Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3684/2025 25.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Maraqlı şəxs2, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsi maraqlı şəxslər qismində cəlb edilməklə) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Maraqlı şəxs2, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsi maraqlı şəxslər qismində cəlb edilməklə) “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X7 doğum tarixi xx.xx.2023-cü il, doğum yeri Quba rayonu, ana Maraqlı şəxs2 və atanın isə naməlum olması göstərilməklə doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra – Nazirlik) həvalə edilmiş səlahiyyətlərdən irəli gələrək sosial xidmət müəssisələrində olan uşaqlarla aparılan işlər çərçivəsində hazırda 1 nömrəli Körpələr evində məskunlaşmış X7 (ad, soyad, ata adı şərtidir) doğum haqqında şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. Qiymətləndirmə zamanı adıçəkilən uşağın Quba Rayon Mərkəzi Xəstəxanasında Maraqlı şəxs2 ilə Elgün adlı şəxsin nikahdankənar münasibətindən dünyaya gəldiyi, Maraqlı şəxs2 uşaq dünyaya gəldikdən sonra bir müddət Sumqayıt şəhərində rəfiqəsinin evində yaşayaraq kafedə qabyuyan işlədiyi, müəyyən müddətdən sonra isə uşağın ehtiyaclarını ödəyə bilmədiyindən onun müəssisəyə yerləşdirilməsi ilə bağlı müraciət etdiyi müəyyən edilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsinə uyğun olaraq Z.Səfərova xx.xx.2024-cü il tarixində baxımsız vəziyyətdə qaldığından ailədən çıxarılaraq müvəqqəti Sumqayıt şəhər Uşaq Xəstəxanasına (bundan sonra – Xəstəxana) yerləşdirilmişdir. Uşağın Xəstəxanada müalicə müddəti bitdikdən sonra Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin (bundan sonra – Agentlik) xx.xx.2024-cü il tarixli 3-17-3/3-3-179/2024 nömrəli Qərarı əsasında 1 nömrəli Körpələr Evinə yerləşdirilməsi təmin edilmişdir (qərarın surəti əlavə olunur). Adıçəkilən uşağın doğumunun qeydə alınması üçün Nazirlik tərəfindən xx.xx.2024-cü il tarixli 3-17/2-9789/2024 nömrəli məktubla Yasamal Rayon Qeydiyyat Şöbəsinə müraciət olunmuşdur (məktubun surəti əlavə olunur). Yasamal Rayon Qeydiyyat Şöbəsinin Nazirliyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-5/8-10/3594/24 nömrəli cavab məktubunda doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün doğumun qeydiyyata alınmasının mümkün olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur (məktubun surəti əlavə olunur). Uşağın doğum haqqında tibbi şəhadətnaməsinin əldə edilməsi üçün Nazirlik tərəfindən Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi X18 (bundan sonra – TƏBİB) xx.xx.2025-ci il tarixli 3-17/2- 2599/2025 nömrəli məktub ünvanlanmışdır(məktub surəti əlavə olunur). TƏBİB-dən Nazirliyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 18-1-56/2-591/2025 nömrəli cavab məktubunda Maraqlı şəxs2 tərəfindən uşağın doğumunu təsdiq edən sənədlər təqdim edilmiş, lakin uşağı dünyaya gətirərkən Maraqlı şəxs2 şəxsiyyət vəsiqəsi olmadığı üçün doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməsi mümkün olmamışdır (məktubun surəti və doğumu təsdiq edən sənədlər əlavə olunur). Məlumat üçün bildiririk ki, Maraqlı şəxs2 şəxsiyyətini təsdiq edən sənədi hələ də əldə etməmişdir. Hazırda uşağın şəxsiyyətini təsdiq edən heç bir sənədi olmadığından səhiyyə xidmətlərindən istifadə edə bilməsi üçün yaşayış yeri üzrə poliklinikadan qeydiyyatdan keçə bilmədiyini, gələcəkdə də təhsildən yayınacağını, bundan əlavə övladlığa verilə bilən statusu almasının mümkün olmadığını nəzərə alaraq, habelə aşağıda qeyd edilən müddəaları rəhbər tutaraq uşağın doğum faktının müəyyən olunmasını zəruri olduğunu bildirirlər. Məhkəmə iclasında iştirak edən ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X11 iddia tələbini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan valideyn himayəsindən məhrum olmuş uşağın müəssisəyə yerləşdirilməsinə dair xx.xx.2024-cü il tarixli 3-17-3/3-3-179/2024 nömrəli qərara əsasən valideyn himayəsindən məhrum olmuş X7 ünvan 2 ünvanında yerləşən 1 nömrəli Körpələr Evinə yerləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17/2-9789/2024 saylı məktubunda qeyd edilmişdir ki, “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra - Nazirlik) həvalə edilmiş səlahiyyətlərdən irəli gələrək sosial xidmət müəssisələrində olan uşaqlarla aparılan işlər çərçivəsində çərçivəsində hazırda Azərbaycan Uşaqları İctimai X3 məskunlaşmış Cabbarova Melisanın (ata adı məlum deyildir), “Ümid Yeri" Uşaq Sığınacağında məskunlaşmış Şahinin (soyad və ata adı məlum deyildir), X8, 2 saylı Uşaq Evində məskunlaşmış Məhəmmədin (soyad və ata adı məlum deyildir), 1 nömrəli Körpələr Evində məskunlaşmış Nəbiyeva Mavinin (ata adı məlum deyildir), X13, X14, X7, X10, X5 və X9 doğum haqqında şəhadətnamələrinin olmadığı müəyyən edilmişdir. Adıçəkilən uşaqlarla bağlı doğumun qeydə alınması üçün dəstəyin göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-5/8-10/35 nömrəli cavab məktubunda doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün doğumun qeydiyyata alınmasının mümkün olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17/2-2599/2025 saylı məktubunda qeyd edilmişdir ki, “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2022-ci il tarixli 1599 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra – Nazirlik) həvalə edilmiş səlahiyyətlərdən irəli gələrək valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrində olan uşaqlarla aparılan işlər çərçivəsində hazırda 1 nömrəli Körpələr Evində məskunlaşmış şərti adı Səfərova Zəhra olan uşağın (ata adı məlum deyildir) doğum haqqında şəhadətnaməsinin olmadığı məlum olmuşdur. Qiymətləndirmə nəticəsində Səfərova Zəhranın xx.xx.2023-cü il tarixində Maraqlı şəxs2 tərəfindən Quba şəhər Mərkəzi xəstəxanasında qeyri-rəsmi nikah münasibətindən dünyaya gəldiyi, ananın şəxsiyyət vəsiqəsinin və uşağın doğum haqqında şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. Adıçəkilən uşağın doğum haqqında şəhadətnaməsinin əldə edilməsi üçün “Forma 103” və ya doğumu təsdiq edən sənədlərin verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Quba Rayon Mərkəzi Xəstəxanası” X15 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2025-ci il tarixli 18-1-56/2-591/2025 saylı məktubunda qeyd edilmişdir ki, Xaçmaz şəhər sakini Maraqlı şəxs2 tərəfindən xx.xx.2023cü il tarixində saat 11:00 radələrində Quba RMX PHŞ-da diri, v/əvvəl, cinsi qadın, çəkisi- 2400 qr., boyu-44 sm. olan uşaq dünyaya gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 xx.xx.2025-ci il tarixli 262 nömrəli ekspert rəyinə əsasən X1 yaşı 2-2,5 ilə uyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Ailə Məcəlləsinin 166.2-1-ci maddəsinə əsasən, doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarın 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 Rayon Mərkəzi Xəstəxanasında Maraqlı şəxs2 ilə Elgün adlı şəxsin nikahdankənar münasibətindən dünyaya gəlmişdir. Maraqlı şəxs2 uşaq dünyaya gəldikdən müəyyən müddət sonra uşağın ehtiyaclarını ödəyə bilmədiyindən onun müəssisəyə yerləşdirilməsi ilə bağlı müraciət etmişdir. Bununla da X12 ünvan 2 ünvanında yerləşən 1 nömrəli Körpələr Evinə yerləşdirilmişdir. Adıçəkilən uşağın doğumunun qeydə alınması üçün Nazirlik tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17/2-9789/2024 saylı məktubla Yasamal Rayon Qeydiyyat Şöbəsinə müraciət olunmuş, Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün doğumun qeydiyyata alınmasının mümkün olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Uşağın doğum haqqında tibbi şəhadətnaməsinin əldə edilməsi üçün Nazirlik tərəfindən Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi X18 xx.xx.2025-ci il tarixli 3-17/2- 2599/2025 nömrəli məktub ünvanlanmış, TƏBİB-dən Nazirliyə ünvanlanmış cavab məktubunda Xaçmaz şəhər sakini Maraqlı şəxs2 tərəfindən xx.xx.2023-cü il tarixində saat 11:00 radələrində Quba RMX PHŞ-da diri, v/əvvəl, cinsi qadın, çəkisi-2400 qr., boyu-44 sm. olan uşağın dünyaya gəldiyi qeyd edilmişdir. Lakin uşağı dünyaya gətirərkən Maraqlı şəxs2 şəxsiyyət vəsiqəsi olmadığı üçün doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməsi mümkün olmamışdır. Uşağın yaşının müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 xx.xx.2025-ci il tarixli 262 nömrəli ekspert rəyinə əsasən X1 yaşının 2-2,5 ilə uyğun gəldiyi qeyd edilmişdir. Hazırda uşağın şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığı üçün təhsildən yayındığını nəzərə alaraq, uşağın doğum faktının müəyyən olunması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X7 xx.xx.2023-cü il tarixdə Quba rayonunda doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X7 doğum tarixi xx.xx.2023-cü il, doğulduğu yer Quba rayonu, ana qrafasında – Maraqlı şəxs2, (milliyyəti azərbaycanlı), ata qrafası naməlum olmaqla məlumatlar göstərilməklə ona doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 305, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X7 xx.xx.2023-cü il tarixdə Quba rayonunda doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X7 doğum tarixi xx.xx.2023-cü il, doğulduğu yer Quba rayonu, ana qrafasında – Maraqlı şəxs2, (milliyyəti azərbaycanlı), ata qrafası naməlum olmaqla məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X7 adına göstərilən məlumatlar əsasında doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3684/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3684/2025
25.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver