Məhkəmə qərarları › İş №e-2(004)-3613/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3613/2023

07.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3613/2023 07.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “maliyyə arayışının verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı “maliyyə arayışının verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllədə 12 mərtəbəli, 2 saylı binanın 8-ci mərtəbəsində yerləşən, sahəsi 148 kv.m. olan 3 otaqlı 82 saylı mənzilə dair maliyyə arayışının İddiaçı verilməsinin Cavabdeh Mənzil Tikinti Kooperativinin dəvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən cavabdeh ona Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllədə 12 mərtəbəli, 2 saylı binanın 8-ci mərtəbəsində yerləşən, sahəsi 148 kv.m. olan 3 otaqlı 82 saylı mənzili satmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri icra edərək mənzilin dəyərini cavabdehə ödəmiş, cavabdeh MTK isə müqaviləyə əsasən üzərinə düşən öhdəliyi qismən icra edərək, mənzili tikib hazır etmiş və faktiki iddiaçıya təhvil vermişdir. Mənzil faktiki olaraq iddiaçının sahibliyində və istifadəsindədir. Bununla bağlı MTK ilə aralarında hər hansı problem yoxdur. MTK-dakı qaydaya görə mənzilləri təhvil verən zaman mənzillərə dair çıxarış alınması üçün həm də müvafiq maliyyə arayışları təhvil verilməli idi. Bununla bağlı iddiaçı MTK-da müraciət etsə də, MTK rəhbərlik dəyişdiyi üçün həmin maliyyə arayışını verə bilməyəcəyini, buna görə də məhkəməyə müraciət etməyi, yalnız məhkəmə qərarı əsasında həmin maliyyə arayışını verə biləcəklərini söyləmişdirlər. İddiaçının mənzilinə dair adına müvafiq çıxarışın alınması üçün tələb olunan sənədlərlən biri də onun tərəfindən pay haqqının ödənilməsini təsdiq edən maliyyə arayışıdır ki, MTK rəhbərliyin dəyişməsini əsas gətirərək maliyyə arayışının verilməsindən imtina edir. Buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. 28 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh MTK-nin sədri X2 ərizə ilə müraciət edərək iddia tələbi ilə razı olduğunu, buna görə də iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehin iddia tələbini qəbul etməsinə dair ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçıların iddia tələbi təmin edilməlidir. İş materiallaırnda olan: “Payçı” adlandırılacaq Cavabdeh MTK-nın üzvü İddiaçı Elçin qızı, “sifarişçi” adlandırılacaq Cavabdeh MTK-nın idarə heyətinin sədri A.Mədətov arasında bağlanmış 14 mart 2005-ci il tarixli müqaviləyə əsasən, “sifarişçi” podratçı tərəfindən yerinə yetiriləcək işlərin müqavilədə nəzərdə tutulmuş müddətdə tam yerinə yetirilməsinə görə “payçı” qarşısında məsuliyyət daşıyır. Müqavilənin 3.2-ci bəndinə görə “payçı” Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 8-ci mərtəbədə yerləşən, 82 saylı, ümumi sahəsi 148 kv.m. olan, 3 otaqlı mənzilin dəyərinin 100%ni ilkin pay kimi xx.xx.2005-ci il tarixədək, qalan hissəni isə növbəti aylarda öhdəçilik üzrə proporsional qaydada ödəməyi öhdəsinə götürür. Cavabdeh MTK-nın xx.xx.2005-ci il tarixli 11 nömrəli və xx.xx.2005-ci il tarixli 112 nömrəli mədaxil orderlərindən görünür ki, İddiaçı xx.xx.2005-ci tarixdə 60.000 ABŞ dolları, xx.xx.2005-ci il tarixdə isə 14.000 ABŞ dolları məbləğində MTK-ya ödəniş etmişdir. Cavabdeh MTK-nin sədri X1 xx.xx.2023-cü il tarixli ərizəsinin məzmunundan görünür ki, o, iddia tələbi ilə razıdır və buna görə də iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi barədə ərizədə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, iddia tələbinin etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizə qəbul edilməlidir. Mülki-Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllədə 12 mərtəbəli, 2 saylı binanın 8-ci mərtəbəsində yerləşən, sahəsi 148 kv.m. olan 3 otaqlı 82 saylı mənzilə dair maliyyə arayışının İddiaçı verilməsi vəzifəsi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllədə 12 mərtəbəli, 2 saylı binanın 8-ci mərtəbəsində yerləşən, sahəsi 148 kv.m. olan 3 otaqlı 82 saylı mənzilə dair maliyyə arayışının İddiaçı verilməsi vəzifəsi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar