Məhkəmə qərarları › İş №e-2(004)-3983/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3983/2024

18.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3983/2024 18.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı cavabdehlər Cavabdeh1,X2,Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evinin məcburi boşaldılması,mənzildə olan mebellər və məişət əşyaları ilə birgə təhvil verilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2,Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evinin məcburi boşaldılması,mənzildə olan mebellər və məişət əşyaları ilə birgə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3, Cavabdeh2, Cavabdeh1 və ailə üzvləri, X2 və ailə üzvlərinin Bakı şəhəri,Yasamal Rayonu, X6, Ev 189 b, (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X6, giriş 391) ünvanında yerləşən 320.20 kv.m-dən ibarət fərdi yaşayış evi və 0.383 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, eləcə də mənzildə olan mebellərin və məişət əşyalarının yararlı şəkildə təhvil verilməsi, maddi mənəvi zərərə görə 20 000 (iyirmi min) manat mənəvi təzminat, həmçinin 20 saylı Vəkil Bürosunun hesabına ödənilmiş 250 manat vəkil xərci, Bakı şəhər Yasamal rayon məhkəməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə ərizə verərək, İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh1 və X1 qarşı mənzilin təhvil verilməsi və digər tələblər üzrə icraatda olan mülki işin baxılmamış saxlanması, eləcə də iddiaçı tərəfindən Bakı şəhər Yasamal rayon məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçıya geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi” haqqında31 mart 2011-ci il tarixli plenum qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X2,Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evinin məcburi boşaldılması,mənzildə olan mebellər və məişət əşyaları ilə birgə təhvil verilməsi” tələbinə dair ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2,Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evinin məcburi boşaldılması,mənzildə olan mebellər və məişət əşyaları ilə birgə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar