Məhkəmə qərarları › İş №e-2(004)-3675/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3675/2025

02.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3675/2025 02.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi Mahmudzadə Sabrina Ramiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdənçıxma müqaviləsini etibarsız hesab edərək onun işə bərpa olunmağı və məcburi proqula görə əmək haqqı almağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2003-cü il tarixdən 17 K №li əmrlə X12 X2 rayon kənd içməli su Təchizatı müəssisəsində 2-ci qaldırıcı n/s-ya maşinist vəzifəsinə qəbul edilmişdir. Düz 22 il müxtəlif vəzifələrdə cavabdeh təşkilatda qüsursuz və heç bir intizam tənbehi almadan işləmişdir. 2024-cü ilin oktyabr ayında X3 birləşdirilərək "xxxx" ASC-nin X14 İdarəsi adlandırılmış və bu zaman struktur dəyişiklikləri ilə əlaqədar olaraq həmin idarədə ştat ixtisarı aparılmışdır. O, həmin idarədə qüsursuz işlədiyinə baxmayaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi və 78-ci maddəsinin 1-ci bəndinin tələblərini pozan cavabdeh onu qanunsuz və əsassız olaraq əmək müqaviləsini ləğv etməklə ştatların ixtisarı adı ilə işdən çıxarmışdır. Onun əmək kitabçasında işdən çıxarılmanın tarixi xx.xx.2024-cü il tarix göstərilmişdir. Qeyd etmişdir ki, onun əmək kitabçası xx.xx.2024-cü il tarixdə yazılmış olsa da, o, təxminən 15 gün sonra İdarəyə gedərək əmək kitabçasını ala bilmişdir. Lakin, İdarə rəhbərliyi ona əmək kitabçasının nə vaxt təqdim olunması barədə arayış verməkdən imtina edir. O, xx.xx.2024-cü il tarixdə elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu qanunsuzluq barədə müraciət etmişdir. Həmin təşkilatdan xx.xx.2024-cü il tarixli 3-17-5/2-D-93293/2024 saylı məktubla ona bildirilmişdir ki, “müraciəti ilə əlaqədar işəgötürən tərəfindən cavab ala bilmədiklərindən bu barədə ona əlavə məlumat veriləcəkdir və o, məhkəməyə müraciət edə bilər”. O, məhkəməyə müraciət etmək məqsədi ilə əvvəlcədən 1 saylı X1 Horadiz filialına müraciət etmişdir. Müraciəti xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış və bu barədə ona “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.8 maddəsi ilə xx.xx.2024-cü il tarixdə arayış verilmişdir. O, hüquqlarını bilmədiyindən Mediasiya Təşkilatının texniki işçiləri onun işə bərpa olunmağı üçün ona kömək etmək məqsədi ilə iddia ərizəsi yazmışlar. Çox təəssüf ki, iddia ərizəsi tərtib edən şəxs qanunu bilmədiyindən ərizəni aidiyyatı üzrə Füzuli rayon Məhkəməsinə deyil, Şirvan İnzibati Məhkəməsinə göndərmişlər. Bundan 2 ay ötdükdən sonra mən başa düşmüşəm ki, ərizənin tərtibatında yalnışlığa yol verilmişdir. Ona görə də bunu izah etməklə Şirvan İnzibati Məhkəməsinə işin geri qaytarılması barədə teleqramla müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsi xx.xx.2025-ci il tarixli, 2-1(120)-2601/2025 saylı qərardadla işi geri qaytarmışdır. Yuxarıdakıları əldə əsas tutaraq müddətin ötürülməsi barədə ərizəsini işə əlavə edərək yuxarıdakı sənədləri sübut növü kimi təqdim edərək ötmüş müddəti bərpa edərək iddia ərizəsinə baxılmasını istəyir. Onun əmək kitabçasında işdənçıxma səbəbi kimi ştatların ixtisarı göstərilərək Əlavə olaraq qeyd etmişdir ki, onun pensiya yaşının tamam olmağına təxminən 2 il yarım qalmışdır. Lakin, müdriyyət uzun illər həmin idarədə işlədiyinə baxmayaraq ştatlar ixtisar edilən zaman bunu nəzərə almamışdır. Bildirmişdir ki, o, həmin İdarədə tutduğu peşə üzrə istənilən mexanizmin idarə olunmasında bir maşinist kimi müxtəlif vəzifələrdə, ən çətin anlarda, ən çətin vəziyyətdə belə qüsursuz işləmiş və bu sahədə artıq 22 il peşakar kimi təcrübəli iş stajı vardır. Lakin, son 10 il ərzində müxtəlif peşələrə, vəzifələrə qəbul olunmuş, nisbətən təcrübəsiz, hətta, maşın və mexanizmlərdən kifayət qədər başı çıxmayan bir çox işçilər ştatlar ixtisar olunan zaman yuxarıda qeyd etdiyi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsində qeyd olunmasının əksinə olaraq işdə saxlanılmışlar. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi haqqında ərizə məhkəməyə təqdim edərək, 24 oktyabr 2024-cü il tarixli, 645/K saylı əmrin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa edilməyini və məcburi iş buraxma müddətinə görə əmək haqqının cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, o, 2003-cü ildən Füzuli Sukanal İdarəsində maşinist vəzifəsində işləmişdir. İşlədiyi son 1 ildə isə ona peşəkarlıq səviyyəsi verilərək əmək haqqısı qaldırılmışdır. Daha sonra struktur dəyişikliyi edilən zaman maşinistlərin öz vəzifəsində qalacağı bildirilmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, sonuncu iş yeri Füzuli Şəhər Sukanal İdarəsində, maşinist vəzifəsi olmuşdur. Xəbərdarlıq ümumi formada hamıya edilmişdir. Əmr ona verilməyib. Əmək kitabçasını isə özü gedib götürmüşdür. O, Füzuli rayonunda yaşayır. Maliyə texnikomunu bitirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, hazırda Füzuli Sukanal İdarəsi Meliorasiya Xidmətinin tərkibindədir və onların qurum olaraq onlara işçinin yerləşdirilməsi ilə bağlı göstəriş vermək səlahiyyətləri yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Qarabağ regional Şöbəsinin İddiaçı ünvanladığı 17 dekabr 2024-cü il tarixli məktubuna əsasən tərəflərindən Nazirliyin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən onun əmək müqaviləsi bildirişinə işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xx.xx.2024-cü il tarixində xitam verildiyi müəyyən edilmişdir. Məsələ ilə bağlı əvvəlcə X10 Sistemlərinin İstismarı İdarəsinə, daha sonra Füzuli Suvarma və Melorasiya Sistemləri İdarəsinə sorğu xarakterli məktublar ünvanlasalar da, bu günə qədər cavab məktubu və müafiq sənədlər təqdim edilməmidir. Bu səbəbdən müraciətin araşdırılması baş tutmamışdır. İşəgötürən tərəfindən cavab məktubları və müvafiq sənədlər təqdim ediləcəyi təqdirdə ona əlavə məlumat veriləcəyi bildirilmişdir. Müraciətində qeyd etdiyi məsələlərin həlli ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. - İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə “X11” X2 rayon X7 müəssisəsində İİ qaldırıcı n/s-ya maşinist peşəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin X5 İdarəsi bağlanmış əmək müqaviləsinə əsasən Füzuli Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun Zobcuq İİ qaldırıcı n/s-na 2-ci dərəcə ilə nasos qurğularının maşinisti peşəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixində bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə ləğv edilmişdir. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş Ştat cədvəlinə əsasən müəyyən edilir ki, Füzuli Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun Zobcuq İİ qaldırıcı n/s-də nasos qurğularının maşinisti ştatı üzrə cəmi 6 ştat vahidi mövcuddur. - “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X16 tərəfindən "xxxx" ASC-nin X5 İdarəsi bağlanmış əmək müqaviləsinə əsasən Füzuli Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun Zobcuq İİ qaldırıcı n/s-nın nasos qurğularının maşinisti İddiaçı “ştat vahidinin ixtisara düşməsi barədə” xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişi ünvanlanmışdır. - “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X13 X5 İdarəsinin Həmkarlar komitəsinin xx.xx.2024-cü il tarixli 02 saylı protokolunun surətindən görünür ki, təsdiq edilmiş ştat cədvəlinə əsasən ştat vahidlərinin ixtisarı ilə əlqədar adları qeyd olunan işçilərinin – (İddiaçı) əmək müqavilələrinə ləğv edilməsinə etiraz edilmədiyi qərara alınmışdır. - “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X13 X5 İdarəsinin müraciəti üzrə Həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) ləğv edilməsinə etiraz edilmir. - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X16 X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, 645/K saylı əmrindən görünür ki, X5 İdarəsinin Füzuli Sukanal sahəsinin nasos qurğularının maşinisti İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 19 təqvim günü pul əvəzi ödənilməlidir. - Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin 002/f saylı, 29 may 2025-ci il tarixli əmrinə əsasən “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X13 işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 160 ştat vahidi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 76.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 70ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Əmək Məcəlləsinin 77.4-cü maddəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Əmək Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 X5 İdarəsi Füzuli Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun Zobcuq İİ qaldırıcı n/s-na nasos qurğularının maşinisti İddiaçı “ştat vahidinin ixtisara düşməsi barədə” xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişi ünvanlanmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, 645/K saylı əmrinə əsasən işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. İşəgötürənin müraciəti üzrə Həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə etiraz edilməmişdir. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X13 xx.xx.2024-cü il tarixdən etibarən qüvvədə olan Ştat cədvəlinə əsasən Zobcuq İİ qaldırıcı n/s-də nasos qurğularının maşinisti vəzifəsi üzrə 6 ştat vahidi mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi iddiaçının tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı göstərilmişdir. Hal-hazırda təqdim edilmiş ştat cədvəlində də Zobcuq İİ qaldırıcı n/s-də nasos qurğularının maşinisti vəzifəsinin 6 ştatın mövcud olduğu müəyyən olunur. Göründüyü kimi, məhkəmə araşdırması zamanı ştatın ixtisarı faktı iş materialları ilə öz təsdiqini tapmamışdır. Eyni zamanda, iddiaçının yeni şöbə yaradılarkən əmək məcəlləsi ilə müəyyən edilən üstünlük hüququ və iş təcrübəsi nəzərə alınmamışdır. Belə ki, iddiaçı 2003-cü ildən həmin müəssisədə nasos qurğularının maşinisti vəzifəsində çalışırdı. Digər tərəfdən məhkəmə hesab edir ki, həmkarlar ittifaqının müvafiq qərarı formal xarakter daşıyır. Belə ki, X5 İdarəsinin Həmkarlar komitəsinin xx.xx.2024-cü il tarixli 02 saylı protokolundan da görünür ki, protokolun iştirakçıları arasında iddiaçı yoxdur, iddiaçı dəvət edilməmiş və ümumiyyətlə bu məsələ ilə bağlı iclasın keçiriləcəyinə dair məlumatlandırılmamışdır. Məhkəmə qeyd edir ki, işəgötürənin effektiv iqtisadi fəaliyyətinin həyata keçirilməsi üçün kadr fəaliyyətini həyata keçirmək, o cümlədən işçiləri qəbul etmək, onları vəzifələrə təyin etmək və əmək müqavilələrinə xitam vermək hüququ vardır. Lakin, o, bu hüquqdan işçinin Əmək Məcəlləsi ilə müəyyən olunmuş təminatlarını gözləməklə istifadə etməlidir. İşçilərinin sayının və ya ştatların ixtisarının aparılması müəssisədə idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədilə müəyyən edilmiş vəzifə və ya struktur üzrə bir və ya bir neçə ştat vahidinin ləğv edilməsi başa düşülür. Bu zaman konkret vəzifə ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılır, eyni və ya oxşar funksiyaları həyata keçirən bütün işçilər isə ixtisar olunur. Bu elə hallarda mümkün ola bilər ki, işəgötürənin fəaliyyətində baş verən dəyişikliklər nəticəsində mövcud olan vəzifəyə zərurət aradan qalxsın. Ştat cədvəlində bir adla müəyyən olunan vəzifənin çıxarılması, lakin eyni funksiyaları həyata keçirən ştatların başqa adla əlavə edilməsi (saxlanılması) ixtisarın real olmamasının göstəricisidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin 300.2-ci maddəsinə əsasən işəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Məhkəmə hesab edir ki, İddiaçı işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 tərəfindən İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin olunmalı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, 645/K nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 X5 İdarəsinin Füzuli sukanal sahəsinin nasos qurğularının maşinisti vəzifəsinə bərpa edilməli, İddiaçı işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 X5 İdarəsininxx.xx.2024-cü il tarixli, 645/K nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 X5 İdarəsinin Füzuli sukanal sahəsinin nasos qurğularının maşinistivəzifəsinə bərpa edilsin. İddiaçı işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar