Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3610/2025 01.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 5 saylı Notariat qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: vərəsəlik şəhadətnaməsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 Ağabala qızının Nümayəndə3, Cavabdeh3 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 5 saylı Notariat qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 5 saylı Notariat qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsindəki 79/81 saylı evə vərəsəlik hüququ tanınması, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsindəki79/81 saylı evə vərəsəlik hüququ əsasında 1/14 (ondörddə bir) payı müəyyən edilməsi, Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoru tərəfindən Vaqif və X5 verilmiş, Orucəli Quliyevin qanun üzrə vərəsələri olması haqqında xx.xx.1991 – ci il tarixli şəhadətnamə qismən – X12 çatan miras pay hissəsinin onlara verilməsi hissəsində etibarsız hesab edilməsi və həmin hissə əsasında daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeyd ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsindəki 79/81 saylı ev anasının nənəsi X21 məxsus olmuşdur. Onun Orucəli (babam) və Rəcəbəli (anamın əmisi) adlı iki oğlu övladı olmuşdur. Nənəsi Umleyla vəfat etdikdən sonra, həm babası (Orucəli), həm də anası (Təyarə), həm də o, müvafiq ardıcıllıqla mirası faktiki qəbul etmiş, həmin evdə yaşamışlar. Orucəlinin anasından başqa həm də 6 övladı olub. Cavabdeh3 (dayısı) və Cavabdeh2 atası X20 (dayısının) həmin övladlardan ikisidir. O həmçinin dayısı Ağababanın oğlu Zaurla ailəli olmuşdur, boşanmışlar. Dayısının qızı Samirə (cavabdeh) ona qarşı Yasamal rayon Məhkəməsində həmin evdən istifadə hüququnun itirilmiş hesab edilərək, evdən çıxarılmağı haqqında iddia qaldırdıqdan sonra bu il sənədlər vasitəsilə ona məlum olmuşdur ki, anasının nənəsi X13 oğlu Orucəliyə qalmış və onun 7 övladı (biri də anası) arasında bölünməli olan miras payı 2 dayısı (Vaqif və Ağababa) 1991 – ci ildə vərəsəliklə yalnız öz adlarına sənədləşdirmişlər (dayısı Ağababanın da payı onun vəfatından sonra qızı Samirənin adına sənədləşdirilib). Halbuki Orucəlinin (1973 – cü ildə vəfat edib) qızı olan anası Təyarə onun varisi kimi mirası faktiki qəbul etmiş, anası vəfat (1987 – ci il) etdikdən sonra isə iddiaçı onun yeganə övladı olaraq həmin mirası faktiki qəbul etmişdir.
3. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ərizəsinə etiraz ünvanlayaraq təmin edilməməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, babası Orucəli 1973-cü il tarixində vəfat etdikdən sonra iddiaçının anası sözügedən ünvanda yaşamadığına görə faktiki olraq mirası qəbul etməmişdir və buna dair hər hansı vərəsəlik hüququnun tanınması ilə əlaqədar heç bir rəsmi sənəd mövcud deyil. Ondan əlavə İddiaçı anası Təyarə 1970-ci il tarixində ailə quraraq sözügedən ünvandan köçüb ailə qurmuşdur. İddiaçı 1996-cı il tarixində dayısı oğlu X26 ilə ailə quraraq həmin ünvana gəlin köçmüşdür. Göründüyü kimi nə İddiaçı, nə də anası Təyarə xanım heç bir mirası faktiki qəbul etməmişlər. Eyni zamanda bildirir ki, İddiaçı miras hüququnun tanıtması tələbi ilə 30 ildən sonra iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu da qanunvericiliyin tələbinə uyğun deyil. Göründüyü kimi iddiaçı iddia müddətini ötürmüşdür.
5. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddia müddətinin tətbiqinə dair ərizə vermişdir.
İİ.Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Ağabala qızının nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı onların bibisi qızıdır. O, iddia edir ki, mübahisə predmeti olan ev babasına keçib, babasından anasına və anasından da ona keçməlidir. Amma mübahisə predmeti olan mənzil onun atasına Umleyla nənəsindən, yəni ulu nənəsindən 1992-ci ildə vərəsəliklə keçib. Həm də atası ilə əmisi orada yaşayırdılar. Əlavə olaraq 5 bacıları da var idi və onlar ailə qurmuşdular, həm də qeydiyyatdan çıxmışdılar. Daha sonra babaları Orucəli 1973-cü ildə vərəsəliyi anasından qəbul etmədən vəfat edib. İddiaçının anası da 1969-cu ildə ailə quraraq köçüb. Anasının adı Təyyarə olub və o da vərəsəliyi qəbul etmədən 1988-ci ildə vəfat edib. İddiaçı Nizami rayonunda, atasının evində 1970-ci ildə anadan olub. 1996-ci ildə isə onun qardaşı ilə ailə qurub. 2004-cü ildə onlara naməlum olan şəkildə qeydiyyata düşmüşdü. O, İnzibati Məhkəmədə iddia qaldırmışdı və hazırki iş üzrə iddiaçı orada demişdi ki, onun anası, yəni qayınanası onu qeydiyyata salmışdı. Anası onu qeydiyyata sala bilməzdi. Çünki anası 2003-cü ildə evin sahibi idi. 1992-ci ildə onun atası vərəsəliyi qəbul edəndə onun heç bir ailə üzvü orada qeydiyyatda deyildi. Hazırda mübahisə predmeti olan evdə yaşayır. Və 30 il müddətdən sonra iddia qaldırır. Ulu nənəsi 1953-cü ildə vəfat edib. Orucəli, yəni babası orada ailəsi ilə yaşayıb. Amma sənəddə öz əksini tapmır. 1992-ci ildə Ağababa vəfat edib. Atasının Səbinə, Samirə, Zaur, Lalə adlı övladları olub. Onların öz payları açıq qalıb. Amma onlar 4 uşaq 2022-ci ildə anaları Quliyeva Aliyənin xeyrinə imtina etmişlər. Anası 2023-cü ildə vəfat edəndən sonra 4 övlad notariusa gedərək, bacıları Cavabdeh2 xeyrinə imtina etmişlər. Evin 1/5 hissəsi babasının qardaşı Rəcəbəlinin övladlarına düşür. Cəvahir onun babası Orucəlinin qardaşı Rəcəbəlinin həyat yoldaşıdır. Rəcəbəligil nə orada yaşayıblar, nə də qeydiyyatda olublar. 1958-ci ildə məhkəməyə müraciət ediblər və 1/5 hissə onların övladlarına təyin edilib. Amma Rəcəbəli həmin dövrdə vəfat etmişdi. Dünya Rəcəbəlinin qızıdır. Əbülfəz və Ənvər Rəcəbəlinin oğlanlarıdır. Ağababa uşaq olarkən vəfat edib. Rəcəbəli ilə Balobba müharibədən qayıtmamışdılar. Təyyarə Orucəlinin qızıdır. O, vəfat edib və iddiaçının anasıdır. Təyyarə orada yaşayıb, amma 1969-cu ildə gəlin köçüb. Gülnarə isə orada heç vaxt yaşamayıb. 1996-ci ildə qardaşımla ailə quranda oraya köçüb. 2004-cü ildə isə boşanıblar.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, DƏDKR PHŞ-dən 1992-ci ildə alınan şəhadətnaməyə əsasən sənəd verilib. Yəni atası ilə əmisi Cavabdeh3 və Quliyev Ağababa vərəsəliyi 1992-ci ildə qəbul ediblər. 1969-cu ildən də iddiaçının özü və valideynləri mübahisə predmeti olan evdə qeydiyyatda olmayıblar. 1931-ci ildən bu xüsusi mülkiyyət ulu nənəsi Umleylanın adına olub. Çıxarış da var. Ulu nənəsinin 4 oğlu olub. Ağababa, Orucəli, Rəcəbəli, Balobba. Orucəlinin 4 qızı və 2 oğlu olub. Vaqif, yəni atası xəstədir.
9. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, anasıgil təxminən 1978-ci ildə ayrılmışdılar. O, anası ilə Rüstəmov küçəsində yaşayırdı. O, 1997-ci ildən mübahisə predmeti olan yerdə yaşayır. Mübahisəli evdə nənəsi yaşayırdı. O da oraya gedib-gəlirdi. Anası vəfat edəndə o, Rüstəmov küçəsində yaşamırdı. Ona xalası baxırdı və o, Qarayevdə qalırdı. O, Axundova 1996-cı ildə gəlmişdi. Mübahisə predmeti olan ev 1913-cü ildə tikilmişdir. Qardaşlar bacılarından gizlincə gedib sənəd almışdılar. Bacıların heç orada imtina ərizələri də olmamışdır.
İİİ. Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, X41 küçəsi, 79/81 saylı fərdi yaşayış evi ilkin olaraq X19 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 5 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1958-ci il tarixli 18722 reyestr nömrəli vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.1958-ci il tarixdə X2, X6, X14, X15 adlarına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X7 məxsus hissəsindən Bakı şəhəri 5 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1991-ci il tarixli 1n-134 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqındaşəhadətnaməyə əsasən xx.xx.1991-ci il tarixdə Cavabdeh3 və X9 adlarına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X16 məxsus hissəsi Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 2V-328 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 3M-4821 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə X8 adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlakın X18 məxsus hissəsi 2 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 2V-91 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Hazırda Bakı şəhəri, Yasamal rayonu, X41 küçəsi, 79/81 saylı fərdi yaşayış evinin 1/5 hissədən bir hissə X2, 1/5 hissədən bir hissə X4, 1/5 hissədən bir hissə X4, 1/5 hissədən bir hissə X14, 1/5 hissədən X10 4/5 hissədən bir hissə Cavabdeh3, 4/5 hissədən bir hissə Cavabdeh2 mülkiyyətlərindədir.
12. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.1991-ci il tarixli şəhadətnaməyə əsasən müəyyən olunur ki, X3 vərəsələri Cavabdeh3 və X17r.
13. Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X26 ilə X23 xx.xx.1996cı il tarixdə rəsmi nikaha daxil olmuşlar.
14. Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X44 Süleymanoviç xx.xx.1973-cü il tarixdə vəfat etmişdir.
15. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X41 küçəsi, ev 79/81 nömrəli fərdi yaşayış evi Cavabdeh2 4/5 hissədən bir hissədə mülkiyyətindədir.
16. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X41 küçəsi, ev 79/81 nömrəli fərdi yaşayış evi Cavabdeh3 4/5 hissədən bir hissədə mülkiyyətindədir.
17. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
19. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
20. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
21. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
22. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
23. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
24. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
25. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
26. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
27. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.
28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X41 küçəsi, 79/81 saylı fərdi yaşayış evi ilkin olaraq X19 adına qeydiyyatdan keçmişdir. X19 Orucəli, Rəcəbəli, Ağababa və Balobba olmaqla 4 övladı olmuşdur. xx.xx.1932-ci il tarixdə Umleyla vəfat etdikdən sonra onun övladlarından Orucəli Quliyev və Rəcəbəli Quliyev miras əmlakı faktiki qəbul etmişlər. Orucəli Quliyevin biri Təyyarə Quliyeva olmaqla 5 qız övladı və Vaqif və Ağababa adlı iki oğlu olmuşdur. xx.xx.1991-ci il tarixdə Cavabdeh3 və X22 Bakı şəhəri, Yasamal rayonu, X41 küçəsi, 79/81 saylı fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişlər. Cavabdeh3 hazırda sağdır. X22 isə 1992-ci il tarixdə vəfat etmişdir. Sonuncunun Samirə, Səbinə, Lalə və Zaur adlı 4 övladı olmuşdur. X1 övladları anaları Aliyə Quliyevanın xeyrinə miras əmlakdan imtina etmiş, 2022-ci il tarixdə anaları vəfat etdikdən sonra isə bütün övladlar bacıları Cavabdeh2 xeyrinə miras əmlakdan imtina etmiş və xx.xx.2023-cü il tarixdə Cavabdeh2 həmin əmlakdan 4/5 hissədən bir hissə pay əldə etmişdir. Hazırki iddiaçı Gülnarə X11 olan Təyyarə Quliyevanın qızıdır. İddiaçı Ağababa Quliyevin övladı olan Zaur Quliyevlə 1996-cı il tarixdə nikaha daxil olmuş, 2004-cü ildə isə nikahları pozulmuşdur. Hazırda iddiaçı həmin miras əmlaka faktiki sahiblik etməklə bağlı miras əmlakı qəbul etdiyini bildirərək vərəsəlik hüququnun tanınmasını xahiş edir.
29. Yuxarıda sadalanan qanunvericilik normalarından görünür ki, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyrirəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir.
30. Lakin iddiaçı mirası əmlakı qəbul etməsi iş materialları və işin halları ilə müəyyən olunmur. Çünki iddiaçı Mülki Məcəllənin 1246-cı maddəsində göstərilən müddətdə mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmiş, həmçinin mirasın faktiki surətdə qəbul edilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatda mübahisəli fərdi yaşayış evinə 1996-cı il tarixdə Zaur Quliyevlə ailə həyatı qurduqdan sonra gəldiyini, həmin vaxtadək həmin evdə olmadığını bildirmişdir. Bundan başqa iddiaçının anası həmin evdən ailə həyatı qurduqdan sonra çıxıb getmiş və miras əmlakın qəbulu ilə bağlı heç bir hərəkət etməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, anası ilə birlikdə Rüstəmov küçəsində yaşamış, mübahisəli evdə nənəsi yaşamış, anası vəfat edəndədən sonra xalası ilə birlikdə Qarayevdə yaşamış, mübahisəli mənzilə 1996-cı ildə, yəni dayısı X9 oğlu X26 ilə nikaha daxil olduqdan sonra gəlmişdir.
31. Göründüyü kimi iddiaçı mirası nə rəsmi, nə də qeyri-rəsmi üsulla qəbul etməmişdir. Odur ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
32. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilməsinə baxmayaraq, iddia tələbi əsassız olduğundan məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı məsələyə münasibət bildirmir.
33. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
34. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
V Nəticə:
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil