Məhkəmə qərarları › İş №e-2(004)-3859/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3859/2024

01.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3859/2024 01.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, əməkhaqqının ödənilməsi və öhdəliyin qoyulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, əməkhaqqının ödənilməsi və öhdəliyin qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əliyeva Şəhla hazırki mülki iş üzrə cavabdehlə aralarında razılıq əldə olunduğunu, razılıq əsasında Barışıq sazişi tərtib olunduğunu bildirdi və Barışıq sazişinin təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil Barışıq sazişini məhkəməyə təqdim edərək, təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, mülki işin icraatına xitam verilməlidir. İş materiallarına əlavə olunmuş: xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 1.Sazişin predmeti: Tərəflər bu Sazişi imzalamaqla və onun məhkəmə qaydasında təsdiqini təmin etməklə aralarında olan bütün mübahisələri, o cümlədən Mübahisəni tamamilə və birdəfəlik qaydada bu Sazişdə göstərilən şərtlərlə həll edir, bir-birini hər hansı mövcud və ya gələcək tələblərdən, iddialardan, etirazlardan və ya narazılıqlardan azad edirlər.

2. Sazişin icrası: 2.1 Bu Saziş qüvvəyə mindikdən sonra onun icrası üçün Tərəflər aşağıdakı hərəkətləri edəcəklər: 2.1.1. Cavabdeh iddiaçının xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən “öz təşəbbüsü ilə” xitam verilməsi barədə ərizəsi əsasında 10 iş günü ərzində aşağıdakıları etməlidir: a) iddiaçının barəsində xx.xx.2024-cü il tarixdən sonra verilmiş AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024 və xx.xx.2024-cü il tarixli əmrləri ləğv edərək, iddiaçı ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən “işçinin öz xahişi əsasında” xx.xx.2024-cü il tarixdən xitam verilməsinə dair əmr vermək və bu barədə əmrin surətini iddiaçıya təqdim etmək; b) əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən iddiaçının öz təşəbbüsü ilə xitam verildiyi barədə müvafiq icra hakimiyyətinin elektron sistemində müvafiq qeyd aparılması üçün zəruri tədbirləri görmək;

3. Tərəflərin digər öhdəlikləri: 3.1 Bu Saziş üzrə cavabdehin aşağıdakı öhdəlikləri vardır: 3.1.1. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək; 3.1.2.bu Sazişin mövcudluğunu, onun şərtlərini məxfi saxlamaq; 3.2 Bu Saziş üzrə İddiaçının aşağıdakı öhdəlikləri vardır: 3.2.1 bu Saziş qüvvəyə mindikdən sonra cavabdehə qarşı əmək müqaviləsindən və ya aralarında mövcud olmuş əmək münasibətlərindən irəli gələn və ya onlarla bağlı hər hansı dövlət orqanında, məhkəmələrdə və ya hər hansı digər müstəvilərdə hər hansı iddia, tələb, etiraz və ya şikayət irəli sürməmək; 3.2.2 bu Saziş qüvvəyə mindikdən sonra bütün müddət ərzində Cavabdehin kommersiya sirlərini, məxfi və özəl xarakterli bütün məlumatlarını mümkün ən güclü səylə qorumaq; cavabdehin nüfuzuna xələl gətirə biləcək hər hansı məlumatı hər hansı formada yaymamaq və ya Cavabdehə hər hansı digər formada zərər vura biləcək hərəkət etməmək; 3.2.3.bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək və bu Sazişin icrası üçün Cavabdehə lazımı dəstəyi göstərmək. 3.2.4.bu Sazişin mövcudluğunu, onun şərtlərini məxfi saxlamaq.

4. Digər müddəalar: 4.1 Bu Saziş onun təsdiqi və mübahisəyə Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən xitam verildiyi barədə məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. 4.2 Bu Sazişin imzalanması Cavabdeh tərəfindən hər hansı pozuntunun və ya İddiaçının hər hansı hüququnun pozuntusunun etirafı demək deyildir və bu cür təfsir oluna bilməz. 4.3 X5 3 nüsxədə imzalayır. Nüsxələrdən biri Yasamal Rayon Məhkəməsinə təqdim edilir. Digər nüsxələr isə Tərəflərdə saxlanılır. Azərbaycan Respublikası MPM-nin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.4-ci maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı X4 ilə cavabdeh "xxxx" MMC-nın direktoru X1 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış, aşağıdakı şərtlərdən ibarət Barışıq sazişi təsdiq edilsin: 1.Sazişin predmeti: Tərəflər bu Sazişi imzalamaqla və onun məhkəmə qaydasında təsdiqini təmin etməklə aralarında olan bütün mübahisələri, o cümlədən Mübahisəni tamamilə və birdəfəlik qaydada bu Sazişdə göstərilən şərtlərlə həll edir, bir-birini hər hansı mövcud və ya gələcək tələblərdən, iddialardan, etirazlardan və ya narazılıqlardan azad edirlər.

2. Sazişin icrası: 2.1 Bu Saziş qüvvəyə mindikdən sonra onun icrası üçün Tərəflər aşağıdakı hərəkətləri edəcəklər: 2.1.1. Cavabdeh iddiaçının xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən “öz təşəbbüsü ilə” xitam verilməsi barədə ərizəsi əsasında 10 iş günü ərzində aşağıdakıları etməlidir: a) iddiaçının barəsində xx.xx.2024-cü il tarixdən sonra verilmiş AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024 və xx.xx.2024-cü il tarixli əmrləri ləğv edərək, iddiaçı ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən “işçinin öz xahişi əsasında” xx.xx.2024-cü il tarixdən xitam verilməsinə dair əmr vermək və bu barədə əmrin surətini iddiaçıya təqdim etmək; b) əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən iddiaçının öz təşəbbüsü ilə xitam verildiyi barədə müvafiq icra hakimiyyətinin elektron sistemində müvafiq qeyd aparılması üçün zəruri tədbirləri görmək;

3. Tərəflərin digər öhdəlikləri: 3.1 Bu Saziş üzrə cavabdehin aşağıdakı öhdəlikləri vardır: 3.1.1. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək; 3.1.2.bu Sazişin mövcudluğunu, onun şərtlərini məxfi saxlamaq; 3.2 Bu Saziş üzrə İddiaçının aşağıdakı öhdəlikləri vardır: 3.2.1 bu Saziş qüvvəyə mindikdən sonra cavabdehə qarşı əmək müqaviləsindən və ya aralarında mövcud olmuş əmək münasibətlərindən irəli gələn və ya onlarla bağlı hər hansı dövlət orqanında, məhkəmələrdə və ya hər hansı digər müstəvilərdə hər hansı iddia, tələb, etiraz və ya şikayət irəli sürməmək; 3.2.2 bu Saziş qüvvəyə mindikdən sonra bütün müddət ərzində Cavabdehin kommersiya sirlərini, məxfi və özəl xarakterli bütün məlumatlarını mümkün ən güclü səylə qorumaq; cavabdehin nüfuzuna xələl gətirə biləcək hər hansı məlumatı hər hansı formada yaymamaq və ya Cavabdehə hər hansı digər formada zərər vura biləcək hərəkət etməmək; 3.2.3.bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək və bu Sazişin icrası üçün Cavabdehə lazımı dəstəyi göstərmək. 3.2.4.bu Sazişin mövcudluğunu, onun şərtlərini məxfi saxlamaq.

4. Digər müddəalar: 4.1 Bu Saziş onun təsdiqi və mübahisəyə Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən xitam verildiyi barədə məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. 4.2 Bu Sazişin imzalanması Cavabdeh tərəfindən hər hansı pozuntunun və ya İddiaçının hər hansı hüququnun pozuntusunun etirafı demək deyildir və bu cür təfsir oluna bilməz. 4.3 X5 3 nüsxədə imzalayır. Nüsxələrdən biri Yasamal Rayon Məhkəməsinə təqdim edilir. Digər nüsxələr isə Tərəflərdə saxlanılır. İddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, əməkhaqqının ödənilməsi və öhdəliyin qoyulması" tələbinə dair mülki işin icraatına xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar