Məhkəmə qərarları › İş №e-2(004)-370/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-370/2025

18.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-370/2025 18.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Ə.Əliyev adına Azərbaycan X1rşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ə.Əliyev adına Azərbaycan X1rşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdeh Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun ümumi rezidentura təhsil pilləsində oxuduğu cərrahiyyə ixtisasına bərpa olunmağı və ümumilikdə 2015 manat maaşının ona ödənilməsinə dair məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2013-2019-cu illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsinin əyani şöbəsində oxumuş, həmin fakültəni bitirdikdən sonra 2019-cu ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun ümumi cərrahiyyə ixtisasında rezidentura təhsil pilləsində oxuyurdu. Həmin institunun rektoru X10r. O, eyni zamanda həmin institutda Plastik və Ümumi Cərrahiyyə kafedrasının müdiridir. Nazim Qasımov ilk əvvəl onun və digər əməkdaşların əli ilə cərrah Səbuhi Xəlilovu sıxışdırmaq istəyirdi. O, bunu etmədikdə rektor irad tutmağa başlamış, işə 3- 5 dəqiqə geciməni ona irad tuturmuş, o, Xırdalan şəhərində yaşadığından nəqliyyat vasitələrinin tıxac yaratmasına görə hərdən bir neçə dəqiqə gecikmişdir. 2024-cü ilin aprel ay 15-17-də həyat yoldaşı X9 cərrahi əməliyyat olunmalı idi. Elmi rəhbəri İbrahim Mirzəliyevdən icazə almış bu işlə məşğul olduğundan həmin gün işdə olmamışdır. Nəhayət, Nazim Qasımov 01 may 2024-cü il tarixdə onu işdən çıxarmışdır. Onu da qeyd edir ki, o, axırıncı dəfə 02 mart 2023-cü il tarixdə rəsmi xəbərdar olunmuşdur. Həmin vaxtdan sonra hər hansı bir nöqsanı olmamışdır.Yuxarıda qeyd etdiyi kimi bütün bunları bəhanə edən rektor X15 01 may 2024-cü il tarixdə onu qanunsuz işdən azad etmişdir. Bu iddia ilə əlaqədar o, Mediasiya şurasına müraciət etmişdir. Qarşı tərəf iştirak etmədiyi üçün ona mediasiyadan arayış verilmişdir. Ona görə də, işə bərpa olunmağını, əsassız yerə 01 may 2024-cü il tarixdən 2024-cü ilin sentyabr ayının bu gününədək hər ay 403 manat olmaqla, cəmi 2015 manat maaşının ona ödənilməsini tələb edir. Cavabdeh Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə iddiaya etiraz verərək, İddiaçı Şixəli oğlunun cavabdeh Ə.Əliyev adına Azərbaycan X1rşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Şixəli oğlunun Ə.Əliyev adına Azərbaycan X1rşı “işə bərpa və əmək haqqının ödənilməsi" tələbinə dair iddiası tamamilə əsassız və qanunsuz olduğundan hesab edirlər ki, təmin olunmamalıdır. Belə ki, İddiaçı Şixəli oğlu ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu arasında İnstituta “Ümumi cərrahiyyə” ixtisası üzrə həkim-rezident vəzifəsinə işə qəbul olunması barədə xx.xx.2019-cu il tarixli, 122 saylı Əmək müqaviləsi bağlanmışdır. Qeyd edilən əmək müqaviləsinin 3.3-cü bəndində deyilir, “İşçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu Əmək funksiyalarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində (Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri) deyilir: Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; İddiaçı Şixəli oğlu tərəfindən əvvəllər də, öz əmək müqaviləsinin 3.3-cü bəndinin və Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərini kobud surətdə pozduğuna görə barəsində dəfələrlə görülmüş intizam tənbehlərindən nəticə çıxarmayaraq 15, 16, 17 aprel 2024-cü il tarixlərdə bütün 3 (üç) iş günü üzrsüz səbəbdən işə gəlməmiş, işə gəlməyəcəyi barədə işə götürənə, öz rəhbərliyinə heç bir məlumat verməmiş və heç bir sənəd təqdim etməmişdir. Bununla da İddiaçı tərəfindən təkrarən qəsdən və ya etinasızlıqla əmək funksiyasını, əmək və icra intizamının normal ahənginin pozulmasına yol verilmişdir. Qeyd edilən intizam pozuntusu ilə bağlı yazdığı xx.xx.2024-cü il tarixli izahatında göstərilən tarixlərdə bütün 3 (üç) iş günü işə gəlməməklə əmək intizamının və müəssisədaxili intizam qaydalarının pozulmasına yol verdiyini etiraf etmiş və şəxsi problemlərlə bağlı olduğunu bildirsə də lakin hər-hansı bir sənəd təqdim etməmişdir (izahatın surəti əlavə olunur). Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri X2 şöbəsinin müdiri tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli Təqrirlə “Ümumi cərrahiyyə” ixtisası üzrə həkim-rezident İddiaçı tərəfindən yol verilmiş intizam pozuntusuna görə onun barəsində müvafiq tədbir görülməsi xahiş edilmişdir (Təqririn surəti əlavə olunur). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun rektoru tərəfindən İnstitutun “Ümumi cərrahiyyə” ixtisası üzrə həkim-rezident İddiaçı tərəfindən əmək vəzifələrinin və funksiyalarının kobud şəkildə pozuntusuna yol verdiyinə görə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə ləğv edilməsinə razılıq verilməsi barədə müvafiq əsaslandırılmış sənədləri əlavə edilməklə xx.xx.2024-cü il tarixli X6 İttifaqı Komitəsinə (HİK) müraciət olunmuşdur (Təqdimatın və sənədlərin surəti əlavə olunur). Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri X4 İttifaqı Komitəsinin sədrinin imzası ilə, İnstitutun rektoru tərəfindən imzalanmış (əmək vəzifələrinin və funksiyalarının kobud şəkildə pozuntusuna yol verdiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə) Təqdimata əsasən, İnstitutun HİK-in iclasının xx.xx.2024-cü il tarixdə, saat 15:00-da keçirilməsi barədə bildiriş İnstitutun “Ümumi cərrahiyyə” ixtisası üzrə həkim-rezident İddiaçı təqdim olunmuş, o isə xx.xx.2024-cü il tarixli imzası ilə bildirişlə tanış olduğunu qeyd etmişdir (Bildirişin surəti əlavə olunur). Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri X4 İttifaqı Komitəsinin Bildirişində qeyd olunan xx.xx.2024-cü il tarixdə, saat 15:00-da İnstitutun “Ümumi cərrahiyyə” ixtisası üzrə həkim-rezident İddiaçı iştirakı ilə İnstitutun HİK-in Rəyasət Heyətinin iclası keçirilmiş, Təqdimatda və əsaslandırıcı sənədlərdə qeyd edilən pozuntular İddiaçı nəzərinə çatdırılmış və ona yol verdiyi kobud pozuntu ilə bağlı hər-hansı bir sənədin təqdim edilməsi təklif olunmuş, lakin qeyd edilən pozuntunun üzrlü sayılması üçün heç bir sənəd təqdim etməmişdir. Hətta HİK-in Rəyasət Heyətinin iclasında da onun şifahi şəkildə həyat yoldaşının əməliyyat olmasını bildirdiyinə görə (tam 3 (üç) iş günü üzrsüz səbəbdən işdə olmaması ilə bağlı) bu faktı təsdiq edən sənədin təqdim edilməsi təklif olunmuşdur, lakin o hər-hansı bir sənədin verə bilməyəcəyini bildirmişdir. İnstitutun HİK-in Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasında aparılan araşdırma zamanı İnstitutun “Ümumi cərrahiyyə” ixtisası üzrə həkim-rezident İddiaçı tərəfindən bütün 3 (üç) iş günü işə gəlməməklə əmək vəzifələrinin və funksiyalarının kobud şəkildə pozuntusuna yol verdiyinə və faktiki pozuntunun üzrlü sayılması üçün hər-hansı bir sənəd təqdim etmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə ləğv edilməsinə razılıq verilmiş və bu barədə İnstitutun HİK-in sədrinin imzası ilə xx.xx.2024-cü il tarixli, HİK-02 saylı cavab məktubu təqdim olunmuşdur (HİK-in Rəyasət Heyətinin iclasının protokolu və cavab məktubu əlavə edilir). Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri X4 İttifaqı Komitəsinin Rəyasət Heyətinin xx.xx.2024cü il tarixli qərarını nəzərə alaraq və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndini (heç bir üzrlü səbəb olmadan bütün 3 (üç) iş günü işə gəlməməklə, öz əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə və funksiyalarının kobud şəkildə pozulması) rəhbər tutaraq, İnstitutun “Ümumi cərrahiyyə” ixtisası üzrə həkim-rezident İddiaçı Şixəli oğlu ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 122 saylı Əmək müqaviləsi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu üzrə verilmiş 01,05.2024-cü il tarixli, 76-k saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmişdir (Əmrin surəti əlavə olunur). Bundan sonra iş üzrə İddiaçı tərəfindən “İşə bərpa və əmək kitabçasına düzəliş edilməsi tələbi ilə” Mediasiya Şurasına və sonra da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinə müraciətlər etmişdir. Adları göstərilən hər iki Mötəbər Təşkilatda iddiaçının tələbləri ətraflı araşdırılaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv olunması barədə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən verilmiş 01,05.2024-cü il tarixli, 76-k saylı əmr verilərkən hər-hansı qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 122 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı ümumi cərahiyyə ixtisası üzrə həkim-rezident vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 2.3-cü yarımbəndinə əsasən bu əmək müqaviləsi DSM əmri ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 5 (beş) il müddətində bağlanılmışdır. Həmin müqavilənin 4.1-ci yarımbəndinə əsasən işçiyə hər ay 346 manat məbləğdə əmək haqqı ödənilir. İş materiallarında olan İddiaçı göndərilmiş “Əmək kitabçasının götürülməsi barədə” bildirişə əsasən Əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq, onunla bağlanmış 122 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Nəzərə çatdırılır ki, həmin tarixdən etibarən əmək kitabçasını X8 təhvil ala biləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru X13 ünvanladığı 12 avqust 2024-cü il tarixli, 3-17-5/2-53964/2024 nömrəli cavab məktubuna əsasən Vətəndaş İddiaçı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə Nazirlik yanında X11 Xidmətinin Bakı şəhər idarəsində baxılmışdır. Təqdim edilmiş sənədlərdən İddiaçı ilə institut arasında bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 76-K nömrəli əmrlə Azərbaycan Respublikasınln Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) ilə xitam verildiyi, son haqq-hesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və işdənçıxarma müavinəti) 566.95 manat (beş yüz altmış altı manat 95 qəpik) məbləğində hesablanaraq ödənildiyi məlum olmuşdur. Təqdim edilmiş sənədlərdən (2023cü ilin may ayından 2024-cü ilin aprel ayınadək olan dövr üzrə iş vaxtının uçotu cədvəlləri, son haqq-hesabın hesablanması cədvəli) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 93-cü maddəsinin (Xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtı) tələbləri pozularaq iş vaxtının həftə ərzində 36 saatdan çox müəyyən edilərək normal əmək və istirahət rejiminə riayət edilmədiyi, həmin Məcəllənin 165-ci maddəsinin (iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi) tələbləri pozularaq son haqq-hesabın düzgün hesablanmadığı müəyyən edilmişdir. Bildirirlər ki, əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar barənizdə Azərbaycan Respublikasınin İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci (normal əmək və istirahət rejiminə riayət edilməməsi) və 192.4-cü (işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilməsi) maddələrinə əsasən xx.xx.2024-cü il tarixində inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2024-cü il tarixli MN1807758 nömrəli nzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı son haqqhesabının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq düzgün hesablanıb tam ödənilməsini təmin edib X11 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat vermilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı 20 avqust 2024-cü il tarixli, 3-17-5/2-M-55939/2024 nömrəli cavab məktubuna əsasən müraciətlə əlaqədar izahatının alınması məqsədilə ünvanına (AZ0400, Ağcabədi rayonu, Poladlı kəndin) 3-17-5/2-M-272072024 saylı xx.xx.2024- cü il tarixli məktub göndərilmiş, Bakı şəhəri üzrə hər hansı DOST mərkəzlərindən birinə dəvət olunsa da, gəlməmiş və əmək haqqı bank çıxarışı təqdim etməmişdir. Araşdırma zamanı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun ünvanına (AZ1065, ünvan 424 saylı xx.xx.2024-cü il tarixli məktubla müraciət olunaraq aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Ə.Əliyev adma Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən X11 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilən sənədlərdən sizinlə institut arasında bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 76-K nömrəli əmrlə Əmək Məcəlləsinin 80-ci maddəsinin (əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar) tələblərinə uyğun olaraq Həmkarlar ittifaqı Komitəsinin razılığı ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud 72-ci maddəsinin “a" bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) ilə xitam verildiyi, son haqq hesabın (istifadə edilməmiş əmək məzuniyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və işdənçıxarma müavinəti) 566.95 manat (beş yüz altmış altı manat doxsn beş qəpik) məbləğində hesablanaraq ödənildiyi məlum olmuşdur. Təqdim edilmiş sənədlərdə əmək intizamını dəfələrlə pozduğuna görə xx.xx.2020-ci il tarixində xəbərdarlıq, xx.xx.2021-ci il tarixində töhmət, xx.xx.2022-ci il tarixində sonuncu xəbərdarlıq, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində töhmət verildiyi, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində tam 3(üç) iş günü üzrsüz səbəbdən heç bir məlumat vermədən və sənəd təqdim etmədən işə gəlmədiyini, bununla da əmək müqaviləsi üzrə vəzilə və funksiyanı kobud şəkildə pozduğunu blldirilmişdir.Təqdim edilmiş sənədlərdən (2023-cü ilin may ayından 2024-ci ilin aprel ayinədək olan dövr üzrə iş vaxtının uçotu cədvəlləri son haqq hesabın hesablanması cədvəli) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 93-cu maddəsinin (Xüsusi xarakterli İşlərdə çalışan işçilərlə qısaldılmış iş vaxtı) tələbləri pozularaq iş vaxtının həftə ərzində 36 saatdan çox müəyyən edilərək normal əmək və istirahət rejiminə riayət edilmədiyi, həmin Məcəllənin 165 ci maddəsinin (iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi) tələbləri pozularaq son haqq-hesabın düzgün hesablanmadığı müəyyən edilmişdir. Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 198.1.5-ci (normal əmək və istirahət rejiminə riayət edilməməsi) və 192.4-cü (işçinin əmək vo məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilməsi) maddələrinə əsasən 01.08 2024-cü il tarixində inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2024-cü il tarixli MN1807758 nömrəli inzibatı tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda son haqq-hesabın qanunvericiliyin tələblərinə uyğun hesablanaraq tam ödənilməsi ilə əlaqədar Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna tərəflərindən müvafiq məktub ünvanlanmışdır. Tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu arasında xx.xx.2019cu il tarixində bağlanmış əmək müqaviləsi bildirişinin xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yermə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) qüvvədən salındığı müəyyən edilmişdir.Məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Ağcabədi rayon İcra Hskimiyyəti Başçısının Poladlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2024-cü il tarixli, 170 nömrəli arayışa əsasən İddiaçı həqəqitən də Ağcabədi rayon, Poladlı kəndində daimi qeydiyyatdadır və hal-hazırda Abşeron rayon Xırdalan şəhər ərazisində yaşadığı qeyd olunmuşdur. İş materiallarında olan “X12”-nın arayışına əsasən xx.xx.1996-cı il təvəllüdlü X9 həqiqətən də, xx.xx.2024-cü il tarixində DGK Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına müraciət etdiyi, müayinələr nəticəsində xəstəyə “uşaqlıq cisminin polipi” diaqnozu qoyulmuş və müvafiq tibbi xidmət göstərilmişdir. İş materiallarında olan “X12”-nın həkimi mama-ginekoloq Təranə Bayramovanın ümumi tibbi baxışına əsasən xx.xx.1996-cı il təvəllüdlü X7 uşaqlıq cisminin polipi diaqnozu qoyulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar xəstənin tibbi kartasından çıxarışa əsasən xəstə X9 1996-cı il təvəllüdlü “Endometrial polip. Menometrorragiya.” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Xəstəyə “Histeroskopiya ilə polip rezeksiyası” əməliyyatı uyğun görülmüş, anestezioloq baxışı və əməliyyatönü hazırlıqdan sonra xəstəyə əməliyyat icra olundu. Material patomarfoloji laboratoriyaya göndərilmiş, xəstə xx.xx.2024-cü il tarixində kafi vəziyyətdə müvafiq məsləhətlər verilərək evə yazılmışdır. İş materiallarında olan AZ-İİ 582000 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə X9 nikahlarını xx.xx.2023-cü il tarixdə Bakı Nikah evi Səadət Sarayında bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1418 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Mustafazadə”, arvada “Ələkbərova” soyadı verilmişdir. İş materiallarında olan ADHTİ HİK-nin sədri Məmmədəli Meybəliyev tərəfindən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitununun rektoru, professor Nazim Qasımova ünvanlanmış cavab məktubuna əsasən İnstitutun “Ümumi və plastik cərrahiyə” ixtisası üzrə həkim-rezident İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə tam 3 (üç) iş günü üzrsüz səbəbdən, heç bu məlumat vermədən və sənəd təqdim etmədən işə gəlməməsi, bununla da o özünün əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə və funksiyaları kobud şəkildə pozması səbəbindən onunla bağlanmış əmək müqaviləsinin ləgv edilməsi barədə ADHTl-nin Həmkarlar ittifaqı Komitəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimat xx.xx.2024-cu ıl tarixdə HİK-in Rəyasət Heyətinin iclasında müzakirə olunmuş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndində göstərilən hallara əsasən heç bir üzrlü səbəb olmadan tam 3 (üç) ış günü işə gəlməməklə, öz əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə və funksiyalar kobud şəkildə pozduğuna görə, onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv edilməsinə HİK-in Rəyasət Heyəti etiraz etmir. İş materiallarında olan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitununun xx.xx.2024-cü il tarixli, 76-K nömrəli əmrinə əsasən “Ümumi və plastik cərrahiyə” ixtisası üzrə həkim-rezident İddiaçı 15-17 aprel 2024-cü il tarixlərdə tam 3 (üç) iş günü işə gəlməməklə öz əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə və funksiyaları kobud surətdə pozduğuna görə onunla bağlanmış 122 saylı əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmişdir. İşçinin sonuncu iş günü xx.xx.2024-cü il hesab olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun 4-cü il rezidenti İddiaçı tərəfindən yazılmış izahata əsasən xx.xx.2023 və xx.xx.2023 tarixləri növbə sonrası olduğu üçün, xx.xx.2023 və xx.xx.2023 tarixlərində isə dövri rezidentura imtahanına hazırlaşmaqla əlaqədar rotasiyada olduğu Milli Onkologiya mərkəzində olmamışdır. Mövcud işə davamiyyətsizlik halını üzrlü saymağı xahiş etmişdir. Bu kimi davamiyyətsizlik halının tərəfindən təkrarlanmaması üçün məsuliyyətli olacağını bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun 5-ci il rezidenti İddiaçı tərəfindən yazılmış izahata əsasən xx.xx.2024 və xx.xx.2024 tarixlərində işdə olmamışdır. İşə davamiyyəti şəxsi problemləri ilə bağlı olaraq pozmuşdur. Bu halın bir daha təkrarlanmayacağına söz vermiş, işə davamiyyətinin pozmağını üzrlü sayılmağını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun rektoru professor N.A.Qasımov tərəfindən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri X5 Komitəsinə ünvanladığı təqdimata əsasən “Ümumi və plastik cərrahiyyə” kafedrasının həkim-rezidenti İddiaçı Şixəli oğlu xx.xx.2024 - 17 04.2024-cü il tarixlərində heçbir üzrlü səbəb olmadan rezidentura təhsilində iştirak etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən “ümumi cərrahiyyə” ixtisası üzrə həkim-rezident İddiaçı Şixəli oğlu ilə əmək müqavilələrinə xitam verilməsinə razılıq verilməsini xahiş etmişdir. İş materiallarında olan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri X5 İttifaqi Komitəsi Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixli, 09 saylı iclasının protokoluna əsasən İnstitutun “Ümumi və plastik cərrahiyyə” kafedrasının həkim-rezidenti İddiaçı Azərbaycan Respublikası ƏM-nin 72-ci maddəsinin a) bəndində göstərilən hallara əsasən heç bir üzrlü səbəb olmadan tam 3(üç) iş günü işə gəlməməklə öz əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə və funksiyaları kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun rezidentura şöbəsinin müdiri A.R,Hüseynova tərəfindən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun rektoruna ünvanlanmış təqrirə əsasən xx.xx.2024-cü il tarixində rezidentura şöbəsinə “Ümumi və plastik cərrahiyyə'' kafedrasının baş laborantı t.ü.f.d. İ.B Mirzəliyev tərəfindən təqrir daxil olmuşdur. Təqrirdə "ümumi və plastik cərrahiyyə” kafedrasının həkim-rezidenti İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində işə gəlmədiyi qeyd olunub. Həkim-rezident İddiaçı xx.xx.2024-cü il tarixində rezidentura-şöbəsinə yaxınlaşaraq izahat yazmışdır və izahatında şəxsi problemləri ilə bağlı olaraq işə gələ bilmədiyini qeyd etmişdir. Yuxarıdakıları nəzərə alaraq İddiaçı barəsində ölçü götürülməsi xahiş edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdir. 11-ci maddəsinin “d” bəndinə əsasən işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək işəgötürənin əsas hüquqlarındandır. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə cavabdeh Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu arasında bağlanmış müddətli əmək müqaviləsinə əsasən İddiaçı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 5 il müddətinə ümumi cərahiyyə ixtisası üzrə həkim-rezident vəzifəsinə təyin edilmişdir. İddiaçı əmək intizamını dəfələrlə pozduğuna görə xx.xx.2020-ci il tarixində xəbərdarlıq, xx.xx.2021-ci il tarixində töhmət, xx.xx.2022-ci il tarixində sonuncu xəbərdarlıq, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində töhmət verilmiş, 15, 16, 17 aprel 2024-cü il tarixlərdə bütün 3 iş günü işə gəlməmiş, üzrlü səbəbləri və işə gəlməyəcəyi barədə işəgötürənə, öz rəhbərliyinə heç bir məlumat verməmiş, heç bir sənəd təqdim etməmiş, bununla da əmək vəzifələrini kobud şəkildə pozmuşdur. İşəgötürən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu xx.xx.2024-cü il tarixdə müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etmiş, xx.xx.2024-cü il tarixdə həmkarlar ittifaqının iclası keçirilmiş, iclasda iştirak edən İddiaçı yoldaşının 15-17 aprel 2024-cü il tarixlərində əməliyyat olunduğunu, bununla bağlı stresslə əlaqədar olaraq vaxtında kafedranı xəbərdar edə bilmədiyini, bu halın üzrlü sayılmasını, bir daha belə halın təkrarlanmayacağı üçün var qüvvəsiylə çalışacağını bildirmiş, lakin qeyd etdikləriylə bağlı heç bir sənəd təqdim etməmişdir. İclasda İddiaçı Azərbaycan Respublikası ƏM-nin 72-ci maddəsinin a) bəndində göstərilən hallara əsasən heç bir üzrlü səbəb olmadan tam 3 (üç) iş günü işə gəlməməklə öz əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə və funksiyaları kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə ləğv edilməsinə razılıq verilməsi qərara alınmış, xx.xx.2024-cü il tarixdə həmkarlar ittifaqı təşkilatı əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etmiş, nəticədə xx.xx.2024-cü il tarixdə İddiaçı 15-17 aprel 2024-cü il tarixlərdə tam 3 (üç) iş günü işə gəlməməklə öz əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə və funksiyaları kobud surətdə pozduğuna görə onunla bağlanmış 122 saylı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Hazırda iddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilərək işə bərpa edilməsi, ödənilməmiş əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya etiraz edərək, İddiaçı 3 iş günü üzrsüz səbəbdən işə gəlməməklə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə əsaslı olaraq əmək müqaviləsinə xitam verildiyini, qanunvericiliyin tələblərinin pozulmadığını nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, işçi İddiaçı heç bir üzürlü səbəb olmadan bütün 3 iş günü işə gəlməməklə əmək vəzifələrini kobud şəkildə pozmuş, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən bu Məcəllənin 72-ci maddəsinin “a” bəndi (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) ilə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə əmək müqaviləsinə işəgötürən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən əsaslı və qanuni olaraq xitam verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Ə.Əliyev adına Azərbaycan X1rşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar