Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3752/2025 09.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və Cavabdeh2nə qarşı Bakı şəhəri Suraxanı rayonu icra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və Cavabdeh2nə qarşı Bakı şəhəri Suraxanı rayonu icra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 8İ-994 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehdən kredit almışdır. Ödənişində gecikmə olduğunu görə, onların tələbi qarşısında, köhnə krediti bağlamaq üçün ona yeni kredit sənədləşdirməklə ona yeni kredit verilmiş, həmin yeni krediti tamamilə köhnə kreditin bağlanmasına yönəldilmişdir (almamışdır). Bu minvalla çətin maddi durumda olan onu daha da çətin vəziyyətə salıblar. Növbəti kredit müqaviləsi 18 yanvar 2024-cü il olmaqla (müqavilə: 4576/2024) 48 ay müddətinə faktiki illik faiz dərəcəsi 41 faiz olmaqla 26000 manat sənədləşdirilmişdir. Kreditlərin təminatı olaraq, arvadı ilə birgə nikah mülkiyyəti olan Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4042-60 məhəllədə 1 saylı evin 108 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. BOKT-un təşəbbüsü ilə notariat ofisi icra qeydi vermişdir. Tələb edilən borc miqdarı və müvafiq olaraq icra qeydi qanuna ziddir və ləğv edilməlidir. Tələbkarın istinad edildiyi kredit müqaviləsi Mülki Məcəllənin normalarına ziddir. Kredit müqaviləsində faizlərin hər ay ödənilməsi nəzərdə tutulub. Bu isə Mülki Məcəllənin daha əvvəlki kredit müqaviləsi bağlanarkən (indiki kredit onun faktiki davamıdır) qüvvədə olan 741-ci maddəsinə ziddir. Həmin maddənin tələblərinə görə faizlər ilin sonunda ödənilməlidir: “Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.” Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən: “Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır”. Göründüyü kimi, faizlərin illik ödənilməsi ilə bağlı olan norma imperativdir. Əqdin tərəflərinin qanunun tələblərinə zidd razılaşması hüquqi nəticə yarada bilməz. Faizlər aylıq yox, qanunun tələblərinə uyğun olaraq illik tutulduqda borc qalığı tamam fərqli – az olur. Tələbkarın tələb etdiyi borc əvvəlki borcun faizi ilə əsas borcunun cəmidir. Bu şərt Mülki Məcəllənin əvvəlki müqavilə bağlanarkən qüvvədə olan 445.7-ci maddəsinin tələblərinə zidd tətbiq edilmişdir. Belə ki, bankın barəsində iddia qaldırdığı kredit həmin əvvəlki kredit və ona görə olan faiz borclarının cəmidir. Qeyd edilən normanın tələblərinə görə faizdən faiz ödənilməsi yolverilməzdir. Qanunun bu tələbinin pozulması da, yekunda qanunsuz olaraq yüksək məbləğdə borc tələb edilməsilə nəticələnmişdir. Qeyd edilən səbəblərdən qanunsuz yüksək borc hesablandığına görə, onun nəticəsi olaraq qanunsuz yüksək dəbbə pulu hesablanmışdır. Dəbbə pulu həmdə tənasübsüz surətdə yüksəkdir. Bu da Mülki Məcəllənin dəbbə puluna dair normalarına (maddə 467) ziddir. Cavabdeh "xxxx" MMC iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 8İ- 994 nömrəli icra qeydinin ləğv edilməsi ilə bağlı İddiaçı tərəfindən irəli sürülmüş iddia ərizəsinə qarşı etirazlarını bildirmişlər. İddiaçı ilə cavabdeh arasında 18 yanvar 2024-cü il tarixində bağlanmış 4576/2024 nömrəli kredit müqaviləsi üzrə, iddiaçıya 26000 (iyirmi altı min) manat məbləğində kredit verilmiş və həmin kreditin təminatı kimi iddiaçının mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 108 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Müqavilənin bütün şərtləri tərəflərin qarşılıqlı razılığı əsasında, şəffaf və qanuni qaydada müəyyən edilmiş və imzalanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirmədiyindən, qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh tərəfindən 14 fevral 2025-ci il tarixində ipoteka predmetinə yönəltmə barədə rəsmi bildiriş göndərilmişdir. Bildiriş məktubu 19 fevral 2025-ci il tarixdə İddiaçı tərəfindən şəxsən imzalanaraq qəbul edilmişdir. Bildirişdə kredit borcunun ödənilməsi üçün 21 gün müddət təyin edilmişdir. Qeyd olunan müddət ərzində iddiaçı borc tələbini nə mübahisələndirmiş, nə də borcunu ödəməmişdir. Bu səbəbdən, 08 may 2025-ci il tarixində cavabdeh tərəfindən Elektron notariat sistemi vasitəsilə icra qeydi üçün müraciət edilmiş və həmin tarixdə 8İ-994 nömrəli icra qeydi verilmişdir. İcra qeydi icra olunması üçün Bakı şəhəri, Suraxanı rayon İcra şöbəsinə göndərilmiş və icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Rövşən Əliyev tərəfindən 12 may 2025-ci il tarixli icraata başlamaq barədə qərar qəbul edilmişdir. İddia ərizəsində göstərilən tələblərin hüquqi əsası və sübutları yoxdur. Kredit müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında, şəffaf və qanuni qaydada bağlanmışdır. Müqavilənin bütün şərtləri aydın şəkildə müəyyən edilmiş və tərəflər tərəfindən imzalanmışdır. İddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində cavabdeh tərəfindən qanunvericiliyə uyğun zəruri hüquqi tədbirlər görülmüşdür. Müqavilə şərtlərinin pozulmasına görə hüquqi məsuliyyət tam şəkildə iddiaçının üzərindədir. Yuxarıda qeyd olunan hallar və təqdim edilən hüquqi əsaslara istinadən bildirmişlər ki, "xxxx" BOKT MMC tərəfindən həyata keçirilmiş əməliyyatlar mövcud qanunvericiliyə tam uyğundur və hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Tərəflərindən təqdim olunan sübutlar və izahlar da açıq şəkildə göstərir ki, iddiaçının tələbləri əsassızdır və hüquqi baxımdan təmin olunmalı deyil. Bu səbəbdən, məhkəmədən iddia ərizəsinin əsassız hesab edilərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, "xxxx" MMC iddiaçıya aidiyyatı bildirişi göndərib, sadəcə iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. İddiaçı tərəfindən icra qeydi ilə bağlı müəyyən olunmuş müddət ötürülüb. xx.xx.2025-ci il tarixdə iddiaçı bildirişi şəxsən götürüb. Müqavilənin müddəti bitməyib. İddiaçı daha əvvəl də onlardan kredit götürmüşdür. Onlar iddiaçının qeydiyyat ünvanı Ağdam rayonuna sənədlərini göndərsələr də, geri qayıdıb. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Cavabdeh2nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı rayonu icra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə digər cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş proses iştirakçılarının izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş 20 may 2011-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 1, 108 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 4576/2024 saylı, 18 yanvar 2024-cü il tarixli kredit müqaviləsinə əsasən bank borcalana 48 ay müddətinə illik 32% ödəmək şərtilə 26000 (iyirmi altı min) manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. - 18 yanvar 2024-cü il tarixdə Bakı şəhəri 53 saylı Notariat Ofisində bağlanmış və notarial qaydada təsdiq olunmuş sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 1 ünvanında yerləşən 64,21 kv.m. ümumi sahədən ibarət 108 saylı mənzili eyni tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayan "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri müqavilə tərəflərinin razılığına əsasən 102000 manat məbləğində müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 1, 108 saylı mənzil ipoteka müqaviləsi üzrə ipoteka yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində 1377 nömrəli reyestr kitabının 125960 nömrəli vərəqində "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. - "xxxx" MMC-nin borcalan və ipoteka qoyan İddiaçı ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair 4871 saylı, xx.xx.2025-ci il tarixli bildirişdən və həmin bildirişin təqdim edilməsinə dair xəbərnamədən görünür ki, tələbkar "xxxx" MMC borclu və ipoteka qoyan İddiaçı bağladıqları kredit və ipoteka müqavilələrinə istinad etməklə, ipoteka predmetinə tutma yönəldiləcəyi barədə icra qeydinin aparılacağına dair məlumat vermişdir. - "xxxx" MMC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 24 fevral 2025-ci il tarixli məktubuna əsasən İddiaçı 4576/2024 saylı, 18 yanvar 2024-cü il tarixli kredit müqaviləsi üzrə olan öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişlər. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" MMCyə ünvanladığı 26 fevral 2025-ci il tarixli məktubuna əsasən ünvan 6 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. - "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, borcalan İddiaçı 4576/2024 saylı, 18 yanvar 2024-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixənə 24246,87 (iyirmi dörd min iki yüz qırx altı manat səksən yeddi qəpik) manat əsas, 5891,98 (beş min səkkiz yüz doxsan bir manat doxsan səkkiz qəpik) manat faiz borcu, 6500 (altı min beş yüz) manat cərimə olmaqla, cəmi 36638,85 (otuz altı min altı yüz otuz səkkiz manat səksən beş qəpik) manat məbləğində borcu vardır. - 08 may 2025-ci il tarixdə Cavabdeh2 dövlət notariusu Məmməd Əliyev tərəfindən verilmiş 8İ-994 reyestr saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair icra qeydindən görünür ki, ipoteka saxlayan "xxxx" MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 6 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi barədə icra qeydi verilmişdir. Öhdəliyi müəyyən edən 4576/2024 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 24246,87 manat manat əsas borc, 5891,98 manat faiz borcu, 6500 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 36638,85 manat təşkil etdiyi qeyd olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3400 nömrəli, 28 iyul 2025-ci il tarixli ekspert rəyinə əsasən hazırki tədqiqatla mülki iş materiallarına və təqdim olunmuş sənədlərə əsasən borcalan İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış 4576/2024 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən edilmiş ödənişlər kredit müqaviləsinin şərtlərinə uyğun olaraq silinmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli 4576/2024 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə (2-ci sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 26182,79 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2025-ci il tarixə (2-ci sualda soruşulan tarixə): əsas borc üzrə 23.794,89 manat; faiz borcu üzrə - 2387,90 manat. Təqdim olunmuş sənədlərin məcmusundan göründüyü kimi, Cavabdeh2 tərəfindən verilmiş 08 may 2025-ci il tarixli 8İ-994 reyestr saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair icra qeydi «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunla müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə görə icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Həmin Qanunun 76-cı maddəsinin 9-cu hissəsinə görə borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 №-li qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1–1-ci bəndinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə görə ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə görə bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi prosesi bu barədə bildirişin ipoteka saxlayan tərəfindən ipoteka qoyana təqdim edilməsi ilə başlayır (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsi). “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə və “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1–1-ci bəndinə əsasən məhz ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş və onun ipoteka qoyana göndərilməsini təsdiq edən sifarişli poçt sənədi, barəsində icra qeydi aparılacaq borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlərdən biridir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə görə ipoteka qoyan tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə görə bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 №-li qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinin 2-ci abzasına görə notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması ilə müəyyən edilir. Göründüyü kimi, notarius, barəsində icra qeydi apardığı borcun mübahisəsizliyini müəyyən etmək üçün (“Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1–1-ci bəndində göstərilən bütün sənədləri, o cümlədən ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişi tələbkardan tələb etməli və notariat işinə əlavə etməli idi. Hazırkı iş üzrə cavabdeh "xxxx" MMC borclu İddiaçı göndərdiyi “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair Bildiriş”in məzmununda 14.022025-ci il tarixinə olan borcun 21 gün ərzində ödənilməsi, ödənilmədiyi halda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-38-ci maddələrinə əsasən ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi xəbərdar etmişdir. Yəni borcun ödənilməsi ilə tutmanın yönəldilməsi barədə iki fərqli məzmunlu bildirişi bir bildirişdə birləşdirmişdir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 6-cı hissəsinə görə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanun ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Göründüyü kimi, qanunun istinad olunan normasında iki bildirişdən bəhs olunur: 1) tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə göndərməli olduğu və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən bildiriş; 2) göndərilməsi qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın Xİİ fəslinin normalarından görünür ki, notarius mübahisəsiz olduğu halda üç tələb üzrə: 1) borcludan pul məbləğinin tutulması barədə; 2) borcludan əmlakın alınması barədə; 3) ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi apara bilər. İş materiallarında olan "xxxx" MMC-nin borcalan və ipoteka qoyan İddiaçı ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair 4871 saylı, xx.xx.2025-ci il tarixli bildirişdən və həmin bildirişin təqdim edilməsinə dair xəbərnamədən görünür ki, tələbkar "xxxx" MMC borclu və ipoteka qoyan İddiaçı bağladıqları kredit və ipoteka müqavilələrinə istinad etməklə, ipoteka predmetinə tutma yönəldiləcəyi barədə icra qeydinin aparılacağına dair məlumat vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" MMCyə ünvanladığı 26 fevral 2025-ci il tarixli məktubuna əsasən ünvan 6 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan sənədlərə əsasən icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən xx.xx.2025-ci il tarixli bildiriş xx.xx.2025-ci ildə sifarişli poçtla İddiaçı ünvanına göndərilmış və xx.xx.2025-ci il tarixdə həmin ünvanda onun tərəfindən qəbul olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə görə poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Qanunun bu tələbinə əsasən İddiaçı ünvanına xx.xx.2025-ci il tarixdə göndərilmiş icra qeydinin aparılacağı barədə bildiriş 4 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə İddiaçı təqdim olunmuş sayılır. Məhkəmə hesab edir ki, icra qeydinin aparılacağı barədə bildiriş mahiyyətinə görə hətta ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişə bərabər sənəd kimi qəbul olunsaydı belə, bu halda "xxxx" MMC həmin bildirişin qeydiyyata alınması üçün onun İddiaçı təqdim olunduğu tarixdən 3 iş günü ərzində, yəni ən geci xx.xx.2025-ci il tarixində qeydiyyat orqanına müraciət etməli idi. Lakin o, qeydiyyat orqanına müvafiq ərizə ilə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.4.1-ci maddəsinə görə tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Məhkəmə hesab edir ki, bu vəziyyətdə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun davam etdirilməsi qanunla qadağan olunduğu halda notarius ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydi aparmışdır. İcra qeydinin ləğv edilməli əsaslarından biri də 14 fevark 2025-ci il tarixə hesablanmış borc məbləğinin düzgün hesablanmamasıdır. Belə ki, məlumdur ki, icra qeydi mübahisəsiz borc məbləğlərinə dair aparılır. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, 14 fevral 2025-ci il tarixinə əsas borc üzrə 23.794,89 manat; faiz borcu üzrə - 2387,90 manat təşkil edir. Halbuki həmin tarixə verilmiş bildirişdə cavabdeh məbləği əsas borc üzrə - 24246,87 manat, faiz borcu üzrə 4275,51 manat və cərimə olaraq 3224 manat hesablamışdır. Göründüyü kimi məbləğlərdə fərqliliklər müəyyən olunur. Eyni zamanda məhkəmə qeyd edir ki, 08 may 2025-ci il tarixli icra qeydindən 6500 manat dəbbə pulu qeyd edilmişdir ki, bu məbləğ kredit müqaviləsi üzrə əsas borca münasibətdə tənasübsüz yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 tərəfindən aparılmış ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 1 nömrəli evin 108 saylı mənzilinə tutmanın yönəldilməsinə dair 08 may 2025-ci il tarixli, 8İ- 994 reyestr nömrəli icra qeydi ləğv olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 tərəfindən aparılmış ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 1 nömrəli evin 108 saylı mənzilinə tutmanın yönəldilməsinə dair 08 may 2025-ci il tarixli, 8İ-994 reyestr nömrəli icra qeydi ləğv edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Ekspertiza Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-3752/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3752/2025
09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver