Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3886/2024 26.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 və onların nümayəndə və vəkili Vəkil, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11rşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR "xxxx" ASC-nin Binəqədi Rayon Sukanal İdarəsinin İddiaçı1 barəsində olan 27-K №-li, xx.xx.2024-ci il tarixli “əmək müqaviləsinin ləğv edilməsi” haqqında” əmrin və xx.xx.2024-cü il tarixli 70 saylı “İntizam məsuliyyəti haqqında” əmrin ləğv edilərək İddiaçı1 işə bərpa olunmağı və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi, AR "xxxx" ASC-nin Binəqədi Rayon Sukanal İdarəsinin İddiaçı2 İsə oğlu barəsində olan 28-K №-li, xx.xx.2024-ci il tarixli “əmək müqaviləsinin ləğv edilməsi” haqqında” əmrin və xx.xx.2024-cü il tarixli 70 saylı “İntizam məsuliyyəti haqqında” əmrin ləğv edilərək İddiaçı2 İsə oğlunun işə bərpa olunmağı və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar - İddiaçı1 və İddiaçı2 İsə oğlu qardaşdırlar. 2009-cu ilin oktyabr ayından Azərsu ASC Binəqədi rayon Su kanal İdarəsinin su və kanalizasiya şəbəkələrinin istismarı sahəsi Qəza bərpa işləri üzrə çilingər vəzifəsində işləmişlər. Hətta xx.xx.2021-ci il tarixli 67/K əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında əmrlə İddiaçı1 xx.xx.2021-ci il tarixdən 6-cı dərəcə ilə Binəqədi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Su təchizatı Xidmətinin qəza-bərpa işləri üzrə çilingər peşəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixli 29/K əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında əmrlə İddiaçı2 İsə oğlu xx.xx.2022-ci il tarixdən 6-cı dərəcə ilə Binəqədi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Su təchizatı Xidmətinin qəza-bərpa işləri üzrə çilingər peşəsinə təyin edilmişdir. Onlarla bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin“ç” bəndinə əsasən (əmək vəzifəsini kobud şəkildə pozduğumuza görə) xitam verilmişdir. Onlar cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 27-k saylı və xx.xx.2024-cü il tarixli 28-k saylı əmrlərlə razılaşmırlar. Belə ki, onlar əmək müqaviləsi ilə üzərlərinə düşən əmək funksiyalarını tam icra etmişlər. İş zamanı əmək vəzifələrini pozmamışlar. İşdən azad edilərkən həmkarlar ittifaqının üzvü olmaqlarına baxmayaraq araşdırma aparılsa da, araşdırma birtərəfli aparılmış, onların işdən çıxarılmaqlarına aydınlıq gətirilməmişdir. İş yeri üzrə rəhbərlik onıarla qərəzli rəftar etmiş, onların işdən kənarlaşmaqları üçün bəhanələr axtarmışdır. Buradan da aydın görünür ki, rəhbərlik bütün bu qanunsuzluqları qərəzli şəkildə etmişdir. Ona görə də hesab edir ki, onların işdən çıxarılmağı əsassız və qanunsuzdur. Belə ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olduqları zaman (3 fəhlə, 1 sürücü, 1 mühəndis) onlarla gedən mühəndis Qəhrəmanov Nicata sahə rəisi Malik zəng etdi ki, idarə rəisi Sultan müəllimin tapşırığına əsasən Vorovskidə yerləşən Qara Qarayev küçəsi mənzil 23 /B-də su xətti yaranmış borca görə dayandırılmalıdır. Onlar mühəndis Nicatla birlikdə həmin mənzilə getmişlər. Həmin mənzilin sahibi Atlay adlı şəxslə görüşmüşlər və onlara verilən göstərişə və yaranmış borca görə onun mənzilinin suyunu dayandırmağa məcbur olduqlarını demişlər. Lakin o etiraz edərək bildirmişdir ki, evlərində qonaq var, azyaşlı uşaq var sudan istifadəyə görə borcunun olmadığını və həftə sonuna qədər ona möhlət verilməsini istəmiş, suyu dayandırmağa icazə verməmişdir. Onlar da bu səbəbdən suyu kəsməmişlər. Su pulu yığanların qrup rəisi İlhamiz bəy idarənin rəisi Sultan müəllimə zəng edib bildirmişdir ki, sizin göndərdiyiniz briqada düzgün işləmir və mənzilin suyunu dayandırmırlar. Ev sahibi ilə aralarında mübahisə yaranan zaman mühəndis X12 müəllimə zəng edərək demişdir ki, mübahisəni yoluna qoymaq üçün suyu sakitçiliklə kəsməkləri üçün onlara polis göndərsin. Sultan müəllim isə Nicata cavab olaraq bildirmişdir ki, polis oyuncaq deyil ki, hər mübahisəyə görə işə polis cəlb edilsin. Bundan sonra Nicata demişdir ki, hamısı İdarəyə qayıtsın. Onlar idarəyə daxil olanda Sultan müəllim onları ikinci mərtəbənin pilləkanlarında qarşılamış və onları təhqir etməyə başlamışdır. Onları təqdir edərək demişdir ki, yoğunluğuva bir bax biriviz ev sahibini tutardınız digəriniz isə mənzilə verilən suyu dayandırardınız. Bu zaman qardaşı Vüqar ona demişdir ki, Sultan müəllim əgər biz o mənzilin suyunu məcbur şəkildə dayandırsaydıq ev sahibi bizi polisə verəcəkdi. Onlar da mübahisənin böyüməsini istəməmişlər. Bu söhbətlərdən sonra onlara şiddətli töhmət verilmişdir. Şiddətli töhmət verildikdən bir neçə gün sonra isə Həmkarları təmsil edən Xədicə xanım onlara verilən şiddətli töhmətlərə görə iclas etmiş və qeyd etmişdir ki, rəis düz qərar verib. Həmin iclasda İlhamiz müəllim də var idi. İclasdan sonra dəhlizdə İlhamiz bəylə onun arasında mübahisə yaranmış və o hər ikisinə bildirmişdir ki, hansı yolla olur olsun polis vasitəsilə də olsa onları işdən çıxartdıracaq. Bundan sonra onlara məlum olmuşdur ki, xx.xx.2024-cü ildə hər ikisi ilə bağlanmış əmək müqavilələrinə cavabdeh tərəfindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin“ç” bəndinə əsasən (əmək vəzifəsini kobud şəkildə pozduğumuza görə) xitam verilmişdir Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndə və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. AR Əmək Məcəlləsinin 80.1-ci maddəsinə görə “Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir”. Həmkarlar Təşkilatının iclasında yalnız iddiaçıların sonuncu xəbərdarlıqla şiddətli töhmətin ləğv edilməsi ilə bağlı ərizələrinə baxılmışdır. Hesab edir ki, sonuncu xəbərdarlıqla şiddətli töhmət də iddiaçılara əsassız olaraq verilmişdir. Belə ki, ev yiyəsi su xəttinin kəsilməsinə imkan verməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Rəis onlara ev yiyəsi ilə prinsipinin olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İdarə rəisi Sultan müəllim onları Vorovski adlanan ərazidə Qara Qarayev küçəsi 23 B-də su xəttinin dayandırılması üçün göndərmiş, həmin fərdi yaşayış evininin sahibi evində qonağın olduğunu bildirərək, su xəttinin kəsilməsinə etiraz etmişdir. Onlar bu barədə mühəndisə məlumat vermişlər. Onlar su xəttinin yerini müəyyən etmək üçün artıq 10 metr qazıntı işləri aparmışlar. Ev yiyəsi onlara polisə müraciət edəcəyini bildirmişdir. Geri qayıdanda müdir onları idarəyə çağırmışdır. Həmin tapşırığın yerinə yetirilməməsinə görə onlara sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Hadisədən bir müddət sonra işdən çıxarılmışlar. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Həmkarlar Təşkilatının iclası sonuncu xəbərdarlıqla şiddətli töhmətin ləğv edilməsi ilə bağlı keçirilmişdir. Onlara həmin tapşırığın yerinə yetirilməməsinə görə işdən azad edildikləri bildirilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçılar dəfələrlə rəhbərlik tərəfindən verilən tapşırığı yerinə yetirməmişlər. Hətta 2022-ci ildə İddiaçı1 töhmət verilmişdir. Bundan başqa iddiaçılar etik davranış qaydalarını tələblərini də kobud şəkildə pozmuşlar. Bu, Həmkarlar Təşkilatının iclas protokolunda da öz əksini tapmışdır. Bununla bağlı fotoşəkillər Elektron məhkəmə informasiya sisteminə yerləşdirilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. İddiaçıların işdən çıxarılması həmin hadisələrə görə olmuşdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC Binəqədi rayon Sukanal Departamentinin xx.xx.2013-cü il tarixli, 12/İ nömrəli “İşçilərin əməyin ödənilmə dərəcəsinin artırılması haqqında” əmrinə əsasən Su şəbəkələri və qurğularının istismarı xidmətinin 4-cü dərəcəli qəza bərpa işləri üzrə çilingəri İddiaçı2 əməyin ödənilməsinin 5-ci dərəcəsi verilmişdir. İş materiallarında olan "xxxx" ASC Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2013-cü il tarixli, 54/İ nömrəli “İşçilərin əməyin ödənilmə dərəcəsinin artırılması haqqında” əmrinə əsasən Su şəbəkələrinin istismarı sahəsinin 4-cü dərəcəli qəza bərpa işləri üzrə çilingəri İddiaçı1 5-ci ixtisas dərəcəsi verilmişdir. İş materiallarında olan "xxxx" ASC Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli, 29/K nömrəli “Əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında” Əmrinə əsasən Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Su təchizatı xidmətinin qəza-bərpa işləri üzrə çilingəri İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2022-ci il tarixdən 6-cı dərəcə ilə Binəqədi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Su təchizatı xidmətinin qəza-bərpa işləri üzrə çilingəri peşəsinə təyin edilmişdir. İş materiallarında olan "xxxx" ASC Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli, 67/K nömrəli “Əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında” Əmrinə əsasən Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin qəza-bərpa işləri üzrə çilingəri İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2021-ci il tarixdən 6-cı dərəcə ilə Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin qəza-bərpa işləri üzrə çilingəri peşəsinə təyin edilmişdir. İş materiallarında olan "xxxx" ASC Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 70 nömrəli “İntizam məsuliyyəti haqqında” Əmrinə əsasən Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin ustası X7, qəza-bərpa işləri üzrə çilingərlər İddiaçı2, İddiaçı1, X4 AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əmrdə qeyd edilmişdir ki, Binəqədi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahə müavini X8 baş mühəndisə təqdim etdiyi və onun əsasında mühəndis X2 xx.xx.2024-cü il qeydiyyat tarixli, 40 nömrəli xidməti məlumatına əsasən araşdırma aparılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, 6-cı mikrorayon, Qara Qarayev küçsi ünvanında yerləşən **********000 kodu olan abonentin su xəttinə sayğac quraşdırılması üçün bugün növbədə olan Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin qəza-bərpa briqadasına rəhbərlik tərəfindən su xəttinin üstünün açılması üçün tapşırıq verilsə də, buna baxmayaraq briqada müxtəlif bəhanələr gətirərək işləməkdən imtina etmişdir. İş materiallarında olan "xxxx" ASC Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 28/K nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” Əmrinə əsasən Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Su təchizatı xidmətinin qəza-bərpa işləri üzrə çilingəri İddiaçı2 ilə bağlanmış əmək müqaviləsi əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. İş materiallarında olan "xxxx" ASC Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 27/K nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” Əmrinə əsasən Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Su təchizatı xidmətinin qəza-bərpa işləri üzrə çilingəri İddiaçı1 ilə bağlanmış əmək müqaviləsi əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinin Binəqədi rayon Sukanal İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 42 nömrəli məktubunda qeyd edilmişdir ki, Binəqədi rayon Sukanal İdarəsinin qəza-bərpa işləri üzrə çilingərləri İddiaçı2 və İddiaçı1 əmək funksiyasını layiqincə yerinə yetirməməsi və müəssisə daxili intizam qaydalarına əməl edilməməsinə dair xx.xx.2024-cü il tarixli, 13-16-5/3/2-02/1/569/2024 saylı məktubuna tərəflərindən baxılmışdır. Müəyyən edilmişdir ki, qəza bərpa işləri üzrə çilingər işləyən İddiaçı2 və İddiaçı1 əmək funksiyasını layiqincə yerinə yetirməmiş və müəssisə daxilində nizam intizam qaydalarına əməl etməmişlər və bununla da əmək müqaviləsinin tələblərini kobud şəkildə pozmuşlar. Bu isə özlüyündə işəgötürən tərəfindən onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsinə əsas verir. Qeyd edilənləri nəzərər alaraq, Binəqədi Rayon Sukanal İdarəsinin qəza-bərpa işləri üzrə çilingərləri İddiaçı2 və İddiaçı1 əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər. İş materiallarında olan "xxxx" ASC Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli Aktında qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixində Binəqədi SKİ-nin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin qəza-bərpa işləri üzrə çilingərləri İddiaçı2 və İddiaçı1 Binəqədi RSKİ-nə və ADSEA-ya etdikləri müraciətləri əsasında X18 təşkilatı tərəfindən idarədə keçirilən iclas zamanı onlar tərəfindən idarədaxili intizam qaydaları, o cümlədən etik davranış qaydalarının tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, adı çəkilən əməkdaşlar iclasın gedişi zaman həddən artıq yüksək səs tonu ilə danışmaqla, aqressiya nümayiş etdirərək iclasın normal ahəngini pozmuş və iclas iştirakçılarına qarşı son dərəcə hörmətsiz davranmışlar. İclas bitdikdən sonra isə onlar öz anormal davranışlarını idarənin dəhlizində davam etdirmişlər. İş materiallarında olan Binəqədi rayon Sukanal İdarəsinin Yerli X6 xx.xx.2024-cü il tarixli İclas protokolundan görünür ki, iclasın gündəliyini İddiaçı2 və İddiaçı1 xx.xx.2024-cü il tarixli ərizələri təşkil etmişdir. xx.xx.2024-cü il tarixində ünvan 2 ünvanında yerləşən, abonent kodu **********000 olan istehlakçının ünvanında su israfçılığının qarşısının alınması məqsədilə su xəttinə sayğac quraşdırılması üçün Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin həmin gün növbədə olan ustası X3, qəza-bərpa işləri üzrə çilingərlər İddiaçı2, İddiaçı1, X4 idarə rəhbərliyi tərəfindən su xəttinin üstünün açılması tapşırığı verilməsinə baxmayaraq, briqada müxtəlif bəhanələr gətirərək işləməkdən imtina etmiş və bununla bağlı olaraq verilmiş tapşırıq yerinə yetirilməmişdir. Araşdırma aparılmaqla, araşdırmanın nəticəsinə uyğun olaraq adı çəkilən əməkdaşlara AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Həmin əməkdaşlar İddiaçı2 və Kazımov X9 Təşkilatına müraciət edərək barələrində tətbiq edilmiş cəzanın ləğv edilməsini tələb edirlər. xx.xx.2024-cü il tarixli akt və həmin tarixli xidməti məlumata əsasən İddiaçı2 və İddiaçı1 ərizələri əsassız hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli, 29/K nömrəli “Əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında” Əmrinə əsasən Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Su təchizatı xidmətinin qəza-bərpa işləri üzrə çilingəri İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2022-ci il tarixdən 6-cı dərəcə ilə Binəqədi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Su təchizatı xidmətinin qəza-bərpa işləri üzrə çilingəri peşəsinə təyin edilmişdir. "xxxx" ASC Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli, 67/K nömrəli “Əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında” Əmrinə əsasən Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin qəza-bərpa işləri üzrə çilingəri İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2021-ci il tarixdən 6-cı dərəcə ilə Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin qəza-bərpa işləri üzrə çilingəri peşəsinə təyin edilmişdir. "xxxx" ASC Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 70 nömrəli “İntizam məsuliyyəti haqqında” Əmrinə əsasən Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin qəza-bərpa işləri üzrə çilingərləri İddiaçı2, İddiaçı1 AR ƏMnin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. "xxxx" ASC Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 27/K nömrəli və xx.xx.2024-cü il tarixli, 28/K nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” Əmrlərinə əsasən İddiaçı1 və İddiaçı2 ilə bağlanmış əmək müqavilələrinə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR "xxxx" ASC-nin Binəqədi Rayon Sukanal İdarəsinin İddiaçı1 barəsində olan 27-K №-li, xx.xx.2024-ci il tarixli “əmək müqaviləsinin ləğv edilməsi” haqqında” əmrin və xx.xx.2024cü il tarixli 70 saylı “İntizam məsuliyyəti haqqında” əmrin ləğv edilərək İddiaçı1 işə bərpa olunmağı və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi, AR "xxxx" ASC-nin Binəqədi Rayon Sukanal İdarəsinin İddiaçı2 İsə oğlu barəsində olan 28-K №-li, xx.xx.2024-ci il tarixli “əmək müqaviləsinin ləğv edilməsi” haqqında” əmrin və xx.xx.2024-cü il tarixli 70 saylı “İntizam məsuliyyəti haqqında” əmrin ləğv edilərək İddiaçı2 İsə oğlunun işə bərpa olunmağı və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər Əmək Məcəlləsinin 71.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçılar ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçılar müvafiq həmkarlaq ittifaqı təşkilatının üzvləridir. Belə olduğu təqdirdə AR ƏM-nin 80.1-ci maddəsinin tələbi nəzərə alınmaqla, işçi ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla xitam verilməzdən əvvəl müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı idi. İş materiallarında olan Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinin Binəqədi rayon Sukanal İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 42 nömrəli məktubla İddiaçı2 və İddiaçı1 əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsinə razılığın verilməsi qeyd edilsə də, bu razılıq aşağıda qeyd edilənlərə əsasən qanunauyğun hesab edilə bilməz. Belə ki, cavabdeh tərəf qeyd edir ki, xx.xx.2024-cü il tarixində ünvan 2 ünvanında yerləşən, abonent kodu **********000 olan istehlakçının ünvanında su israfçılığının qarşısının alınması məqsədilə su xəttinə sayğac quraşdırılması üçün Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin həmin gün növbədə olan ustası X3, qəza-bərpa işləri üzrə çilingərlər İddiaçı2, İddiaçı1, X4 idarə rəhbərliyi tərəfindən su xəttinin üstünün açılması tapşırığı verilməsinə baxmayaraq, briqada müxtəlif bəhanələr gətirərək işləməkdən imtina etmiş və bununla bağlı olaraq verilmiş tapşırıq yerinə yetirilməmişdir. Araşdırma aparılmaqla, araşdırmanın nəticəsinə uyğun olaraq adı çəkilən əməkdaşlara "xxxx" ASC Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 70 nömrəli “İntizam məsuliyyəti haqqında” Əmrinə əsasən AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bundan sonra İddiaçı2 və İddiaçı1 xx.xx.2024-cü il tarixli ərizələrlə Həmkarlar Təşkilatına müraciət edərək barələrində tətbiq edilmiş cəzanın ləğv edilməsini tələb edirlər. Binəqədi rayon Sukanal İdarəsinin Yerli X6 xx.xx.2024-cü il tarixli İclasında həmin məsələyə baxılır və İddiaçı2 və İddiaçı1 ərizələri əsassız hesab edilir. Belə ki, Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Lakin cavabdeh həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etdiyini təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə yalnız Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinin Binəqədi rayon Sukanal İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 42 nömrəli məktubu ilə müəyyən etmişdir ki, Binəqədi rayon Sukanal İdarəsinin qəza-bərpa işləri üzrə çilingərləri İddiaçı2 və İddiaçı1 əmək funksiyasını layiqincə yerinə yetirməməsi və müəssisə daxili intizam qaydalarına əməl edilməməsinə dair xx.xx.2024-cü il tarixli, 13-16-5/3/2-02/1/569/2024 saylı məktubuna cavab olaraq Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsi öz formal razılığını vermişdir. İş materialları ilə təsdiq olunan odur ki, iddiaçıların onların barəsində xx.xx.2024-cü il tarixli, 70 nömrəli “İntizam məsuliyyəti haqqında” Əmrinə əsasən tətbiq edilmiş cəzanın ləğv edilməsi ilə bağlı müraciətinə baxılmasından, yəni xx.xx.2024-cü il tarixindən dərhal sonra, xx.xx.2024-cü il tarixdə Azərbaycan Su Təsərrüfatı X5 həmin işçilərin AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən işdən çıxarılmalarına razılıq vermişdir. Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinin Binəqədi rayon Sukanal İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 42 nömrəli razılıq məktubunun formallığı və qərəzliliyi onunla təsdiq olunur ki, cavabdeh Binəqədi rayon Sukanal İdarəsinin qəza-bərpa işləri üzrə çilingərləri İddiaçı2 və İddiaçı1 əmək funksiyasını layiqincə yerinə yetirməməsi və müəssisə daxili intizam qaydalarına əməl edilməməsinə dair xx.xx.2024cü il tarixdə 13-16-5/3/2-02/1/569/2024 saylı məktubla Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinə müraciət etmiş, komitə də elə eyni tarixdə həmin işçilərin ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsinə razılıq vermişdir. Buradan da müəyyən etmək olar ki, Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsi heç bir zəruri araşdırma aparmadan razılıq vermişdir. xx.xx.2024-cü il tarixli, 13-16-5/3/2-02/1/569/2024 saylı məktubun mövcudluğu, Əmək Məcəlləsinin 80.2-ci maddəsində sözügedən təqdimat olduğu qəbul edilsə belə, təqdimatın işçilərin onlar barəsində tətbiq edilən intizam tənbehinin ləğv edilməsi ilə əlaqədar müraciəti ilə bağlı iclasın səhəri günü verilməsi, belə təqdimatla həmkarlar ittifaqı təşkilatının yazılı razılığının eyni tarixə təsadüf etməsi kimi hallar iddiaçıların AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən işdən çıxarılmasının araşdırılmamasını, işəgötürənin qərəzliliyi təsdiq edir. Belə ki, Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinin Nizamnaməsinin 3.6-cı bəndindən görünür ki, onun fəaliyyəti və davranışı məsələsinə baxılarkən həmkarlar ittifaqının yığıncaqlarında, həmçinin həmkarlar ittifaqı orqanlarının iclaslarında şəxsən iştirak etmək həmkarlar ittifaqı üzvünün hüquqlarından biridir. Lakin buradan görünən odur ki, Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsi üzvləri olan hazırki iş üzrə iddiaçıların əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxarkən onların iştirakını təmin etməmiş, təmin etməməklə yanaşı qərəzli mövqe nümayiş etdirərək, razılıq məktubunda işçinin AR ƏM-nin 70ci maddəsinin ç bəndinə əsasən işdən çıxarılmasını zəruri edən halları əsaslandırmamışdır. Məktubunda qəza bərpa işləri üzrə çilingər işləyən İddiaçı2 və İddiaçı1 əmək funksiyasını layiqincə yerinə yetirmədiyini və müəssisə daxilində nizam intizam qaydalarına əməl etmədiyini və bununla da əmək müqaviləsinin tələblərini kobud şəkildə pozduğunu formal şəkildə qeyd etmişdir. Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinin Nizamnaməsinin 3.6-cı bəndində işçinin hüquqlarının qorunmasını təmin etmək üçün işçinin iştirakının təmin edilməsi də əlavə olaraq normada öz yerini tapmışdır. Cavabdeh isə işçinin işdən çıxarılmasına razılıq verilməsi məsələsinə həmkarlar ittifaqında baxılması zamanı işçinin iştirakının təmini üçün zəruri tədbirlər görməmişdir. İclas keçiriləcəyi təqdirdə onun yeri və vaxtı barədə işçi məlumatlandırılmalı idi. Lakin belə bir iclasın təşkil olunması isə öz təsdiqini ümumiyyətlə tapmamışdır. Məhkəmə həmçinin onu da vurğulamaq istəyir ki, Binəqədi rayon Sukanal İdarəsinin Yerli X6 xx.xx.2024-cü il tarixli İclas protokolundan da görünür ki, həmin iclasın gündəliyini İddiaçı2 və İddiaçı1 xx.xx.2024-cü il tarixdə onlara tətbiq edilmiş intizam cəzasının ləğv edilməsi ilə bağlı olan xx.xx.2024-cü il tarixli ərizələri təşkil etmişdir. Bu baxımdan həmin iclasın işçinin AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən işdən çıxarılması ilə bağlı təşkil olunduğu istisna edilməlidir. Azərbaycan Su Təsərrüfatı X5, öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşələr, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumölkə birliyi olub və bu Nizamnamə və Qanun əsasında fəaliyyət görstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Nizamnamənin 2.2-ci bəndindən görünür ki, dövlət və təsərrüfat idarələrində, məhkəmə orqanlarında, işəgötürən və sahibkar birliklərində, ictimai təşkilatlarda öz üzvlərinin və təşkilatlarının qanuni hüquq və mənafelərini müdafiə etmək Azərbaycan Su Təsərrüfatı X1 məqsəd və vəzifələrindən biri kimi qeyd edilmişdir. Lakin qeyd edilənlərin əksi olaraq Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinin Binəqədi rayon Sukanal İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 42 nömrəli məktubundan görünən odur ki, həmkarlar təşkilatın üzv olan işçinin hüquq və mənafeləri müdafiə edilməmiş, qərəzli mövqe nümayiş etdirilərək pozulmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinin Binəqədi rayon Sukanal İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 42 nömrəli məktubunu həmkarlar ittifaqı təşkilatının razılığı kimi qəbul etmir. Buradan da görünən odur ki, iddiaçıların əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilərkən cavabdeh tərəfindən iddiaçıların üzvü olduğu Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinin formal razılığı alınmışdır. Cavabdeh həmçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 27/K nömrəli və xx.xx.2024-cü il tarixli, 28/K nömrəli əmrlərində İddiaçı1 və İddiaçı2 əmək vəzifələrini kobud şəkildə pozması səbəbindən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) onların əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verildiyini qeyd etsə də, işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini göstərməmişdir. Məhkəmə qeyd edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuş və işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması ilə əmək müqaviləsinin ləğv edilməsi bu əsaslardan biri kimi müəyyən edilmişdir. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir. Qeyd edilənlərdən məhkəmə belə qənaətə gəlir ki, iddiaçıların işdən çıxarılmasının əsasında iddiaçılara şiddətli töhmət verilməsini nəzərdə tutan xx.xx.2024-cü il tarixli, 70 nömrəli “İntizam məsuliyyəti haqqında” Əmrində qeyd edilmiş xx.xx.2024-cü il tarixində ünvan 2 ünvanında yerləşən, abonent kodu **********000 olan istehlakçının ünvanında su israfçılığının qarşısının alınması məqsədilə su xəttinə sayğac quraşdırılması üçün Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin həmin gün növbədə olan ustası X3, qəza-bərpa işləri üzrə çilingərlər İddiaçı2, İddiaçı1, X4 idarə rəhbərliyi tərəfindən verilmiş su xəttinin üstünün açılması tapşırığını yerinə yetirilməməsi dayanmışdır. Bu baxımdan məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, AR ƏM-nin 186.2-ci maddəsində birbaşa olaraq qeyd edilmişdir ki, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İşəgötürən xx.xx.2024-cü il tarixində baş vermiş məsələ ilə bağlı işçiləri cəzalandıraraq onlara şiddətli töhmət vermişdir. Sonradan həmin hadisəyə görə yenidən işçini cəzalandıraraq işçilərin əmək müqaviləsini ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək qəbul edilə bilməz. Çünki işçinin törətdiyi eyni pozuntuya görə ona fərqli vaxtlarda fərqli intizam tənbehinin verilməsi qəbul edilə bilməz. Belə olduğu təqdirdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 əmək müqavilələrinə ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilərkən AR ƏM-nin 71.3, 80.1, 80.2-ci maddələrinin tələbləri ciddi şəkildə pozulduğundan cavabdeh "xxxx" ASC Binəqədi Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 27/K nömrəli əmri ləğv edilməli və İddiaçı1 əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməli, "xxxx" ASC Binəqədi Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 28/K nömrəli əmri ləğv edilməli və İddiaçı2 əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X20 tərəfindən İddiaçı1 ödənilməli və xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X20 tərəfindən İddiaçı2 ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “xx.xx.2024-cü il tarixli 70 saylı “İntizam məsuliyyəti haqqında” əmrin ləğv edilməsi” hissəsində təmin olunmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən:
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir Həmin Məcəllənin 187-ci maddəsinə əsasən:
1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Həmin Məcəllənin 189.3-cü maddəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Məhkəmə iddia tələbinin xx.xx.2024-cü il tarixli 70 saylı “İntizam məsuliyyəti haqqında” əmrin ləğv edilməsi hissəsi ilə bağlı onu qeyd edir ki, iddiaçılar iddia tələbinin bu hissəsi ilə bağlı tələblərinin əsası kimi istinad etdikləri faktı təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədiklərindən iddia tələbi bu hissədə təmin olunmamalıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin olunmalı, "xxxx" ASC Binəqədi Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 27/K nömrəli əmri ləğv edilməli və İddiaçı1 əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməli, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X20 tərəfindən İddiaçı1 ödənilməli, "xxxx" ASC Binəqədi Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 28/K nömrəli əmri ləğv edilməli və İddiaçı2 əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməli, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X20 tərəfindən İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ: İddia qismən təmin olunsun. "xxxx" ASC Binəqədi Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 27/K nömrəli əmri ləğv edilsin və İddiaçı1 əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X20 tərəfindən İddiaçı1 ödənilsin. "xxxx" ASC Binəqədi Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 28/K nömrəli əmri ləğv edilsin və İddiaçı2 əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X20 tərəfindən İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Kərim Xudayev