Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3679/2022 22.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar X1 və İddiaçı1 cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinin açıq hərracdan satılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X6 və İddiaçı1 cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinin açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda 0,0756 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,4 kvadrat metr, yaşayış sahəsi 40,8 kvadrat metr, yardımçı sahəsi 35,6 kvadrat metr olan fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin 1/2 hissəsinin iddiaçılar İddiaçı1 və X4 ödənilməsi, vəsaitin qalan 1/2 hissəsinin X7 vərəsələri arasında miras payı kimi müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla, xx.xx.2014 tarixli RX seriya ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla ev üzərində İddiaçı1 (1/4 hissədə), X2 (1/4 hissədə) və cavabdehlərin mərhum atası X7 (1/2 hissədə) mülkiyyət hüquqları qeydiyyata alınmışdır. X11 27.01,2021-ci il tarixdə vəfat etmişdir. Onun birinci növbə vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X5r. Cavabdehlər atalarının ölümündən 1 il 6 ay keçməsinə baxmayaraq, atalarından qalan miras əmlak üzərində vərəsəlik hüquqlarının müəyyən edilməsi və mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı hərəkət etmirlər. Bu isə iddiaçıların mülkiyyət hüquqlarım pozur. Belə ki, hazırki mərhələdə iddiaçılar həmin əmlakın açıq hərracdan satılaraq, əldə olunan məbləğdən mülkiyyət paylarına uyğun hissəni götürmək niyyətindədirlər. Bu səbəbdən, iddiaçılar əmlakın hərracdan satılmasını və satışdan əldə olunan məbləğdən paylarına düşən hissənin onlara ödənilməsini zəruri hesab edirlər. Əmlak üzərində mülkiyyət hüququnun paylı olması və paya münasibətdə vərəsəlik məsələsinin cavabdehlər tərəfindən öz aralarında həll edilməməsi, əmlakın hərracdan satılmasına maneə deyildir. Cavabdehlər tərəfindən miras payına dair vərəsəlik məsələsinin həll edilməməsi, iddiaçıların mülkiyyət hüquqlarının pozulmasına əsas ola bilməz. Hazırki mübahisənin predmeti olan əmlakın bölgüsünün aparılmasına dair iddiaçıların tələbi, Qazax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(023)-368/2014 saylı qətnaməsi ilə təmin edilməmiş, evin bölgüsünün aparılmasının mümkün olmadığı qət edilmişdir. Bu səbəbdən, MM-nin 220.6-cı maddəsinə uyğun olaraq, hazırda iddiaçıların mülkiyyət hüquqlarının reallaşması, yalnız evin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin 1/2 hissəsinin iddiaçılara ödənilməsi, vəsaitin qalan 1/2 hissəsinin X7 vərəsələri arasında miras payı kimi müəyyən edilməsi yolu ilə mümkündür. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilmiş, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barələrində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol veilrmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. İş materiallarına əsasən müəyyən edilir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli 2(023)-368/2014 saylı qətnaməsinə əsasən, hazırki iş üzrə mübahisə predimeti olan əmlakın naturada bölünməsi bölgüsünün aparılmasına dair iddia tələbi təmin edilməmiş, evin bölgüsünün aparılmasının mümkün olmadığı qət edilmişdir. İddiaçılar isə cavabdehlərdən öz paylarının dəyərinin onlara ödənilməsini tələb etməmiş, bu barədə sənədi məhkəməyə təqdim etməmişlər. Məhkəmə qeyd edir ki, mübahisə predimeti olan əmlakın naturada bölünməsi mümkün olmadığından iddiaçılar öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etməli, digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, yalnız bundan sonra əmlakın açıq hərracdan satılaraq bölünməsi tələbi ilə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-cimaddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar X1 və İddiaçı1 cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinin açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi iddiaçılar tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilmədiyindən baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260-cı və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar X1 və İddiaçı1 cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinin açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3679/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3679/2022
22.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver