Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3738/2022 22.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqınnın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqınnın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə X4 barəsində olan xx.xx.2020-ci il tarixli **********9 saylı və xx.xx.2022-ci il tarixli **********3 saylı əmrlərinin ləğv edilməsi, xx.xx.2020-ci il tarixdə hərbi xidmətə çağrılarkən tutduğu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsinə, bu mümkün olmadıqda ona bərabər vəzifəyə təyin edilməsi, ona xx.xx.2022-ci il tarixdən başlayaraq işə bərpa olunan günə qədər məcburi iş buraxmaya görə hərbi xidmətə çağrılana qədər daşıdığı vəzifə üçün müəyyən edilmiş orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə, ona qarşı ayrıseçkilik edərək tutduğu vəzifədən azad edilməsi ilə bağlı cavabdeh orqanın nöqsana yol vermiş əməkdaşlarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün xüsusi qərardad çıxarılaraq aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1991-ci il tarixdə Kəlbəcər şəhərində doğulmuşdur. 1993-cü ilin aprel ayının 2-də Kəlbəcər rayonu erməni işğalçıları tərəfindən işğal edildikdən sonra ailəsi ilə birlikdə Gəncə şəhərində məskunlaşmışdır. Uşaq yaşlarından doğma Vətəni işğalda olan İddiaçı hər zaman Azərbaycan Dövlətinin ərazi bütövlüyünün bərpa olunmasında aktiv iştirakçı olmaq arzusunda olmuşdur və bu arzuya da nail olmuşdur. 2009-cu il tarixdən-2013-cü il tarixədək Azərbaycan İqtisad Universitetinin X2 Fakultəsinin Dünya iqtisadiyyatı ixtisasında təhsil almışdır. xx.xx.2013cü il tarixdə hərbi xidmətə çağrılmış, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kurs keçərək leytinant hərbi rütbəsi almışdır. xx.xx.2015-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2016-cı ildə test imtahanı verərək Dövlət Qulluğuna qəbul olaraq xx.xx.2016-ci il tarixli əmrlə Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon Şöbəsində stajçı kimi işə başlamışdır. Dövlət Sosial Müdafiə Fondu X21 xx.xx.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Bu vəzifəyə təyin edildikdən 36 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmış və xx.xx.2021-ci il tarixdə hərbi hissəyə göndərilmişdir. xx.xx.2020-ci il tarixdən Vətən Müharibəsi başlayandan Kəlbəcər rayon istiqamətində, xx.xx.2020-ci il tarixdən isə Cəbrayıl, Füzuli, Xocavənd istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak edib. xx.xx.2021-ci il tarixdə saat 19:30 radələrində düşmənin açdığı güllə baldır sümüyünü tamamilə dağıtmış, bununla bağlı ona xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlillik verilmişdir. Uzun müddət aldığı güllə yarasından ölkə daxilində və Yaşat Fondunun dəstəyi ilə Türkiyə Respublikasında müalicə almışdır. xx.xx.2020-ci il tarixdə, Vətən Müharibəsindən sonra Prezidentin müvafiq fərmanı ilə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmamışdan əvvəl, yəni xx.xx.2020-ci il tarixli **********9 saylı əmrlə xidmətə getməzdən əvvəl çalışdığı şöbə müdiri vəzifəsindən qanunsuz olaraq azad edilərək böyük mütəxəssis vəzifəsinə endirilmişdir. Hərbi xidmət dövründə qanunsuz olaraq aşağı vəzifəyə endirilməyə etiraz edərək ehtiyata buraxıldıqdan sonra Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının 1-ci Vitse Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinin sədrinə, Azərbaycan Respublikasının Baş Nazirinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Milli Məclisin deputatlarına və digər orqanlara müraciət etsə də, heç bir nəticə olmamış, cavabdehin xx.xx.2022-ci il tarixli **********3 nömrəli əmri ilə işdən azad edilmişdir. Ölkə Prezidenti hər bir çıxışında qeyd edir ki, “qarşılaşdığınız haqzıslıqlarla bağlı mənə müraciət edin.” Bundan cəsarətlənib şikayətlər etmiş, şikayətləri əsaslı olsa belə təmin edilmək əvəzinə şikayətdən sonra daha da cəzalandırılaraq ümumiyyətlə tutduğu vəzifədən azad edilmişdir. Hətta hesab edir ki, ona qarşı olan haqsızlıqlarla davamlı mübarizə aparacaqdırsa, bəlkə də əlavə təqib və təzyiqlərlə qarşılaşa bilər. Gələcək təzyiqlərlə qarşılaşmaq qorxusu altında hazırkı iddianın verilməsində belə tərəddüdlər içərisində olmuşdur. Hazırda kirayə müqaviləsi üzrə aylıq 250 manat ödəməklə kirayədə yaşayır. Vətən Müharibəsində iştirakına görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2349 saylı sərəncamı ilə “Vətən uğrunda”, xx.xx.2020ci il tarixli 2364 nömrəli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, xx.xx.2020-ci il tarixli 2362 nömrəli sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, xx.xx.2020-ci il tarixli 2372 nömrəli sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” və xx.xx.2021-ci il tarixli 2714 nömrəli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Müharibə dövründə göstərdiyi yaxşı xidmətə görə baş leytinant hərbi rütbəsinə layiq görülmüşdür. “Veteranlar haqqında” Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə əsasən, veteranlar barəsində dövlət siyasəti sosial və hüquqi müdafiənin təmin edilməsi, əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağa təminat verilməsi, fiziki və ruhi sağlamlıq, fəal uzunömürlülük üçün şərait yaradılması, yaşayış sahəsi ilə təminat, hər bir veterana zəruri tələbatını təmin edən səviyyədə müxtəlif növ sosial xidmətlər göstərilməsi, əmək hüququnun heç bir məhdudiyyət qoyulmadan, sağlamlıq vəziyyətinin imkan verdiyi səviyyədə həyata keçirilməsi, ictimai faydalı fəaliyyətdə iştirak etmək üçün lazımi şərait yaradılması, veteran təşkilatlarının fəaliyyətinə kömək göstərilməsi, veteranların bütün cəmiyyətə və xüsusən onlara aid siyasətin və proqramların hazırlanması və həyata keçirilməsi işinə bilavasitə cəlb edilməsi əsaslar üzərində qurulur. Dövlət Sosial Müdafiə Fondu PHŞ dövlətin bu siyasətini layiqincə yerinə yetirmir. Cavabdeh orqan onun əmək hüquqlarını məhdudlaşdırmaqla Konustitusion hüquqlarını ciddi şəkildə pozmuşdur. Təqdim edilmiş sənədlərdən görünür ki, hələ müalicə müəssisəsində olarkən onu heç bir əsas olmadan aşağı vəzifəyə salmışlar və işə çıxdığı ilk gün isə əmək müqaviləsi cavabdeh işəgötürən tərəfindən ləğv edilmişdir. Əlildir, cavabdeh orqan əlillərə qayğı göstərmək vəzifəsini daşıyan dövlət qurumudur, lakin özü əlilin hüquqlarını ciddi şəkildə pozmuşdur. Əlillərin geniş hüquqları olduğu halda və əlillərin bu hüquqlarını qorumaq vəzifəsi daşıyan bir təşkilat Vətən Müharibəsi iştirakçısı, Prezident tərəfindən 5 medalla təltif edilmiş, 2-ci qrup əlilin hüquqlarını əsassız şəkildə pozmuşdur. Azərbaycan Respublikası Konustitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Hesab edir ki, sosial mənsubiyyətinə (əlilliyinə) görə tutduğu vəzifədən azad edilmişdir. O, hərbi xidmətə göndərilməmişdən əvvəl vəzifəsində irəliyə çəkilərək şöbə müdiri vəzifəsinə təyin olunmuş, müharibədə yaralandıqdan sonra vəzifəsi iki pillə aşağı salınaraq böyük mütəxəssis vəzifəsinə təyin edilmiş, işə çıxdığı gün də əmək müqaviləsinə xitam verilmişdir. Necə olur ki, əlil olmamışdan əvvəl vəzifədə irəli çəkilmiş, əlil olduqdan sonra vəzifəsindən tamamilə azad edilmişdir? O əlilliyi ilə bağlı bu ayrıseçkiliyə məruz qalmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 9-cu bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər. Müddətli həqiqi hərbi xidmətə çağırıldığı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsində olmuşdur. Hərbi xidmətdən buraxıldıqdığı gün isə ümumiyyətlə bir gün belə işə çıxmamışdır. Eyni zamanda struktur dəyişikliyi olarkən Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin əməkdaşı olmuşdur. Ondan başqa həmin şöbənin bütün əməkdaşları Kəlbəcər rayonunun daxil olduğu regional idarəyə təyin edilmiş, yalnız o, Gəncə-Daşkəsən regional idarəsinə, özü də aşağı vəzifəyə təyin edilmişdir. Ayrıseçkiliyin digər bir faktıda məhz elə budur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Hərbi xidmətdən buraxılmamış, yəni xx.xx.2020-ci il tarixdə aşağı vəzifəyə, böyük mütəxəssis təyin edildiyi vaxt heç bir əmək müqaviləsinə qol çəkməmiş, həmin müqavilənin müddətli və ya müddətsiz bağlanması onun iradəsini ifadə etməmişdir. Eyni zamanda qanunun tələbindən görünür ki, işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanılmalıdır. Daşıdığı vəzifə dövlət işidir. Dövlət işi və həmin vəzifə daimi xarakterlidir. Həmin vəzifədən azad ediləndə həmin vəzifə digər şəxsə həvalə edilir. Bu da o deməkdir ki, həmin işin xarakteri daimi xarakterli olduğu üçün onunla bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi olmamalı idi. Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı bəndinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Onun vəzifəsinin aşağı salınması əmək müqaviləsinə dəyişiklik hesab edilir ki, həmin dəyişiklik xx.xx.2020-ci il tarixdə işəgötürən tərəfindən onun razılığı olmadan həyata keçirilmişdir ki, bu da tamamilə Əmək Məcəlləsinin tələblərinə ziddir. 2-ci qrup Qarabağ əlilidir. Qanunun qadağan etdiyi şəxslə əmək müqaviləsinə xitam verilməsi də Əmək Məcəlləsinin tələblərinə ziddir. Azərbaycan Dövlətinin də qoşulduğu "Əlillərin hüquqları haqqında" Konvensiyayanın 27-ci maddəsinə əsasən iştirakçı dövlətlər digər şəxslərlə bərabər, əlillərin əmək hüququnu tanıyırlar; bu hüquq əmək bazarının və istehsalat mühitinin əlillər üçün açıq, inklüziv və əlverişli şəraitdə əlilin sərbəst seçdiyi və ya razılıq verdiyi əməyi ilə özünü təmin etmək hüququnu ehtiva edir. Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir. Əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır. Ayrıseçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsi iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 şəxsi yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Fondun Nizamnaməsi təsdiq edilmişdir. İstinad olunan Nizamnamənin 1.1-ci bəndində qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizamnamənin 4.11.11-ci bəndinə əsasən, Fondun İH-nin sədri bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən, əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Həmin Məcəllənin 11-ci maddəsində işəgötürənin əsas hüquqlarının sırasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin b yarımbəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Qeyd edilən Məcəllənin 73-cü maddəsinin 1-ci bəndində vurğulanır ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddənin təhlilindən məlum olur ki, hər 2 şərt eyni vaxtda mövcud olmalıdır. Lakin, qanunverici maddədə konkret olaraq tərəflərin müqaviləyə xitam verilməsi tələbini, yəni tərəflərin öz iradəsini hansı formada ifadə etməsini göstərməmişdir. İddiaçının işlədiyi bütün müddətlər ərzində ona əmək haqqı vəzifəsinə uyğun olaraq tam miqdarda ödənilmişdir. İstinad olunan qanunvericilik normalarının əlaqəli təhlilindən də göründüyü kimi işçi ilə bağlanmış əmək müqaviləsində göstərilən müddət qurtardığından işəgötürən əmək münasibətlərinin davam etdirilməsini deyil, xitam verilməsini tələb etmiş və buna dair xx.xx.2022-ci il tarixli əmr verilmişdir. Məlumdur ki, müddət bitdikdə işəgötürən tərəfindən əmək münasibətlərinin davam etdirilməsi və ya əmək müqaviləsinə xitam verilməsi işəgötürənin hüququdur. İşəgötürən isə öz hüququndan istifadə edərək əmək münasibətlərini davam etdirməmiş və əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsi iddia tələbinə iddia müddətin tətbiq edilməsinə dair ərizə təqdim edərək göstərmişdir ki, iş üzrə iddia müddəti tətbiq edilməli və iddia müddətinin keçməsinə görə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İstinad olunan Məcəllənin 375-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli Qərarına əsasən, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İstinad olunan Plenum Qərarında iddia müddəti və kəsici müddət arasındakı əsas fərqlərdən biri kimi iddia müddətinin cavabdehin verdiyi ərizə əsasında tətbiq edildiyi (Mülki Məcəllənin 375.2-ci maddəsi), kəsici müddətdə isə məhkəmənin öz təşəbbüsünün ilə nəzərə alındığı qeyd olunmuşdur. İş üzrə icraat materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixli **********6 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon filialına şöbə müdiri vəzifəsinə təyin olunmuş, xx.xx.2020-ci il tarixdə Fondun 18 saylı regional ərazi filialına böyük mütəxəssis keçirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli **********3 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddənin “b” bəndinə uyqun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Sözügedən hal iddiaçıya həmin tarixdə məlum olmuşdur. Belə ki, həmin tarixdən etibarən iddiaçı işə getməmiş, ona son haqq-hesab qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilmişdir. İşin faktiki hallarından və iş üzrə icraat materiallarından da göründüyü kimi iddiaçının əmək münasibətlərinə xitam verilməsi halı ona xx.xx.2022-ci il tarixdə məlum olmuşdur. Belə ki, iddiaçı məhkəmə iclası zamanı verdiyi şifahi izahatında da işdən azad olunması halının ona xx.xx.2022-ci il tarixdə məlum olduğunu bildirmiş və iddia müddətinin axımı həmin tarixdən başlamışdır. Lakin, iddiaçı 1 təqvim ayı ərzində rayon məhkəməsinə müraciət etməmiş, daha sonra mediasiyaya müraciət etmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış ona xx.xx.2022-ci il tarixdə verilmiş, Yasamal Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə, 1 aylıq iddia müddəti ötürüldükdən sonra təqdim olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmədən iddianın, iddia müddətinin keçməsinə görə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia müddətin tətbiq edilməsinə dair ərizəyə etiraz edərək göstərmişdir ki, cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı ərizəsi əsassızdır. Belə ki, ərizə məhkəmənin hazırlıq iclası xx.xx.2022-ci il tarixdə yekunlaşdıqdan sonra təqdim edilib. İddiaçı dövlət qulluqçusu kimi işə qəbul olub və dövlət qulluqçularının əmək mübahisələrinə inzibati orqan baxır. Ona görə də ilk iddia ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini icraata götürərək iclas təyin etmişdir. xx.xx.2022-ci il tarixdə məhkəmə cavabdeh təşkilatın publik hüquqi şəxs olduqları barədə sənəd təqdim edərək aidiyyət qaydalarının pozulmasına görə iddianın mümkün sayılmaması haqında xx.xx.2022-ci il tarixli 2-1(114)- 1231/2022 saylı qərardad qəbul edilmişdir. Bundan sonra mediasiyaya müraciət edilmiş və müvafiq mediasiya arayışı xx.xx.2022-ci il tarixdə təqdim edilmiş və xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Əmək Məcəlləsini 296-cı maddəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1.6-cı maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Göründüyü kimi, iddia müdətinin ötürülməsindən söhbət belə gedə bilməz. Gecikdirilmə üzrlü səbəbdir və nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən cavabdehin iddia müddətinin ötürülməsinə dair verilmiş ərizəsinin nəzərə alınmamasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh qurum tərəfindən qanunsuz və əsassız olaraq hərbi xidmətdə olduğu müddətdə tutduğu vəzifə saxlanılmalı olduğu halda həmin vəzifədən aşağı vəzifəyə keçirilmiş və buna dair ona he bir məlumat verilməməklə onun razılığı alınmamış və cavabdehin iddia etdiyi kimi tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə hər hansı bir əlavə dəyişikliklər imzalanmamışdır. Belə ki, ilk növbədə məhkəmənin diqqətinə çatdırır ki, tərəfindən razılıq ərizəsi verildiyi iddia edilən və guya əmək müqaviləsinə əlavə dəyişikliklərə dair bağlanılmış razılıq bağlanılarkən o, ağır yaralı olaraq hospitalda olmuş və həmin vaxtlar bir sıra ağır əməliyyatlar keçirtməklə müalicə almaqda idi. Bundan başqa cavabdeh tərəfindən əmək müqaviləsinə əlavə dəyişikliklər adı altında təqdim edilmiş bir-birinə zidd olan iki razılaşma vardır ki, onlardan biri xx.xx.2020-ci il tarixli razılaşma ümumiyyətlə ksero surət olmaqla əsli təqdim edilməmiş, digər razılşma isə original olsa da, cavabdeh tərəfindən saxtalaşdırılmışdır. Belə ki, həmin sənədin ilkin səhifəsi cavabdehin mülahizələri əsasında sonradan tərtib olunmuş, ikinci vərəqi isə onunla bağlanmış köhnə müqavilənin sonuncu vərəqi olaraq həmin razılaşamaya əlavə edilmişdir. Məhz bu səbəbdən də, cavabdeh nə tərəflər arasında bağlanmış ilkin əmək müqaviləsini, nə də guya bağlanması iddia olunan xx.xx.2020-ci il tarixli razılaşmanın əsllərini məhkəməyə təqdim etməmişdir. Tərəfindən Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-nin İH-nin sədri X7 müraciət edilərək, Fondda müvafiq vəzifəyə keçirilməsinə etiraz etməməsinə dair ərizəsi isə cavabdeh tərəfin iddia etdiyi kimi, 2020-ci il tarixdə deyil, tərəfindən, səhhətində müsbətə doğru irəliləyişlər getdikdən sonra müxtəlif vaxtlarda müxtəlif orqanlara tutduğu vəzifədən qanunsuz olaraq aşağı vəzifəyə keçirilməsinə dair etdiyi şikayətlərin nəticəsində cavabdeh quruma dəvət olunaraq onu əvvəlki vəifəsinə, yəni şöbə müdüri vəzifəsinə bərpa edəcəkləri, lakin buna dairdə ərizə verməli olduğu qeyd edildiyi zaman, yəni təxminən 2021-ci ilin axırlarında verilmiş ərizədir. Həmin ərizədə müvafiq vəzifə dedikdə isə elə məhz köhnə şöbə müdiri vəzifəsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 da, iddiaçı ilə oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən elektron sistemə yüklənilmiş iddia müddətinin ötürülməsi barədə ərizə əsassızdır. Belə ki, məhkəmə tərəfindən 3 dəfə hazırlıq iclası keçirilmiş və həmin iclaslarda cavabdeh qurumun nümayəndləri iştirak edərək, iddia tələbi ilə bağlı məhkəməyə sadəcə ümumi etiraz vermişlər. Məhkəmə tərəfindən mülki iş hazırlıq iclası yekunlaşıb baxışa təyin etmək barədə qərar qəbul ediləndən 1 gün sonra cavadbeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Qanunvericiliyə əsasən da, tərəf iddia ərizəsini aldığı gündən 20 gün müddətinə məhkəməyə belə bir ərizə vermək haqqı vardır. Lakin cavabdeh qurum bilərəkdən bu imkandan vaxtında istifadə etməmişdir. Bundan başqa iddiaçı səhhəti ilə bağlı həm ölkə daxilində, həm də ölkə xaricində müalicələr almış, ağır əməliyyatlar keçirmişdir. Belə bir vaxtda isə cavadbeh iddiaçının tutduğu şöbə müdiri vəzifəsindən mütəxəssis vəzifəsinə keçirilmə barədə əmr vermişdir. Daha sonra da, müqavilə müddətinin bitməsi əsası ilə onunla bağlanmış müqaviləyə xitam verilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən qanunsuz əməllərə yol verilmiş, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Həmçinin bildirir ki, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2020ci il tarixli razılaşma ümumiyyətlə ksero surət olmaqla əsli təqdim edilməmiş, digər razılşma isə original olsa da, cavabdeh tərəfindən saxtalaşdırılmışdır. Belə ki, həmin sənədin ilkin səhifəsi cavabdehin mülahizələri əsasında sonradan tərtib olunmuş, ikinci vərəqi isə onunla bağlanmış köhnə müqavilənin sonuncu vərəqi olaraq həmin razılaşamaya əlavə edilmişdir. Eyni zamanda onlar iddiaçının dövlət qulluqçusu olduğunu bildikləri üçün ilk öncə inzibati məhkəməyə müraciət etmiş, sonradan cavabdeh qurumun publik hüquqi şəxs olduğu müəyyən edildiyindən iddia ərizəsi geri qaytarılmış və onlara ümumi məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Elə həmin andan onlar ilk öncə mediasiya şurasına, imtina aldıqdan sonra da yerli məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı tutduğu vəzifəsindən aşağı vəzifəyə keçirilərkən buna dair onun razılığı alınmış və onunla tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinə dair əlavə dəyişikliklərə dair razılıq imzalanmışdır. Düzdür həmin razılıq ərizəsində tarix göstərilməsə də, sözü gedən razılıq ərizəsi, məhz aşağı vəzifəyə keçirilmək ilə bağlı verilmişdir. Tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi və müddətin artırılmaması isə işə götürənin hüququdur. Odur ki, işə götürən də, bu hüququndan istifadə edərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətini artırmamışdır. Tərəflər arasında bağlanmış ilkin əmək müqaviləsi eləcə də ona dair imzalanmış əlavə dəyişikliklərə dair razılaşmaların əsllərini məhkəməyə təqdim edə bilməmələrinin səbəbi isə həmin sənədlərin itirilmiş olmasıdır. Tərəflər arasında bağlanmılmış digər razılaşmada və iddiaçı tərəfindən təqdim edilmiş razılıq ərizəsində isə tarixin göstərilməsinin səbəbi sırf texniki hallardan irəli gələn məsələlərdi. Bundan başqa hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmış və bu barədə tərələrindən məhkəməyə ərizə təqdim edilmişdir. Odur ki, məhkəmədən iddianın həm əsassız, həm də müddəti ötürüldüyündən rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2016-ci il tarixli əmri ilə Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon şöbəsinin pensiya, sosial yardım və müavinət sektorunun məsləhətçisi vəzifəsinə stajçı kimi işə qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə X22 şəxsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 30 iyun 2020-ci il tarixli, 1077 nömrəli Fərmanının 1-ci bəndinə əsasə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi” təsdiq edilmişdir. Fərmanın 5.1-ci bəndinə görə, bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X10, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. Fərmanın 7.5-ci bəndinə görə isə, Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşğulluq Xidmətində, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində işləyən işçilərin bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görülməsi və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21in İdarə Heyətinin sədri X6 xx.xx.2020-ci il tarixli, **********6 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 4.11.11-ci yarımbəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 1 -ci hissəsinə, 47-ci maddəsinin T bəndinə və 51-ci maddəsinin 1 -ci hissəsinə uyğun olaraq bu əmrə əlavə olunan 1 nömrəli siyahıda adları qeyd edilən şəxslər 2020-ci il 17 avqust tarixindən tərəflərin razılığı ilə 1 ay sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Fond) regional ərazi filiallarında, şəhər və rayon xidmət nümayəndəliklərində müvafiq vəzifələrə, o cümlədən, İddiaçı Fondun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi əmr edilmişdir. İş materiallarında olan işəgötürən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21in İdarə Heyətinin sədri X11 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, xxxxxxx000200 saylı əmək müqaviləsinin surətindən görünür ki, işçi 1 ay sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə Fondun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan tarixsiz ərizənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-nin İH-nin sədri X7 müraciət edərək, Fondda müvafiq vəzifəyə keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan “Əmək müqaviləsinə əlavə və dəyişikliklər” adlanan tarixsiz sənədin məzmunundan görünür ki, işəgötürənin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-nin İH-nin sədri X9 və işçi İddiaçı aralarında bağlanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə əlavə və dəyişikliklərin olmasına dair aşağıdakılar barədə razılığa gəldilər: Əmək Məcəlləsinin 46-cı maddəsini rəhbər tutaraq, tərəflərin qarşılıqlı razılığına əsasən bu sənəd tarixindən etibarən qüvvədədir və aşağıdakı dəyişikliklərin edilməsi qərara alınmışdır;
1. İşçi 18 saylı regional ərazi filialının Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin böyük mütəxəssisi vəzifəsindən Gəncə-Daşkəsən regional filialının (Gəncə, Daşkəsən, Göygöl, Samux, Goranboy və Naftalan) Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbənin böyük mütəxəssisi vəzifəsinə keçirilir;
2. İşçinin əməkhaqqısı ştata uyğun olaraq 1300.00 azn təyin edilir və s. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-nin İH-nin sədri X6 xx.xx.2020-ci il tarixli, **********9 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparatının, filial və nümayəndəliklərinin ştat cədvəllərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X20 sədrinin 2020-ci il 23 noyabr tarixli **********5 nömrəli əmrini nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59cu maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 4.11.5-ci yarımbəndini rəhbər tutaraq, Fondun Aparatında və struktur bölmələrində çalışan adları siyahıda qeyd edilən işçilərin 2020-ci il 4 dekabr tarixindən öz razılıqları ilə müvafiq vəzifələrə, o cümlədən, İddiaçı Fondun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin böyük mütəxəssisi vəzifəsinə keçirilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-nin İH-nin sədri X6 xx.xx.2022-ci il tarixli **********3 saylı əmrinin surətindən görünür ki, Fondun Gəncə-Daşkəsən regional filialının Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin böyük mütəxəssisi İddiaçı xx.xx.2022-ci il tarixindən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan İddiaçı məxsus EZ № ******* saylı hərbi biletin surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmış, xx.xx.2020-ci il tarixdən Kəlbəcər rayonu istiqamətində, xx.xx.2020-ci il tarixdən isə Cəbrayıl, Füzuli, Xocavənd istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə sol baldırından güllə yarası almışdır. İş materiallarına əlavə olunmuş Türkiyə Respublikası “Avisenna” xəstəxanasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2021-ci il - xx.xx.2021-ci il tarixləri arasında həmin xəstəxanada İddiaçı baldır sümüyündə aparılmış əməliyyatla bağlı nəzərdə tutulmuş məqsədə nail olunduğu göstərilmiş, lakin, sümük qırılmalarının tam sağalmasının müəyyən olunması məqsədi ilə xəstənin 60 gündən sonra yenidən müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı məxsus EZ № ******* saylı hərbi biletin surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq, səfərbərlikdən ehtiyata buraxılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, İddiaçı Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı alınmış yaralanma nəticəsində, “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sol baldırın orta 1/3-nin kor güllə yaralanması (xx.xx.2020). Sol baldırın orta 1/3-nin medial səthinin geniş həcmli yumşaq toxuma defektli yarası. Sol qamış sümüyünün diofitinin orta 1/3-nin açıq sümük defektli çox qəlpəli yerdəyişmiş sınığına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, yod cisimin xaric edilməsi, sol baldır sümüklərinin ilizarov üsulu ilə oseosinetz əməliyyatından sonrakı vəziyyət” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2026-ci il tarixinədək ikinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarına əlavə olunmuş AA seriyalı, 193180 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası medalının vəsiqələrinin surətindən görünür ki, Vətən Müharibəsində iştirakına görə İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2349 saylı sərəncamı ilə “Vətən uğrunda”, xx.xx.2020-ci il tarixli 2364 nömrəli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, xx.xx.2020-ci il tarixli 2362 nömrəli sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, xx.xx.2020-ci il tarixli 2372 nömrəli sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” və xx.xx.2021-ci il tarixli 2714 nömrəli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 12-ci maddəsinin i) bəndinə əsasən, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 16-ci maddəsinin 1-ci hissəsinə əsasən, əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən, publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən, publik hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla mülki vəzifələr daşıyır və X21 hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən, Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizamnamənin 1.5-ci bəndinə əsasən, Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Fond qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-də İddiaçı təyin olunduğu Fondun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsi üzrə göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğundan, Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən, əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına əsas olan hallar olmadığından, bu səbəbdən də, əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olmasına baxmayaraq, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması əmək qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Həmin Məcəllənin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b yarımbəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 77-ci maddəsinin 9-cu hissəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən:
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 79-cu maddəsinin 3-cü hissəsinə əsasən, müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-ci maddəsinin 1-ci hissəsinə görə
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İş materiallarına əlavə olunmuş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1231/2022 saylı qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X22 şəxsə qarşı “əmrlərin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiasının mümkün sayılmaması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş X1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MŞB/5-02126 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq, hazırki mübahisə üzrə xx.xx.2022-ci il tarixində, saat 12:00- 13:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-nin nümayəndəsi iştirak etməmişdir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqınnın ödənilməsi tələbinə dair” iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən, bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; b) əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; c) əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; ç) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; ə) məzuniyyət hüququnun həyata keçirilməsi; f) intizam tənbehi verilməsi; g) əməyin mühafizəsinin təşkili və təmin edilməsi; ğ) işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; ı) müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması; i) istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; j) səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi. Həmin Məcəllənin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə görə isə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə görə, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 7-ci hissəsinə görə isə, mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci hissəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 35.1-ci maddəsinə görə, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış halları, tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı dövlət orqanı olan Azərbaycan Respublikası ƏƏSMN-nin xx.xx.2016-ci il tarixli əmri ilə Nazirliyin yanında DSMF-nun Kəlbəcər rayon şöbəsinin pensiya, sosial yardım və müavinət sektorunun məsləhətçisi vəzifəsinə işə qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanı ilə ƏƏSMN-nin tabeliyində Nazirlik yanında DSMF-nun əsasında DSMF X21in yaradılması ilə əlaqədar, xx.xx.2020-ci il tarixli, xxxxxxx000200 saylı əmək müqaviləsi əsasında göstərilən xidmətin daimi xarakterli olmasına baxmayaraq, o, 1 ay sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə Fondun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmışdır. xx.xx.2021-ci il tarixdə saat baldır nahiyəsindən yaralanmış və ona xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlillik verilmişdir. xx.xx.2020-ci il tarixdə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-nin İH-nin sədri X6 xx.xx.2020-ci il tarixli, **********9 saylı əmri ilə iddiaçı hərbi xidmətdə olduğu dövrdə, razılığı alınmadan Fondun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin böyük mütəxəssisi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-nin İH-nin sədri X6 xx.xx.2022-ci il tarixli **********3 saylı əmri ilə Fondun Gəncə-Daşkəsən regional filialının Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin böyük mütəxəssisi İddiaçı həmin tarixdən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia müddətini ötürmədən hazırki iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(114)-1231/2022 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Bundan sonra iddiaçı mediasiyaya müraciət etmiş, cavabdehin nümayəndəsi mediasiya prosesində iştirak etmədiyindən. xx.xx.2022-ci il tarixdə müvafiq arayış verilmiş və xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə cavabdehin hüquqi ünvanı üzrə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, cavabdeh qurumun nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə hazırlıq iclası keçirildikdən və mülki iş baxışa təyin edildikdən 1 gün sonra elektron məhkəmə sisteminə yüklənilmişdir. Belə ki, cavabdeh qurumun nümayəndələri müvafiq məhkəmə hazırlıq iclaslarında (bir neçə dəfə keçirilmiş) iştirak edərək onlar tərəfindən iddiaya ümumi etiraza dair ərizələr təqdim edilsədə, iddia müddətin tətbiqinə dair ərizə məhkəməyə təqdim edilməmiş, həmçinin elektron sistemə yüklənilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 154.2.4 və 154.2.5-ci maddələrinə əsasən isə iddiaya etirazda, iddia etiraf edilmədiyi təqdirdə, cavabdehin etirazının əsasladığı fakt və hallar, eləcə də, istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Məhkəmə eyni zamanda cavabdehin, İddiaçı tərəfindən Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-nin İH-nin sədri X7 müraciət edilərək, Fondda müvafiq vəzifəyə keçirilməsinə etiraz etməməsinə dair ərizəsi əsasında onun aşağı vəzifəyə keçirilməsi ilə bağlı istinad etdiyi dəlilə tənqidi yanaşaraq, ilk növbədə qeyd edir ki, həmin ərizədə ümumiyyətlə tarix göstərilməməklə, keçirilməli olduğu vəzifə də, dəqiq qeyd edilməmiş, iddiaçının yalnız müfaviq vəziyəyə keçirilməsinə etiraz etmədiyi göstərilmişdir. Cavabeh tərəf bu ərizənin, iddiaçı tərəfindən guya, iddiaçının məhz Fondun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin böyük mütəxəssisi vəzifəsinə keçirilməsi zamanı verildiyini iddia etsə də, məhkəməyə buna dair sübutlar təqdim etməmiş, bunun əksi olaraq işin araşdırılmış halları ilə iddiaçının, ümumiyyətlə həmin müddətdə hərbi xidmətdə olmaqla, həmin tarixlərdə isə xəstəxanada əməliyyat və müalicə olunması müəyyən edilmişdir. İddiaçı isə həmin ərizənin onun tərəfindən, tutuduğu vəzifədən əsassız və qanuzsuz olaraq aşağı vəzifəyə keçirilməsi ilə bağlı müxtəlif qrumlara etdiyi şikayətlərdən sonra cavabdeh təşkilat tərəfindən idarəyə dəvət olunaraq, onu əvvəlki şöbə müdüri vəzifəsinə keçirəcəklərini və buna dair də, ərizə verməli olduğunu bildirmələrindən sonra, tərəfindən yazıldığını və həmin ərizədə müvafiq vəzifə dedikdə, məhz əvvəlki vəzifəsini nəzərdə tutduğunu bildirmişdir. Məhkəmə iddiaçının bu dəlillərini işin hallarına uyğun sayaraq inandırıcı hesab edir. Bununla yanaşı iş materilları ilə o da müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh qurum arasında imzalandığı iddia olunan işəgötürənin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-nin İH-nin sədri X9 və işçi İddiaçı aralarında bağlanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə əlavə və dəyişikliklərin olmasına dair razılıq da, birində tarix ümumiyyətlə göstərilməyərək və surət olmaqla iki ayrı-ayrı sənədlərdən ibarətdir. İddiaçı, onunla cavabdeh qrum arasında xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə əlavə və dəyişikliklərin olmasına dair hər hansı bir razılığın ümumiyyətlə imzalanmamasını, təqdim olunan razılığın isə, birinin ikinci vərəqində olan orijinal imzanın onunla cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinin sonuncu vərəqinin olması, cavabdeh tərəfindən isə aralarında guya imzalandığı iddia olunan sənədin, yəni razılığın birinci vərəqinin sonradan tərtib olunaraq, ikinci vərəqinə isə xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinin sonuncu səifəsinin əlavə olunduğunu, tərəflərindən məhkəməyə həmin sənədlərin orijinallarının da, məhz bu səbbədən təqdim edə bilməmələrini bildirmişdir. Cavabdehin nümayəndəsi tərəfindən isə sənədlər arasında olan ziddiyyətlərlə baglı tutarlı izahat verilməmiş və buna dair məhkəməyə sübutlar təqdim edilməyərək, sənədlərin əslləri itirildiyindən onları məhkəməyə təqdim etmək iqtidarında olmadıqlarını bildirmişdir. Məhkəmə cavabdeh tərəfin qeyd edilən sübutlarına tənqidi yanaşır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə ünvanlanmış 15 fevral 2002-ci il tarixli məktubda qeyd edilir ki, məhkəməyə təqdim edilən təsərrüfat, maliyyə kargüzarlıq və şəxsi xarakterli sənədlərin mötəbərliyinə və həqiqiliyinə əmin olmaq üçün ilk növbədə onların əsli və notariat qaydasında təsdiq olunmuş surətləri təqdim olunmalıdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarını, iş materiallarını və məhkəmədə toplanılmış digər sübutları hərtərəfli araşdırılmaqla işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21 xx.xx.2022-ci il tarixli **********3 nömrəli əmri ləğv, xx.xx.2020-ci il tarixli **********9 nömrəli əmri isə qismən, yəni İddiaçı aid hissədə ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsinə, bu mümkün olmadıqda ona bərabər vəzifəyə işə bərpa edilməli, xx.xx.2020-ci il tarixdən qətnamə icra edilən müddətə ona məcburi işburaxma müddəti (mütəxəssis vəzifəsi üzrə ödənilmiş əmək haqqları nəzərə alınmaqla) üçün əmək haqqı ödənilməlidir. Məhkmə bu qənaətə gələrkən həmçinin hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi uğrunda hərbi əməliyyatlarda iştirakı, dəfələrlə dövlət tərəfindən mükafatlandırılması xəsarət alması və uzun müddət müalicə olunması da, nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21 xx.xx.2022-ci il tarixli **********3 nömrəli əmri ləğv, xx.xx.2020-ci il tarixli **********9 nömrəli əmri isə qismən, yəni İddiaçı aid hissəsində ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsində, bu mümkün olmadıqda ona bərabər vəzifədə işə bərpa edilsin. xx.xx.2020-ci il tarixdən qətnamə icra edilən müddətə İddiaçı məcburi işburaxma müddəti (mütəxəssis vəzifəsi üzrə ödənilmiş əmək haqqları nəzərə alınmaqla) üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Toğrul Axundov