Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3793/2022 05.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 3 saylı Bakı "ASAN Xidmət" mərkəzinin notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı "şəhadətnamənin və hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi" tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 3 saylı Bakı "ASAN Xidmət" mərkəzinin notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı "şəhadətnamənin və hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi" tələbinə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında əldə edilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsi və iddiaçıların qanun üzrə vərəsə kimi miras əmlakdan paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz verərək iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirir ki, X3 X8, Abutalıbova (Paşayeva) Naibə Məmmədbağır qızı, X6, X10, Abutalıbova (Hüseynova) Mehbarə Məmmədbağır qızı və Cavabdeh3 adlı 6 övladı olmuşdur. X5 xx.xx.1986-cı il tarixdə, X14 xx.xx.2019-cu il tarixdə, X8 xx.xx.2011-ci il tarixdə, Abutalıbova (Paşayeva) Naibə Məmmədbağır qızı xx.xx.2004-cü il tarixdə və X6 xx.xx.2017-ci il tarixdə ölmüşlər. X3 mülkiyyətində Bakı şəhəri Yasamal rayonu 10-cu Xreptovı 57 fərdi yaşayış evi olmuşdur. Qeyd edilən ünvanda ailəliklə birlikdə yaşamışlar. xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Məmmədbağır Abutalıb oğlundan miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə X11, X6 və Cavabdeh3 miras əmlakdan bərabər hissədə irs almışlar. Bundan əlavə qeyd edilən şəhadətnamə üzrə miras əmlakın X10na məxsusu 1/3 hissəsi açıq saxlanmışdır. xx.xx.2018-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Məmmədbağır Abutalıb oğlundan miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə X11 qanun üzrə vərəsə hesab edilməklə miras əmlakdan irs almışdır. 3 saylı Bakı Asan Xidmət mərkəzinin notariat ofisinin notariusu tərəfindən vərəsələrin dairəsini müəyyən etmədən qanunsuz olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. Bu səbəbdən iddiaçılar 3 saylı Bakı Asan Xidmət mərkəzinin notariat ofisi tərəfindən Cavabdeh3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bunun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh3 xx.xx.2017-ci il tarixdə X11 tərəfindən verilmiş etibarnaməyə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh2 arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 200000 manat dəyərində satmışdır. Suala cavab olaraq bildirir ki, Mehbarənin atasının ölümü ilə bağlı məluatı olmuş, lakin müvafiq qaydada notariat orqanına müraciət edilməsi ilə bağlı məlumatı olmamışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçılar nə faktiki olaraq, həmin ünvanda yaşamış, nə də notariat orqanına bu günə qədər miras əmlakın qəbulu ilə bağlı müraciət etmişdir. Qanunvericilik müəyyən edir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. İddiaçılar nə hüquqi, nə də faktiki baxımdan miras əmlakı qəbul etməmişdir. Buna görə də iddiaçıların həmin miras əmlakla bağlı hər hansı bir tələb irəli sürmək üçün subyektiv hüquqları yoxdur. Həmçinin, iddia müddəti ötürülmüşdür. Amma iddia müddətinin tətbiqinə də əsas yoxdur. Çünki, irəli sürülmüş iddia tələbləri əsassızdır. İddiaçı tərəf iddiasını əsaslandıra bilməmişdir. İddiaçı tərəfin bildirdiyi notariat haqqında təlimatın pozulması heç bir halda həmin əqdlərin etibarsızlığına səbəb olmur. Yəni, əqdin etibarsızlığı üçün mülki məcəllədə müəyyənləşdirilmiş şərtlərdən hər hansı biri pozulmalıdır. Hazırki halda hesab edir ki, hər hansı bir şərt pozulmamışdır və hər hansı bir pozuntu yoxdur. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verərək bildirir ki, o, 1965-ci ildə həmin evdə doğulmuşdur. Mehbarə bacısı isə 1950-ci ildə doğulmuşdur. Abdulla Şaiq 231də onların başqa bir evi olmuşdur. Bunlar doğulan gündən orada qeydiyyatda olmuşlar. 1967-68-ci ildən sonra isə bacısı nikah bağlayandan sonra Mətbuat prospektinə köçmüş və orada qeydiyyatda olmuşlar. İddiaçı olan qardaşı uşaqları isə anadan olandan Abdulla Şaiq 231-də qeydiyyatda olmuşlar. Nə böyük qardaşı, nə də bacı heç vaxt mübahisə edilən ünvanda qeydiyyatda olmayıb və yaşamamışlar. 2017-ci ilin oktyabrında Rəhimə bacısı dünyasını dəyişmişdir. Vəfat etməzdən əvvəl Rəhimə könüllü olaraq, 3 nömrəli Asan Xidmətdə öz miras payını ona vermişdir. Suala cavab olaraq bildirir ki, İddiaçı1 heç vaxt Şərifzadə 57 ünvanında qeydiyyatda olmamış və yaşamamışdır. Bacısı Rəhimə, qardaşı Şamil və o, həmin ünvanda yaşamışlar. Bacısı Rəhimənin ailəsi olmamış və ona o baxmışdır. Şamilin qəyyumu odur və Şamil hazırda ruhi xəstəxanadadır. Böyük bacısının haqsızlıqlarından sonra onda beyin pozğunluğu yaranmışdır. Belə ki, qardaşının saxlamaq məqsədilə verdiyi malını Mehbarə mənimsəmişdir. Bundan sonra qardaşında beyin pozğunluğu yaranmışdır. Rəhmətə gedən bacısının da Suraxanıda evi var idi. Mehbarə onu da satmış və mənimsəmişdir. Anası onunla yaşayırdı, adı Seybayə olmuşdur, 1997-ci ildə rəhmətə getmişdir. Birinci atası, sonra anası rəhmətə getmişdir. İddiaçı tərəf isə ərizədə onun həyat yoldaşının ad-soyadını yazmışdır. Esmira isə onun həyat yoldaşıdır, 2019-cu ildə dünyasını dəyişmişdir. İddiaçılardan Fuad və Orxanın atası Abdulla Şaiq 231 ünvanında qeydiyyatda olmuşdur. İddiaçılar Fuad və X34 231 ünvanında doğulmuşlar. Qardaşı əvvəldən orada yaşamış və ailə həyatı qurmuşdur. 2005-ci ildə də Abdulla Şaiq 231 ünvanı sökülmüşdür. 2011-ci ildə də qardaşı rəhmətə getmişdir. Həmin ünvan söküləndə qardaşı uşaqları xeyli pul almışlar. Onların yaxşı imkanları var və atalarından miras qalmışdır. O onlara iddia qaldırmır, bu da onun atasından ona qalan yeganə miras payıdır. İddianın rədd olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 3 saylı Bakı "ASAN Xidmət" mərkəzinin notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Oktyabr rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1986-cı il tarixdə verilmiş Vİİ-JQ № 379863 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.1986-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən Cavabdeh1, Cavabdeh3, X14, X6, X23 və X18 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 57 saylı evdə qeydiyyatdadırlar. İş materiallarında olan X19 tərəfindən yazılmış xx.xx.2017-ci il tarixli ərizənin surətinə əsasən X19 atası X2 qalmış, Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovı küçəsi, 57 saylı evdən ibarət olan miras əmlakı qəbul etdiyini və ondan başqa X7 və X4 da vərəsələr olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 502 saylı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1986-cı il tarixdə vəfat etmiş X3 vərəsələri oğlu Cavabdeh1, qızı X6 və oğlu Cavabdeh3 miras əmlakdan bərabər hissədə pay almalıdır. Miras əmlak Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovı küçəsi, 57 saylı evdən ibarətdir. İş materiallarında olan X6 və Cavabdeh3 arasında notarial qaydada bağlanılmış xx.xx.2017-ci il tarixli miras payının bağışlama müqaviləsinin surətinə əsasən X9 xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovı küçəsi, 57 saylı evdən ibarət miras əmlakdan ona düşən 1/3 hissədə payını Cavabdeh3 bağışlamışdır. İş materiallarında olan satıcı qismində Cavabdeh3 və Cavabdeh1 ilə alıcı qismində Cavabdeh2 arasında notarial qaydada bağlanılmış xx.xx.2021-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə onlara məxsus olan Cavabdeh3 2/3 hissəsi, Cavabdeh1 isə 1/3 hissəsini Cavabdeh2 satmışlar. Müqaviləni Cavabdeh1 əvəzinə etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 imzalamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayı yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışın surətinə əsasən Cavabdeh3, X15, X29 və Cavabdeh1 ünvan 5 ünvanında qeydiyyatdadırlar. İşin müəyyən olunmuş halları odur ki, mübahisə predmeti olan ev X3 mülkiyyətində olmuşdur. O, xx.xx.1986-cı ildə vəfat etmiş və miras əmlakı olan evə qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən onun qanun üzrə vərəsələri olan övladları Cavabdeh1, X6 və Cavabdeh3 hər biri 1/3 hissədə olmaqla bərabər payları müəyyən edilmişdir. X1 ərizə ilə müraciət edərək miras payını Cavabdeh3 bağışlamışdır. Bundan sonra evə 2/3 hissədə payı olan Cavabdeh3 öz payını və digər payçı Cavabdeh1 verdiyi etibarnamə əsasında onun 1/3 hissədə payını hazırkı iş üzrə Cavabdeh2 satmışdır. Hazırki iş üzrə iddiaçıların tələbi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında əldə edilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsi və miras payının müəyyən edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı1 və digər iddiaçıların ataları X8 mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətlər etməli idi. Lakin onların bununla əlaqədar hər hansı hərəkət etməsi təsdiq olunmur. Belə ki, onlar mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etməli idilər, lakin etməmişlər. Eləcə də, mənzilə sahiblik etməmiş və ya idarə etməyə faktiki başlamamış və mirası qəbul etdiklərini nümayiş etdirməmişlər. Buna görə də qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirmədiyindən mübahisəli evə dair həmin hüququ itirmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR-in 1964-cü il tarixli Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud ölmüş elan edilməsi ilə açılır. Vərəsliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 529-cu maddəsinə əsasən, vərəsəliyi açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəslikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyiləndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət 3 aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 3 saylı Bakı "ASAN Xidmət" mərkəzinin notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında əldə edilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsi və iddiaçıların qanun üzrə vərəsə kimi miras əmlakdan paylarının müəyyən olunması barədə iddiası rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 3 saylı Bakı "ASAN Xidmət" mərkəzinin notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında əldə edilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsi və iddiaçıların qanun üzrə vərəsə kimi miras əmlakdan paylarının müəyyən olunması barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-3793/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3793/2022
05.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver