Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4055/2025 26.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, İddiaçı Nümayəndə Cavabdehnə qarşı "əmək müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Nümayəndə Cavabdehnə qarşı "əmək müqaviləsinə xitam verilməsi" tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 25 oktyabr 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi və həmin bildirişin altsistemə yerləşdirilməsinə dair qətnamədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC-də 25 oktyabr 2023-cü il tarixdə əmək fəaliyyətinə başlamışdır. Bağlanmış əmək müqaviləsinin vaxtı 24 oktyabr 2024-cü il tarixdə bitmişdir. Lakin şirkətin rəhbərliyi əmək müqaviləsinə xitam verilməsi və həmin məlumatların altsistemə işlənilməsini icra etməmişdir. Bu səbəbdən də iddiaçı Nümayəndə başqa iş yerində tam ştat üzrə əmək fəaliyyəti göstərə bilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası: 1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Göründüyü kimi cavabdeh şirkət fəaliyyətini faktiki yer üzrə dayandırdığı üçün müraciət etmək imkanından məhrum olmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında ştirakı etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti məhkəmənin sorğusuna 3-17-5/2-60512/2025 nömrəli 7 iyul 2025-ci il il tarixli məktubla cavab ünvanlayaraq, Nümayəndə adına Cavabdeh MMC tərəfindən “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsinin surətini məhkəməyə təqdim etmişdir. Həmin məktuba əlavə edilmiş: Cavabdeh (işəgötürən) ilə Nümayəndə (işçi) arasında bağlanmış 25 oktyabr 2023cü il tarixli əmək müqaviləsinə əsasən, işçi operator vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi 1 il müddətinə, yəni xx.xx.2024-cü il tarixədək bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə görə işçiyə hər ay 350 manat məbləğində əmək haqqı ödənilməsi müəyyən edilmişdir. Mediasiya Şurası Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/6-00973 nömrəli Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı Nümayəndə ilə Cavabdeh arasında 25 oktyabr 2023-cü il tarixdə 1 il müddətinə, yəni xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi bağlanmışdır, lakin müqavilənin müddəti bitməsinə baxmayaraq hazırki vaxtadək elektron portalda 25 oktyabr 2023-cü il tarixli əmək müqaviləsi qüvvədədir. İddiaçının tələbinin əsasını müqavilə müddətinin bitməsi, hazırda orada faktiki olaraq işləməməsi, cavabdeh şirkətin faktiki yer üzrə fəaliyyətini dayandırması, onun adına əmək müqaviləsinin hələ də aktiv olması təşkil etmişdir. Nümayəndə cavabdehə mediasiya təşkilatı vasitəsilə təklif göndərsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci bəndinə əsasən, Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. İşin halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqqaviləsinin müddəti xx.xx.2024-cü ildə bitmişdir, iddiaçı hazırda cavabdeh təşkilatda işləmir, həmin qurumun faktiki olaraq hansı ünvanda fəaliyyət göstərib göstərməməsini bilmir. Buna baxmayaraq, onun əmək hüquqları kobud şəkildə pozularaq, əmək müqaviləsi hazırda da elektron informasiya sistemində qüvvədə qalır. Bu səbəbdən iddiaçı başqa işdə çalışa bilmir. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyyət orqanı olan X1 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması X1 Xidmətinin üzərinə qoyulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə Nümayəndə arasında bağlanmış 25 oktyabr 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə Nümayəndə arasında bağlanmış 25 oktyabr 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-4055/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4055/2025
26.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver