Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3930/2025 19.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona, "xxxx" Müəssisəsinə, cavabdehlər: X7 və X1, ünvan 1 ünvanında mənimlə və cavabdehlər "xxxx" Müəssisəsi ilə aralarında bağlanmış 23 may 2023-cü il tarixli tikinti müqaviləsi və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair, həmçinin onun adına bağlanmış, 3-cü şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqişəxsə qarşı hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 11 avqust 2023-cü il tarixli verilən çıxarışın ləğv edilməsinə dair, cavabdehlər X2 və X3 mənzilinin satılmasına etiraz etməmələrinə dair, mənzilin sənədlərinin cavabdeh H.F.Hüseynovanın adına əvvəlki Müəssənin rəhbərliyi tərəfindən alınan pulun digər cavabdeh İddiaçı qaytarılması və yaxud gələcəkdə ona pul tələbi ilə bağlı cavabdeh X4rşı iddia qaldırmaq hüququnun olmasıının izah edilməsi göstərilməklə qətnamə qəbul edilməsinə dair ilkin iddiası rədd edilməsi, İlkin iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə Cavabdeh ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyytində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ya şayış massivi, Əsəd Əhmədov küçəsi, ev 22A, saylı yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kv.m. olan 3 otaqlı 6 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh "xxxx" Kişik Müəssisəsi, İddiaçı, X5, X7 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-3132/2025 nömrəli mülki iş vardır. Ərizənin mahiyyətindən də görünür ki, hazırki iddia ərizəsi 2(004)-3132/2025 nömrəli mülki iş üzrə qarşılıqlı iddia qismində çıxış edir. Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə ayrıca icraat qaydasında baxıla bilməz və tələb yalnız ilkin iddiaya qarşı yönəldilə bilərdi. Azərbaycan Respublikası MPM-in: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 153.2.1-ci maddəsinə əsasən, hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.2.4-cü maddəsinə əsasən, hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Bundan başqa iddiaçı tərəfindən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 112.3-cü maddəsinə əsasən, qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan iddianın yolverməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3930/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3930/2025
19.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver