Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3843/2025 25.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh “Respublika Təcili və X2 Mərkəzi” X13ə qarşı “töhmət verilməsi barədə əmrin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Respublika Təcili və X2 Mərkəzi” X13ə qarşı “töhmət verilməsi barədə əmrin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Respublika Təcili və X2 Mərkəzi” X15 tərəfindən verilmiş “İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında” 30 aprel 2025-ci il tarixli, 18-1-88/3-1-6152/2025 nömrəli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onunla Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13 tabeliyində fəaliyyət göstərən "Respublika Təcili və X2 Mərkəzi" X15 arasında 04 aprel 2024-cü il tarixdə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmışdır. Müvafiq müqaviləyə əsasən, o, “həkim” vəzifəsində əmək funksiyalarını yerinə yetirmişdir. 25 ildən artıqdır ki, X16 Xidmətində həkim vəzifəsində qüsursuz olaraq çalışır. Lakin təəssüf hissi ilə bildirir ki, 30 aprel 2025-ci il tarixində işəgötürən tərəfindən onun barəsində intizam tənbehi tədbirinin tətbiq olunması barədə Əmr verilmiş və həmin Əmr əsasında ona töhmət tətbiq edilmişdir. Verilmiş əmrlə razılaşmır və hesab edir ki, həmin intizam tənbeh tədbiri əsassız və qanunsuz şəkildə tətbiq olunmuşdur. Belə ki, Əmrdə qeyd olunan pozuntu və ona əsas kimi göstərilən faktlar reallığı əks etdirmir və işin faktiki halları ilə uzlaşmır. Əmrə əsasən, guya 08 aprel 2025-ci il tarixində saat 19:26 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində baş vermiş hadisə ilə bağlı dispetçer xidməti tərəfindən ünvanlarına daxil olmuş X16 çağırışına getməkdən imtina etmiş, nəticədə çağırışın icrasında 17 dəqiqəlik gecikmə baş vermişdir. Bu iddialar həqiqəti əks etdirmir. Əmək funksiyalarını vicdanla, məsuliyyətlə və mütəmadi olaraq yerinə yetirmişdir. İşlədiyi müəəsisədə baş verən korrupsiya faktları, əsassız olaraq həkimlərdən pul tələb edilməsi ilə bağlı şikayətlərindən sonra ona heç bir əsas olmadan töhmət verilmişdir. Ancaq bu hal onun korrupsiya və rüşvətxorluğa qarşı mübarizə əzmini qıra bilməz. Onun 25 illik qüsursuz fəaliyyətini şikayətlərdən sonra töhmətlə ləkəmişlər. Əmrdə qeyd etdikləri çağırışla bağlı isə işin faktiki halları aşağıdakı kimidir: - X9 Babayeva tərəfindən çağırış barədə ilkin məlumatın guya saat 19:26-da ona verildiyi göstərilsə də, çağırışla bağlı məlumat faktiki olaraq 19:43-də verilmişdir. Məlumatı aldıqdan dərhal sonra Səbinə Babayeva adlı həmkar həkimə çağırış barədə məlumat vermiş və onun həmin çağırışa getməsinin mümkünlüyünü soruşmuşdur. Səbinə xanım könüllü şəkildə çağırışa gedəcəyini bildirmişdir. Ardınca bu barədə dispetçerə dərhal telefon vasitəsilə məlumat verilmişdir. Nəticə etibarilə çağırış Səbinə doktor tərəfindən könüllü şəkildə icra olunmuş, tibbi yardım vaxtında göstərilmişdir. Qeyd edir ki, çağırışın icra olunmasında onun tərəfindən heç bir gecikmə, imtina və ya səhlənkarlıq baş verməmişdir. Əksinə, operativ şəkildə koordinasiya həyata keçirilmiş, çağırışın operativ icrası təmin olunmuşdur. Buradan aydın görünür ki, əmək və icra intizamının pozulmasından söhbət gedə bilməz. Əmr A.N.Kazımova, A.F.Allahyarova və S.İ.Mahmudova tərəfindən təqdim edilmiş məlumat və arayışlara istinad edilməklə qəbul edilmişdir. Lakin bu sənədlərin heç biri faktiki sübutlarla, o cümlədən real vaxt qeydləri, zənglərin çıxarışı və digər obyektiv dəlillərlə əsaslandırılmamışdır. Həmçinin Səbinə həkimlə və dispetçerlə aralarında baş vermiş telefon danışığı da göstərir ki, çağırışın icrası məhz tərəfindən koordinasiya olunmuş, Səbinə xanım çağırışın icrasını könüllü şəkildə həyata keçirmiş və çağırış gecikməyə səbəb olmadan yerinə yetirilmişdir. Belə olan halda, çağırışdan imtina etdiyi və bu səbəbdən çağırışın icra vaxtının guya 17 dəqiqə gecikməsi ilə bağlı onun barəsində intizam tənbeh tədbirinin tətbiqi əsassızdır və hesab edir ki, bu barədə müvafiq Əmr əmək hüquqlarımın pozulması ilə nəticələnmişdir. Tərəfindən verilmiş vəkil sorğusuna cavab məktubundan və ona qoşma kimi əlavə edilmiş “X7 Vərəqi”ndən görünür ki, çağırış 19:21də verilmiş, lakin 19:47-də ötürülmüşdür. Açıq-aşkar görsənir ki, çağırış dispetçer tərəfindən gecikdirilmişdir. Burada çağırışın gecikdirilməsinə onun ümumiyyətlə hər hansı aidiyyəti olmamışdır. Çağırış vaxtında ötürülsə idi, heç bir gecikmə halı baş verməyəcəkdir. Qərəzli şəkildə heçbir əsas olmadan “bunu onun üstünə atmışlar”. O cümlədən, tərəflərindən xx.xx.2025-ci il tarixdə çağırışın dəqiq rəqəmlər göstərilməklə saat neçədə daxil olması, çağırış daxil olduqdan sonra hansı hərəkətlərin icra olunması, ilk öncə çağırışın hara və saat neçədə yönləndirilməsi, çağırış üzrə tibb bacısı tərəfindən çağırışın saat neçədə Yasamal TTTYS 2 saylı bölməsinin təcili və X2 üzrə həkimi İddiaçı ötürülməsi, qeyd olunan çağırışa həkim briqadasının saat neçədə çıxması, çağırış operatora daxil olduqdan neçə dəqiqə sonra çağırış barədə həkim İddiaçı məlumat verilməsi, danışığın neçə dəqiqə davam etməsi (saat göstərilməklə) barədə məlumatın, habelə həmin danışığı özündə əks etdirən səs yazılarının, zəng tarixçəsindən çıxarışın təqdim olunması barədə vəkil sorğusu göndərilsə də, tərəf həmin sorğuları mahiyyəti üzrə cavablamamış, müvafiq səs yazılarını, zəng tarixçəsindən çıxarışları təqdim etməkdən imtina etmiş, əvəzində 103 çağrımərkəzi ilə pasiyent arasında olan səsyazılarını təqdim etmişdir. Hansı ki, məhz zəng tarixçələrindən çıxarışı və dispetçerlə İddiaçı arasında olan zənglərin səs yazısı təsdiq edir ki, çağırış barədə ilkin məlumat məhz 17:43-də verilmiş, o cümlədən, çağırışdan Tamella Müslumova tərəfindən imtina olunmamış, X8 tərəfindən könüllü icra edilmişdir. Ona əsassız olaraq töhmət verilmiş, bu barədə müvafiq əmr çıxarılmışdır. Həmçinin, tərəfindən xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixli, 18-1-88/3- 1-6152/2025 saylı əmri, habelə qeyd olunan əmrin İddiaçı təqdim (elan) edilib-edilməməsi barədə məlumatın, təqdim edildiyi halda İddiaçı əmrlə tanış olması ilə bağlı rəsmi sənədlərin təsdiq edilmiş surətlərinin təqdim olunması barədə vəkil sorğusu göndərilsə də, tərəf həmin sorğuları cavablandırmamışdır. Mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Müvafiq əmrin İddiaçı təqdim (elan) edilib-edilməməsi barədə məlumatın, təqdim edildiyi halda İddiaçı əmrlə tanış olması ilə bağlı rəsmi sənədlərin təsdiq edilmiş surətlərinin təqdim olunması barədə vəkil sorğusu göndərilsə də, tərəf həmin sorğuları cavablandırmamışdır. Göründüyü kimi, cavabdeh tərəfindən yuxarıda qeyd edilmiş qanunvericilik normalarının tələbləri kobud şəkildə pozulmaqla əmək funksiyalarının yerinə yetirilməməsinə görə əsassız olaraq töhmət növündə intizam tənbehi verilmişdir. Cavabdeh “Respublika Təcili və X2 Mərkəzi” X15 iddiaya etirazını məhkəməyə təqdim edərək, İddiaçı iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı "əmrin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Respublika Təcili və X3 Mərkəzi" X17 tərəfindən verilmiş "İddiaçı məsuliyyət tədbirinin tətbiqi barədə 30 aprel 2025-ci il tarixli, 18-1-88/3-1- 615212025 nömrəli əmrin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi qanunsuz və əsassız hesab edirlər. Belə ki, xx.xx.2025-ci il tarixində saat 19:26-da "Respublika Təcili və X2 Mərkəzi" X13 Mərkəzi Çağrı Xidmətinə (103) Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 24 nömrəli binanın qarşısı, "Bravo" supermarketlə üzbəüz, (küçədə) ünvanından Şəfəq Hacıyevanm (65 yaş) adma "küçədə yıxılıb" səbəbi ilə daxil olan çağırışı çağırış üzrə tibb bacısı Samirə Babayeva icra edilməsi üçün Yasamal TTTYS 2 saylı bölməsinin həkimi İddiaçı vərərkən, həkim iş növbəsinin bitməsinə az vaxt qalması ilə əlaqədar çağırışı icra etməkdən imtina edərək, müraciətin axşam növbəsinə gələn həkimə ötürülməsini bildirmişdir. Bu səbəbdən çağırış 17 dəqiqə gecikmə ilə saat 19:43-də Yasamal TTTYS 2 saylı bölməsinin həkimi Səbinə Babayevaya və tibb bacısı Fəxrəndə Qənbərovaya verilmişdir. Çağırış vərəqində aparılan qeydlərə əsasən təcili yardım briqadası saat 19:48-də bölmədən çıxmış, saat 19:53-də ünvana çatmış və həkim S.Babayeva xəstə X1 (65 yaş) "Qapalı kəllə beyin travması. Bədənin çoxsaylı müştərək travması" diaqnozu qoymuş, ilkin tibbi yardım göstərmiş və X10 hospitalizasiya etmişdir. Bu səbəbdən də "Respublika Təcili və X2 Mərkəzi" X13 Yasamal TTTYS bölməsinin təcili və X2 üzrə həkimi İddiaçı qızma vəzifə funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə və məsuliyyətsizliyə yol verdiyinə görə xx.xx.2025-ci il tarixdə AR ƏM-nin 186-cı maddəsinin ikinci hissəsinin "a" bəndinə əsasən "Töhmət" verilmişdir. Respublika Təcili və X2 Mərkəzi" X13 Yasamal TTTYS bölməsinin təcili və X2 üzrə həkimi İddiaçı həmin intizam tənbehi ona görə verilmişdir ki, o, Mərkəzin təcili və X2 üzrə həkimi olmaqla xx.xx.2025-ci il tarixində saat 19:26-da "Respublika Təcili və X2 Mərkəzi" X13 Mərkəzi Çağrı Xidmətinə daxil olmuş məlumata əsasən çağırışı icra etməkdən iimtina etməklə özünün vəzifə funksiyasını yerinə yetirməyərək və məsuliyyətsizliyə yol vermişdir. Həkim İddiaçı barəsində çağın verilmiş şəxsin həyatını təhlükə qarşısında qoymuşdur. Qanunun tələbinə əsasən bu hərəkətinə görə Yasamal TTTYS bölməsinin təcili və X2 üzrə həkimi İddiaçı barəsində daha ciddi tənbeh tədbiri görülə bilərdi. Lakin "Respublika Təcili və X3 Mərkəzi" X14 rəhbərliyi ona qarşı hümanist mövqedən çıxış edərək töhmət verməklə kifayətlənmişdir. Bu məsələ "Respublika Təcili və X4 Mərkəzi" PHŞ tərəfindən tam və obyektiv surətdə araşdırılmaqla, həmin əmr verilmişdir. İddiaçı məsuliyyət tədbirinin tətbiqi barədə verilmiş 30 aprel 2025-ci il tarixli, 18-1-88/3-1-615212025 nömrəli əmri tam qanuni və əsaslı hesab edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, üzrlü səbəbdən iclasda iştirak edə bilmədiklərini, hazırki iş üzrə bu günə təyin edilmiş məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş şahid X5 ifadəsində iddiaçı Tamellanın onun iş yoldaşı olduğunu, hər ikisinin səyyar həkim olduğunu, çağırışın 19:26da gəldiyini, 19:33-də ötürüldüyünü, lakin 19:33-də çağırışın Tamellaya ötürülmədiyini, həmin gün növbənin sonu olduğunu, növbənin 20:00-da bitdiyini, saat 19:30-da gələn növbənin həkimlərinin razılığı əsasında 19:30-dan sonra gəlmiş çağırışlara növbəti növbənin həkimlərinin getdiyini, əgər razılıq olmazsa, həmin növbənin həkimlərinin çağırışa getdiyini, növbəyə görə birinci o, sonra Rasim, daha sonra isə Tamellanin çağırışlara getməli olduğunu, gələn çağırış birinci o olduğundan ona ötürülməli olduğunu, çağırışın Rasimə ötürüldüyü, Rasim gedə bilmədiyindən çağırışın Tamellaya ötürüldüyü, müdir barəsində şikayət etdiklərindən 13 nəfərə qarşı qərəzli münasibət olduğunu, onlardan 5 nəfərin işdən çıxdığını, qalan 8 nəfərə qarşı qərəzli münasibətin davam etdiyini bildirdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş şahid X6 ifadəsində iddiaçı Tamellanın onun iş yoldaşı olduğunu, hər ikisinin səyyar həkim olduğunu, həmin gün növbədə o, Tamella və Nərmin xanımın olduğunu, növbənin sonu olduğunu, növbənin 20:00-da bitdiyini, həkimlərin razılığı əsasında 19:30-dan sonra gəlmiş çağırışlara növbəti növbənin həkimlərinin getdiyini, növbəti növbənin həkimi Babayeva Səbinənin çağırışa getməyə razı olduğunu, bu səbəbdən çağırışın onun adına yazıldığını və çağırışa Babayeva Səbinənin getdiyini, 1983-cü ildən orda işlədiyini, direktor Aygün gələndən sonra heç bir səbəb olmadan töhmət verməyə çalışdığını, 13 nəfərin şikayət etdiyini, onlardan 5 nəfərin işdən çıxdığını, qalan 8 nəfərə qarşı qərəzli münasibətin davam etdiyini bildirdi. İş materiallarında olan ”Respublika Təcili və X2 Mərkəzi” X15 ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən müddətsiz əmək müqaviləsi əsasında əsas iş yeri olaraq Yasamal TTTYS bölməsində təcili və X2 üzrə həkim vəzifəsində işləyir və aylıq əmək haqqı məbləği 2070 manatdır. İş materiallarında olan ”Respublika Təcili və X2 Mərkəzi” X13in xx.xx.2025-ci il tarixli, 18-1-88/3-1-6152/2025 nömrəli əmrinə əsasən vəzifə funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə və məsuliyyətsizliyə yol verdiyinə görə “Respublika Təcili və X2 Mərkəzi” X13 Yasamal TTTYS 2 saylı bölməsinin təcili və X2 üzrə həkim İddiaçı "Töhmət” verilmişdir. İş materiallarında olan ”Respublika Təcili və X2 Mərkəzi” X13in “PRO BONO” Vəkil Bürosuna ünvanladığı xx.xx.2025-ci il tarixli, 18-1-88/2-1718/2025 nömrəli sorğulara cavab məktubuna əsasən xx.xx.2025-ci il tarixində saat 19:21-də “Respublika Təcili və X2 Mərkəzi” X13 Mərkəzi Çağrı Xidmətinə (103) Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 24 nömrəli binanın qarşısı, "Bravo” supermarketlə üzbəüz, (küçədə) ünvanından Şəfəq Hacıyevanın (65 yaş) adına “küçədə yıxılıb” səbəbi ilə daxil olan çağırış icra edilməsi üçün saat 19:47-də Yasamal TTTYS-nın 2 saylı bölməsinin həkimi Səbinə Babayeva və tibb bacısı Fəxrəndə Qənbərovaya verilmişdir. Təcili yardım briqadası saat 19:48-də ünvana çıxmış, saat 19:53-də ünvana çatmış və xəstə X1 (65 yaş) “Qapalı kəllə beyin travması. Bədənin çoxsaylı müştərək travması” diaqnozu qoymuş, ilkin tibbi yardım göstərmiş və X10 hospitalizasiya etmişdir. Hadisə barədə 29-cu polis bölməsinin əməkdaşı Kazımzadəyə məlumat verilmişdir İş materiallarında olan ”Respublika Təcili və X2 Mərkəzi” X13in xx.xx.2025-ci il tarixli, 18-1-88/2-2449/2025 nömrəli müraciətin cavablandırılması barədə cavab məktubuna əsasən xx.xx.2025-ci il tarixində saat 19:26-da “Respublika Təcili və X2 Mərkəzi" X13 Mərkəzi Çağrı Xidmətinə (103), Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 24 nömrəli binanın qarşısı “Bravo” supermarketlə üzbəüz (küçədə) ünvanından Şəfəq Hacıyevanın (65 yaş) adına “küçədə yıxılıb” səbəbi ilə daxil olan çağırışı, çağırış üzrə tibb bacısı Samirə Babayeva icra edilməsi üçün Yasamal TTTYS-nın 2 saylı bölməsinin həkimi Tamilla Müslümovaya verərkən, həkim çağırışa getməkdən imtina edərək, müraciətin axşam növbəsinə gələn həkimə ötürülməsini bildirmişdir. Bu səbəbdən çağırış 17 dəqiqə gecikmə ilə saat 19:43-də Yasamal TTTYS-nın 2 saylı bölməsinin həkimi Şəbinə Babayevaya və tibb bacısı Fəxrəndə Qənbərovaya verilmişdir. Çağırış kartaya əsasən təcili yardım briqadası saat 19:48-də bölmədən çıxmış, saat 19:53-də ünvana çatmış və həkim S.Babayeva xəstə X1 (65 yaş) “Qapalı kəllə beyin travması. Bədənin çoxsaylı müştərək travması” diaqnozu qoymuş, ilkin tibbi yardım göstərmiş və X10 hospitalizasiya etmişdir. Hadisə barədə 29-cu polis bölməsinin əməkdaşı Kazımzadəyə məlumat verilmişdir. Çağırış üzrə tibb bacısı Samirə Babayeva ilə həkim Tamilla Müslümova arasında danışığın səs yazısı mövcud olmadığından danışığın neçə dəqiqə davam etməsi barədə məlumat verə bilmirlər. İş materiallarında olan ”Respublika Təcili və X2 Mərkəzi” X13in xx.xx.2025-ci il tarixli, 18-1-88/2-4187/2025 nömrəli cavab məktubuna əsasən xx.xx.2025-ci il tarixində saat 19:26-da "Respublika Təcili və X2 Mərkəzi” X13 Mərkəzi Çağrı Xidmətinə (103) Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 24 nömrəli binanın qarşısı, "Bravo" supermarketlə üzbəüz, (küçədə) ünvanından Şəfəq Hacıyevanın (65 yaş) adına "küçədə yıxılıb" səbəbi ilə daxil olan çağırışı çağırış üzrə tibb bacısı Samirə Babayeva icra edilməsi üçün Yasamal TTTYS 2 saylı bölməsinin həkimi İddiaçı vərərkən, həkim iş növbəsinin bitməsinə az vaxt qalması ilə əlaqədar çağırışı icra etməkdən iimtina edərək, müraciətin axşam növbəsinə gələn həkimə ötürülməsini bildirmişdir. Bu səbəbdən çağırış 17 dəqiqə gecikmə ilə saat 19:43-də Yasamal TTTYS 2 saylı bölməsinin həkimi Şəbinə Babayevaya və tibb bacısı Fəxrəndə Qənbərovaya verilmişdir. Çağırış vərəqində aparılan qeydlərə əsasən təcili yardım briqadası saat 19:48-də bölmədən çıxmış, saat 19:53-də ünvana çatmış və həkim S.Babayeva xəstə X1 (65 yaş) "Qapalı kəllə beyin travması. Bədənin çoxsaylı müştərək travması” diaqnozu qoymuş, ilkin tibbi yardım göstərmiş və X10 hospitalizasiya etmişdir. “Respublika Təcili və X2 Mərkəzi” X13 Yasamal TTTYS bölməsinin təcili və X2 üzrə həkimi İddiaçı vəzifə funksiyasını keyfiyyyətsiz yerinə yetirdiyinə və məsuliyyətsizliyə yol verdiyinə görə xx.xx.2025-ci il tarixdə AR ƏM-nin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən “Töhmət" verilmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddəsinin 2-ci hissəsinə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 190-cı maddəsinin 3-cü hissəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə cavabdeh ”Respublika Təcili və X2 Mərkəzi” X15 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən İddiaçı cavabdeh Yasamal TTTYS bölməsində təcili və X2 üzrə həkim vəzifəsində işə qəbul edilmişdir. Daha sonra cavabdeh ”Respublika Təcili və X2 Mərkəzi” X13in xx.xx.2025-ci il tarixli “İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında” əmrinə əsasən vəzifə funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə və məsuliyyətsizliyə yol verdiyinə görə “Respublika Təcili və X2 Mərkəzi” X13 Yasamal TTTYS 2 saylı bölməsinin təcili və X2 üzrə həkimi İddiaçı töhmət verilmişdir. Hazırda İddiaçı “Respublika Təcili və X2 Mərkəzi” X15 tərəfindən verilmiş “İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında” 30 aprel 2025-ci il tarixli, 18-1-88/3-1-6152/2025 nömrəli əmrin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ”Respublika Təcili və X2 Mərkəzi” X15 iddiaya etiraz edərək, xx.xx.2025ci il tarixində saat 19:26-da "Respublika Təcili və X2 Mərkəzi" X13 Mərkəzi Çağrı Xidmətinə (103) vətəndaş çağırışı icra edilməsi üçün Yasamal TTTYS 2 saylı bölməsinin həkimi İddiaçı vərilərkən, həkim iş növbəsinin bitməsinə az vaxt qalması ilə əlaqədar çağırışı icra etməkdən imtina edərək müraciətin axşam növbəsinə gələn həkimə ötürdüyünü, bu səbəbdən çağırışın 17 dəqiqə gecikmə ilə saat 19:43-də Yasamal TTTYS 2 saylı bölməsinin həkimi Səbinə Babayevaya və tibb bacısı Fəxrəndə Qənbərovaya verildiyini, təcili yardım briqadasının saat 19:48-də bölmədən çıxdığını, saat 19:53-də ünvana çatdığını, çağırışa həkim S.Babayevanın getdiyini, bu səbəbdən də İddiaçı vəzifə funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə və məsuliyyətsizliyə yol verdiyinə görə xx.xx.2025-ci il tarixdə töhmət verildiyini bildirsə də, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyin tələbinə görə işçi vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. Məhkəmə tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3843/2025 nömrəli qərardadı ilə cavabdeh ”Respublika Təcili və X2 Mərkəzi” X13ə xx.xx.2025-ci il tarixli, 18-1-88/3-1-6152/2025 nömrəli “İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında” əmrinin verilməsinə əsas olmuş sənədlərin (mərkəzi çağrı xidmətinin böyük həkimi A.N.Kazımovanın, bölmə müdiri A.F.Allahyarovanın məlumatları, bölmədə tərtib edilmiş akt, İnsan resursları şöbəsinin şöbə müdiri S.İ.Mahmudovanın arayışı) və çağırışın dəqiq rəqəmlər göstərilməklə saat neçədə daxil olması, çağırış daxil olduqdan sonra hansı hərəkətlərin icra olunması (dəqiq saatlar göstərilməklə), ilk öncə çağırışın hara və saat neçədə yönləndirilməsi, çağırışın dəqiq rəqəmlər göstərilməklə saat neçədə Yasamal TTTYS 2 saylı bölməsinin təcili və X2 üzrə həkimi İddiaçı ötürülməsi, çağırış üzrə operator-dispetçer ilə həkim İddiaçı arasında danışığın neçə dəqiqə davam etməsi (dəqiq saat göstərilməklə) barədə məlumatların və həmin danışığı özündə əks etdirən səs yazılarının təqdim edilməsi ilə bağlı sorğu ünvanlansa da, sorğuya cavab verilməmiş, cavabdeh tərəfindən əmrin verilməsinə əsas olmuş sənədlər və digər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da, işəgötürən intizam tənbehinin verilməsi əsaslılığını sübut etmək vəzifəsini yerinə yetirməmişdir. Belə ki, işçi intizam məsuliyyətinə cəlb edilirsə, intizam qaydalarının pozulmasının işçi tərəfindən qəsdən törədilməsi ilə bağlı sübutetmə yükü işəgötürənin üzərindədir. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Tərəflərin izahatları, şahidlərin ifadələri və iş materiallarına əsasən müəyyən olunur ki, işəgötürən tərəfindən işçiyə intizam tənbehi verilərkən qanunvericiliyin tələblərinə riayət edilməmiş, işçinin hüquqlarının pozulduğu aşkar olunmuş, həmçinin əmrin verilməsinə əsas olmuş sənədlər və digər sübutlar işəgötürən tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Respublika Təcili və X2 Mərkəzi” X13in “İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında” 30 aprel 2025-ci il tarixli, 18-1-88/3- 1-6152/2025 nömrəli əmri ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Respublika Təcili və X2 Mərkəzi” X13in “İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında” 30 aprel 2025-ci il tarixli, 18-1-88/3-1-6152/2025 nömrəli əmri ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-3843/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3843/2025
25.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver