Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3868/2024 01.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və s.” tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə barışıq sazişi təqdim edərək, hazırda iddia ərizəsi üzrə cavabdeh "xxxx" MMC ilə razılığa gəldiklərini və barışıq sazişi tərtib edildiyini bildirmişdir. Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddiaçı ilə aralarında barışıq sazişinin imzalandığını, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Sazişin predmeti: Tərəflər bu Sazişi imzalamaqla və onun məhkəmə qaydasında təsdiqini təmin etməklə aralarında olan bütün mübahisələri, o cümlədən Mübahisəni tamamilə və birdəfəlik qaydada bu Sazişdə göstərilən şərtlərlə həll edir, bir-birini hər hansı mövcud və ya gələcək tələblərdən, iddialardan, etirazlardan və ya narazılıqlardan azad edirlər.
2. Sazişin icrası: 2.1. Bu Saziş qüvvəyə mindikdən sonra onun icrası üçün Tərəflər aşağıdakı hərəkətləri edəcəklər: 2.1.1. Cavabdeh iddiaçının xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69- cu maddəsinə əsasən “öz təşəbbüsü ilə” xitam verilməsi barədə ərizəsi əsasında 10 iş günü ərzində aşağıdakıları etməlidir: a) iddiaçının barəsində xx.xx.2024-cü il tarixdən sonra verilmiş AR Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024 və xx.xx.2024-cü il tarixli əmrləri ləğv edərək, iddiaçı ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən “işçinin öz xahişi əsasında” xx.xx.2024-cü il tarixdən xitam verilməsinə dair əmr vermək və bu barədə əmrin surətini iddiaçıya təqdim etmək; b) əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən iddiaçının öz təşəbbüsü ilə xitam verildiyi barədə müvafiq icra hakimiyyətinin elektron sistemində müvafiq qeyd aparılması üçün zəruri tədbirləri görmək;
3. Tərəflərin digər öhdəlikləri: 3.1. Bu Saziş üzrə cavabdehin aşağıdakı öhdəlikləri vardır: 3.1.1. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək; 3.1.2. bu Sazişin mövcudluğunu, onun şərtlərini məxfi saxlamaq; 3.2. Bu Saziş üzrə İddiaçının aşağıdakı öhdəlikləri vardır: 3.2.1. bu Saziş qüvvəyə mindikdən sonra cavabdehə qarşı əmək müqaviləsindən və ya aralarında mövcud olmuş əmək münasibətlərindən irəli gələn və ya onlarla bağlı hər hansı dövlət orqanında, məhkəmələrdə və ya hər hansı digər müstəvilərdə hər hansı iddia, tələb, etiraz və ya şikayət irəli sürməmək; 3.2.2. bu Saziş qüvvəyə mindikdən sonra bütün müddət ərzində Cavabdehin kommersiya sirlərini, məxfi və özəl xarakterli bütün məlumatlarım mümkün ən güclü səylə qorumaq; cavabdehin nüfuzuna xələl gətirə biləcək hər hansı məlumatı hər hansı formada yaymamaq və ya Cavabdehə hər hansı digər formada zərər vura biləcək hərəkət etməmək; 3.2.3. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək və bu Sazişin icrası üçün Cavabdehə lazımı dəstəyi göstərmək. 3.2.4. bu Sazişin mövcudluğunu, onun şərtlərini məxfi saxlamaq.
4. Digər müddəalar: 4.1. Bu Saziş onun təsdiqi və mübahisəyə Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən xitam verildiyi barədə məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. 4.2. Bu Sazişin imzalanması Cavabdeh tərəfindən hər hansı pozuntunun və ya İddiaçının hər hansı hüququnun pozuntusunun etirafı demək deyildir və bu cür təfsir oluna bilməz. 4.3. X2 3 nüsxədə imzalayır. Nüsxələrdən biri Yasamal Rayon Məhkəməsinə təqdim edilir. Digər nüsxələr isə Tərəflərdə saxlanılır. Azərbaycan Respublikası MPM-nin 52.3 və 52.5-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materiallarını ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 18 sentyabr 2024-cü il tarixli barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə tərəflər arasında 18 sentyabr 2024-cü il tarixdə bağlanmış aşağıdakı şərtlərdən ibarət barışıq sazişi təsdiq edilsin:
1. Sazişin predmeti: Tərəflər bu Sazişi imzalamaqla və onun məhkəmə qaydasında təsdiqini təmin etməklə aralarında olan bütün mübahisələri, o cümlədən Mübahisəni tamamilə və birdəfəlik qaydada bu Sazişdə göstərilən şərtlərlə həll edir, bir-birini hər hansı mövcud və ya gələcək tələblərdən, iddialardan, etirazlardan və ya narazılıqlardan azad edirlər.
2. Sazişin icrası: 2.1. Bu Saziş qüvvəyə mindikdən sonra onun icrası üçün Tərəflər aşağıdakı hərəkətləri edəcəklər: 2.1.1. Cavabdeh iddiaçının xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69- cu maddəsinə əsasən “öz təşəbbüsü ilə” xitam verilməsi barədə ərizəsi əsasında 10 iş günü ərzində aşağıdakıları etməlidir: a) iddiaçının barəsində xx.xx.2024-cü il tarixdən sonra verilmiş AR Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024 və xx.xx.2024-cü il tarixli əmrləri ləğv edərək, iddiaçı ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən “işçinin öz xahişi əsasında” xx.xx.2024-cü il tarixdən xitam verilməsinə dair əmr vermək və bu barədə əmrin surətini iddiaçıya təqdim etmək; b) əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən iddiaçının öz təşəbbüsü ilə xitam verildiyi barədə müvafiq icra hakimiyyətinin elektron sistemində müvafiq qeyd aparılması üçün zəruri tədbirləri görmək;
3. Tərəflərin digər öhdəlikləri: 3.1. Bu Saziş üzrə cavabdehin aşağıdakı öhdəlikləri vardır: 3.1.1. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək; 3.1.2. bu Sazişin mövcudluğunu, onun şərtlərini məxfi saxlamaq; 3.2. Bu Saziş üzrə İddiaçının aşağıdakı öhdəlikləri vardır: 3.2.1. bu Saziş qüvvəyə mindikdən sonra cavabdehə qarşı əmək müqaviləsindən və ya aralarında mövcud olmuş əmək münasibətlərindən irəli gələn və ya onlarla bağlı hər hansı dövlət orqanında, məhkəmələrdə və ya hər hansı digər müstəvilərdə hər hansı iddia, tələb, etiraz və ya şikayət irəli sürməmək; 3.2.2. bu Saziş qüvvəyə mindikdən sonra bütün müddət ərzində Cavabdehin kommersiya sirlərini, məxfi və özəl xarakterli bütün məlumatlarım mümkün ən güclü səylə qorumaq; cavabdehin nüfuzuna xələl gətirə biləcək hər hansı məlumatı hər hansı formada yaymamaq və ya Cavabdehə hər hansı digər formada zərər vura biləcək hərəkət etməmək; 3.2.3. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək və bu Sazişin icrası üçün Cavabdehə lazımı dəstəyi göstərmək. 3.2.4. bu Sazişin mövcudluğunu, onun şərtlərini məxfi saxlamaq.
4. Digər müddəalar: 4.1. Bu Saziş onun təsdiqi və mübahisəyə Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən xitam verildiyi barədə məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. 4.2. Bu Sazişin imzalanması Cavabdeh tərəfindən hər hansı pozuntunun və ya İddiaçının hər hansı hüququnun pozuntusunun etirafı demək deyildir və bu cür təfsir oluna bilməz. 4.3. X2 3 nüsxədə imzalayır. Nüsxələrdən biri Yasamal Rayon Məhkəməsinə təqdim edilir. Digər nüsxələr isə Tərəflərdə saxlanılır. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Kərim Xudayev