Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3813/2025 02.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14, mənzil 135, (Yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh1 və Cavabdeh2 çıxarılması və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14, mənzil 135, (Yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh1 və Cavabdeh2 çıxarılması və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14, mənzil 135, (Yeni qaydalarla: AZ 1012, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mükiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququ Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə **********32-05101- 093115 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı həmin mənzili 26 mart 2025-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X1 almışdır. Mənzil alqı-satqı qaydasında alınmamışdan əvvəl iddiaçıya məlum olmuşdur ki, həmin mənzildə Şuşa şəhərindən olan məcburi köçkün ailəsi yaşayır. Lakin, güman etmişdir ki, Qarabağ torpaqları düşmən işğalılndan azad olunduğu üçün məcburi köçkünlər öz yurd-yuvalarına qayımaq üçün dövlət tərəfindən evlə təmin olunacaqlarına görə həmin mənzildə yaşayan məcburi köçkün ailəsi mənzili könüllü boşaldacaqdır. Lakin, mənzildə yaşayan Şuşa şəhərindən olan məcburi köçkünlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan mənzildən könüllü surətdə çıxmadıqlarına görə mənzili boşaltmaları üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı bu mənzili alan vaxtadək ailə üzvləri ilə kirayə evdə yaşamış, bu mənzildən başqa evi olmamışdır. Hal-hazırda kirayə pulunu ödəmək imkanı olmadığı üçün ailə üzvüləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən atasına məxsus evə köçüb orada yaşayırlar. Məcburi köçkün ailəsinin ona məxsus mənzildə qanunsuz yaşamaları onu mülkiyyətində olan daşınmaz əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə imkan vermir, mülkiyyətin toxunulmazlılğı ilə bağlı Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş hüquqlarınnı kobudcasına pozur, ona görə də onlar qanunsuz zəbt etdikləri yaşayış sahəsindən məhkəmə qaydasında çıxarılmalıdır. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclaslarında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Çıxarışın surətinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14, mənzil 135, (Yeni qaydalarla: AZ 1012, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14, mənzil 135, (Yeni qaydalarla: AZ 1012, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır. Cavabdehlər məcburi köçkündürlər və 1993-cü il tarixdən etibarən həmin mənzili yaşayırlar (mülki işin mübahisəsiz halıdır). Subyektlərin mülkiyyət hüquqlarının müdafiəsi məhkəmə tərəfindən təmin edilməlidir. Mülkiyyət hüququna qeyri-legitim əsaslarla müdaxilə yolverilməzdir. İddiaçının mülkiyyət hüquqları pozulur. İddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına qanunvericiliklə müəyyən edilmiş legitim əsaslar müəyyən edilmir. Bu səbəbdən, iddiaçının mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməlidir. Cavabdehlərin məcburi köçkün olmaları və ya iş üzrə faktiki digər hallar mülkiyyət hüquqlarının pozulmasına haqq qazandıra, buna əsas qismində çıxış edə bilməz. Cavabdehlərin vəkili arqument olaraq bildirir ki, iddiaçı fəaliyyət qabiliyyətsizdir. Lakin, cavabdehin özü tərəfindən təqdim edilmiş arayışa əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya əlillik təyinatının aparılmasından imtina edilmişdir. Bundan əlavə, iddiaçının fiziki və ya əqli qüsuru ilə bağlı əlilliyi olsa da, şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi yalnız məhkəmə qətnaməsi əsasında həyata keçirilə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı mülki hüquq münasibətlərinin subyekti kimi hüquq qabiliyyətli və tam fəaliyyət qabiliyyətlidir. Bundan əlavə, cavabdehlərin həmin mənzildə uzun illərdir ki, qanunsuz yaşamaları onların həmin mənzilə mülkiyyət hüquqlarının yaranmasına əsas deyildir. Həmçinin, iddiaçının sözügedən mənzilə mülkiyyət hüquqlarının yaranması əsasının (alqı-satqının etibarsızlığı və s.) mübahisələndirilməsinə dair cavabdehlərin subyektiv hüququnun olması məsələsinə baxılmalıdır. Məhkəmə Ərizəçilər Cavabdeh2 və Cavabdeh1 ərizəsi əsasında iddiaçı X2 cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə itirilmiş icraatın bərpa edildiyini, həmin mübahisəyə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılmasını nəzərə alır. Mülkiyyət hüquqlarının yaranmasının əsasının gələcəkdə ləğv edilməsi və ya hüquqi situasiyanın dəyişməsi hüquq münasibətlərinin mahiyyəti gərəyi mümkündür. Lakin, məhkəmə mübahisəyə hazırki hüquqi situasiyaya uyğun baxaraq həll etməlidir. Vicdanlı əldə etmə, ilkin əldə etmə, əldə etmənin etibarlılığı şərtləri hazırki mübahisənin predmeti deyildir. Cavabdeh tərəfin icraatın dayandırılması barədə vəsatəti əsassız hesab edilir. Belə ki, mülkiyyətçinin mülkiyyət hüquqları təxirə salınmadan qorunmalıdır. Hazırki mübahisə üzrə icraatın dayandırılması uğurluluq ehtimalı müəyyən olmayan digər iddianın qaldırılması səbəbindən mülkiyyət hüquqlarının əsassız pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Nəticə etibarilə, mülkiyyətçi olan iddiaçının iddia tələbi əsaslıdır. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Hüquqi müəyyən, aydın, anlaşılan hüquq norması digər formada təfsir edilə bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14, mənzil 135, (Yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14, mənzil 135, (Yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh1 və Cavabdeh2 çıxarılması və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14, mənzil 135, (Yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsınlar. Mülki iş üzrə ödənilmiş 100 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3813/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3813/2025
02.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver