müqaviləyə xx.xx.2024-cü il tarixədək müvəqqəti xitam verilməsi, məhkəmə orqanlarında yekun qərar qəbul olunduqdan və mühafizə məsələsi həllini tapdıqdan sonra həmin mənzilin mühafizə olunmasına baxılması barədə məktub ünvanlanmışdır. Həmin məktuba əlavə olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə 1 saylı DƏDRX tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubu əlavə olunmuşdur. Aşağıda qeyd olunan əsaslara görə cavabdehin hərəkətini qanunsuz hesab edir. ünvan 2 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan, 4 otaqdan ibarət 64 nömrəli mənzilin cavabdeh “X2” MMC-dən alınaraq iddiaçıya təhvil verilməsi üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4646/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış və xx.xx.2024-cü il tarixdə mənzil ona təhvil verildikdən sonra Yasamal Rayon Mühafizə xidməti ilə müqavilə bağlanarkən Yasamal İcra Şöbəsi tərəfindən tərtib olunmuş təhvil təslim aktı, Mənzilin müqavilə və maliyyə arayışının surəti , məhkəmə qətnaməsi təqdim olunmuş və cavabdeh mənzilin mübahisəli mənzil olması ilə bağlı məlumatı olmasını bildirmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cavabdeh və üçüncü şəxslərə qadağa qoyulması barədə qərardad mövcud olduğu halda mühafizə idarəsi tərəfindən hər hansı bir addımın atılması qanunsuz və əsassız hesab edilməlidir. Cavabdehlə xx.xx.2024-cü il tarixdə müqavilə bağlanmış və müqavilənin şərtinə görə cavabdeh bir il müddətinə mənzilini mühafizə etməli və tərəfindən aylıq ödənilməli olan rüsum cavabdehin hesabına ödənilməli idi. Tərəfindən müqavilə müddəti başa çatmadan öncə bir illik ödənişlər ödənilmişdir. Belə olan halda cavabdehin hərəkəti qanunsuz hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh AR DİN Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etdiklərini bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (mülkiyyətçi) ilə AR DİN Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsi (mühafizəçi) arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 780 saylı mənzilin mühafizəsinə dair müqaviləyə əsasən mülkiyyətçi siqnalizasiya sistemləri ilə təchiz edilmiş və mərkəzləşdirilmiş mühafizə məntəqəsinə qoşulmuş mənzilini (Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Kənar dairəvi yolu, bina 12 F, mənzil 64) mühafizəyə verməyi, mühafizəçi isə mühafizəni qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilə 1 il müddətinə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh AR DİN Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsi aralarında xx.xx.2023-cü il tarixli 780 saylı mənzilin mühafizəsi müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı siqnalizasiya sistemləri ilə təchiz edilmiş və mərkəzləşdirilmiş mühafizə məntəqəsinə qoşulmuş mənzilini (Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Kənar dairəvi yolu, bina 12 F, mənzil 64) mühafizəyə verməyi, cavabdeh isə mühafizəni qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilə 1 il müddətinə bağlanmışdır. Lakin cavabdeh AR DİN Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsi üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Hazırda İddiaçı cavabdeh AR DİN Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsinə qarşı “müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra olunması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh AR DİN Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsi arasında bağlanan xx.xx.2023-cü il tarixli 780 saylı müqavilə üzrə nəzərdə tutulan öhdəliyin xx.xx.2024-cü il tarixədək cavabdeh tərəfindən davam etdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh AR DİN Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsinin nümayəndəsi Nümayəndə isə məhkəmə iclasında iddia tələbini qəbul etdiyini bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin etiraf etdiyi həcmdə, yəni tam təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etirafını qəbul edir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə AR DİN Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsi arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 780 saylı müqavilə üzrə qəbul edilmiş öhdəliklərin xx.xx.2024ü il tarixinədək həyata keçirilməsi vəzifəsi cavabdeh AR DİN Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə AR DİN Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsi arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 780 saylı müqavilə üzrə qəbul edilmiş öhdəliklərin xx.xx.2024ü il tarixinədək həyata keçirilməsi vəzifəsi cavabdeh AR DİN Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar