Məhkəmə qərarları › İş №e-2(004)-3974/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3974/2024

22.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3974/2024 22.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və ünvan 3 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh1 və ünvan 3 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən X6 v- 30/2019 nömrəli vərəsəlik işi üzrə vərəsə Cavabdeh1 adına "xxxx" X44 X7 payın, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evinin və "xxxx" ASC-də X16 adına olmuş 410120E**********210 və 410100E**********210 nömrəli cari hesabları və qalığı 5900 ABŞ dolları olan depoziti (müqavilə nömrəsi :210/KADP/0********) və ona bağlı faiz hesablarından ibarət pul vəsaitinin qanun üzrə vərəsə olmaqla miras payı kimi verilməsinə dair verilmiş xx.xx.2019-cu il tarixli iki ədəd və xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi; X6 Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 2 nömrəli evin 54 nömrəli mənzilinin Cavabdeh1 bağışlanılmasına dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və bundan sonra X6 qeyd olunan miras əmlaklarında və pul vəsaitində uşaqları X31 və X32 qanun üzrə vərəsə olmaqla paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X15 qalmış miras əmlakın qəbul edilməsi müddətinin uzadılması, Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən X6 v-30/2019 nömrəli vərəsəlik işi üzrə vərəsə Cavabdeh1 adına "xxxx" X44 X7 payın, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evinin və "xxxx" ASC-də X16 adına olmuş 410120E**********210 və 410100E**********210 nömrəli cari hesabları və qalığı 5900 ABŞ dolları olan depoziti (müqavilə nömrəsi :210/KADP/0********) və ona bağlı faiz hesablarından ibarət pul vəsaitinin qanun üzrə vərəsə olmaqla miras payı kimi verilməsinə dair verilmiş xx.xx.2019-cu il tarixli iki ədəd və xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi; X6 Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 2 nömrəli evin 54 nömrəli mənzilinin Cavabdeh1 bağışlanılmasına dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və bundan sonra X6 qeyd olunan miras əmlaklarında və pul vəsaitində uşaqları X31 və X32 qanun üzrə vərəsə olmaqla paylarının müəyyən olunması; xx.xx.2021-ci il tarixində "xxxx" X44 X7 25 faiz payından 17 faizinin Cavabdeh1 bağışlanmasına dair “Təsis payının bağışlanması” Müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X15 qalmış miras əmlakın qəbul edilməsi müddətinin uzadılması, Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən X6 v-30/2019 nömrəli vərəsəlik işi üzrə vərəsə Cavabdeh1 adına "xxxx" X44 X7 payın, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evinin və "xxxx" ASC-də X16 adına olmuş 410120E**********210 və 410100E**********210 nömrəli cari hesabları və qalığı 5900 ABŞ dolları olan depoziti (müqavilə nömrəsi :210/KADP/0********) və ona bağlı faiz hesablarından ibarət pul vəsaitinin qanun üzrə vərəsə olmaqla miras payı kimi verilməsinə dair verilmiş xx.xx.2019-cu il tarixli iki ədəd və xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi; X6 Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 2 nömrəli evin 54 nömrəli mənzilinin Cavabdeh1 bağışlanılmasına dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və bundan sonra X6 qeyd olunan miras əmlaklarında və pul vəsaitində uşaqları X31 və X32 qanun üzrə vərəsə olmaqla paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri X33 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X42 və xx.xx.2021-ci il təvəllüdlü X43 adında övladları olmuşdur. 2023-cü ilin iyul ayında isə ərinin qardaşı X26 vəfat etmişdir. Məlumat almışlar ki, X16 adına Bakı şəhəri 19 saylı notariat ofisində vərəsəlik işi açılmışdır və digər qardaşı Cavabdeh1 adına şəhadətnamə verilmişdir. Halbuki vərəsəlik işi aparılarkən uşaqları X42 və X32 qanun üzrə vərəsə olmaları nəzərə alınmamışdır. Belə ki, X16 1-ci növbədə olan vərəsələri yoxdur. 2-ci növbədə olan vərəsələri isə Cavabdeh1 ilə yanaşı, əri X33 ilə birgə nikahdan olan övladları X42 və X43 olmalı idilər. Onlarda olan məlumata əsasən qaynı X15 aşağıdakı miras əmlakı qalmışdır:

1. "xxxx" X44 X7 (VÖEN: **********, Çıxarışın verildiyi tarix və nömrə: xx.xx.2021-ci il, **********01100) payı; 2. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evi; 3. "xxxx" ASC-də X16 adına olmuş 410120E**********210 və 410100E**********210 nömrəli cari hesabları və qalığı 5900 ABŞ dolları olan depoziti (müqavilə nömrəsi :210/KADP/0********) və ona bağlı faiz hesablarından ibarət pul vəsaiti; 4. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 2 nömrəli evin 54 nömrəli mənzili (xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında X26 həmin mənzili Cavabdeh1 bağışlamışdır). Bununla bağlı X19 vərəsəlik işi açılan 19 saylı notariat ofisinə müraciət etmişlər. Lakin onlarda olan məlumata görə Cavabdeh1 19 saylı notariat ofisindən aldığı şəhadətnamə əsasında "xxxx" X44 X7 (VÖEN: **********, Çıxarışın verildiyi tarix və nömrə: xx.xx.2021-ci il, **********01100) payını artırmış, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evini və "xxxx" ASC-də X16 adına olmuş 410120E**********210 və 410100E**********210 nömrəli cari hesabları və qalığı 5900 ABŞ dolları olan depoziti vərəsə kimi qəbul etmişdir. Halbuki, X16 doğma qardaşı olan X20 övladları X42 və X43 da qanun üzrə vərəsə olduqları halda, 19 saylı notariat ofisi tərəfindən v-30/2019 nömrəli vərəsəlik işi açılarkən və Cavabdeh1 adına xx.xx.2019-cu il tarixli iki ədəd və xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnamələri verilərkən nəzərə alınmamışdır. Nəticədə, 19 saylı notariat ofisi tərəfindən vərəsəlik işi aparılarkən qanunsuzluğa yol verilərək, Cavabdeh1 X15 qalmış miras əmlaka tam pay hüququ ilə sahib çıxmış və uşaqları X42 və X43 isə onlara qanunla çatası miras paylarından məhrum edilmişlər. Bununla yanaşı, X10 hələ sağlığında, ömrünün son çağlarında mülkiyyətində olmuş Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 2 nömrəli evin 54 nömrəli mənzili də xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 bağışlamışdır. Hansı ki, həmin vaxtı X10 2017-ci il tarixdən “Şizofreniya paranoid forma” da xroniki psixi xəstəlikdən əziyyət çəkmişdir və bununla əlaqədar Bakı şəhəri 2 saylı X13 müalicə də almışdır. X10 həmin dövrdə düçar olduğu “Şizofreniya paranoid forma” da xroniki psixi xəstəliyi ilə əlaqədar olaraq məhkəmə qaydasında rəsmi qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanınmamış və ona qəyyum təyin olunmamışdır. Belə olan halda “Şizofreniya paranoid forma” da xroniki psixi xəstəlikdən əziyyət çəkən X16 öz mülkiyyətində olan daşınmaz əmlakla bağlı sərəncam verərək Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 2 nömrəli evin 54 nömrəli mənzili xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 bağışlaması həqiqətə uyğun deyildir və bu mərhumun düşdüyü psixi pozuntu vəziyyətindən sui-istifadə edərək qardaşı Cavabdeh1 tərəfindən həmin daşınmaz əmlakın qanunsuz ələ keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Bağışlama müqaviləsinin predmetini təşkil edən mənzildə X26 yaşamışdır. Onun vəfatından sonra həmin mənzildə kimin yaşaması barədə məlumatı yoxdur. Cavabdeh1 bağışlama müqaviləsinin predmetini təşkil edən mənzildə X26 ilə birlikdə yaşamamışdır. Belə ki, Cavabdeh1 Moskva şəhərində yaşamışdır. Salyan rayonunda yerləşən evdə heç kim yaşamamışdır. X16 ölməsi barədə 3 gün sonra qonşular məlumat vermişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddiaçı həyat yoldaşı X33 20 avqust 2020-ci ildə vəfat etmişdir. Onların birgə nikahdan 23 iyul 2010-cu il təvəllüdlü X42 və 07 may 2021-ci il təvəllüdlü X43 adlı övladları doğulmuşdur. 2023-cü ilin iyul ayında iddiaçının mərhum həyat yoldaşının qardaşı X26 vəfat etmişdir. Vərəsəlik işi 19 saylı Notariat Ofisində açılmışdır. İddiaçının mərhum həyat yoldaşının digər qardaşı Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, lakin X42 və X32 qanun üzrə vərəsə olduğu nəzərə alınmamışdır. Qeyd edir ki, X16 birinci növbədə qanun üzrə vərəsələri yoxdur. Belə olan halda Cavabdeh1 ilə yanaşı X42 və X43 da ikinci növbədə qanun üzrə vərəsələrdir. AR Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. X10 hələ sağlığında, ömrünün son çağlarında mülkiyyətində olmuş Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 2 nömrəli evin 54 nömrəli mənzili də xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 bağışlamışdır. Hansı ki, həmin vaxtı X10 2017-ci il tarixdən “Şizofreniya paranoid forma” da xroniki psixi xəstəlikdən əziyyət çəkmişdir və bununla əlaqədar Bakı şəhəri 2 saylı X13 müalicə də almışdır. X10 həmin dövrdə düçar olduğu “Şizofreniya paranoid forma” da xroniki psixi xəstəliyi ilə əlaqədar olaraq məhkəmə qaydasında rəsmi qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanınmamış və ona qəyyum təyin olunmamışdır. Belə olan halda, “Şizofreniya paranoid forma” da xroniki psixi xəstəlikdən əziyyət çəkən X16 öz mülkiyyətində olan daşınmaz əmlakla bağlı sərəncam verərək Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 2 nömrəli evin 54 nömrəli mənzili xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 bağışlaması həqiqətə uyğun deyildir və bu mərhumun düşdüyü psixi pozuntu vəziyyətindən sui-istifadə edərək qardaşı Cavabdeh1 tərəfindən həmin daşınmaz əmlakın qanunsuz ələ keçirilməsi kimi qiymətləndirilməlidir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. X11 vərəsəlik işini mübahisələndirmirlər. Onlar xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələri mübahisələndirirlər. İddiaçının körpə uşağı olduğundan vaxtında mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddia tamamilə əsassızdır. Əvvəlki qanunvericilikdə mirasın qəbulu üçün 6 aylıq müddət nəzərdə tutulmuşdur. Cavabdeh1 X26 ilə birlikdə yaşamış, ona baxmış, mirası faktiki qəbul etmiş və notariat orqanına müvafiq ərizə ilə müraciət etmişdir. Bağışlanma müqaviləsinə gəldikdə isə X16 həmin müqavilə bağlanan zaman fəaliyyət qabiliyyəti notarius tərəfindən yoxlanılmışdır. X16 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edilməmişdir. Mirasın qəbul edilməsi vaxtının uzadılması üçün ciddi əsaslar yoxdur. Bağışlama (xx.xx.2021) müqaviləsindən 2 il 10 ay 9 gün və mərhum miras qoyan X16 vəfat etməsindən (xx.xx.2023) yəni mirasın açıldığı gündən 1 il 11 ay 21 gün keçməsindən sonra (xx.xx.2024-cü il tarixində) iddia ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçı qanunvericiliklə ona tanınan hüquqlarla məhkəməyə iddia irəli sürülməsi üçün nəzərdə tutulmuş bütün iddia müddətlərini ötürmüşdür. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Bağışlanma müqaviləsi ilə bağlı məlumatlı olmaqları barədə sübutu yoxdur. Cavabdeh1 bağışlama müqaviləsinin predmetini təşkil edən mənzildə qeydiyyatda olmuş və yaşamışdır. Cavabdeh Bakı şəhəri 19 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2V-34 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X16 vərəsəsi Cavabdeh1dur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Salyan Dtİ və MHQİ tərəfindən xx.xx.2004-cü il tarixdə X19 verilmiş qeydiyyat nömrəsi 481 olan qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan X51 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 481 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evi xx.xx.2004-cü il tarixdə X16 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh1 ünvan 3 ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə vəfat etmiş qardaşı X15 qalan miras əmlakı qəbul etmək üçün xx.xx.2024-cü il tarixdə ərizə ilə notariat ofisinə müraciət etmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 377465 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X26 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 338 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 3 saylı “Bakı ASAN” Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X26 öldüyü xx.xx.2023-cü il tarixədək subay olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2V-43 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X16 vərəsəsi Cavabdeh1dur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin 23 fevral 2024-cü il tarixli 2024/111/4945 nömrəli məktubuna əsasən X6 adına 410120E**********210, 410100E**********210 nömrəli cari hesabları və qalığı 5900 USD olan depoziti ilə bağlı faiz hesablarından ibarətdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 120383 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X33 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 362 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İ seriyalı 490610 nömrəli Nikah haqqında Şəhadətnamədən görünür ki, X33 və X34 xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 194 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Əfəndiyev”, arvada “Əfəndiyeva” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV seriyalı 563239 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X43 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X33, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 282 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV seriyalı 563239 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X42 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X33, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 282 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Təsis payının bağışlanması” müqaviləsinə əsasən hədiyyə verən İddiaçı "xxxx" Təsərrüfat Hesablı X1 nizamnamə kapitalındakı 25 faiz paydan 17 faizini ərinin qardaşı olan hədiyyə alan Cavabdeh1 mülkiyyətinə vermişdir. İddiaçı mülkiyyətində 8 faiz pay qalır. İş materiallarında olan 2 saylı “Bakı ASAN” Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 991313 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X38 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 0100 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan İV-ЖГ seriyalı, 293301 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X21 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ seriyalı, 268346 nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X38 və X35 xx.xx.1971-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra ərə Əfəndiyev, arvada Əfəndiyeva soyadı verilmişdir. İş materiallarında olan X38 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli vəsiyyətnaməyə əsasən X38 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini oğlu X28 vəsiyyət etmişdir. İş materiallarında olan X38 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli vəsiyyətnaməyə əsasən X38 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ev 4B, 41 nömrəli mənzili də oğlu X28 vəsiyyət etmişdir. İş materiallarında olan X26 və X20 xx.xx.2019-cu il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə ünvanladığı ərizələrdən görünür ki, ataları X22 qalan miras əmlakı qəbul etməklə bağlı iradə ifadələrini bəyan etmişlər. İş materiallarında olan X16 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş atası- X27 ölümündən sonra miras qalmış əmlakdan qanun üzrə mirası qəbul etdiyini, vəsiyyət üzrə yaranmış məcburi payından imtina etdiyini və gələcəkdə bu barədə heç bir iddiası olmadığını bildirmişdir. İş materiallarında olan X20 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş atası- X27 ölümündən sonra miras qalmış əmlakdan vəsiyyət üzrə mirası qəbul etdiyini, qanun üzrə yaranmış məcburi payından imtina etdiyini və gələcəkdə bu barədə heç bir iddiası olmadığını bildirmişdir. İş materiallarında olan Cavabdeh1 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş atası- X27 ölümündən sonra miras qalmış əmlakdan bütün əsaslarla imtina etdiyini və gələcəkdə bu barədə heç bir iddiası olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2V-691 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X27 vərəsəsi oğlu X26 miras əmlakdan bütövlükdə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, 504-cü məhəllə ünvanında yerləşən ev 2, 54 nömrəli mənzildən ibarətdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2V-692 reyestr nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, Bakı şəhəri 28 saylı notariat kontoru tərəfindən xx.xx.2014-cü il tarixdə və 2V-1-37 reyestrdə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə vəfat etmiş X27 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi X33 miras əmlakdan bütövlüklə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 4 ünvanında yerləşən ev 4B, 41 nömrəli mənzildən ibarətdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2V-693 reyestr nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, Bakı şəhəri 28 saylı notariat kontoru tərəfindən xx.xx.2014-cü il tarixdə və 2V-1-33 reyestrdə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə vəfat etmiş X27 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi X33 miras əmlakdan bütövlüklə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 7 ünvanda yerləşən 0.12 ha olan bağ sahəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2V-694 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X27 vərəsələri oğlu X26 və oğlu X33 miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak mərhum X27 adına olan "xxxx" X44 X9 nizamnamə kapitalındakı 10 manat olan 100 faiz təsisçi payından ibarətdir. İş materiallarında olan X26 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən hədiyyə verən X26 Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, 504-cü məhəllə ünvanında yerləşən ev 2, 54 nömrəli mənzili qardaşı hədiyyə alan Cavabdeh1 mülkiyyətinə vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X26, X33 və Cavabdeh1 X38 və X23 rəsmi nikahından dünyaya gəlmiş qardaşlardır. X5 xx.xx.2009-cu il tarixdə X34 ilə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X42 və xx.xx.2021-ci il təvəllüdlü X43 dünyaya gəlmişdir. X33 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X3 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və öldüyü tarixədək subay olmuşdur. X26 vəfat etdikdən sonra digər qardaş Cavabdeh1 qardaşı X15 qalan miras əmlakı qəbul etmək üçün tarixdə ərizə ilə ünvan 3 müraciət etmişdir. Miras əmlakın dairəsini müəyyən etmək üçün sorğular ünvanlanmış və xx.xx.2024-cü il tarixli, 2V-34 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X16 vərəsəsinin Cavabdeh1 olduğu və onun miras əmlak olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evindən tam hissədə pay almalı olduğu müəyyən edilmişdir. Eyni zamanda, xx.xx.2024-cü il tarixli, 2V-43 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X16 vərəsəsinin Cavabdeh1 oğluğu və onun miras əmlak olan X6 adına 410120E**********210, 410100E**********210 nömrəli cari hesabları və qalığı 5900 USD olan depoziti ilə bağlı faiz hesablarından tam hissədə pay almalı olduğu müəyyən edilmişdir. Hazırda, X8 Rövşən Rasid oğlu ilə birgə nikahlarından olan övladlarının da Cavabdeh1 kimi əmiləri X16 vərəsələri olmasına istinad edərək iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və 1. X15 qalmış miras əmlakın qəbul edilməsi müddətinin uzadılması; 2. X6 v-30/2019 nömrəli vərəsəlik işi üzrə vərəsə Cavabdeh1 adına "xxxx" X44 X7 payın, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evinin və "xxxx" ASC-də X16 adına olmuş 410120E**********210 və 410100E**********210 nömrəli cari hesabları və qalığı 5900 ABŞ dolları olan depoziti (müqavilə nömrəsi :210/KADP/0********) və ona bağlı faiz hesablarından ibarət pul vəsaitinin qanun üzrə vərəsə olmaqla miras payı kimi verilməsinə dair verilmiş xx.xx.2019-cu il tarixli iki ədəd və xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi; 3. X6 Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 2 nömrəli evin 54 nömrəli mənzilinin Cavabdeh1 bağışlanılmasına dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və bundan sonra X6 qeyd olunan miras əmlaklarında və pul vəsaitində uşaqları X31 və X32 qanun üzrə vərəsə olmaqla paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etibarsız hesab edilməsi qoyulan vərəsəlik şəhadətnaməsinə münasibətdə iddia tələbinin qeyri-müəyyən qoyulmasına baxmayaraq, iddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlarından və iddia ərizəsinin və iddia tələbinin məzmunundan da görünən odur ki, iddiaçı xx.xx.2019-cu il tarixli, 2V-691 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli, 2V-694 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli, 2V-34 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli, 2V-43 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələri mübahisələndirmiş və etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə ilkin olaraq X15 qalmış miras əmlakın qəbul edilməsi müddətinin uzadılması və X15 qalmış miras əmlakla bağlı xx.xx.2024-cü il tarixli, 2V-34 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli, 2V-43 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələrdə nəzərdə tutulmuş miras əmlakda iddiaçının övladlarının payının müəyyən edilməsi tələblərinə münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Məhkəmə araşdırması zamanı müəyyən edilən hallardan və yuxarıda sadalanan normalardan gəlinən nəticə odur ki, mərhum X33 ilə X24 birgə nikahından doğulmuş xx.xx.2010cu il təvəllüdlü X42 və xx.xx.2021-ci il təvəllüdlü X43 da əmiləri Cavabdeh1 ilə yanaşı X6 ikinci növbə vərəsələridir. Belə ki, iş materialalrı ilə də təsdiq olunur ki, X26 vəsiyyətnamə qoymamışdır, bu baxımdan onun əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə vərəsəlik üzrə keçməlidir. Həmçinin X6 1-ci növbə qanun üzrə vərəsələri olmadığından miras əmlak, növbəlilik üzrə ikinci növbə vərəsələrə keçməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsindən isə müəyyən olunan odur ki, ikinci növbə qanun üzrə vərəsələr kimi - ölənin bacıları və qardaşları ilə yanaşı mirasın açıldığı vaxt valideyni sağ olmayan ölənin bacısı və qardaşı uşaqları da ölənin bacıları və qardaşları ilə bərabər hüquqa malik qanun üzrə vərəsə sayılırlar. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Belə olan halda, yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının azyaşlı uşaqları da X6 vərəsələri olduğundan iddiaçını hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkündür. Lakin məhkəmə hesab edir ki, iddia tələbi “X15 qalmış miras əmlakın qəbul edilməsi müddətinin uzadılması, X15 qalmış miras əmlakla bağlı xx.xx.2024-cü il tarixli, 2V-34 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli, 2V-43 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələrdə nəzərdə tutulmuş miras əmlakda iddiaçının övladlarının payının müəyyən edilməsi” hissələrində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. X49 qeyd edilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X37 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Odur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarının məzmunundan müəyyən olunan odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərdə tutulan miras əmlakın qəbulu ilə bağlı müddət ləğv edilməli, mirasın qəbulu müddətdən asılı edilməməlidir. Lakin buna baxmayaraq məhkəmə hesab edir ki, mirasın vərəsə tərəfindən qəbulunun müddətdən asılı edilməməsi ilə bağlı sözügedən Plenum Qərarı hazırki mülki iş üzrə mübahisəyə şamil edilməməli, mövcud mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə müvafiq olaraq həll edilməlidir. Belə ki, Qərarda qeyd edilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırki mülki iş üzrə vərəsəlik münasibətləri isə qeyd edilən Plenum Qərarından əvvəl - miras qoyan X16 ölümü ilə yəni, xx.xx.2023-cü il tarixdə yarandığından və mövcud mübahisə ilə bağlı iddia ərizəsi Plenum Qərarı qüvvəyə mindikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı mövcud vərəsəlik mübahisəsinə şamil edilməməli, mövcud mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə müvafiq olaraq həll edilməlidir. Hazırki işdə də iddiaçı övladlarının mirası qəbul etməsinə dair ərizə ilə qanunvericilikdə nəzərdə tutulmuş 6 aylıq müddət ərzində notariat orqanına müraciət etməmiş, bununla yanaşı həmçinin miras əmlakı qəbul etməsinə dair iradə ifadəsini bəyan edən hərəkətlər etməmiş, miras əmlaka daxil edilən əmlaklara faktiki sahiblik etməmişdir. İddiaçı bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi X10ndan qalan miras əmlaka ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evi və "xxxx" ASC-də X16 adına olmuş 410120E**********210 və 410100E**********210 nömrəli cari hesabları və qalığı 5900 ABŞ dolları olan depoziti (müqavilə nömrəsi :210/KADP/0********) və ona bağlı faiz hesablarından ibarət pul vəsaiti daxildir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında da bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evində yaşamamışdır. O miras əmlaka faktiki sahiblik etməsini "xxxx" X44 X7 paya sahiblik etməsilə əlaqələndirmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" X44 Təsərrüfatı Kommersiya X2 miras əmlakına daxil deyildir. Bununla bağlı iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı "xxxx" X44 X7 öz payına sahiblik etmişdir. Qeyd edilən fakt İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Təsis payının bağışlanması” müqaviləsi ilə də təsdiq edilir. Həmin müqavilədən görünür ki, hədiyyə verən İddiaçı "xxxx" Təsərrüfat Hesablı X1 nizamnamə kapitalındakı özünə məxsus 25 faiz paydan 17 faizini ərinin qardaşı olan hədiyyə alan Cavabdeh1 mülkiyyətinə vermişdir. İddiaçı mülkiyyətində 8 faiz pay qalmışdır. Buradan da gəlinən nəticə odur ki, mərhum X33 ilə X24 birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X42 və xx.xx.2021-ci il təvəllüdlü X43 mərhum əmiləri X16 ikinci növbə vərəsələri olmalarına baxmayaraq, miras əmlakın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 6 aylıq müddəti ötürdüklərindən, bu müddət ərzində notariat orqanına mirasın qəbulu ilə bağlı ərizə vermədiklərindən, habelə bu müddət ərzində miras əmlaka sahiblik etməsini və ya əmlakı idarə etməsini təsdiq edə biləcək mötəbər sübut təqdim etmədiyindən iddia tələbi X15 qalmış miras əmlakla bağlı xx.xx.2024-cü il tarixli, 2V-34 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli, 2V-43 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələrdə nəzərdə tutulmuş miras əmlakda iddiaçının övladlarının payının müəyyən edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli, 2V-34 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli, 2V-43 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsız hesab edilməsinin əsası kimi vərəsələrin dairəsi müəyyən edilən zaman onun övladlarının nəzərə alınmaması ilə əlaqələndirmişdir. Bununla bağlı məhkəmə onu qeyd edir ki, iddiaçı tərəf mirasın qəbulu ilə bağlı vaxtında notariat orqanına müraciət etmədiyindən yeganə vərəsə kimi X16 qardaşı Cavabdeh1 müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı xx.xx.2024-cü il tarixli, 2V-34 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli, 2V-43 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsızlığı üçün hər hansı bir əsas müəyyən edilmədiyindən həmin şəhadətnamələr etibarsız hesab edilə, habelə miras əmlakda iddiaçının övladlarının payı müəyyən edilə bilməz. İddiaçının X15 qalmış miras əmlakın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, bu hissədə də iddia tələbi təmin edilməməlidir. Belə ki, 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Lakin hazırki halda miras əmlakın qəbulu müddətinin buraxılmasının səbəblərinin üzrlü hesab edilməsi üçün hər hansı bir əsas iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı qeyd edilən müddəti buraxmasını uşaqlarının azyaşlı olması ilə əlaqələndirmişdir. Məhkəmə qeyd edilən əsası mirasın qəbulu müddətinin buraxılması üçün üzrlü səbəb kimi qəbul etmir. Belə ki, iddiaçı notariat orqanına müraciət etməməklə yanaşı, mirasa faktiki sahiblikdə ifadə olunan, mirası qəbul etməsinə dair iradə ifadəsini göstərən hərəkətlər də etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “X6 Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 2 nömrəli evin 54 nömrəli mənzilinin Cavabdeh1 bağışlanılmasına dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində də təmin edilməməlidir. Belə ki, iddiaçının qeyd edilən müqavilənin etibarsız hesab edilməsi ilə bağlı tələbinin əsası ondan ibarətdir ki, Cavabdeh1 qeyd edilən əmlakı qardaşının miras əmlakı kimi bölgüdən yayındırmaq üçün qardaşının “Şizofreniya paranoid forma” da xroniki psixi xəstəliyindən istifadə edərək özünə bağışlanmasına nail olmuşdur. İddiaçı qeyd edilənə əsaslanaraq bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə bağışlanan Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, 504-cü məhəllə ünvanında yerləşən ev 2, 54 nömrəli mənzilin də X16 miras əmlakı kimi vərəsələr arasında bölüşdürülməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Həmin Məccələnin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məccələnin 668-ci maddəsinə əsasən, bağışlama aşağıdakı hallarda etibarlıdır: daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Cavabdeh1 qeyd edilən əmlakı qardaşının miras əmlakı kimi bölgüdən yayındırmaq üçün qardaşının “Şizofreniya paranoid forma” da xroniki psixi xəstəliyindən istifadə edərək özünə bağışlanmasına nail olmasını qeyd edir və müqavilənin etibarsızlığını tələb edir. Lakin iddiaçı qeyd edilən faktı təsdiq edən, yəni psixi pozuntu nəticəsində X16 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ya fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə əqdi bağlaması barədə sübutu məhkəməyə təqdim edə bilməmişdir. X26 və Cavabdeh1 arasında Bakı şəhəri 28 saylı Notariat Ofisində bağlanmış, reyestrdə 4Ə-247 nömrə ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsində qeyd edilmişdir ki, müqaviləni tərəflər şəxsən X36 iştirakı ilə imza etmiş, tərəflərin şəxsiyyəti müəyyən edilmiş, onların fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən əmlakın X19 məxsus olması yoxlanmışdır. Odur ki, X26 və Cavabdeh1 arasında Bakı şəhəri 28 saylı Notariat Ofisində bağlanmış, reyestrdə 4Ə-247 nömrə ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsi Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlanmış, müqavilənin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əgər bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə araşdırması zamanı təsdiq edilsəydi belə Bakı şəhəri 28 saylı Notariat Ofisində bağlanmış, reyestrdə 4Ə-247 nömrə ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsi ilə X26 tərəfindən Cavabdeh1 bağışlanan Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, 504-cü məhəllə ünvanında yerləşən ev 2, 54 nömrəli mənzil ikinci növbə vərəsələr arasında bölünməli olan miras əmlaka daxil edilə bilməzdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Qeyd edilən maddələrdən görünür ki, qanunverici məcburi pay hüququna malik olan şəxslərin dairəsini konkret olaraq müəyyənləşdirmişdir. Məcburi pay hüququ olan vərəsə kimi yalnız ölən şəxsin birinci növbə qanun üzrə vərəsələri sayılan uşaqları, valideynləri və arvadı (əri) qeyd edilmişdir. Hazırki işdən isə görünən odur ki, miras qoyan X16 birinci növbə vərəsəsi yoxdur, dolayısı ilə eyni zamanda məcburi pay hüququ olan vərəsəsi də yoxdur. İkinci növbə vərəsələri sayılan qardaşı və ölən qardaşının uşaqları isə onun vərəsələri sayılsa da, onlar məcburi pay hüququ olan vərəsə deyildirlər. Bu baxımdan da mülki Məcəllənin 1200-cü maddəsində nəzərdə tutulmuş tələblə yəni, miras qoyan X16 ölümündən əvvəl iki il ərzində bağışladığı əmlakın miras əmlaka daxil edilməsi və paylarına müvafiq ikinci növbə vərəsələr arasında bölüşdürülməsini tələb edə bilməz. X6 Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 2 nömrəli evin 54 nömrəli mənzilinin Cavabdeh1 bağışlanılmasına dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsindən onun ölümünə qədər, yəni xx.xx.2023-cü ilədək 1 il 10 ay müddət keçməsinə baxmayaraq, qanunvericiliyin mövqeyi baxımından ikinci növbə vərəsələr məcburi pay hüququna malik olan vərəsələr olmadığından qeyd edilən tələblə bağlı yəni, həmin əmlakın miras əmlaka daxil edilməsi və bölüşdürülməsi tələbi ilə bağlı subyektiv hüquqa malik deyildirlər. Çünki Mülki Məcəllənin 1200-cü maddəsi məcburi pay hüququ olan şəxslərin miras əmlakdan məhrum buraxılmasının qarşısının alınması üçün Məcəlləyə daxil edilmiş bir normadır. Həmin normanın qüvvəsi məcburi pay hüququ olan şəxslərə şamil edilir, həmin norma mərhumun iki ilədək bağışladığı hədiyyələrin miras əmlaka deyil, məcburi paya daxil edilməsini nəzərdə tutan normadır. Bununla belə xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın mərhumun mülkiyyətinə geri qaytarılması halı mümkün olsaydı belə iddiaçı miras əmlakın qəbulu müddətini ötürdüyündən həmin əmlakda iddiaçının uşaqlarının payının müəyyən olunması mümkün olmayacaqdı. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında X27 vərəsəlik işini mübahisələndirmədiklərini, yalnız xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələri mübahisələndirdiklərini qeyd etsə də, iddia tələbinin həcminin azaldılması barədə ərizə vermədiyindən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə v-30/2019 nömrəli vərəsəlik işi üzrə qəbul edilmiş xx.xx.2019-cu il tarixli, 2V-691 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli, 2V-694 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələri də mübahisələndirdiyindən və etibarsız hesab edilməsini xahiş etdiyindən həmin tələbə də münasibət bildirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissələrdə də təmin edilməməlidir. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisində açılmış v-30/2019 nömrəli vərəsəlik işi materialları ilə müəyyən olunmuşdur ki, X26, X33 və Cavabdeh1 atası X38 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X38 ölməmişdən əvvəl xx.xx.2014-cü il tarixdə və xx.xx.2014-cü il tarixdə vəsiyyətnamə qoymuşdur. xx.xx.2014-cü il tarixli vəsiyyətnaməyə əsasən X38 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini oğlu X28 vəsiyyət etmişdir. Eyni zamanda xx.xx.2014-cü il tarixli vəsiyyətnaməyə əsasən X38 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ev 4B, 41 nömrəli mənzili də oğlu X28 vəsiyyət etmişdir. X3 və X33 xx.xx.2019-cu il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət etməklə, atalarından qalan miras əmlakı qəbul etməklə bağlı iradə ifadələrini bəyan etmişlər. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən miras əmlakın dairəsi kimi X6 vəsiyyətnamələrində oğlu X28 vəsiyyət etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi və ünvan 4 ünvanında yerləşən ev 4B, 41 nömrəli mənzillə yanaşı Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, 504-cü məhəllə ünvanında yerləşən ev 2, 54 nömrəli mənzil və mərhum X27 adına olan "xxxx" X44 X9 nizamnamə kapitalındakı 10 manat olan 100 faiz təsisçi payı da müəyyən edilmişdir. Qardaşlar öz aralarında razılığa gələrək notariat ofisinə qeyd edilən məzmunlarda ərizə ünvanlamışlar: 1.X26 Notariat Ofisinə xx.xx.2019-cu il tarixli ərizə ünvanlayaraq, xx.xx.2019-cu il tarixdə vəfat etmiş atası- X27 ölümündən sonra miras qalmış əmlakdan qanun üzrə mirası qəbul etdiyini, vəsiyyət üzrə yaranmış məcburi payından imtina etdiyini və gələcəkdə bu barədə heç bir iddiası olmadığını bildirmişdir. 2.X33 Notariat Ofisinə xx.xx.2019-cu il tarixli ərizə ünvanlayaraq, xx.xx.2019-cu il tarixdə vəfat etmiş atası- X27 ölümündən sonra miras qalmış əmlakdan vəsiyyət üzrə mirası qəbul etdiyini, qanun üzrə yaranmış məcburi payından imtina etdiyini və gələcəkdə bu barədə heç bir iddiası olmadığını bildirmişdir. 3.Cavabdeh1 isə xx.xx.2019-cu il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət etməklə, xx.xx.2019-cu il tarixdə vəfat etmiş atası- X27 ölümündən sonra miras qalmış əmlakdan bütün əsaslarla imtina etdiyini və gələcəkdə bu barədə heç bir iddiası olmadığını bildirmişdir. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən mərhum X27 vərəsələri kimi onun oğlanları olan X26, X33 və Cavabdeh1 müəyyən edilmiş, Cavabdeh1 miras əmlakdan imtina etdiyindən X16 miras əmlakı mirası qəbul etməklə bağlı iradə ifadələrini bəyan etmiş iki oğlu, yəni X26, X33 arasında aralarında gəldikləri razılığa müvafiq olaraq bölünmüşdür. Miras əmlak qardaçların razılığına uyğun olaraq hər iki əsas üzrə mərhumun vərəsələrinə keçmişdir: xx.xx.2019-cu il tarixli, 2V-691 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X27 vərəsəsi oğlu X26 miras əmlakdan bütövlükdə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, 504-cü məhəllə ünvanında yerləşən ev 2, 54 nömrəli mənzildən ibarətdir. xx.xx.2019-cu il tarixli, 2V-692 reyestr nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, Bakı şəhəri 28 saylı notariat kontoru tərəfindən xx.xx.2014-cü il tarixdə və 2V-1-37 reyestrdə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə vəfat etmiş X27 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi X33 miras əmlakdan bütövlüklə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 4 ünvanında yerləşən ev 4B, 41 nömrəli mənzildən ibarətdir. xx.xx.2019-cu il tarixli, 2V-693 reyestr nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, Bakı şəhəri 28 saylı notariat kontoru tərəfindən xx.xx.2014-cü il tarixdə və 2V-1-33 reyestrdə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə vəfat etmiş X27 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi X33 miras əmlakdan bütövlüklə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 7 ünvanda yerləşən 0.12 ha olan bağ sahəsindən ibarətdir. xx.xx.2019-cu il tarixli, 2V-694 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X27 vərəsələri oğlu X26 və oğlu X33 miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak mərhum X27 adına olan "xxxx" X44 X9 nizamnamə kapitalındakı 10 manat olan 100 faiz təsisçi payından ibarətdir. Yuxarıda qyed edilən məhkəmə araşdırması zamanı müəyyən edilən hallardan görünən odur ki, 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisində açılmış v-30/2019 nömrəli vərəsəlik işi üzrə vərəsələrin dairəsi düzgün müəyyən edilmiş, miras əmlak vərəsələrin öz aralarında gəldikləri razılığa əsasən müəyyən edilmişdir. İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, halbuki, X16 doğma qardaşı olan X20 övladları X42 və X43 da qanun üzrə vərəsə olduqları halda, 19 saylı notariat ofisi tərəfindən v-30/2019 nömrəli vərəsəlik işi açılarkən və Cavabdeh1 adına xx.xx.2019-cu il tarixli iki ədəd və xx.xx.2024cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnamələri verilərkən nəzərə alınmamışdır. İddiaçı öz iddia ərizəsində bir sıra yanlışlıqlara yol vermişdir. Belə ki, yuxarıda sadalanan iş materialları ilə müəyyən olunur ki, v-30/2019 nömrəli vərəsəlik işi 19 saylı notariat ofisində deyil, 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisində açılmışdır. xx.xx.2019-cu il tarixli iki ədəd qanun üzrə vərəsəlik şəhadətnaməsi Cavabdeh1 adına deyil, X16 adına verilmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, X20 övladları X42 və X12 Süleyman Rasid oğlunun ikinci növbə vərəsəsi olsalar da, babaları X27 nə vəsiyyət üzrə, nədəki, qanun üzrə vərəsəsi olmamışdır. Belə ki, vəsiyyətnamələrdən görünür ki, X26 vəsiyyətnaməni iki əmlakı üzrə X28 vəsiyyət etmişdir, bu baxımdan o vəsiyyət üzrə vərəsə olmuşdur. Qalan əmlaka münasibətdə isə qanun üzrə vərəsəlik şamil olunmuş və qanunvericiliyin tələbinə əsasən mərhumun öldüyü məqamda sağ olan 1-ci növbə vərəsələri olan oğlanları qanun üzrə vərəsə sayılmışlar və öz aralarındakı razılığa əsasən miras əmlak onlar arasında bölünmüşdür. X27 nəvəsi xx.xx.2010-cu il təvəllüdlü X42 isə ona görə vərəsəliyə çağrılmamışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Lakin işin hallarından görünən odur ki, X38 vəfat edərkən X17 olmuş və atasının miras əmlakını qəbul etmişdir. X27 nəvəsi xx.xx.2021-ci il təvəllüdlü X43 isə ümumiyyətlə babası ölərkən hələ doğulmamış, babasının ölümündən, yəni xx.xx.2019-cu il tarixdən 2 il 4 ay sonra dünyaya gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, X33 və X24 birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X42 və xx.xx.2021-ci il təvəllüdlü X12 Rasid Saleh oğlunun nə vəsiyyət üzrə, nə də qanun üzrə vərəsəsi olmadığından iddiaçının v-30/2019 nömrəli vərəsəlik işi üzrə qəbul edilmiş xx.xx.2019-cu il tarixli, 2V-691 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli, 2V- 694 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin əmlaklar üzərində uşaqlarının payının müəyyən edilməsi tələbi əsassız olduğundan və iddiaçının qeyd edilən tələblə bağlı subyektiv hüququ olmadığından təmin edilməməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və ünvan 3 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və ünvan 3 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar