Məhkəmə qərarları › İş №e-2(004)-3958/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3958/2023

25.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3958/2023 25.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “miras payın alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “miras payın alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X3 tərəfindən Cavabdeh adına alınmış Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzilə İddiaçı ½ hissədə miras payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı X3 ilə xx.xx.1992-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında nikaha daxil olmuşlar, nikahdan 2 övladları olmuşdur. İddiaçının əri C.Mirqiyasov xx.xx.2022-ci il tarixdə ölmüşdür. İddiaçı əri C.Mirqiyasovun nikahdan kənar Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Cavabdeh C.Mirqiyasovun maddi imkanlarından istifadə etmək məqsədilə C.Mirqiyasovla yaxınlıq etmiş, ona mənzil və avtomobil aldırmışdır. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzil iddiaçının mərhum əri Cavad Mirqiyasov tərəfindən Cavabdeh adına alınmışdır. Hətta bu bir daha onunla sübut olunur ki, cavabdeh Lalə Məmmədovun hal-hazırda idarə etdiyi avtomobil KİA SPORTAGE minik markaıl, ** ML *** dövlət qeydiyyat nömrəli avtomobil də mərhum Cavad Mirqiyasovun adınadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2003-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Cavabdeh adına Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi,ev 57/24, 94 nömrəli mənzil xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatına İddiaçı ona qarşı qanun üzrə vərəsəlik hüqununu tanınmasına dair iddia ərizəsi daxıl olmuşdur. İddiaçı ondan güya onun əri tərəfindən alınmış mənzilə qanun üzrə vərəsə kimi tanınmasını xahiş edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı qızının atası tərəfindən qanun üzrə vərəsə kimi tanınmış çatası miras əmlakı hər bir yolla (qanunsuz) verməmək üçün belə absurd iddialarla məhkəməyə müraciət edir. Bundan əvvəl məhkəməyə 10 yaşlı qızının ləyaqətsiz vərəsə kimi tanınması ilə əlaqədar iddia qaldırmış və hakim Toğrul Axundovun sədrliyi ilə 2(004)-2489/2023 saylı 31 iyul 2023 tarixli qətnaməsi ilə iddia əsassız olduğu üçün rədd olunmuşdur. İndi də onun əmlakının guya onun həyat yoldaşı tərəfindən alındığını və ordan da ona pay verilməsi barədə absurd bir iddia ilə məhkəməyə müraciət edib məhkəmənin almağa çalışır. İlkin olaraq onu qeyd etək istəyir ki, iddia ərizəsi tərtib etmiş şəxs vərəsəlik haqda Mülki Məcəllənin maddələrini və Konstitusiyanın maddələrini boş boş sadalamaqdan başqa məhkəməyə mənzilin mərhum X3 tərəfindən ona alınmasını sübut edən bir sübut belə təqdim etməmişdir. Ərizədə qeyd edir ki, hətta guya ona maşın belə almışdır. Lakin həmin avtomaşın mərhumun adındadır və ona idarə etmək üçün etibarnamə verilmişdir. İddiada qeyd edir ki, güya o mərhumla yaxınlıq edib ona mənzil aldırmışdır. X4 03 dekabr 2012-ci ildə anadan olmuşdur. Mənzil isə alqı-satqı yolu ilə 2002-ci ildə ona məxsus başqa mənzili satıb bu mənzili almışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı əri Cavad Mirqiyasov nikahdan kənar Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Cavabdeh Cavad Mirqiyasova mənzil və avtomobil aldırmışdır. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzil iddiaçının mərhum əri Cavad Mirqiyasov tərəfindən Cavabdeh adına alınmışdır. Eləcə də, Cavabdeh hazırda idarə etdiyi avtomobil Kia Sportage minik markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil də mərhum Cavad Mirqiyasovun adınadır. Onlar daima tərəflərin barışmasına çalışmışlar. Lakin aralarında olan münasibəti kəskinləşdirən başqa bir hal Cavabdehnln qarşılıqlı iddia qismində Cavad Mirqiyasovun rəsmi həyat yoldaşı İddiaçı qarşı iddia qaldırması, onların birgə nikah dövründə alınmış əmlakları bölündüyü təqdirdə həmin əmlakdan pay istəməsi olmuşdur. Onlar qarşı tərəfə iki mənzil və bir avtomobil təqdim etsə də, o, obyekt də istəmişdir. Bu səbəbdən də, aralarında razılıq əldə edilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh etirazla eyni məzmunlu izahat verərək bildirmişdir ki, sözügedən mənzil Cavadla yaşamağa başlamamışdan əvvəl alınmışdır. Həmin mənzili başqa evi satdıqdan sonra öz vəsaiti ilə almışdır. Ona təklif edilən əmlak olanların yanında cüzidir. Çünki, Cavd Mirqiyasovun bir neçə yerdə torpaq sahəsi, şadlıq sarayları, restoranlar və digər obyektlər vardırlar. O da öz övladının haqqını tələb edir. Bu səbəbdən də, təklif olunanlarla razılaşmır. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 01 avqust 2002-ci il tarixli 156141 nömrəli müqaviləyə əsasən satıcı X10 alıcı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzili satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin ÖM seriyalı 131842 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzil Cavabdeh adına xüsusi mülkiyyət kimi xx.xx.2002-ci il tarixdən qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət kadastı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzil xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazışı əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlaka ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə X2 nikaha daxil olaraq ailə həyatı qurmuşlar, həmçinin X2 ilə Cavabdeh qeyri-rəsmi nikahdan xx.xx.2012ci il təvəllüdlü X7 anadan olmuşdur. Hazırda İddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzilə onun ½ hissədə miras payının tanınmasını tələb edir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzil Cavabdeh tərəfindən 01 avqust 2002-ci il tarixli 156141 nömrəli müqaviləyə əsasən satıcı X6 alınmışdır və Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin ÖM seriyalı 131842 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzil Cavabdeh adına xüsusi mülkiyyət kimi xx.xx.2002-ci il tarixdən qeydə alınmışdır. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət kadastı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzil xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və hazırda Cavabdeh mülkiyyətindədir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzilin X2 tərəfindən alınması barədə məhkəməyə hər hansı sübut təqdim olunmamış, həmçinin bundan əlavə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzilin X1 miras qalması məhkəmədə sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzilin X1 miras qalması barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Bununla da, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “miras payın alınması” tələbi əsassız və qanunsuz olduğundan iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “miras payın alınması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar