Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3922/2023 24.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “cavabdehin Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanından çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşı “birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanının bölünməsi və Cavabdeh 35/36 payının müəyyən edilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “cavabdehin Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanından çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşı “birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanının bölünməsi və Cavabdeh 35/36 payının müəyyən edilməsi” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 irəli sürdüyü iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilkin iddia tələbi üzrə iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-1389/2023 nömrəli qətnaməsinə əsasən müəyyən olunur ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 17 aprel 2010-cu il tarixdə Bakı Nikah Evində akt qeydləri kitabında 727 №-li reyestrlə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan "xxxx" MTK-nın Ümumi iclasının xx.xx.2016-cı il tarixli 06 saylı protokolundan çıxarışa əsasən müəyyən edilir ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanı İddiaçı satılmışdır. xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, sözügedən mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. İş materiallarında olan çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə ilk öncə qarşılıqlı iddiaya hüquqi mövqeyini bildirmək fikrindədir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir. Qarşılıqlı iddia üzrə mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Araşdırma zamanı müəyyən edilir ki, tərəflər 2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Həm ilkin, həm də qarşılıqlı iddia üzrə mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanı birgə nikah dövründə, yəni 2016-cı il tarixdə İddiaçı tərəfindən əvəzli qaydada əldə edilmişdir və hazırda sonuncunun xüsusi mülkiyyətindədir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin hüquqi mövqeyi məhkəmə belə qiymət verir ki, sözügedən mövqe əsassızdır. Belə ki, nikahdan əvvəl, yəni 2008-ci il tarixdə İddiaçı tərəfindən digər mənzilin əldə edilməsi və həmin mənzilin 2014-cü il tarixdə satılmaqla əldə edilmiş pulun bir hissəsinin (100.000 manat) Cavabdeh bank hesabına qoyulması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 943-970-ci maddələrinin dispozitiv şərtləri (məhkəmə sözügedən normaların təhlilini həyata keçirməyi zəruri hesab etmir) nəzərə alınmaqla mülki dövriyyənin predmeti olan sözügedən pul vəsaiti üzərində Cavabdeh (hesab sahibinin) mülkiyyət hüququnun yaranmasına səbəb olmuşdur. Bundan əlavə, mübahisə predmeti olan mənzilin 2016-cı il tarixdə əldə edilməsi əsas götürülməklə həmin mənzilin 2008-ci il tarixdə əldə edilmiş mənzilin pulunun hesabına əldə edilməsi barədə hüquqi mövqeyin qoyulması “hüquqi müəyyənlik” prinsipinə və “mülki dövriyyənin sabitliyinin qorunması” prinsipinə ziddir. Belə ki, həmin vaxt qısa müddət (30-40-50 gün və s.) təşkil etsəydi, məhkəmə tərəfindən nəzərə alına bilərdi, lakin, 8 illik müddət kifayət qədər geniş müddətdir və tərəflərin uzun illər birgə şəkildə ailə təsərrüfatı aparmaqla gəlir əldə etmələri əsas götürülməklə bu qaydada hər iki tərəfin qeyd etdikləri faktiki hallar üzrə detallara toxunsaq mülki iş üzrə qanuni vəziyyəti qarışdırmaqla çıxılmaz vəziyyətə salmış olarıq. Nəzərə almaq lazımdır ki, həmin iddialar mötəbər sübutlar əsasında sübuta yetirilməməklə tərəflərin formal mülahizəsinə əsaslandır. Sözügedən iddiaların hüquqi əsası olmadığından məhkəmə qətnamənin əsassız yerə genişlənəcəyi səbəbi ilə bu barədə ətraflı hüquqi qiymət verilməsini tətbiq etmir. Məhkəmə qarşılıqlı iddia üzrə mövcud məhkəmə təcrübəsi və hüquqi müəyyənlik prinsipinin şərtləri əsas götürülməklə Cavabdeh 35/36 payının payının müəyyən edilməsi tələbini qanuni, əsaslı və ədalətli hesab etmir. Belə ki, qarşılıqlı iddia tələbi üzrə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə göstərilən əsaslar müəyyən edilməmiş və göstərilən xüsusatlara dair iddiaçı Cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən “formal həqiqət” prinsipi nəzərə alınmaqla, həmçinin məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi qedy edilməklə məhkəmənin öz təşəbbüsü ilə tərəflərdən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Bu səbəbdən, məhkəmə mülki işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxaraq qərar qəbul etməyi qanuni və əsaslı hesab edir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə “...pay üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin həvalə edilməsi...” hissəsinə münasibətdə bildirir ki, iddianın qismən təmin edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydə alınma üçün əsas təşkil edir. Lakin, bu barədə vəzifənin həvalə edilməsi mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında aparılmalıdır (əgər mübahisə yaranarsa). Belə ki, müvafiq icra hakimiyyəti orqanı hazırki mülki iş üzrə cavabdeh qismində çıxış etmir, cavabdeh qismində çıxış edən fiziki şəxs İddiaçı üzərinə belə bir vəzifənin qoyulması qanuni və əsaslı hesab edilmir (məhkəmə qətnamənin genişləndirilməməsi məqsədi ilə yenə də detallara toxunmağı zəruri hesab etmir). Lakin, məhkəmə inzibati orqanları fəaliyyətində praktiki nöqsanları nəzərə alaraq hesab edir ki, qətnamə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsdə müvafiq qeydə alma üçün əsas qismində çıxış etməlidir. Məhkəmə hesab edir ki, məhz qarşılıqlı iddianın qismən təmin edilməsi əsası ilə, ilkin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MM-in 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Belə ki, Cavabdeh mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanı üzərində ½ payı müəyyən edildiyindən, MM-in 157.4-cü maddəsinin (vindikasiya iddiası) dispozitiv şərtləri yerinə yetirilmir. Mülkiyyətçinin (tam, paylı və ya birgə) mülkiyyət hüquqları toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hüquq norması hüquq münasibətləri arasında yaranan münasibətləri ədalətli qaydada tənzimləmək üçün tərtib edilir. “Hüquqi müəyyənlik” prinsipinin şərtləri əsas götürülməklə bütün subyektlər (fiziki şəxslər, hüquqi şəxslər, dövlət və bələdiyyələr) dövlətin məcburi gücü ilə təmin olunan imperativ şəkildə müəyyən edilmiş hüquq normalarına əməl etməyə borcludurlar. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Hüquq normasının şərh edilməsi (rəsmi şərh) və ya dəyişdirilməsi, ləğvi səlahiyyəti müvafiq orqanlara (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Milli Məclis) məxsusdur. Hüquq tətbiq edən məhkəmələr hüquq təfsirini məhdud formada, hüquq sahəsinin və hüquq normasının mahiyyətinə uyğun şəkildə həyata keçirə bilərlər. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasında məhkəmələr hüquq yaradan orqanlar olmamaqla qüvvədə olan hüquq normalarının tətbiqi ilə mükəlləfdirlər. Məhkəmələrin təfsir səlahiyyəti də, məhdud qaydada, yalnız müvafiq ümumi və ya sahəvi prinsiplər çərçivəsində həyata keçirilir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməli, birgə nikah dövründə əldə olunmuş və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanı üzərində 1/2 hissəsinə İddiaçı və 1/2 hissəsinə Cavabdeh payları müəyyən edilməlidir. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 14, 77, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “cavabdehin Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanından çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanının bölünməsi və Cavabdeh 35/36 payının müəyyən edilməsi” tələbinə dair iddia tələbi təmin qismən təmin edilsin. Birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanı üzərində 1/2 hissəsinə İddiaçı və 1/2 hissəsinə Cavabdeh payları müəyyən edilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsdə müvafiq qeydə alma üçün əsas qismində çıxış etsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3922/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3922/2023
24.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver