Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-388/2024 08.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babayeva (Sucayeva) Gülnar Arif qızı vəxx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X7 ünvan 2-da yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və onların mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Babayeva (Sucayeva) Gülnar Arif qızı ilə nikah bağlayaraq ailə qurmuş, Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında xx.xx.2010-cu tarixdə 455 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3406/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixli, 520 №-li qeyd edilərək xx.xx.2023-cü il tarixli, AZ-İ 468407 №-li şəhadətnamə verilmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən tərəflər birgə nikahdan anadan olmuş övladları – xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 anasının yanında qalmasına və cavabdehin iddiaçıdan aliment tələbinin olmamasına dair razılığa gəlmişlər. Tərəflər hazırda uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, X7 ünvan 2-da yerləşən yaşayış sahəsində yaşayırlar. Həmin mənzil nikah dövründə iddiaçının anası X3 ilə bağladığı xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında iddiaçının mülkiyyətinə keçmiş və bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən hüquqların dövlət reyestrində qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** saylı “Çıxarış” verilmişdir. Tərəflər arasında ailə münasibətlərinə xitam veriləndən sonra iddiaçı tərəfindən cavabdehə dəfələrlə könüllü olaraq mənzili tərk etməsi təklif edilmiş, lakin o, bundan imtina etmişdir. Bunun nəticəsində iddiaçı, öz əmlakından istifadə edə və sərəncam verə bilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, X3 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X7 Naxçıvani küç., ev 15, mənzil 140 ünvanında yerləşən, ümumi sahəsi 125,7 kv.m. mənzilini hədiyyə alan İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X7 Naxçıvani küç., ev 15, mənzil 140 xx.xx.2023-cü il tarixdən etibarən İddiaçı xüsusi mülkiyyətindədir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3406/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən Cavabdeh ilə İddiaçı arasında Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsində xx.xx.2010-cu tarixdə 455 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Eyni zamanda həmin qətnamədən görünür ki, tərəflər arasında Bakı 14 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmış, barışıq sazişinə əsasən tərəflər nikahın pozulmasına qarşılıqlı razılığa gəlmiş, habelə övladları - xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 Cavabdeh yanında qalması barədə razılaşmışlar. xx.xx.2023-cü il tarixli, AZ-İ 468407 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2023-cü il tarixdə pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 520 nömrə ilə qeyd aparılmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, X7 ünvan 2 bağışlama nəticəsində iddiaçının mülkiyyətinə keçdiyindən yalnız onun mülkiyyəti hesab olunur. Odur ki, iddiaçının cavabdehlə ailə münasibətlərinə xitam verildiyindən və tərəflər birgə nikahdan doğulmuş uşaqlarının cavabdehin yanında qalması barədə razılaşdığından, iddia təmin edilməli və cavabdeh Babayeva (Sucayeva) Gülnar Arif qızının, xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2015-ci il təvəllüdlü X2 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X7 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməli və həmin mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. Babayeva (Sucayeva) Gülnar Arif qızı, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 Bakı şəhəri, Yasamal rayonu, X7 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-388/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-388/2024
08.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver