Məhkəmə qərarları › İş №e-2(004)-372/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-372/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-372/2024 14.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməyən 31 kv.m. sahəsinin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməyən 31 kv.m. sahəsinin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 26 avqust 2022-ci il tarixdə (əvvəlki adı "xxxx" Mənzil Tikinti Kooperativi) İndiki adı: ”Güvenli-Servis Management” Mənzil Tikinti kooperativindən Bakı şəhəri, Tbilisi Prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 5-ci blok, 5-ci mərətəbədə (yeni qaydada: Əbdülvahab Salamzadə küçəsi,ev 126A mənzil 7 ünvanında) yerləşən 3 otaqdan ibarət olan 15 saylı mənzili almış, bu məqsədlə iddiaçı ilə cavabdeh arasında 26 avqust 2022-ci il tarixdə № GH-A 5/002528 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1 saylı“müqavilənin mövzusu” adlı başlığında qeyd edilmiş şərtin tələblərinə görə, icraçı, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında onun tərəfindən inşa edilən “Grand Hayat” çoxmərətəbəli yaşayış konpleksindən blok 5, mərətəbə 5, brut sahəsi (mənzilin tikilən brut sahəsi: müqavilədə yazıldığı kimi) 144,50 m 3 olmaqla, net sahəsi, Daşınmaz əmlakın dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan ümumi sahəsi 133,01 m2, olan 3 (üç) otaqdan ibarət 15 saylı mənzili sifarişçiyə təhvil verməyi, sifarişçi isə bunun qarşılığında icraçıya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərədə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndində qeyd edilmişdir ki, mənzilin BRUT sahəsinə bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş sxemdə xüsusi rənglə fərqləndirilmiş sahə daxilində olan yaşayış, yardımçı, eyvan sahələri və sxemə uyğun divaraltı sahə daxildir. Mənzilin net sahəsinə yaşayış, yardımçı, eyvan sahələri daxildir. Həmin müqavilənin (səh 5) Müqavilə üzrə ödənişlər və ödənişlərin təmin edilməsi qaydasının 3.1-ci bəndinə görə, müqavilə üzrə mənzilin ümumi dəyəri (ƏDV xaric) 158 950,00 (bir yüz əlli səkkiz min doqquz yüz əlli manat 00 qəpik) manat olmaqlamənzilin brut sahəsinin (mənzilin tikilən brut satış sahəsi) 1 (bir) m2-nin qiyməti 1 100,00 (bir min yüz manat 00 qəpik), mənzilin net sahəsinin (Daşınmaz Əmlakın Dövlət Resyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan sahə) 1 (bir) m2-nin qiyməti 1 195,02 (bir yüz doğsan beş manat iki qəpik) manat müəyyən edilmişdir. Bu müqavilə üzrə mənzilin ümumi dəyəri sahəsinin hesablanması qaydasından asılı olmayaraq 158 950,00 (bir yüzəlli səkkiz min doqquz yüzəlli manat 00 qəpik) təşkil edir. Lakin, cavabdeh müqavilə öhdəliklərinə əməl etməyərək 31 kv.m. az sahəsi olan mənzili iddiaçıya təhvil vermişdir. İddiaçı və onun nümayəndəsi və vəkili İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli GH-A 5/002528 nömrəli Pordat müqaviləsinə əsasən müəyyən edilir ki, müqavilə tərəfləri sifarişçi İddiaçı və podratçı "xxxx" MTK-dır. Məhkəmə həmin müqaviləni podrat müqaviləsi kimi qiymətləndirir, podrat münasibətləri üzrə hüquq normalarını müqaviləyə tətbiq etməyi əsaslı hesab edir. Müqavilənin 1.1-ci bəndinə əsasən, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında onun tərəfindən inşa edilən “Grand Hayat” çoxmərətəbəli yaşayış kompleksindən blok 5, mərtəbə 5, brut sahəsi (mənzilin tikilən brut sahəsi: müqavilədə yazıldığı kimi) 144,50 kv.m. olmaqla, net sahəsi, Daşınmaz əmlakın dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan ümumi sahəsi 133,01 m2, olan 3 (üç) otaqdan ibarət 15 saylı mənzili Podratçı "xxxx" MTK sifarişçi İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən brut sahənin anlayışı verilmişdir. Sözügedən bəndə əsasən mənzilin brut sahəsinə bu Müqavilənin 1 saylı Əlavəsində göstərilmiş sxemdə xüsusi rənglə fərqləndirilmiş sahə daxilində olan yaşayış, yardımçı, eyvan sahələri və sxemə uyğun divaraltı sahə daxildir. Mənzilin net sahəsinə yaşayış, yardımçı, eyvan sahələri daxildir. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin ümumi dəyəri 158950 manat olmaqla hər kv.m. üçün 1100 manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında onun tərəfindən inşa edilən “Grand Hayat” çoxmərətəbəli yaşayış kompleksindən blok 5, mərtəbə 5, 15 saylı evin sahəsi 144.50 kv.m. təşkil edir. Həmin rəydə mənzilin sahəsinin 147.5 kv.m. olması qeyd edilsə də, məhkəmə həmin xüsusatı texniki səhv kimi qiymətləndirir. Belə ki, müqavilə üzrə, həmçinin mülki işin mübahisəsiz halı kimi mənzilin sahəsi müqavilə üzrə 144.5. kv.m. təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq norması və tərəflər arasında bağlanmış yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli GH-A 5/002528 nömrəli Podrat müqaviləsinin şərtləri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında onun tərəfindən inşa edilən “Grand Hayat” çoxmərətəbəli yaşayış kompleksindən blok 5, mərtəbə 5, 15 saylı evin sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadıqda 131.1 kv.m. (1-ci sual üzrə), yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə nəzərə alınmaqla 144.50 kv.m. (3-cü sual üzrə) təşkil edir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini nəzərə alır. Odur ki, mübahisə üzrə mənzilin sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmamaqla həll edilə bilməz. Müqavilə üzrə mənzilin yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə nəzərə alınmaqla 144.50 kv.m. olması əsas götürülərək Podratçı tərəfindən müqavilə öhdəliklərinin pozulması xüsusatı müəyyən edilmir. Hüquq tətbiq etmə aşağıdakı ardıcıllıqla həyata keçirilir.

1. İmperativ normalar (əgər varsa).

2. Müqavilə şərtləri.

3. Dispozitiv normalar.

4. İşgüzar adətlər.

5. Analogiya (qanunun və ya hüququn). İddiaçının arqumentinə münasibətdə (müqavilə şərrlərinin müvafiq normativ sənədlərə zidd olması) məhkəmə bildirir ki, “müqavilə azadlığı” prinsipinin şərtləri çərçivəsində mübahisə həll edilməlidir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Göstərilən halların heç biri hazırki podrat müqaviləsi üzrə mövcud deyildir. Bundan əlavə, müəyyən edilir ki, mübahisə predmeti olan mənzil Sifarişçiyə təhvil verilmişdir. Lakin, iddia tələbi üzrə iddia olunan əksik sahə üzrə ödənilmiş pulun geri qaytarılması deyil, məhz həmin sahənin təhvil verilməsi çıxış edir ki, bunun da icrası faktiki olaraq mümkün deyildir. İlk məhkəmə hazırlıq iclasında sözügedən xüsusat iddiaçının nümayəndəsi və vəkilinin diqqətinə çatdırılmaqla iddia tələbinin dəqiqləşdirilməsi ona izah edilsə də, nümayəndə tələbin dəqiqləşdirilməsindən imtina etmiş və mövcud tələb üzrə mübahisəyə baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməyən 31 kv.m. sahəsinin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Aparılmış ekspertiza üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar