Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-398/2024 30.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızıın katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (Ələkbərov Süleyman Sahib oğlu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın boşaldılması və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı (Ələkbərov Süleyman Sahib oğlu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın boşaldılması və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavadeh Cavabdeh, onunla birgə yaşayan ailə üzvləri ilə birlikdə “X1” MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 158 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılması və boşaldılmış şəkildə İddiaçı ASC-ə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2018ci il tarixli 2(004)-6092/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh “X1” MMC-yə qarşı iddiası qismən təmin edilməklə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.mdən ibarət olan 3 otaqlı 158 saylı mənzilin Cavabdeh təhvil verilməsi və həmin mənzillə bağlı cavabdeh “X1” MMC-yə iddiaçıya münasibətdə maneələrin törədilməsinin qadağan edilməsi qət edilmişdir. Həmin qətnamə İddiaçı ASC-yə rəsmi şəkildə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Həmin qətnamədən İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9641/2021 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6092/2018 saylı qətnaməsi ləğv edilmiş və Cavabdeh iddiası rədd edilmişdir. Lakin ləğv edilmiş həmin qətnamə ilə xx.xx.2019cu il tarixli Aktla boş və təmirsiz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. Qətnamə icra edildiyindən icra işinə xitam verilmiş və Cavabdeh ailə üzvləri ilə həmin mənzilə köçürülmüş və tərəfindən könüllü şəkildə Banka mənzili təhvil verməkdən imtina edilmişdir. Həmin qətnamə cavabdehin iddia tələblərinin təmin edilmiş hissəsində ləğv edildiyindən və iddia tələbləri rədd edildiyindən cavabdeh ailə üzvləri ilə mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Ona görə ki, həmin qətnamədə qəbul edilən vaxt artıq cavabdeh “X1” MMCnin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 158 saylı mənzil Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2-1(103)-345/2010 saylı İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixli Aktla İddiaçı ASC-yə təhvil verilmişdir. Həmin tarixdən də İddiaçı ASC sözügedən mənzilə faktiki sahiblik edir. Belə ki, Bank sözügedən mənzilin qapısını dəyişdirmiş və oranı mühafizə ilə təmin etmişdir. Cavabdeh isə bunları bildiyi halda oraya qanunsuz olaraq sahiblənmişdir. İddiaçı Cavabdeh “X1” MMC-dən 2012-ci ildən müqavilə ilə mənzil aldıqlarını iddia edirlər. Amma İddiaçı tərəfindən sözügedən mənzil götürüldükdə oranın qapısı belə yox idi. İddiaçı ASC tərəfindən dəfələrlə əmlakın boşaldılması və təhvil verilməsi barədə edilmiş müraciətlərə baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. Belə bir vəziyyətdə Banka məxsus olan əmlaka qanunsuz sahiblik edən şəxslərin Banka məxsus əmlakdan Bankın iradəsinin ziddinə istifadə etməsini bankın qanuni sahib kimi qanunla qorunan mənafelərinin kobud şəkildə pozulması kimi qiymətləndirirlər. Bu da İddiaçı ASC-yə mülkiyyətçi kimi öz qanuni hüquqlarını həyata keçirməyə mane olur. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Ələkbərov Süleyman Sahib oğlu izahatında bildirmişdir ki, sözügedən mübahisəli mənzildə hal-hazırda o yaşayır. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1019-cu il tarixli Aktın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində yerləşən ümumi 96,3 kv.metrdən ibarət olan 3 otaqlı 158 nömrəli mənzil tələbkar Cavabdeh təhvil verilməklə, həmin mənzillə bağlı tələbkar Cavabdeh münasibətdə maneələrin törədilməsi borclu “X1” MMC-ə qadağan edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən icra sənədinin icrası xx.xx.2019-cu il tarixdə təmin edilərək, icra sənədində göstərilən mübahisəli mənzil boş vəziyyətdə həmçinin təmirsiz halda Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Aktın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-345/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində 0,40 ha torpaq sahəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının A blokunda 17 və 21-ci mərtəbələrində yerləşən iki ədəd təmirsiz vəziyyətdə olan mənzillər yeni giriş qapıları qoyularaq açarları ilə birlikdə tələbkar İddiaçı ASC-nin nümayəndələrinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2875/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən iddiaçı Cavabdeh “X1” MMCyə qarşı “mənzilin təhvil verilməsi, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 9641/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş üçüncü şəxs Ələkbərov Süleyman Sahib oğlunun kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 9641/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh “X1” MMCyə qarşı “mənzilin təhvil verilməsi, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən üçüncü şəxs İddiaçı ASC-nin apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçı Cavabdeh “X1” MMC-yə qarşı “mənzilin təhvil verilməsi, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə” iddiasının rədd olunması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6092/2018 saylı qətnaməsinə əsasən cavabdeh “X1” MMC-yə aid olan Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 1 nömrəli yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.metr olan 3 otaqlı 158 nömrəli mənzilin tərəflərin arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədə göstərilən şərtlərlə iddiaçı Cavabdeh təhvil verilməsi, mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınması, iddiaçıya maneələrin törədilməsinin qadağan edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(103)-345/10 saylı, xx.xx.2010-cu il tarixli Qərardadından görünür ki, İddiaçı ASC ilə “X1” MMC arasında 02 iyun 2010-cu il tarixdə bağlanmış barışıq sazişinin təsdiqlənməsi qərara alınmışdır. Həmin barışıq sazişinə əsasən “X1” 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 12 mart 2010-cu il tarixli qətnaməsini qəbul etmiş və həmin qətnaməni könüllü olaraq icra etmək niyyətini bildirmişdir. Bununla əlaqədar İddiaçıa borlu olduqları 1.315.091 avro və 20 manat dövlət rüsumunun bir hissəsinin ödənilməsinin təmin etmək məqsədilə “X1” tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində 0,40 ha torpaq sahəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının A blokunda yerləşən mənzilləri (Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 158 saylı mənzil də), qeyri-yaşayış sahələri və qarajları barışıq sazişində göstərilən şərtlər istisna olmaqla heç bir şərt qoyulmadan İddiaçı ASC-nin istifadəsinə və sərəncamına vermişdir. İş materiallarında olan Cavabdeh (alıcı) ilə “X1” MMC (satıcı) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 191 nömrəli müqaviləyə əsasən satıcı Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.metrdən ibarət olan 3 otaqlı 158 nömrəli mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə mənzilin hər kvadrat metri üçün 500 manatı, cəmi 48150 manatı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə Ələkbərov Süleyman Sahib oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli Mənzilin alqı-satqısına dair ilkin müqaviləyə əsasən tərəflər xx.xx.2049cu il tarixə kimi Cavabdeh ilə “X1” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 191 nömrəli müqaviləyə əsasən “X1” MMC tərəfindən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilmiş 1 saylı yaşayış binasının 21-ci mərtəbəsindəki, ümumi sahəsi 96,3 kv.metr olan 3 otaqlı 158 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 50000 manata Ələkbərov Süleyman Sahib oğluna satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. Müqaviləyə əsasən Cavabdeh satılacaq mənzili 50000 manata Ələkbərov Süleyman Sahib oğluna satmağı, Ələkbərov Süleyman Sahib oğlu isə həmin mənzili 50000 manata almağı öhdsinə götürmüşdür. Ələkbərov Süleyman Sahib oğlu satış məbləğindən 48150 manatı notariusun bankda açılan depozit hesabı vasitəsilə Cavabdeh ödəmiş, satış qiymətinin qalan 1850 manatını isə mənzilin yekun alqı-satqısına dair əsas müqavilə bağlanana qədər ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, Ələkbərov Süleyman Sahib oğlu 48150 manatı notariusun bankda açılan depozit hesabı vasitəsilə Cavabdeh ödəmişdir. İş materiallarında olan “Azəriqaz” İB-nin 27 fevral 2023-cü il tarixli istehlakçının qaz təsərrüfatının inventor aktından görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilə dair **********01580 saylı istehlakçının hesab kodu Ələkbərov Süleyman Sahib oğlunun adınadır. Məhkəmə hazırki mülki işin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Həmin Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasəm iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını, iş materiallarına əlavə edilmiş sübutları nəzərə alaraq hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə “X1” MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 158 saylı mənzilin boşaldılması və boşaldılmış şəkildə İddiaçı ASC-ə təhvil verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, yəni iddia tələbi özü-özlüyündə əsaslı olmuş, lakin iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyündən hazırda təmin edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6092/2018 saylı qətnaməsinə əsasən cavabdeh “X1” MMC-yə aid olan Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 1 nömrəli yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.metr olan 3 otaqlı 158 nömrəli mənzilin tərəflərin arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədə göstərilən şərtlərlə iddiaçı Cavabdeh təhvil verilməsi, mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınması, mənzil iddiaçıya təhvil verilməklə iddiaçıya maneələrin törədilməsinin qadağan edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9641/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh “X1” MMC-yə qarşı “mənzilin təhvil verilməsi, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən üçüncü şəxs İddiaçı ASC-nin apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçı Cavabdeh “X1” MMC-yə qarşı “mənzilin təhvil verilməsi, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə” iddiasının rədd olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2875/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən iddiaçı Cavabdeh “X1” MMC-yə qarşı “mənzilin təhvil verilməsi, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9641/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş üçüncü şəxs Ələkbərov Süleyman Sahib oğlunun kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Buradan da görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 1 nömrəli yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.metr olan 3 otaqlı 158 nömrəli mənzil üzərində sahiblik və istifadə hüququ tanınmamışdır. Bununla yanaşı, xx.xx.1019-cu il tarixli Aktın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6092/2018 saylı icra sənədinin icrası Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə təmin edilərək, icra sənədində göstərilən mübahisəli mənzil boş vəziyyətdə həmçinin təmirsiz halda Cavabdeh təhvil verilmişdir. Lakin icrası təmin edilmiş məhkəmə qətnaməsi apellyasiya məhkəməsinin qətnaməsi ilə ləğv edilmişdir. Buna baxmayaraq, Cavabdeh ilə Ələkbərov Süleyman Sahib oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli Mənzilin alqı-satqısına dair ilkin müqaviləyə əsasən mənzili Ələkbərov Süleyman Sahib oğluna satmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Ələkbərov Süleyman Sahib oğlu da məhkəmə iclasında verdiyi izahatında sözügedən mübahisəli mənzildə hal-hazırda özünün yaşadığını qeyd etmişdir. İş materiallarında olan “Azəriqaz” İB-nin 27 fevral 2023-cü il tarixli istehlakçının qaz təsərrüfatının inventor aktından da görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilə dair **********01580 saylı istehlakçının hesab kodu Ələkbərov Süleyman Sahib oğlunun adınadır. Mübahisəli mənzildə Ələkbərov Süleyman Sahib oğlunun yaşadığı iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 158 saylı mənzilə dair sahiblik və istifadə hüququ məhkəmənin qanuni qüvvəyə minmiş qərarları ilə öz təsdiqini tapmış (iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Məhkəməsinin 2-1(103)-345/10 saylı, xx.xx.2010-cu il tarixli Qərardadı və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9641/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin həmin mənzilə dair mülkiyyət hüququna dair Çıxarış olmasa da, gözlənilən mülkiyyət hüququ vardır və hazırki, yəni əmlakını başqasının qanunsuz sahibliyindən geri tələb edilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin, Cavabdeh hazırda həmin mənzildə yaşamadığından ona qarşı qaldırılmış iddia tələbi də təmin edilə bilməz. Eyni zamanda, məhkəmə iclasında əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinə təklif olunsa da, iddiaçının nümayəndəsi Nümayəndə3 hazırki iş üzrə cavabdeh qismində Cavabdeh qoyduqlarını bildirmiş və əsl cavabdehlə əvəz edilmə ilə bağlı təklifi qəbul etməmişdir. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından da göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. Hazırki iş üzrə qeyd olunan halın iddiaçı tərəfindən düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (Ələkbərov Süleyman Sahib oğlu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın boşaldılması və mənzildən çıxarılma” tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsnin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddia tələbi rədd olunduğundan iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (Ələkbərov Süleyman Sahib oğlu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın boşaldılması və mənzildən çıxarılma” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-398/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-398/2024
30.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver