Məhkəmə qərarları › İş №e-2(004)-3640/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3640/2025

18.11.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3640/2025 18.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı vəkilləri-nümayəndələri Vəkil1 və Vəkil3, Cavabdeh X6 vəkili-nümayəndəsi Vəkil4, Cavabdeh X5 vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və X4 cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC, X11 və X9 qarşı “müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi, çıxarış üzrə qeydiyyatın ləğv edilməsi, sahiblik və istifadə hüquqlarının tanınması və mənzillərin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və X4 cəlb edilməklə Cavabdeh1 MMC-yə qarşı “müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi, çıxarış üzrə qeydiyyatın ləğv edilməsi, sahiblik və istifadə hüquqlarının tanınması və mənzillərin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, iddianı təmin edib, pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi; cavabdeh və üçüncü şəxslərin ünvan 1 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın (4-otaqlı, 191.00 kv.m.) 05 nömrəli və (4-otaqlı, 227.9 kv.m.) 10 nömrəli mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 15 fevral 2016-cı il tarixdə ünvan 2 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş binanın 1-ci giriş, mərtəbə 3, (4-otaqlı, 191.00 kv.m.) 05-li mənzili müqaviləyə əsasən almışdır. Mənzilin dəyəri olan 382800 (üç yüz səksən iki min səkkiz yüz) manat məbləğində pul tərəfindən Cavabdeh1 MTK-ya ödənilmişdir və bu barədə ona 15 fevral 2016-ci il tarixli maliyyə arayışı verilmişdir. Eyni zamanda 15 fevral 2016-cı il tarixdə ünvan 3 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş binanın 1-ci giriş, mərtəbə 4, (4-otaqlı, 227.9 kv.m.) 10-li mənzili müqaviləyə əsasən almışdır. Mənzilin dəyəri olan 455800 (dörd yüz əlli beş min səkkiz yüz) manat məbləğində pul tərəfindən Cavabdeh1 MTK-ya ödənilmişdir və bu barədə ona 15 fevral 2016-ci il tarixli maliyyə arayışı verilmişdir. Lakin həmin vaxt mənzil təmirsiz olduğundan o, ora köçə bilməmiş və maddi çətinlikləri olduğundan təmir işlərini də müvəqqəti olaraq təxirə salmışdır. Ara-sıra gedib mənzilinə baş çəkmişdir. Bu yaxınlarda növbəti dəfə gedərkən mənzilin qapısını açmaq istəyəndə açarının dəyişdirildiyini aşkarlamışdır. Bundan sonra bu barədə dəfələrlə cavabdehə müraciət etməyinə baxmayaraq, mülkiyyətində olan mənzil boşaldılaraq ona təhvil verilməmişdir. Belə ki, tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdeh1 MTK-ya 05 və 10 saylı mənzillərin ona təfil verilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir, ancaq MTK tərəfindən cavab verilməmişdir. Yəni göründüyü kimi mübahisəli 05 və 10 saylı mənzillər MTK tərəfindən ona satılmasına və həmin mənzilin tam dəyərinin ödənilməsi barədə maliyyə arayışının verilməsinə, həmçinin mənzilin neçə illərdir ki, istifadəsində, sərəncam və mülkiyyətində olmasına baxmayaraq, göstərilən mənzil əsassız və qanunsuz olaraq zəbt edilmişdir. Bununla da o, kobudcasına pozulmuş mülkiyyət hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, yaranmış mübahisə üzrə iddia tələbinin əsaslılığı müəyyən olunmaqla onun əmlak maraqlarının cavabdeh tərəfindən pozulması təsdiqini tapmışdır. Yaranmış vəziyyətdə qanunun aliliyinin bərqərar edilməsi məhkəmənin əlindədir. Bunun üçün mülkiyyətində olan sahə boşaldılaraq ona təhvil verilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsi; Cavabdeh2 ilə Cavabdeh1 MMC adından X4 arasında bağlanmış müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi; ünvan 2 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın (4 otaqlı, 191.00 kv.m.) 05 nömrəli və (4 otaqlı, 227.9 kv.m.) 10 nömrəli mənzilləri üzərində İddiaçı sahiblik və istifadə hüquqlarının tanınması; Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın 191.00 kv.m, 4 otaqlı olan 05 nömrəli mənzilinin Cavabdeh2 tərəfindən və 227.9 kv.m, 4 otaqlı olan 10 nömrəli mənzilinin Cavabdeh1 MMC tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsi; Cavabdeh2 ilə Cavabdeh1 MMC adından X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi; Cavabdeh3 cavabdeh qismində işə cəlb edilməsi; Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi; ünvan 2 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın (4 otaqlı, 227.9 kv.m.) 10 nömrəli mənzilə dair Cavabdeh3 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli çıxarış üzrə qeydiyyatın ləğv edilməsi; ünvan 2 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın (4 otaqlı, 191.00 kv.m.) 05 nömrəli və (4 otaqlı, 227.9 kv.m.) 10 nömrəli mənzilləri üzərində İddiaçı sahiblik və istifadə hüquqlarının tanınması; Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın 191.00 kv.m, 4 otaqlı olan 05 nömrəli mənzilinin Cavabdeh2 tərəfindən və 227.9 kv.m, 4 otaqlı olan 10 nömrəli mənzilinin Cavabdeh3 tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, iddiaçı cavabdeh MTK-dan 5 və 10 saylı mənzilləri almış, bunun müqabilində ona maliyyə arayışı verilmişdir. Mənzil təmirsiz olduğundan iddiaçı ora köçə bilməmiş və maddi çətinlikləri olduğundan təmir işlərini də müvəqqəti olaraq təxirə salmışdır. Bu yaxınlarda növbəti dəfə mənzillərə baş çəkməyə gedərkən mənzilin qapısını açmaq istəyəndə açarının dəyişdirildiyini aşkarlamışdır. Bundan sonra o bu barədə dəfələrlə cavabdehə müraciət etmiş, buna baxmayaraq mülkiyyətində olan mənzil boşaldılaraq ona təhvil verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, iddiaçı mənzilləri 2016-cı ildə alıb. Mənzilə qapı qoyub, açarı var. Bununla bağlı müqavilələri məhkəməyə təqdim etmişlər. Daha sonra əmlak iki dəfə satışa çıxarılıb, X5 adına müqavilə bağlanılıb və ona maliyyə arayışı verilmişdir. Mənzili Məmmədov Mübariz adlı, özünü MTK sədri kimi təqdim edən şəxs satıb. X14 adlı şəxs MTK sədri olmayıb, onun bağladığı müqavilələr etibarsızdır. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında onunla bağlı cinayət işi icraatdadır. Ona verilən suallara cavab olaraq bildirdi ki, ödəniş nağd qaydada olub. Təhvil-təslim aktı olmur, onlarda ancaq mənzilin açarı var. Məmmədov Mübariz direktor vəzifəsini müvəqqəti əvəz edən şəxs olmayıb. MTK məxsus möhürü Mübariz dəyişərək, yenisini əldə etmişdir. Bunu müqavilələrdəki möhürlərin surətindən görmək olar. İnzibati qərarı mübahisələndirmişlər, artıq məhkəmənin icraatındadır, yəqin ki, ləğv olunacaq. Çünki onlar üçüncü şəxs qismində işə yeni cəlb edilmişlər. 2015-ci ildə alınan zaman, mənzil onlara təhvil verilib. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 vəkili-nümayəndəsi Vəkil4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, müdafiə etdiyi şəxslə bağlı, cavabdeh iddiaçı ilə müqavilə bağlanmamışdan əvvəl əlaqə saxlayaraq, halallıq alıb. Həmçinin iddia tələbi ilə bağlı iddia müddəti artıq ötürülmüşdür. Hazırda işin mübahisəsiz halıdır ki, mənzil 2022-ci ildən onların mülkiyyətinə verilib və təmir olunmuşdur, faktiki olaraq istifadələrindədir. Mənzilin çıxarışı da alınıb. MTK-ya məxsus başqa möhürlərin olması, onun etibarsız olması və ya mənzilin onlara satılmasına heç bir məhdudiyyət yarada bilməz. Onlara protokoldan çıxarış və maliyyə arayışı əsasında çıxarış verilib. Müqavilədə hansı direktorun, rəhbərin imzasının olması əsas kimi götürülə bilməz, əsas MTK-ya məxsus möhürdür ki, o da var. Əgər İddiaçıla Cavabdeh3 arasında telefon danışıqları olubsa və İddiaçı məlum olubsa ki, evə dair mübahisə var niyə 2022-ci ildən bugünə kimi evinə baxış keçirməyib? Bugunkü gün kifayət qədər məhkəmə qətnamələri təqdim edə bilər ki, müqavilə tarixi köhnə vaxtlarda yazılıb. Əgər İddiaçı həqiqətən evin təmir olunması ilə bağlı razılıq verməsə idi, niyə Cavabdeh3 o qədər pul verib ev alsın, niyə təmirə kifayət qədər vəsait xərcləsin? 2022-ci ildən bəri iddiaçının başqa müqavilələrin mövcudluğu barədə məlumatı olmasına baxmayaraq iddia qaldırmamışdır və iddia müddətini ötürmüşdür. Ona verilən suallara cavab olaraq bildirdi ki, nə Qazaxlı Ramiz, nə də Məmmədov Mübariz binanın faktiki sahibi olmayıb. Binanın faktiki sahibi Sakit adında şəxs olub. Möhür faktiki rəhbərdə olub. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh X13 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onu İddiaçı adında şəxs yığaraq, mənzilin ona aid olduğunu, ona məxsus müqavilənin mövcudluğunu bildirdi. O, İddiaçıla danışdıqdan sonra evdən ustaları göndərdi və mübahisənin həlli üçün təmiri dayandırdı. Daha sonra MTK tərəfindən ona bildirildi ki, təmirə başlasın. Amma o, buna razı olmadı və bildirdi ki, Faruqdan razılıq əldə etməsə təmirə başlamayacaq. Təxminən Faruqla 4-cü danışıqları zamanı, ona xeyir-dua verdi, dedi ki, təmirə rahat şəkildə başlaya bilər, o, MTK ilə mübahisəni həll etmiş, ondan sonra təmir edib, evə köçmüşdür. Ona verilən suala cavab olaraq bildirmişdir ki, Pulun yarısını əvvəl vermiş, daha sonra təmirə başlamamışdan əvvəl tam məbləği ödəyib bitirmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 vəkili-nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, X11 2020-ci ildə həmin mənzili almış, 2021ci il tarixinə kimi təmir işləri aparmışdır. Hazırda həmin tarixdən mübahisəli mənzildə yaşayır. Həmçinin təmsil etdiyi şəxsin mənzili aldığı, yəni müqavilə bağladığı şəxs barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Amma iddiaçının müqavilə bağladığı şəxs barəsində cinayət icraatı qaydasında məhkəmə işi gedir. Ona verilən suala cavab olaraq bildirdi ki, 2020-ci ildə Qazaxlı Ramizin həbsdə olub-olmaması haqda bilmir. Cinayət işi üzrə tərəf kimi cəlb edilməmişlər. Cavabdeh 2021-ci ildən mənzildə yaşayır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Cavabdeh1 MMC-yə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, eyni zamanda X1 Bakı İstintaq Təcridxanasında saxlanılmasını nəzərə alaraq, X2 çatdırılması üçün Bakı İstintaq Təcridxanasına bildiriş göndərilmiş, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdeh1 MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh1 MMC ilə X4 arasında bağlanmış “yaşayış binasında mənzil tikintisi haqqında” 20 may 2015-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşmiş Cavabdeh1 MMC-nin tikilməkdə olan binasında 05 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzil 4 otaqdan ibarətdir, mənzilin ümumi sahəsi 191,00 kv.m., ümumi dəyəri 382800 manat təşkil edir. - Cavabdeh1 MMC-nin 20 may 2015-ci il tarixli maliyyə arayışına əsasən X4 tərəfindən 382800 manat tam ödənilmişdir, heç bir borcu yoxdur. - Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış “yaşayış binasında mənzil tikintisi haqqında” 15 fevral 2016-cı il tarixli müqaviləyə əsasən ünvan 2 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşmiş Cavabdeh1 MMC-nin tikilməkdə olan binasında 05 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzil 4 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 191,00 kv.m., mənzilin ümumi dəyəri 382800 manat təşkil edir. - Cavabdeh1 MMC-nin 15 fevral 2016-cı il tarixli maliyyə arayışına əsasən İddiaçı tərəfindən 15 fevral 2016-cı il tarixli müqavilə üzrə ümumi pay dəyəri 382800 manat ödənilmişdir. Payçı tərəfindən ödəniş tam şəkildə həyata keçirilmişdir. - Cavabdeh1 MMC ilə X11 arasında bağlanmış “yaşayış binasında mənzil tikintisi haqqında” 29 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşmiş Cavabdeh1 MMC-nin tikilməkdə olan binasında 05 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzil 4 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 191,00 kv.m., mənzilin ümumi dəyəri 219841 manat təşkil edir. - Cavabdeh1 MMC-nin 29 yanvar 2020-ci il tarixli maliyyə arayışına əsasən X11 tərəfindən 219841 manat tam şəkildə ödənilmişdir, onun heç bir borcu yoxdur. - Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış “yaşayış binasında mənzil tikintisi haqqında” 15 fevral 2016-cı il tarixli müqaviləyə əsasən ünvan 2 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşmiş Cavabdeh1 MMC-nin tikilməkdə olan binasında 10 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzil 4 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 227,9 kv.m., mənzilin ümumi dəyəri 455800 manat təşkil edir. - Cavabdeh1 MMC-nin 15 fevral 2016-cı il tarixli maliyyə arayışına əsasən İddiaçı tərəfindən 15 fevral 2016-cı il tarixli müqavilə üzrə ümumi pay dəyəri 455800 manat ödənilmişdir. Payçı tərəfindən ödəniş tam şəkildə həyata keçirilmişdir. - Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında bağlanmış “yaşayış binasında mənzil tikintisi haqqında” 14 may 2022-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşmiş Cavabdeh1 MMC-nin tikilməkdə olan binasında 10 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzil 4 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 227,9 kv.m., mənzilin ümumi dəyəri 376035 manat təşkil edir. - Cavabdeh1 MMC-nin 14 may 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 tərəfindən 376035 manat tam şəkildə ödənilmişdir, onun heç bir borcu yoxdur. - Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədovun 04 iyul 2023-cü il tarixdə təsdiq edilmiş ittiham aktına əsasən X4 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib külli və xüsusilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş və hüquq verən digər rəsmi sənədi istifadə etmək məqsədi ilə təkrar saxtalaşdırmış və qanunsuz hazırlamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin çıxarışına əsasən ünvan 5, mənzil 10 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, giriş 144, M4, m2) tam mülkiyyət hüququ ilə Cavabdeh3 adına xx.xx.2025-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. - İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, tərəflər arasında müqavilə bağlanmış və payçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, lakin mənzil iddiaçıya təhvil verilməmişdir. Müqavilə üzrə mövcud olan mənzilin 5 (beş) gün müddətində iddiaçıya təhvil verilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 MMC-ni xəbərdar etmişdir. - Bakı İstintaq Təcridxanasında saxlanılan X10 məhkəməyə ünvanladığı xx.xx.2025ci il tarixli ərizəsinə əsasən o, 2010-cu ildən 2019-cu ilin sentyabr ayına kimi Cavabdeh1 MMC-də direktor olmuşdur. 15 fevral 2016-cı il tarixdə ünvan 2 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın 1-ci giriş 3-cü mərtəbədə 4 otaqlı 191 kv.m. 05 nömrəli mənzilin alqı-satqı müqaviləsi onun tərəfindən imzalanmışdır. Maliyyə arayışı tərtib edilərək mənzil tərəfə təhvil verilmişdir. Eyni zamanda 15 fevral 2016-cı il tarixdə ünvan 2 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın 1-ci giriş 4-cü mərtəbədə 4 otaqlı 224,4 kv.m. 10 nömrəli mənzilin alqı-satqı müqaviləsi onun tərəfindən imzalanmışdır. Maliyyə arayışı tərtib edilərək həmin tarixdə həmin tərəfə təhvil verilmişdir. İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 2 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın (4 otaqlı, 191.00 kv.m.) 05 nömrəli və (4 otaqlı, 227.9 kv.m.) 10 nömrəli mənzillərin əvvəlcə onunla bağlanmış xx.xx.2016-cı il tarixli müqavilələr əsasında tam dəyərini ödəyərək almışdır. Mübahisəli mənzillər cavabdehlər X11 və X9 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 müxtəlif tarixlərdə təkrarən satılmışdır. X1 mənzilləri çoxsaylı şəxslərə satması və qeyri-qanuni fəaliyyətinə dair Baş Prokurorluğun ittiham aktı mövcuddur. Həmçinin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın (4 otaqlı, 191.00 kv.m.) 05 nömrəli mənzil üzrə qeydiyyat yoxdur, lakin (4 otaqlı, 227.9 kv.m.) 10 nömrəli mənzil Cavabdeh3 adına xx.xx.2025-ci il tarixdə qeydiyyatdan keçmişdir. Hal-hazırda iddiaçı Cavabdeh2 ilə Cavabdeh1 MMC adından X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi; Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi; ünvan 2 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın (4 otaqlı, 227.9 kv.m.) 10 nömrəli mənzilə dair Cavabdeh3 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli çıxarış üzrə qeydiyyatın ləğv edilməsi; ünvan 2 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın (4 otaqlı, 191.00 kv.m.) 05 nömrəli və (4 otaqlı, 227.9 kv.m.) 10 nömrəli mənzilləri üzərində İddiaçı sahiblik və istifadə hüquqlarının tanınması; Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın 191.00 kv.m, 4 otaqlı olan 05 nömrəli mənzilinin Cavabdeh2 tərəfindən və 227.9 kv.m, 4 otaqlı olan 10 nömrəli mənzilinin Cavabdeh3 tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsini tələb edir, cavabdehlər isə iddia tələbinə etiraz edirlər. Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; - 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlətehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyəriniədalətli ödəmək şərti ilə yol verilə bilər; - 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; - 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsəziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; - 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. - 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. - 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; - 560.3.5.1-ci maddəsinə əsasən alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur. İşin müəyyən edilmiş hallarından məlum olur ki, mübahisəli hər iki mənzil MTK tərəfindən müxtəlif vaxtlarda həm iddiaçıya, həm də cavabdehlərə və üçüncü şəxsə satılmışdır. Hər alıcı tərəfindən öhdəlik icra edilmiş, mənzilin dəyəri tam ödənilmişdir. Hazırda iddiaçı MTK-ya qarşı iddia qaldıraraq müqavilə üzrə öhdəliyinin icrasını, mənzilin ona təhvil verilməsi və mənzildən istifadəyə maneələrin qadağan edilməsini xahiş etmişdir. Paralel olaraq MTK-nın vəzifəli şəxsi X3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələri ilə cinayət işi açılmış, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Məhkəmə təcrübəsində analoji mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 452-ci maddəsinin müddəaları əsasında həll olunur. Fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələrini özündə əks etdirən MM-in 452-ci maddəsində 3 dispozisiya şərti nəzərdə tutulmuşdur: kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər (birinci dispozisiya şərti); bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır (ikinci dispozisiya şərti); əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir (üçüncü dispozisiya şərti). Göründüyü kimi ikinci dispozisiya şərti dominant xarakter daşıdığından əmlakın bir neçə şəxsə satılması halında onun mövcudluğu digər şərtləri aradan qaldırır. Əmlak bir neçə şəxsə satılarsa və ikinci dispozisiya şərti mövcud olmazsa, bu halda üçüncü dispozisiya şərti tətbiq edilir, yəni, tarix ardıcıllığı ilə ilkin müqavilə bağlayan şəxs, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürən şəxs üstün hesab edilir. Məhkəmə qeyd edir ki, mənzilə mülkiyyət hüququnu əmlaka dair hüquq yaradan müqaviləni birinci bağlamış şəxs əldə edir. Eyni zamanda, əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd olunan hüquq normasında “mülkiyyət hüququ ilə verilmə” anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Həmin maddənin tələblərinə görə mənzil üçüncü şəxsin sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzilə tələb hüququ aradan qalxmış olur. Mübahisəli mənzillərin cavabdehlərin sahibliyi və istifadəsində olması müəyyən edilmişdir. Belə ki, Cavabdeh1 MMC ilə ünvan 5 ünvandakı 5 nömrəli mənzillə bağlı 20 may 2015-ci il tarixdə X4 arasında, 15 fevral 2016-cı il tarixdə İddiaçı arasında, 29 yanvar 2020-ci il tarixdə isə cavabdeh X11 arasında müqavilələr bağlanmışdır. Sözügedən mənzil cavabdeh X7 təhvil verilmişdir. Belə ki, məhkəmə tərəfindən keçirilmiş yerində müayinə prosesssual hərkəti zamanı müəyyən edilmişdir ki, 5 nömrəli mənzil tam əsaslı təmir olunmuşdur. Hal-hazırda cavabdeh X11 təxminən dörd ildir ki, həmin mənzildə ailə üzvləri ilə yaşayır. Digər mənzil - ünvan 5 ünvandakı 10 nömrəli mənzil bağlı Cavabdeh1 MMC ilə 15 fevral 2016-cı il tarixdə İddiaçı arasında 14 may 2022-ci il tarixdə isə Cavabdeh3 arasında müqavilələr bağlanmışdır. Sözügedən mənzil Cavabdeh3 təhvil verilmişdir. Eyni zamanda xx.xx.2025-ci il tarixdə cavabdeh mənzilə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıraraq çıxarış əldə etmişdir. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə prosesssual hərkəti zamanı müəyyən edilmişdir ki, 10 nömrəli mənzil tam əsaslı təmir olunmuşdur. Hal-hazırda Cavabdeh3 təxminən üç ildir ki, həmin mənzildə ailə üzvləri ilə yaşayır. Göründüyü kimi, mənzillər cavabdehlər tərəfindən tam təmir etdirilmiş və hal-hazırda onlar mübahisəli mənzillərdə yaşayırlar. Məhkəmə qeyd edir ki, hazırki halda mübahisəli mənzillərlə bağlı təqdim edilmiş müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bundan əlavə iddiaçı mübahisəli mənzillərin cavabdehlərin qanunsuz istifadəsində olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı qanunsuz istifadə halı müəyyən edilmədi. Belə ki, hər iki cavabdehin mənzillərə dair hüquqmüəyyənedici sənədləri iş materiallarına əlavə edilmişdir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərinə əsasən, iddia irəli sürmüş şəxs mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Hazırki işdə birinci şərt, eləcə də üçüncü şərt müəyyən olunmur. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və X4 cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC, X11 və X9 qarşı “müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi, çıxarış üzrə qeydiyyatın ləğv edilməsi, sahiblik və istifadə hüquqlarının tanınması və mənzillərin boşaldılaraq təhvil verilməsi” barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və X4 cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC, X11 və X9 qarşı “müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi, çıxarış üzrə qeydiyyatın ləğv edilməsi, sahiblik və istifadə hüquqlarının tanınması və mənzillərin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar