Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3762/2022 31.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 69,42 manat borc və xidmət haqqı daxil olmaqla ödənilmiş 30,4 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X1 izahat verərək bildirir ki, İddiaçı ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 01 may 2018-ci il tarixli bank hesabı müqaviləsinə əsasən onun adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış AZ59AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Bu müqavilənin şərtlətinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki Overdraft yaranır. Overdraft hesabda olan qalıq vəsaitdən artıq miqdarda vəsaitin xərclənməsi deməkdir. Hesab sahibi bankın tələbi ilə müvafiq vəsaiti banka dərhal qaytarmalıdır. Lakin Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 4.11-ci və 4.13-cü bəndlərini pоzmuşdur. 01 may 2018-ci il tarixli Bank hesabı müqaviləsinin 4.12-ci bəndində overdraftın yaranma səbəbləri göstərilir. Belə ki, xx.xx.2018-ci il tarixə Cavabdeh cari hesabında pul vəsaiti yox idi. Həmin gün borclu hesabına 72 manat məbləğində pul vəsaiti mədaxil etmişdir. Pul mədaxil edilən zaman “Azəricard” əməliyyat sisteminin texniki xətası nəticəsinə borclunun hesabına səhvən 72 manat pul vəsaiti 2 dəfə mədaxil edilmişdir. Borclu həmin gün kart vasitəsi ilə hesabından 1,42 manat komissiya xərci olmaqla 142 manat məbləğində pul məxaric etmişdir. Sonradan “Azəricard” əməliyyat sistemi tərəfindən səhvən yüklənmiş məbləğin geri qaytarılması üçün əməliyyat aparılmış və borclunun kartında kifayət qədər pul vəsaiti olmadığına görə silinmə bank hesabından aparılmış və overdraft yaranmışdır. Sonradan müxtəlif vaxtlarda onun hesabına 2,02 manat pul vəsaiti yüklənmiş və nəticədə overdraft məbləği 69,42 manat təşkil etmişdir. Borclu Cavabdeh onun kartına səhvən pul vəsaitinin mədaxili barədə məlumatın olmasına baxmayaraq həmin vəsaiti bilərəkdən hesabından məxaric etmişdir. Qeyd edir ki, yuxarıda qeyd olunan halların baş verməsi ölkə daxili əməliyyat sistemlərində mövcud olan nöqsanlar səbəbindən baş verir və gələcəkdə bu cür halların baş verməməsi üçün təkmilləşdirmə işləri aparılır. Cavabdehə xəbərdarlıq məktubu təqdim edilərək ona mübahisənin məhkəməyə qədər nizama saılnması təklif edilmişdir. Həmçinin, cavabdehə dəfələrlə edilmiş şifahi хəbərdarlıqlara baxmayaraq üzərinə düşdüyü öhdəlikləri icra etməmişdir. xx.xx.2022-ci-ci il tarixə borclunun bank hesabı müqaviləsinə əsasən yaranmış overdraft üzrə 69,42 manat məbləğində bоrcu yaranmışdır. Bank hesabı müqaviləsinin şərtlərinə əsasən hesab sahibi müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada hesabda olan qalıq vəsaitdən artıq miqdarda istifadə etdiyi məbləği və banka dəymiş ziyan üzrə ödənişləri banka ödənilməsini öhdəsinə götürür. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, hadisə 2018-ci ildə olmasına və dörd il keçməsinə baxmayaraq bank məsələni indi qabardır. Plastik kartı banka ödəniş edərək əldə etmişdir, hansı ki, katın üstünə “portmanat” yazılmışdır. O, karta 142 manat mədaxil etmiş və 142 manat da məxaric etmişdir. Pulu kartdan bir gün sonra məxaric etmişdir. Əgər texniki səhv olsa idi bank həmin gün pulu geri qaytarardı. “Azəricard” əməliyyat sistemi ilə olan problemin ona aidiyyəti yoxdur. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 133493/20180501 saylı bank hesabı müqaviləsinə əsasən bank müştəriyə hesab açmağı, açılmış hesaba daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba sallmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.11-ci bəndinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq istifadə etdikdə texniki overdraft yaranır və hesab sahibi bankın ilk tələbi ilə müvafiq vəsaiti banka dərhal qaytarmalıdır.Hesab üzrə overdraft yarandıqda və həmin hesabda kifayət qədər pul vəsaiti olduqda yaranmış borc məbləği bank tərəfindən hesabdan akseptsiz qaydada silinir. Bank yaranmış overdraft məbləğini müştərinin bankda olan digər hesablarından da akseptsiz qaydada silə bilər. İş materiallarında olan İddiaçı ASC-nin məlumat sistemindən çıxarışın təsdiq edilmiş surətinə əsasən Cavabdeh hesabına xx.xx.2018-ci il tarixdə, saat 15:07-də 72 manat karta mədaxil olunmuş, xx.xx.2018-ci il tarixdə, saat 23:10-da 142 manat məxaric olunmuşdur. xx.xx.2018-ci il tarixdə isə 72 manat bank hesabından silinmiş və overdraft yaranmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 001/026/0287/2021 saylı xəbərdarlıqbildirişə əsasən, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh AZ59AZEN******************** saylı bank hesabında olan qalıq vəsaitlərdən artıq miqdarda istifadə edilmiş vəsait üzrə xx.xx.2022-ci il tarixə banka 69,42 manat məbləğində borcu vardır. Mülki Məcəllənin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin halları odur ki, iddiaçı ilə Cavabdeh arasında bank hesabı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh bank hesabı üzrə müəyyən edilmiş vəsaitdən artıq istifadə edərək limiti aşmış və yaranmış borcu ödəməyərək öhdəliyini lazımınca icra etməmişdir. Cavabdeh bildirir ki, dörd il keçdikdən sonra bank bu pulu əsassız olaraq tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə məhkəməyə təqdim edilmədiyindən cavabdehin bu dəlili əsassızdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 69,42 (altmış doqquz manat qırx iki qəpik) manat pul və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumun əvəzi olaraq 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 69,42 (altmış doqquz manat qırx iki qəpik) manat pul və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumun əvəzi olaraq 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-3762/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3762/2022
31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver