Məhkəmə qərarları › İş №e-2(004)-3866/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3866/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3866/2022 05.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi, təsdiq edilmiş eksiz lahiyənin verilməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi, təsdiq edilmiş eksiz lahiyənin verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1) ünvan 1 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində yerləşən xx.xx.2019-cu il tarixli, Y/90 saylı müqaviləyə əsasən ona verilməli olan 280 kv.m olan mənzilin təhvil verilməyən 35 kv.m ölçüdə yaşayış sahəsinin cavabdehdən alınaraq onun sahibliyinə və istifadəsinə verilməsi, 2) onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y/3 saylı müqaviləyə üzrə öhdəliklərin yerinə yetirilərək, qeyriyaşayış sahəsinin giriş qapıları (dəmir, seyf) PVC tipli metoplastik pəncərələr quraşdırılması və arakəsmə işləri görülməsi, eləcə də binanı fasad üzünü eskiz lahiyyəyə uyğun olaraq təmir etməyi, 3) onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 71 saylı müqaviləyə əsasən Cavabdeh MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən binanın zirzəmisində yerləşən 21 nömrəli qaraja dair qarajın ölçüsü 15,3 kv.m göstərilməklə yeni, müqavilə bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması, 4) ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC-nin inşa etdiyi binanın həyətində yerləşən ona məxsus WJ Liftinin cavabdehin hesabına sökülərək ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 30 iyun 2022-ci il tarixdə daxil olmuşdur. Qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinin tələbinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Hazırda iş materiallarından görünür ki, iddiaçı X2 tərəfindən ödənilmiş (867090954 nömrəli, xx.xx.2022)-ci il tarixli dövlət rüsumu Məhkəmənin 2(004)-1706/2022 saylı mülki iş üzrə ödənilmiş rüsumdur. Yəni hazırki mülki iş üzrə iddiaçı X2 qanunla müəyyən edilmiş qaydada və məbləğdə yeni dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə etməmişdir. Beləliklə, məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbz iddia ərizəsinə əlavə etmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi, təsdiq edilmiş eksiz lahiyənin verilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar